Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4179/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X4 İddiaçı, Cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və müqavilələrin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4400/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və müqavilələrin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli 3M-363 kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Vaqif oğlunun nümayəndəsi və vəkili X2 iddianın təmini tədbiri barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin özgəninkiləşdirilməsinə dair hərəkətlərin edilməsinin Cavabdeh1 qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4400/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmini tədbiri kimi Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4400/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Ə.Məhərrəmov şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tək məqsədi işi süni olaraq uzatmaqdır. Belə ki iddiaçının qeyd etdiyi arqumentlərə digər məhkəmə mübahisələrində qiymət verilmiş, həmçinin əqdin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşdür. İddiaçının əqdin etibarsızlığı ilə bağlı nəzərdə tutulmuş müddət kəsici müddətdir. Kəsici müddətin mahiyyəti ondan ibarətdir ki, həmin müddət bitdikdən sonra şəxs həmin iddia tələbini irəli sürmək hüququnu itirir. İşdə olan sənədlərdən də aydın olur ki, iddiaçının mübahisələndirdiyi əqd 5 il əvvəl tərəflər arasında bağlanıb. Belə olduğu halda iddiaçının iddia tələbi irəli sürmək üçün qanunvericliklə nəzərdə tutulmuş müddəti ötürdüyündən qeyd edilən hüququnu itirmiş hesab edilməlidir. İtirlmiş hüquqa istinad edərək cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin pozulması deməkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X7 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Bundan başqa kollegiya qeyd edir ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı qeyd olunan daşınmaz əmlakların özgəninkiləşdirilməsi ehtimalı mövcuddur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4400/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4179/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4179/2021
13.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver