Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4185/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 7277,45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən yaşadığı ünvan 1 ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 7277,45 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac dəyişdirilmişdir. Sayğac dəyişdiriləndən sonra 7277,45 manat məbləğində borc hesablanmışdır. Guya sayğacın plombuna müdaxilə edilmişdir. Halbuki, o, vaxtlı-vaxtında ödənişləri edir. Bu qədər borcun necə yaranması ona məlum deyil. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 7277,45 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********01240 saylı abonent hesabına hesablanmış 7277,45 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01240) hesablanmış 7277,45 (yeddi min iki yüz yetmiş yeddi manat, qırx beş qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 92,77 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 manat Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************). qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «Qazdan istifadə Qaydaları» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar əsassızdır. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanında təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə istifadə edilməmişdir. İddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 7277,45 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8, 5.2, 6.5, 6.6, 6.7-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.7, 119.1, 124.1, 217.4, 218.3, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(003)-390/2024 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etmişdir. Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən bu barədə 2017ci ilin oktyabr ayında, 2020-ci ilin aprel ayında və 2023-cü ilin mart ayında müvafiq aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Abonent təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı yerli baxış zamanı tərəflərindən müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçının abonent saldosuna görə qalıq və aktlar bölməsində yazılan dəymiş ziyan məbləğinin cəmi 6163.90 manat təşkil edir. Məhkəmə tərəfindən iddia ərizəsində tələb edilən 7277.45 manat həcmində borcun silinməsi qərara alınmışdır. Bununla razı deyil. Məhkəmə obyektiv araşdırma aparmayıb. 1113.55 manat debitor borc məbləği qalmalı idi. 2015-2017-ci illərin aktları sistemdə olmadığı üçün yerləşdirilməyib. Ekspertiza keçirilməsi zamanı böyük ehtimal əməkdaş iştirak etməyib. Buna görə də iz yoxdur qeyd edilib. Aktı yazan onların əməkdaşıdır, izin harada olduğunu o bilə bilər.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 4 ünvanında olan qaz sayğacına baxış keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.
21. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən verilmiş 16 avqust 2024cü il tarixli, 3-15-2-1/2-1665/2024 saylı məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı 2017-ci ilin oktyabrında 2295,4 manat, 2018-ci ilin aprelində 880,30 manat, 2023-cü ilin martında 2894,40 manat cəmi 6070,10 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. Abonentin fərdi yaşayış evində 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3, 2 ədəd 24 kvt gücündə qənaətli su qızdırıcısı, hər birinin maksimal qaz sərfiyyatı 2.6 m3 -1 ədəd 40 kvt gücündə, kombi tipli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 4.4 m3 qaz qurğularından istifadə etdiyi dəqiqləşdirildi.
22. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edildiyi üçün 2295,40 manat məbləğində borc hesablanmışdır.
23. Qazdan istifadə Qaydaları”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2295,40 manat məbləğində borc silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir.
26. xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə qanunsuz istifadə edilmiş qazın dəyəri 880,30 manat təşkil edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış borcun silinməsi hissəsində əsassızdır. Belə ki, abonent saldosu nəzərdən keçirilərkən iddiaçı tərəfindən həmin dövr üçün qazdan istifadə üçün ödənişlərin edilməsi müəyyən edilmir.
28. 03.2023-cü il tarixli, ******* nömrəli akta münasibətdə isə işə baxan məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
29. Belə ki, Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il mayın 1dən qüvvəyə minmiş) 8-1 nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
30. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .
31. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 2894,40 manat borc silinməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən 3 akt üzrə tərtib edilmiş aktlar üzrə borc məbləği 6070,10 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə isə araşdırma aparmadan 7277,45 manat məbləğində borcu silmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız xx.xx.2017ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2295,40 manat məbləğində borcla bağlı qənaətə gələrkən maddi hüquq normaları düzgün tətbiq etmiş, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 4982,05 manat (7277,45 - 2295,40 = 4982,05) məbləğində borcun silinməli olması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə borcun silinməsi hissəsində təmin edilməlidir. xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 880,30 manat və istifadə etdiyi qaza görə hesablanmış borcun silinməsi hissəsində iddia tələbi təmin edilməməlidir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01240) hesablanmış 4982,05 (dörd min doqquz yüz səksən iki manat beş qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01240) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2894,40 (iki min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01240) hesablanmış 4982,05 (dörd min doqquz yüz səksən iki manat beş qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********01240) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2894,40 manat (iki min səkkiz yüz doxsan dörd manat qırx qəpik) məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 2295,40 manat borcun silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev