Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4174/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbərtutaraq tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsin mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) müvafiq olaraq işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.7). İş materiallarından görünür ki, məhkəmənin xx xxxxxx 2020-ci il tarixə, saat 11:45-ə keçirilən baxış iclasında iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən işin baxılmamış saxlanılmasının prosessual nəticəsi izah edilmiş və o, işin baxılmamış saxlanılmasına etiraz etməmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı şikayətində məhkəmə iclasının təxirə salınması barədə teleqram göndərdiyini bildirsə də, qeyd edilən teleqaram xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2021-ci il tarixli məhkəmə iclası həmin teleqram nəzərə aınaraq xx xxxxxx 2020-ci il tarixə, saat 11:45-ə təxirə salınmışdır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamaqda haqlı olmuşdur, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-855/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4174/2021
15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver