Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4193/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5887/2019 nömrəli qətnaməsindən Cavabdeh1 Ağaqulu qızı tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 Ağaqulu oğlu, İddiaçı2 Ağaqulu qızı, İddiaçı3 Ağaqulu qızı, İddiaçı4 Ağaqulu oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1 Ağaqulu qızına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, 18 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrində aparılan qeydin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına verilmiş 2V-01-177 saylı, xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə; Daşınmaz Əmlakın Dövlət Reyestrindəki aparılmış qeydin və onun əsasında verilmiş MN seriyalı, ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412-05101- 093019 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə; Cavabdeh1, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 adına paylarına mütənasib qaydada yeni vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İE seriyalı 176479 nömrəli nikah şəhadətnaməsinə əsasən X17 ilə X18 xx xxxxxx 1952-ci il tarixdə birgə nikaha daxil olublar. Birgə nikahlarından doqquz uşaqları anadan olmuşdur: xx.xx.1953-cü il təvəllüdlü X14 Qulu qızı; xx.xx.1954-cü il təvəllüdlü İddiaçı1; xx.xx.1954-cü il təvəllüdlü İddiaçı2; xx.xx.1957-ci il təvəllüdlü İddiaçı3; xx.xx.1958-ci il təvəllüdlü Rizvanov X23; xx.xx.1960-cı il təvəllüdlü Rizvanov X24; xx.xx.1960-cı il təvəllüdlü Rizvanov X25; xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1; xx.xx.1963-cü il təvəllüdlü İddiaçı4. Həmin övladlardan aşağıda adları çəkilən şəxslər hal-hazırda vəfat etmişdir: AZ-İ seriyalı 122912 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2004-cü ildə X14 Qulu qızı; AZ-İ seriyalı 632784 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci ildə Rizvanov X25; AZ-İ seriyalı 85770 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2015-ci ildə Rizvanov X24;AZ-İİ seriyalı 000108 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu ildə Rizvanov X23. Valideynləri birgə nikahda olduqları dövrdə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən X8 mülkiyyətinə verilmişdir və bununla bağlı xx.xx.1994-cü il tarixli, 30/40425 saylı çıxarış verilmişdir. xx xxxxxxx 1994-cü il tarixdə ataları X17, xx xxxxxx 2004-cü ildə isə anaları X18 vəfat etmişdir. Qeyd edilən mənzildə əvvəldən mərhum qardaşları Rizvanov X23 həyat yoldaşı İddiaçı5 və övladları ilə yaşadığından ümumiyyətlə anaları dünyasını dəyişdiyi andan aralarında miras əmlakın bölüşdürülməsi ilə bağlı heç bir danışıqlar aparılmamışdır. 2019-cu ildə qardaşları Rizvanov Kamalın vəfatından sonra qeyd edilən mənzilin yerləşdiyi ünvana göndərilən məhkəmə bildirişlərindən onlara məlum olmuşdur ki, Cavabdeh1 qeyd edilən mənzili öz adma özəlləşdirərək məhkəməyə iddia ilə müraciət etmiş və qardaşlarının yoldaşı İddiaçı5 övladları ilə birlikdə sözügedən mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsində Cavabdeh1 iddia tələbi üzrə aparılan araşdırma zamanı tərəflərindən müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən mənzili xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında adına rəsmiləşdirmiş və bununla bağlı MN seriyalı, ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412-05101-093019 reyestr nömrəli çıxarış əldə etmişdir. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsinə əsasən X8 yeganə vərəsəsi Cavabdeh1 müəyyən edilmişdir, halbuki hazırkı iddia tələbində qeyd edilən hallardan da açıq-aşkar müəyyən edilir ki, bu heç də belə deyil. Daha sonra iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 adma verilmiş 2V-01-177 saylı, xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindəki aparılmış qeydin və onun əsasında verilmiş MN seriyalı, ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412-05101- 093019 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5887/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, vavabdeh Cavabdeh1 adına verilmiş 2V-01- 177 saylı, xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeyd və onun əsasında verilmiş MN seriyalı, ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412- 05101- 0930 1 9 reyestr nömrəli Çıxarışın etibarsız hesab edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 Ağaqulu qızı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5887/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında 1 saylı mənzil anası X8 adında olmuş və onun adına 1994-cü ildə özəlləşdirilmişdir. Anası və yalnız o həmin mənzildə qeydiyyatda olmuş və yalnız onların istifadə hüququ olmuşdur. Həmin mənzildə məhz o anasıyla yaşamışdır. Sonradan qardaşı Rizvanov X23 ailəsi ilə müvəqqəti ora köçmüşdür. Anası xx xxxxxx 2004-cü il tarixində vəfat etmişdir. Anasının vəfatından sonra cavabdehlərdən heç kəs vərəsəliklə bağlı müraciət etməmişdir. Anası sağlığında həmin mənzili ona verdiyini bilidrmiş və qardaşları bunu qəbul etmişdir. Çünki onlar ailə üzvləri ilə ünvan 4 ünvanında yaşamışdırlar. O mənzili də valideyinləri digər bacılarına vermişdilər. Bu səbəbdən onlar hazırda həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa torpaq sahəsi də qardaşlarına verilmişdir. O, xx.xx.2008-ci il tarixində vərəsəliklə bağlı 18 saylı notariat kontoruna müraciət edərək, vərəsəlik hüquqnu almışdır. Rəhim və Rasim adlı qardaşları da həmin prossesdə iştirak edərək onun xeyrinə imtina yazmışdılar. Mənzil adına keçəndən sonra mənzilə quraşdırılan qaz, işıq və su sayğacları da onun adına keçirilmiş və ödəniş üçün gələn bütün qəbzlərdə məhz onun adı göstərilirdi. Ümumiyyətlə hesab edir ki, cavabdehlər qanunla verilmiş bütün müddətləri keçirtmişdilər. Həmin müddətlərin bərpası barəsində heç bir hüquqi əsas olmadan birinci instansiya məhkəməsi tərəfindən ona verilmiş xx xxxxxx 2008-ci il tarixli vərəsəlik haqqında şəhadətnamə və xx xxxxxx 2009-cu il tarixində mənzilə verilmiş Çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X5 iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini iddiaçıların nümayəndəsi və vəkili X1 izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İE seriyalı 176479 nömrəli nikah şəhadətnaməsinin surətindən məlum olur ki, X29 ilə X18 arasında xx xxxxxx 1952-ci il tarixdə nikah bağlanmışdır. Şəxsiyyət vəsiqələrinin notarius tərəfindən təsdiq olunmuş surətlərindən aydın olur ki, X29 ilə X8 birgə nikahlarından 9 övladları vardır. İJ seriyalı 362707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1954-cü il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. İJ seriyalı 362708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. İİİ İJ seriyalı 253550 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1957-ci il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. AZ seriyalı 414927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.1963-cü il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. İ İE seriyalı 374096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Rizvanov X23 xx.xx.1958-ci il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. İE seriyalı 154567 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1961-ci il tarixində anadan olmuşdur və onun atası X17, anası isə Səidə Əliəşrəf qızıdır. AZ-İ seriyalı 106181 nömrəli ölüm haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Səidə Əliəşrəf qızı xx xxxxxx 2004-cü il tarixində vəfat etmişdir. AZ-İİ seriyalı 000108 nömrəli ölüm haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxxxx 2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhər 18 saylı notariusda xx.xx.2008-ci il tarixində, 2 V-177 reyestrlə rəsmiləşdirilmiş vərəsəlik işinin surətindən aydın olur ki, xx.xx.2004-cü il tarixində ölmüş X8 vərəsəsi Cavabdeh1 Ağaqulu qızı müəyyən edilmişdir, digər 2 vərəsə X3 və X4 vəfat etmiş anaları Səidə Əliəşrəf qızından miras qalmış əmlak paylarını qəbul etməkdən Cavabdeh1 Ağaqulu qızının xeyrinə miras əmlakdan imtina etmiş, Səidə Əliəşrəf qızından miras qalmış əmlak qızı Cavabdeh1nm adına rəsmiləşdirilmişdir. Həmin işdə olan sənədlərlə təsdiq edilir ki, həmin vaxt notariusa müraciət edən 3 vərəsə digər vərəsələrin mövcudluğu barədə notariata məlumat verməmişlər. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil xx.xx.1994-cü il tarixdə İcra Hakimiyyəti tərəfindən Səidə Əliəşrəf qızının mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma dair dövlət reyestrndən verilmiş arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrnə tam mülkiyyət hüququ ilə Səidə Əliəşrəf qızının adma qeydiyyata alınmışdır. 94 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14192 nömrəli 2008-ci il tarixli arayışının surətindən görünür ki, Səidə Əliəşrəf qızı xx.xx.1981-ci il tarixindən xx.xx.2004cü il tarixinə kimi ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatda olmuş və onun ailə üzvü kimi yalnız Cavabdeh1 Ağaqulu qızı göstərilmişdir. Ərizələrin surətindən görünür ki, X3 və X4 vəfat etmiş anaları Səidə Əliəşrəf qızından miras qalmış əmlak paylarını qəbul etməkdən imtina ediblər. Vərəsəlik hüququ haqqında xx.xx.2008-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil vərəsəlik hüququ əsasında Cavabdeh1 Ağaqulu qızının adma rəsmiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-3981/2019 nömrəli xx xxx 2019-cu il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh1 AğaQulu qızının cavabdehlər İddiaçı5 qızma, İddiaçı7 qızma və İddiaçı6 qarşı cavabdehlərin ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması barədə ilkin iddia tələbi təmin edilməmişdir. Qarşılıqlı iddia tələbi ilə isə İddiaçı5, İddiaçı7 və İddiaçı6 ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildən istifadə hüquqları tanınmışdır. AR Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar - birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.3-cü maddəsinin tələblərinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (Maddə 1243.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.(Maddə 1246) Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.(Maddə 1248.1.)Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.(Maddə 1248.2.) Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. (Maddə 1255) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Qərarında qeyd edilmişdir ki,vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o, sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, miras qoyan X8 doqquz övladı olmuşdur: xx.xx.1953-cü il təvəllüdlü X14 Qulu qızı; xx.xx.1954-cü il təvəllüdlü İddiaçı1; xx.xx.1954-cü il təvəllüdlü İddiaçı2; xx.xx.1957-ci il təvəllüdlü İddiaçı3; xx.xx.1958-ci il təvəllüdlü Rizvanov X23; xx.xx.1960-cı il təvəllüdlü Rizvanov X24; xx.xx.1960-cı il təvəllüdlü Rizvanov X25; xx.xx.1961- ci il təvəllüdlü Cavabdeh1; xx.xx.1963-cü il təvəllüdlü İddiaçı4. Həmin övladlardan aşağıda adları çəkilən şəxslər onun sağlığında vəfat etmişdir: X14 Qulu qızı, Rizvanov X20; Rizvanov X24; Rizvanov X23. xx xxxxxx 2004-cü ildə X18 vəfat etmişdir. Onun mülkiyyətində olan miras əmlakda Rizvanov X12 həyat yoldaşı İddiaçı5 və övladları faktiki yaşayırlar. Cavabdeh1 miras əmlakı xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında adına rəsmiləşdirmiş və bununla bağlı MN seriyalı, ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412-05101-093019 reyestr nömrəli çıxarış əldə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixində ölmüş X8 vərəsəsi Cavabdeh1 Ağaqulu qızı vərəsəlik şəhadətnaməsini almaq üçün notariata müraciət etmiş, digər 2 vərəsə X3 və X4 vəfat etmiş anaları Səidə Əliəşrəf qızından miras qalmış əmlakda paylarını qəbul etməkdən Cavabdeh1 Ağaqulu qızının xeyrinə imtina etmiş, Səidə Əliəşrəf qızından miras qalmış əmlak qızı Cavabdeh1nm adma rəsmiləşdirilmişdir. Həmin işdə olan sənədlərlə təsdiq edilir ki, həmin vaxt notariusa müraciət edən 3 vərəsə digər qanun üzrə vərəsələrin mövcudluğu barədə notariata məlumat verməmişlər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş maddi hüquq normalarına və mülki işdə olan sübutlara əsaslanaraq, belə qənaətə gəlir ki, qanun üzrə digər vərəsələr mövcud olduğu halda miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin tam pay hüququ ilə bir vərəsəyə verilməsi digər qanun üzrə vərəsələrin konstitusion hüququnu pozduğundan, həmin vərəsələrin mövcudluğu barədə notariata məlumat verilmədyindən, həmin vərəsələr Cavabdeh1 xeyrinə mirasdan imtina etmədiklərindən, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 adına verilmiş 2V-01-177 saylı, xx xxxxxx 2008-ci il tarixli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməli,Daşınmaz Əmlakın Dövlət Reyestrindəki aparılmış qeyd və onun əsasında verilmiş MN seriyalı ******* saylı, xx xxxxxx 2009-cu il tarixli **********412-05101-093019 reyestr nömrəli Çıxarış etibarsız hesab edilməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün məhkəməyə gəlmişdir. Apelyasiyanın dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, apelyator həmin dəlilləri təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5887/2019 nömrəli qətnaməsi Cavabdeh1 Ağaqulu qızına münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4193/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4193/2020
23.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver