Məhkəmə qərarları › İş №2(103)-4181/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4181/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4181/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilin təhvil verilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X11 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(004)-981/2024 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X7 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı verilməsindən və mənzil istismara qəbul edilənədək aylıq 600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsindən ibarətdir. 2.İddiaçı müqavilə öhdəiliklərinin cavabdeh tərəfindən icra edilmədiyini bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X7 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması və xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən həmin mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X9 ilə birgə (2014-cü ildə Cavabdeh MMC tərəfindən onlardan təhvil alınan) 44,6 m2 yaşayış sahəsinə malik mənzili alıb, 213472 saylı xx.xx.2014-cü tarixli çıxarış əldə edərək rəsmişəkildə mülkiyyətçisinə çevrilmişlər. (çıxarış qoşmaya əlavə edilir). Qeyd edir ki, Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli, 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X9 məxsus üç otaqlı 70 m2 (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, İddiaçı və X9 ilə 11 iyul 2018-ci il tarixdə bağladığı 105 nomrəli müqaviləyə əsasən yeni bina inşa edərək, yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə onlara ümumi sahəsi 127,6 m2 olan eyni blokda yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 02 (iki) ədəd iki otaqlı (hər biri 63,8 m2 olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh onlara məxsus 70 m2 yaşayış sahəsi əvəzinə qeyd olunan sahənin 25%-i miqdarında, yəni 17,5 m2 və evinin qarşısında yerləşən bağ sahəsinin əvəzinə daha 5 m2 , ümumilikdə, 22,5 m2 yaşayış sahəsini onlara ödənişsiz olaraq verməyi öhdəsinə götürmüşdür. Bununla da İddiaçı və X7 verilməli olan yaşayış sahəsinin bütövlükdə sahəsi 92,5 m2 -dir. Bundan əlavə, müqavilənin 1.3-cü bəndinə görə Cavabdeh MMC təmir üçün həmin yaşayış sahəsinin hər m2 - ə görə 250 manat, ümumilikdə 92,5 m2 yaşayış sahəsinə görə 23.125,0 manat İddiaçı anası X7 ödəməli idi. İddiaçı və X9 da yeni binada onlara veriləcək olan mənzillərin ümumi sahəsindən, yəni 127,6 m2 yaşayış sahəsindən onlara ödənişsiz olaraq verilən 92,5 m2 sahəni çıxdıqdan sonra qalan 35,1 m2 sahənin hər kvratmetri üçün 1650 manat məbləği 03 il ərzində proporsional olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.7-ci bəndinə əsasən belə bir razılığa gəlinmişdir ki, onların şirkətə 03 il ərzində ödəməli olduqlartı 57.915,0 manatdan şirkətin onlara təmir üçün ödəməli olduğu 23.125,0 manat çıxılsın və onlar 03 il boyunca proporsional olaraq ümumilikdə 34.790,0 manat, aylıq isə 965,00 manatı şirkətə ödəsinlər. Müqavilənin şərtlərinə sadiq qalaraq müqavilədə də qeyd olunduğu kimi ödənişə binanın bünövrəsi qazıldıqdan sonra xx.xx.2019-cu il tarixdən başlamışlar. Cavabdeh MMC isə bunun müqabilində yeni bina qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilənədək onlara hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC bağladığı müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. İddiaçı və X9 Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 600 manat kirayə haqqını İddiaçı bank hesabına ödəyib, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Bildirirlər ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 m2 yox, 72,5 m2 -dir. Buna görə də həmin mənzillərin 63,8 m2 -dən artıq olan hər m2 -ə görə 1650 manat vəsait ödəməlidir. Bu müqavilə şərtinin pozulmasıdır. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Müqavilənin 3.1.1 bəndinə görə şirkət müqavilə bağlandığı gündən bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində binanın söküntüsünü və yerində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihəyə uyğun olaraq 03 ildən artıq olmayan müddətdə yeni binanın tikintisini başa çatdırmağı öhdəsinə götürmüş və artıq 05 il keçməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirməmişdir. Müqavilədə həmçinin, qeyd edilmişdir ki, binanın tikintisi hər hansı səbəbdən müqavilə ilə müəyyən olunmuş 03 ildən artıq müddətdə tamamlanarsa, mənzillər üçün hər hansı ödəniş tələb edilə bilməz. Bu baxımdan 03 illik müddət keçdiyinə görə İddiaçı və X3 hər hansı ödəniş tələb edilə bilməz. Ümumilikdə İddiaçı və X4 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmişlər, (bu faktı təsdiq edən bank hesabından çıxarışlar qoşmaya əlavə edilir), 6.724 manat borcları qalmışdır. Şirkət isə xx.xx.2023cü il tarixə kimi 08 aydır ki, aylıq ödəməli olduğu 600 manat ödənişi ödəmir. İddiaçı və X7 xx.xx.2023-cü il tarixə 5.400 manat kirayə haqqı borcu var. İddiaçı və X6 şirkətə olan borclarından şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazırdırlar. Bunun müqabilində şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək binanın tikintisini başa çatdırıb müqavilədə nəzərdə tutulmuş mənzillərdən birini mənə təhvil verməli, mənzil qanunvericiliklə müəyyən olunmuş qaydada istismara verilənə qədər isə aylıq 600 manat kirayə haqqını ödəməyə davam etməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 may 2024-cü il tarixli, 2(004)-981/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Vahid Hacıyev) iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X7 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən həmin mənzil İddiaçı təhvil verilənədək 2023cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2004-cü il tarixli ÖM seriyalı 213472 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzili ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı və X4 mülkiyyətindədir. 7.Cavabdeh MMC (VÖEN **********) ilə İddiaçı və X9, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən xx.xx.2004-cü il tarixli ÖM seriyalı 213472 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçilər İddiaçı və X7 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin ünvanda mülkiyyətçilər İddiaçı və X7 məxsus olan üç otaqlı 70 m2 (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin əvəzinə mülkiyyətçilər İddiaçı və X8 yeni binada ümumi sahəsi 127,6 m2 olan eyni blokda yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 02 ədəd iki otaqlı (hər biri 63,8 m2 olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öz öhdəsinə götürmüşdür. 8.Bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh onlara məxsus 70 m2 yaşayış sahəsi əvəzinə qeyd olunan sahənin 25%-i miqdarında, yəni 17,5 m2 və evinin qarşısında yerləşən bağ sahəsinin əvəzinə daha 5 m2 , ümumilikdə, 22,5 m2 yaşayış sahəsini onlara ödənişsiz olaraq verməyi öhdəsinə götürmüşdür. Bununla da İddiaçı və X7 verilməli olan yaşayış sahəsinin bütövlükdə sahəsi 92,5 m2 -dir. 9.Bundan əlavə, müqavilənin 1.3-cü bəndinə görə Cavabdeh MMC təmir üçün həmin yaşayış sahəsinin hər m2 -ə görə 250 manat, ümumilikdə 92,5 m2 yaşayış sahəsinə görə 23.125,0 manat İddiaçı anası X7 ödəməli idi. İddiaçı və X9 da yeni binada onlara veriləcək olan mənzillərin ümumi sahəsindən, yəni 127,6 m2 yaşayış sahəsindən onlara ödənişsiz olaraq verilən 92,5 m2 sahəni çıxdıqdan sonra qalan 35,1 m2 sahənin hər kvratmetri üçün 1650 manat məbləği 03 il ərzində proporsional olaraq ödəməyi öhdələrinə götürmüşlər. 10.Müqavilənin 1.7-ci bəndinə əsasən belə bir razılığa gəlinmişdir ki, onların şirkətə 03 il ərzində ödəməli olduqlartı 57.915,0 manatdan şirkətin onlara təmir üçün ödəməli olduğu 23.125,0 manat çıxılsın və onlar 03 il boyunca proporsional olaraq ümumilikdə 34.790,0 manat, aylıq isə 965,00 manatı şirkətə ödəsinlər. 11.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, müqavilənin şərtlərinə sadiq qalaraq müqavilədə də qeyd olunduğu kimi ödənişə binanın bünövrəsi qazıldıqdan sonra xx.xx.2019-cu il tarixdən başlamışlar. Cavabdeh MMC isə bunun müqabilində yeni bina qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilənədək onlara hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 12.Cavabdeh MMC bağladığı müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. İddiaçı və X9 Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 600 manat kirayə haqqını İddiaçı bank hesabına ödəyib, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Cavabdeh bildirmişdir ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 m2 yox, 72,5 m2 -dir. Buna görə də həmin mənzillərin 63,8 m2 -dən artıq olan hər m2 -ə görə iddiaçı 1650 manat vəsait ödəməlidir. 13.Məhkəmə qeyd etmişdir ki, cavabdeh bunu tələb etməklə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozur. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. 14.Müqavilənin 3.1.1 bəndinə görə şirkət müqavilə bağlandığı gündən bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində binanın söküntüsünü və yerində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihəyə uyğun olaraq 03 ildən artıq olmayan müddətdə yeni binanın tikintisini başa çatdırmağı öhdəsinə götürmüş və artıq 05 il keçməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirməmişdir. Müqavilədə həmçinin, qeyd edilmişdir ki, binanın tikintisi hər hansı səbəbdən müqavilə ilə müəyyən olunmuş 03 ildən artıq müddətdə tamamlanarsa, mənzillər üçün hər hansı ödəniş tələb edilə bilməz. Bu baxımdan 03 illik müddət keçdiyinə görə İddiaçı və X3 hər hansı ödəniş tələb edilə bilməz. 15.Ümumilikdə İddiaçı və X4 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmişlər, (bu faktı təsdiq edən bank hesabından çıxarışlar qoşmaya əlavə edilir), 6.724 manat borcları qalmışdır. Şirkət isə xx.xx.2023- cü il tarixə kimi 08 aydır ki, aylıq ödəməli olduğu 600 manat ödənişi ödəmir. 16.İddiaçı və X7 xx.xx.2023-cü il tarixə 5.400 manat kirayə haqqı borcu var. İddiaçı və anası X4 şirkətə olan borclarından şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazır olduqları qeyd etmişdir. 17.Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyinin əsaslandıraraq qeyd etmişdir ki, iddianın predmetini - Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X7 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı verilməsindən və mənzil istismara qəbul edilənədək aylıq600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsindən ibarətdir. 18.Cavabdeh MTK (VÖEN **********) (əvvəlki Cavabdeh MMC VÖEN **********) müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulan mülkiyyətçilər İddiaçı və X7 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzilin də yerləşdiyi binanın yerində inşa edilən yaşayış binasının “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilini İddiaçı mülkiyyətinə təhvil verməmişdir. 19.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-806/2024 nömrəli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2018-ci il tarixli 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla, yeni binada 232 nömrəli mənzilin iddiaçı X7 təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. 20.Məhkəmə iddia tələbinin əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh iddiaçıya mənzilin təhvil verilənədək hər ay 600 manat kirayə haqqının ödənilməsinə üzərinə öhdəlik götürmüşdür. Lakin 2023-cü ilin fevral ayından etibarən üzərinə götürmüş öhdəliyini yerinə yetirməmişdir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 399.1, 752.1, 752.2, 178.8, 5.3, 16.1 və 1.2-ci; Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 105 saylı 11 iyul 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçiyə məxsus olan 3 otaqlı 70 kv.m (faktiki) ümumi sahəsi olan mənzilin əvəzində yeni tikiləcək binada ümumi sahəsi 127,6 ölçüdə eyni blokda 10 və 11 mərtəbələrdə yerləşən 2 otaqlı (hər biri 63,8 kv.m) olmaqla 228 və 232 saylı mənzilləri təmir etmək öhdəliyi götürmüşdür. Lakin,binanın tikinti layihəsi təsdiqləndiyi zaman, müqavilədə nəzərdə tutulan mənzillərin ümumi sahəsi 63,8kv.m deyil, 72,5 kv.m olmaları zərurəti yaranmışdır. Bu səbəbdən, Cavabdeh MTK iddiaçı tərəfindən həmin mənzillərin 63,8 kv.mdən artıq olan hər kv.m-nə görə 1650 manat pul vəsaiti ödəməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan ümumi sahəsi olan mənzillərin iddiaçıya təhvil verilməsi qeyri-mümkündür. Cavabdeh MTK tərəfindən inşa edilmiş binada tərəflər arasında bağlanmış 105 saylı 11 iyul 2018-ci il tarixli müqavilə ilə nəzərdə tutulan mənzillərin faktiki sahəsi 72,5 kv.m olmuşdur. Lakin, müqavilə üzrə iddiaçıya təhvil verilməli olan mənzillərin faktiki sahələri 63,8 kv.m olması nəzərdə tutulmuşdur. Həmin mənzillərin müqavilə üzrə nəzərdə tutulan faktiki sahəyə uyğun olmayacaqlarını Cavabdeh MTK əvvəlcədən bilə-bilməzdi. Cavabdeh MTK yalnız təsdiq edilmiş tikinti layihəsi üzrə binanın tikintisinin həyata keçirmiş və sözügedən mənzillər əgər 63,8 kv.m ümumi sahə ilə tikilsə idi, binanın strukturuna xələl gətirərdi. Bu səbəbdən, yaranmış fərq, yəni artıq olan hər kv.m-ə görə cavabdeh tərəfindən 1650 manat ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, müqavilə şəraitin əhəmiyyətli dərəcədə dəyişmişdir. Birinci instansiya məhkəməsi işin hallarına baxmamış, yalnız qarşı iddiaçının izahatlarına əsaslanaraq iddianı təmin etmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK İddiaçı həmin ünvanda yeni tikiləcək binada 228 saylı ümumi sahəsi 68.3kv.m olan mənzil təhvil verməli idi. Lakin, həmin binada 228 saylı mənzilin ümumi sahəsi 72,5 kv.m olmuşdur. Belə olan halda iddiaçının iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə müqavilədən kənar öhdəliyin qoyulması ilə nəticələnir. Məhkəmə tərəfindən iddiaçının hər artıq kv.m-ə görə 1650 manat pul vəsaiti ödənilməsi təmin edilməli və həmin mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməli idi. Məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən sözügedən mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh MTK tərəfindən 600 manat kirayə haqqının hər ay İddiaçı ödənilməməsi səbəbi odur ki, iddiaçı mənzilin artıq kv.m-nə görə pul vəsaiti ödəməkdən imtina etmiş, bu səbəbdən MTK-nın müqavilə üzrə öhdəliyini icra etməkdə marağı qalmamışdır. Belə ki, Cavabdeh MTK tərəfindən İddiaçı müqavilə üzrə təhvil verilməsi nəzərdə tutulan mənzilin ümumi sahəsində yaranmış fərqin ödənilməsi xahiş edilmişdir. Lakin, iddiaçı həmin pul vəsaitini ödəməkdən imtina etmiş, belə olan halda MTK-nın da öz üzərinə düşən öhdəliyin icrasında marağı qalmamışdır. İddiaçı tərəfindən mənzilin kv.m-də yaranmış fərqə görə ödəniş etməməsi səbəbindən mənzil ona təhvil verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmundan izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 26.Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsininiştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradəifadəsidir. 29.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 30.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 31.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 32.Maddə 425.1.Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 33.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 34.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 35.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 36.Maddə 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 37.Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 43.Kollegiya ilk olaraq qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır.Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır.Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. 44.Kollegiya qeyd edir ki, hazırki iddianın predmeti-Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X7 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı verilməsindən və mənzil istismara qəbul edilənədək aylıq600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsindən ibarətdir. 45.Beləki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən xx.xx.2004-cü il tarixli ÖM seriyalı 213472 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçilər İddiaçı və X7 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin ünvanda mülkiyyətçilər İddiaçı və X7 məxsus olan üç otaqlı 70 m2 (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin əvəzinə mülkiyyətçilər İddiaçı və X8 yeni binada ümumi sahəsi 127,6 m2 olan eyni blokda yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 02 ədəd iki otaqlı (hər biri 63,8 m2 olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öz öhdəsinə götürmüşdür. 46.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC bağladığı müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. İddiaçı və X9 Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 600 manat kirayə haqqını İddiaçı bank hesabına ödəyib, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Cavabdeh bildirmişdir ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 m2 yox, 72,5 m2 -dir. Buna görə də həmin mənzillərin 63,8 m2 -dən artıq olan hər m2 -ə görə iddiaçı 1650 manat vəsait ödəməlidir. 47.Məhkəmə hesab etmişdir ki, cavabdeh bunu tələb etməklə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozur. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. 48.Hazırda öz öhdəliyini icra etməməsi ilə razılaşan cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıqdır. Belə ki, müqavilə binanın tikinti layihəsi təsdiqləndiyi zaman, müqavilədə nəzərdə tutulan mənzillərin ümumi sahəsi 63,8 kv.m deyil, 72,5 kv.m olmaları zərurəti yaranmışdır. Bu səbəbdən, Cavabdeh MTK iddiaçı tərəfindən həmin mənzillərin 63,8 kv.mdən artıq olan hər kv.m-nə görə 1650 manat pul vəsaiti ödəməsini xahiş etmişdir. Göründüyü kimi, müqavilə şəraitin əhəmiyyətli dərəcədə dəyişmişdir. İddiaçının iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə müqavilədən kənar öhdəliyin qoyulması ilə nəticələnir. 49.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinin tələblərinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. 50.Göründüyü kimi, Mülki Məcəllənin 422.1-ci maddəsində müqavilədə ayrı qaydanın nəzərdə tutulması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməməsi, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini istina edən hal kimi nəzərdə tutulmuşdur. 51.Belə ki, müqavilənin 4.3-cü bəndindən göründüyü kimi binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Bu müqavilə şərti tərəflərin qarşılıqlı razılığı ilə müqavilə bağlanarkən nəzərə alınmışdır. Odur ki, müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hazırkı müqaviləyə şamil oluna bilməz. 52.Mülki Məcəllənin tələblərinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 53.Beləliklə kollegiya hesab edir ki, yeni inşa edilmiş mənzillərin ümumi sahələrinin müqavilə üzrə verilməli olan mənzillərin ümumi sahələrindən artıq olması halı müqavilə ilə razılaşdırıldığından, hazırki iddianın təmin edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 54.Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(004)-981/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsifaktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənind əyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(004)-981/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar