Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4200/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh2, onun vəkili Vəkil1, tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı “qohumluq faktının müəyyən edilməsi, miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsızlığı” tələbinə dair iddiası, Cavabdeh2 İddiaçı qarşı “mənzildən çıxarılma, həmin mənzildən istifadəyə maneələrin qadağan edilməsi, mənzilə köçürülmə və mənzilə dair sənədlərin və açarlarının surətinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-168/21 saylı, 03.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər 28 saylı notariat kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müracəit edərək, 05 may 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X9 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi, Səbail rayon Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi və 28 saylı notariat ofisi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 16 saylı evin 10 saylı mənzili ilə bağlı vərəsəlik şəhadətnaməsinin onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X10 ilə aşağıdakı qaydada ana xətti ilə qohumluq münasibətləri mövcuddur: 1.İddiaçı, 2.X12 (vəfat edib 20.05.2014-cü il tarixdə Bakı şəhərind-anasıdır: 3.Reznikova Lukeriya Mixaylovna (vəfat edib Krasnodar vilayəti-ana xəttilə) nənəsidi. 1.X10 (vəfat edib 26.12.2019-cu il tarixdə Bakı şəhərində)-xalası qızıdır; 2.X2 (vəfat edib 14 oktyabr 1957-ci ildə Çuvaşya vilayəti)-xalasıdır; 3.X7 (vəfat edib Krasnodar vilayəti)-ana xəttilə nənəsinin bacısıdır. Müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, mərhum L.Parpura ilə qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Mərhum xalası qızı L.Parpuranın Bakı şəhərində yeganə qohumu o olmaqla, onun qayğısına qalmışdır. RF ərazisində yaşayan qohumlarla hər ikisinin əlaqəsi 90-cı illərdən sonra olmamışdır. Yaşlı insan olaraq o, L.Parpuraya qayğı göstərmiş, daimi olaraq birbirlərinə gəliş-gedişləri olmuşdur. 2019-cu ilin dekabr ayında o, L.Parpuranı xəstəxanaya yerləşdirmiş, 26.12.2019-cu ildə L.Parpura vəfat etmiş, o onu ailələrinə məxsus qəbirstanlıqda yerləşən torpaq sahəsində dəfn etmişdir. L.Parpuradan qalan əmlak faktiki tərəfindən qəbul edilmiş, bütün rəsmi sənədlər ondadır, yəni çıxarışın əsli, vəsiyyətnamənin əsli, hazırda mənzil onun sahibliyində və istifadəsindədir. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nəticəsi olaraq 05 may 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. Cavabdeh2 öhdəçiliyini yerinə yetirməmiş, daha doğrusu, maddi imkansızlığı, vaxtının olmamasını əsas gətirərək vəsiyyətnamənin surətində öz dəsti xəttilə 16.08.2018-ci il tarixdə yazmış və bir daha vəsiyyətnamənin əsl mahiyyətini məlum etmişdir ki, həqiqətdə vəsiyyətnamə deyil, ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlanması tərəflər arasında razılaşdırılmışdır. Yenə Cavabdeh2 L.Parpuraya yalnış məlumat vermiş, yəni öz imzası ilə renta müqaviləsindən imtina etməyi ilə vəsiyyətnamənin ləğv edildiyini məlum etmiş, L.Parpura isə buna inanmışdır. Bu səbəbdən L.Parpura notariat ofisinə müraciət etməmişdir. Bu barədə L.Parpura sağlığında ona danışmış, lakin onun da bu sahədə təcrübəsi olmadığı üçün L.Parpuraya məsləhət verə bilməmişdir. L.Parpuranın ölümündən sonra miras əmlakın faktiki onun tərəfindən qəbul olunması məqsədi ilə 8 saylı notariat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, 28 saylı notariat ofisində bu daşınmaz əmlakla bağlı vəsiyyətnamə mövcuddur. Bu səbəbdən o, inzibati orqanlara müracəit etmiş, lakin sualın məhkəmə orqanlarında müzakirə olunması ona tövsiyyə edilmişdir. Cavabdeh2 ilə L.Parpura arasında renta müqaviləsinin şərtləri dairəsində razılaşma olduğu üçün məlum halda ömürlük saxlamaq şərti ilə renta müqaviləsinin prinsipləri tətbiq edilməlidir. Ona görə də, 05 may 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X9 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi, Səbail rayon Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi və 28 saylı notariat ofisi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 16 saylı evin 10 saylı mənzili ilə bağlı vərəsəlik şəhadətnaməsi onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanından çıxarılması, həmin mənzildən onun tərəfindən istifadəyə maneələrin cavabdehə qadağan edilməsi, onun ünvan 1 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin cavabdehdə qalan açarlarının surətinin ona qaytarması, 3000 manat kirayə haqqının və mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X11 öz istəyinə əsasən 05.05.5018-ci il tarixdə Cavabdeh2 vəsiyyətnamə vermişdir. 28.12.2020-ci il tarixdə X11 rəhmətə getmişdir. Bundan xəbər tutan cavadeh yaranmış şəraitdən istifadə edərək vasitəçilər vasitəsi ilə mənzili ələ keçirmək üçün hərəkətə keçmiş, mənzildə olan sənədləri və X4 məxsus əmlakları mənimsəmiş, təcili sənədlər toplayaraq mənizili ələ keçirmək istəmişdir. Xəbər tutanda ki, vərəsə var, Cavabdeh2 polisə əsassız olaraq şikayət edərək sübut toplamağa cəhd etmişdir. Sual olunur əgər həqiqətən də qohumsan və mirası qəbul etmisənsə, Cavabdeh2 barədə notariusdan nə üçün məlumat almır, nə üçün polisin əli ilə məlumat toplanır, hətta polisdə olan izahatla da tanış olunur, halbuki ona cavabdehin kimliyi barədə belə məlumat verilmir, təsadüf deyil ki, məhkəmədə də tələm-tələsik polisdə olan materialların alınması üçün vəsatət təqdim edilir. Bu isə təsadüfi adamların mənzilə sahib çıxmaq niyyətini bir daha təsiq edir. İddiaçı və himayədarlarının əməlləri nəticəsində Cavabdeh2 ona miras qalan əmlaka sahib çıxa bilmir. İlkin iddia ərizəsindən də görünür ki, əmlak İddiaçı hazırda sahibliyi və istifadəsindədir. Vərəsə olaraq iddiaçı əsassız iddialarla Cavabdeh2 vərəsə olaraq verilən əmlakdan istifadə etməyə mane olmaqla bərabər miras qoyulan əmlaka özalərini qaçqın kimi təqdim edən şəxsləri yerləşdirmişlər. Cavabdeh2 isə məcburən kirayədə qalmaqla onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır. İddiaçı edilən xəbərdarlıqldara baxmayaraq artıq üçüncü dəfədir ki məhkəmədə əsassız iddialar təqdim edir. Nəticədə Cavabdeh2 2020 yanvar ayından kirayədə qalmaq məcburiyyətindədir. Ona görə də, İddiaçı ünvan 2 ünvanından çıxarılması, həmin mənzildən Cavabdeh2 tərəfindən istifadəyə maneələrin İddiaçı tərəfindən qadağan edilməsi, Cavabdeh2 ünvan 2 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin İddiaçı qalan açarlarının surətinin Cavabdeh2 qaytarılması, 3000 (üç min manat) manat kirayə haqqının və mənəvi ziyana görə 3000 (üç min) manat manat pulun İddiaçı tutularaq cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-168/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-168/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 05.05.2018-ci il tarixli vəsiyətnamənin şərtsiz deyil renta müqaviləsi kimi qeydə alınmalı olduğu faktını bilərəkdən müzakirə predmeti etmir. Cavabdeh2 şəxsən etiraf edir ki, mərhum L. Parpura ilə iddiaçının razılığı olmuşdur ki, iddiaçı ona qayğı göstərməli, vəsait ödəməli olmuşdur. Cavabdeh2 etiraf edir ki, vəsiyyətnamədə vaxtım yoxdur, imtina edirəm, işləyirəm sözlərini özü yazmışdır, lakin bunu L.Parpura iddiaçını sınamaqdan ötrü yazdırmış və bu yazını yazmaq üçün L. Parpura Cavabdeh2 notariat kontoruna aparmışdır. Bu zaman çoxsaylı suallar cavabsız qalmışdır. Belə ki, vaxtım yoxdur, imtina edirəm, işləyirəm sözlərini vəsiyyətnamədə qeyd etmək üçün nəyə görə notariat kontoruna getmək lazım idi? Bu yazının notariat kontorunda yazılması nə ilə təsdiq olunur? Heç bir məntiqə söykənməyən bu izahatın əsl mənası belədir. Mərhum L. Parpura öhdəçiliyini yerinə yetirmədiyi üçün Cavabdeh2 notariat kontoruna aparmaqda məqsədi vəsiyətnaməni ləğv etmək olmuşdur. Həqiqətdə L.Parpura özü notariat kontoruna gedərək vəsiyyətnaməni ləğv edə bilərdi. Məhz Cavabdeh2 notariat kontoruna aparmaqla məqsəd vəsiyətnaməni ləğv etdirmək istəyi L.Parpuranın savadsızlığından irəli gəlir və bu məqamdan Cavabdeh2 çox məharətlə istifadə etmişdir. Vəsiyyətnamədə vaxtım yoxdur, imtina edirəm, işləyirəm sözlərini yazan Cavabdeh2 məhkəmə prosesində bir gün ərzində 3 dəfə- səhər, nahar və axşam L.Parpuraya baş çəkdiyini məlum edir, məlum qeydin məzmunu və gündə 3 dəfə L.Parpuraya baş çəkmək kimi ifadələrə məhkəmə tənqidi yanaşmamışdır. Başqa halda 2019-cu ilin noyabr ayından 26 dekabr 2019-cu ilədək L.Parpura xəstəxanada olmuş və 2 ay ərzində L.Parpuranın harada olmasından xəbəri olmayan ölüm hadisəsindən məlumatsız olan, nə vaxt və kim tərəfindən dəfn olunmasını bilməyən birinə L.Parpura öz əmlakını niyə vəsiyyət etməli idi. Məhkəmə MM-nin 1159.4 və 1159.5-ci maddələrini təhrif etmişdir. Adı çəkilən normativ hüquqi aktla təsdiq edilir ki, dördüncü növbədə vərəsələr- xalalar, bibilər, dayılar və əmilər, 5-ci növbədə xala uşaqları və s. L.Parpura iddiaçının məhrum anasının xalası qızıdır və anası vəfat etdiyi üçün 5-ci dərəcəli vərəsəsi odur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apelyasiya şikayətinin məzmununua uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Kollegiya iclasında iştirak edən Cavabdeh2 və onun vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh 28 saylı notariat kontoruna məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdeh 28 saylı notariat kontorunun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 05 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan X10 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 vəsiyyət etmişdir. Göstərilən vəsiyyətnamənin arxa hissəsində “İmtina edirəm, vaxtım yoxdu baxmağa işləyirəm. 16.08.2018” qeydi yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 073658 nömrəli, 28.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 dekabr 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin 01 ayının 28 günündə 217 № ilə qeyd edilmişdir. İş materiallarında olan 144 saylı MKİS-nin 30.01.2020-ci il tarixli, 008 saylı arayışından görünür ki, İddiaçı 26.12.2019-cu il tarixdə vəfat etmiş 1947-ci il təvəllüdlü X5 dəfn etmiş və dəfn xərclərin o çəkmişdir. İş materiallarında olan X10 tərəfindən notariat kontoruna ünvanlanmış 25.04.2018-ci il tarixli ərizədən görünür ki, 12 mart 2013-cü il tarixli, Bakı şəhəri 28 saylı NK-da 2V/1-06 nömrəli reyestrlə təsdiq edilmiş, X8 verilmiş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunun qeyd olunan normasından görünür ki, məhkəmə qaydasında istənilən faktlar deyil, yalnız qanuna əsasən müəyyən hüquqi nəticələr doğuran faktlar müəyyən oluna bilər. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında izah etmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqlnda işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.4. Dördüncü növbədə xalalar və bibilər, dayılar və əmilər; 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-168/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi əsaslı və qanuni olduğundan şikayət təmin edilməməlidir. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1159.4 və 1159.5-ci maddələrini təhrif etməsi ilə bağlı mülahizəsi əsassızdır. Belə ki, İddiaçı anasının L.S.Parpuranın xalası qızı olması onun 5-ci dərəcə vərəsələr siyahısına salınması üçün əsas deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, ilkin iddia üzrə İddiaçı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, L.S.Parpura ilə onun ana nənələri bacı olduqları üçün o, L.S.Parpuranın beşinci növbədə vərəsəsidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən ana xətti ilə nənənin bacısı qızı qanun üzrə vərəsələrin siyahısına daxil edilməmişdir. Müvafiq olaraq, mərhum L.S.Parpuranın mirasına vərəsəlik hüququ ilkin iddia üzrə iddiaçıya məxsus deyildir. İlkin iddia üzrə iddiaçının mərhum L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktı vərəsəlik hüququnu yaratmır. Həmçinin, İddiaçı apelyasiya şikayətində vəsiyətnamənin şərtsiz deyil renta müqaviləsi kimi qeydə alınmalı olduğunu, L.S.Parpuranın Cavabdeh2 notariat kontoruna aparmaqla vəsiyətnaməni ləğv etdirmək istəyinin L.Papuranın savadsızlığından irəli gəldiyini və bu məqamdan Cavabdeh2 istifadə etdiyini qeyd etsə də bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş və iş materiallarından qeyd edilən hallarla bağlı sübutlar müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə hazırkı işdə də, birinci instansiya məhkəməsinin əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalı olması, yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilməsi barədə mövqeyi qanuni və əsaslıdır. İddiaçı mərhum L.S.Parpura ilə qohumluq münasibətlərində olması faktı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, o, cavabdehə qarşı miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu hal isə qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-168/2021 saylı, 03.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4200/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4200/2021
25.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver