Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4207/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-992/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xəbərdarlığında su xidmətinə görə 1580 manat borc tələbinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə fəaliyyət göstərən aptekin sayğacına görə, su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə guya ki, 12.11.2020-ci il tarixinə 1580 manat borcun yaranması barədə 16.11.2020-ci il tarixdə ona xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda göstərilmişdir ki, 7 iş günü borcu ödəməsə suyun verilməsi dayandırılacaqdır. O, sayğacı kartla istifadə edir, suyun həcmi barədə məlumat qeydə alınmışdır və təbii ki, borcun olması da, qeyri-mümkündür. Xəbərdarlıqda 1580 manat borcun nəyə əsasən, hansı meyarlara uyğun olaraq nesablanması məlum deyildir. Cavabdeh ona bu barədə nə cədvəl, nə də protokol təqdim etməmişdir. Cavabdehin xəbərdarlığı qanunsuzdur, çünki onun borcu yoxdur, suölçən cihaza nəzarəti STKM (Su təchizatı və kanalizasiya müəssisəsi) həyata keçirir, bir də xəbərdarlıqda göstərilmiş 7 gün müddətinin təyin edilməsi də, qanunvericiliyə ziddir. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30-cu maddəsinə əsasən “Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “X2”nın 2.1.3-cü bəndinə əsasən: “fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM vəzifələrinə aiddir.” Həmin Qaydaların 2.1.9.2-ci bəndinə əsasən: “Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM vəzifələrinə aiddir.” Bildirmək istəyir ki, aptekin sayğacı aptekdə deyil, pilləkən qəfəsində yerləşdiyindən ona nəzarəti, suyun həcmini müəyyən etməsini və 6 ayda bir dəfədən az olmayaraq texniki baxışın keçirlməsini STKM vəzifəsidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-992/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, ünvan 1, mənzil 16 ünvanına dair Cavabdeh ASC tərəfindən hesablanmış 1580 (bir min beş yüz səksən) manat məbləğində borcun silinməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-992/2021 saylı, 04.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 19.12.2016-cı il tarixində 076154 nömrəli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və kanalizasiya xidməti göstərir. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. ünvan 3 ünvanında aptek kimi fəaliyyət göstərən obyektdə 16.08.2012-ci il tarixdə quraşdırılmış Alfasu-15 markalı, 50126571 nömrəli smart tipli su sayğacı 30.11.2017-ci il tarixdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi məqsədilə Cavabdeh ASC-nin X3 İdarəsinə aparılmışdır. Laboratoriyanın 05.12.2017-ci il tarixli 226571/0029627 saylı rəyinə əsasən sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.15 bəndinə əsasən 790m əlavə sərfiyyat hesablanmışdır. Su xətti üzərinə yeni 50017563 nömrəli, Alfasu-15 markalı smart tipli su sayğacı quraşdırılmışdır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətlər və bununla əlaqədar yaranan digər məsələlər - “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “X2” ilə tənzim olunur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Həmin qanunun 32.2-ci maddəsinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-ci il tarixli qərarı ilə təsdiq edilmiş "X2"nın 6.13-cü bəndinə əsasən Hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Həmin qərarın 6.15-ci bəndinə əsasən Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: Həmin qərarın 6.15.1-ci bəndinə əsasən istehlakçının müdaxiləsi halında Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; Həmin qərarın 6.15.2-ci bəndinə əsasən pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 6.16-ci bəndinə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qeyd edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda qeyd olunan normalara istinad edilsə də, lakin işə baxan hakim özünəməxsus şəkildə ona qiymət vermişdir. Hesab edirik ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Beləliklə su sayğacına müdaxilə işin mübahisələndirilməyən halıdır. İddiaçı sayğaca müdaxilə faktı ilə razılaşmır və qüsurun tərəfindən edilmədiyini bəyan edir. Qaydalarda sayğacla bağlı baş verəcək hər hansı bir məsuliyyətin bütövlüklə cavabdeh olan müəssisənin üzərinə düşdüyü qeyd edilir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavbdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan DƏDRX-nin MA seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 04.05.2020-ci il tarixli icraə müqaviləsindən görünür ki, icraəyə verən X1 ünvan 4 ünvanında yerləşən 16 saylı mənzili icarəçi “xxxx” MMC-yə 01.06.2025-ci il tarixədək icrarəyə vermişdir. İş materiallarında olan 08.12.2017-ci il tarixli laboratoriya nəticəsindən görünür ki, 2012-ci il tarixli 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının hesablanma mexanizmində müdaxilə aşkar olunmuş və sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan Abonent haqqında məlumatdan görünür ki, fiziki şəxs İddiaçı məxsus ünvan 4 ünvanına su borcu üzrə 790 manat, çirkab borcuna görə 790 manat, ümumilikdə 1580 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan smart-kart tipli su sayğacının dəyişdirilməsi haqqında arayışdan görünür ki, 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının elektron hissəsi işləmədiyinə görə sayğac dəyişdirilmiş, sayğacın üzərində 1 ədəd plomb, 0.80 m Sim, zavod plombu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “X2”nın 2.1.3-cü bəndinə əsasən: “fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM vəzifələrinə aiddir.” Həmin Qanunun 6.4-cü bəndində əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30- cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «X2»nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Cavabdeh apellyasiya şikayətində o hala istinad etmişdir ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış 50126571 nömrəli Alfasu AT-15 markalı su sayğacının hesablanma mexanizmində iddiaçı tərəfindən müdaxilə aşkar olunmuş, sayğacının elektron hissəsi işləmir, bu səbəbdən də, təmirə və istismara yararsızdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən kənar müdaxilənin mövcudluğuna istinad etsə də, həmin müdaxilənin məhz iddiaçının təqsiri üzündən yaranması halı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsinin iddiaçı tərəfindən törədilməsi halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-992/2021 saylı, 04.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4207/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4207/2021
23.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver