Məhkəmə qərarları › İş №2(103)-4194/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4194/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4194/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Açar sözlər: ərazi aidiyyatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e- 2(006)-3582/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən zərər kimi sığorta məbləğinin 75%-dən artıq olduğu və avtonəqliyyat vasitəsi tam məhv olmuş sayıldığı üçün avtomobilin dəyəri olan 48000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 234 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e- 2(006)- 3582/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri, Səbail rayonu, Sabir küçəsi 3 olması müəyyən edilmişdir.

4. İddiaçı həmin qərardadn şikayət verərək ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iş materialında olan və "xxxx" tərəfindən İddiaçı və "xxxx" MMC-nə göndərilmiş məktublardakı rekvizitlərdən görünür ki, şirkətin fakitiki ünvanı Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli 75 B ünvanıdır. Həmçinin məhkəmənin qərarında qeyd edilmişdir ki, iş ərazi adiyyatı üzrə Səbail rayon məhkəməsinə göndərilməlidir. Əgər iş adiyyatı üzrə Səbail rayon Məhkəməsinə göndərilsə və məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərildikdə həmin bildiriş ona çatmayacaq bu səbəbdən qarşı tərəf məhkəməyə iclasında iştirak edə bilməyəcək və bu da çəkişmə prinsipinin pozulması deməkdir. İş materillarında olan məktublardan da görünür ki, “Atəşgah Sıorta Şirkətinin” faktiki ünvanı Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli 75 B ünvanıdır. Həmçinin onu da qeyd edir ki, hüquqi şəxs huqiqi ünvanını dəyişdikdə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və onun yeni ünvanı hüquqi şəxslərin dövlət reyestrində qeyd olunmalıdır. Lakin göründüyü kimi "xxxx" ASC hüququ ünvanı dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. İş materiallarından göründüyü kimi məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəyə baxarkən ancaq Mülki Prosessual Məcəllədə qeyd olunan hüququ normalarını qeyd etmiş, idda ərizəsində qeyd olunan və onun iddaçıya göndəridiyi məktublardakı ünvana baxmayaraq əsassız qərar qəbul etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, e- 2(006)- 3582/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.; Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

8. İddiaçının şikayətinin mahiyyəti ondan ibarətdir ki, iddia ərizəsi hüquqi şəxsin qeydə alındığı deyil, faktiki olaraq fəaliyyət göstərdiyi ünvan üzrə verilməlidir.

9. Lakin bu yanaşma MPM-nin 35.2-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin normanın məzmununa əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

10. İş materiallarından da göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı ünvanın ünvan 6 hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e- 2(006)- 3582/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, e- 2(006)- 3582/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar