Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4209/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2025-ci tarixli, 2(010)-1204/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, dəymiş ziyanın hesablabması və ödənilməsi qərara alınmışdır.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş, dəymiş ziyanın hesablabması və ödənilməsi qərara alınmışdır.
3. 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 150 gün, kombinin maksimal qaz sərfi 2.6 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 150 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmış, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********01072) ünvan 1 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və 13680 m3 həcmində dəymiş zərər hesablanmışdır.
4. 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal qaz sərfi 2.6 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmış, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********01072) ünvan 1 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və 10584 m3 həcmində dəymiş zərər hesablanmışdır.
5. 22 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasında 3B nömrəli mənzilə təbii qazın verilməsi barədə "xxxx" QSC-nin müraciətinə Cavabdeh İB tərəfindən bildirilmişdir ki, texniki-icra sənədləri nəzərə alınaraq, istehlakçı ilə təbii qazın alğı-satqısı barədə müqavilə bağlandıqdan, abonent bazasında qeydiyyatda alındıqdan sonra “X3 Təhlükəsizlik Qaydaları”na tam riayət etmək şərti ilə 3B nömrəli mənzilə təbii qazın verilməsinə etiraz edilmir.
6. Cavabdeh İB (Paylayıcı) və İddiaçı (İstehlakçı) arasında 22 iyul 2022-ci il tarixdə bağlanmış 130010 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
7. 22 iyul 2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus, ünvan 1 ünvanına təbii qazın istifadəsi və istismarı məqsədi ilə “Zenner G4” markalı, **********202 nömrəli qaz sayğacı quraşdırılmışdır.
8. 26 dekabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 3B nömrəli mənzildə istehlak edilən təbii qaza görə 2022-ci ilin yanvar ayında 1270,08 manat, 2022-ci ilin iyun ayında 1641,6 manat olmaqla, cəmi 2911,68 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 2911,68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş, lakin orada yaşamamışdır. O və ailəsi 2022-ci ilin iyul ayından o mənzildə yaşamışdır. Həmin evdə yaşayış olmadığından həmin mənzilə kommunal xəttlər çəkilməmişdir. Lakin 01 iyul 2022ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək baxış keçirmişlər. Bu barədə akt tərtib edilmiş və aktda aşağıdakılar qeyd olunmuşdur - “baxış zamanı mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır”. Həmin aktda onun, yəni İddiaçı akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bundan əlavə, Cavabdeh İB-nin əməkdaşları yenidən 28 iyun 2022-ci il tarixdə heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək baxış keçirmişlər. Bu zaman da bu barədə akt tərtib tərtib edilərək qeyd edilmişdir ki, baxış zamanı abonent təbii qazdan sayğacsız kənar qeyri-qanuni istifadə edir. Hər iki akt əsasında onun barəsində 2911,68 manat məbləğində cərimə tətbiq edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, onun evinə baxış keçirilən zaman mənzildə nə qaz xətti, nə də ki sayğac olmamışdır. Həmçinin o, həmin akt tərtib edildiyi anda nə həmin mənzildə, nə də ki Azərbaycan Respublikasının ərazisində olmamışdır. O, respublika hüdudlarından kənarda olmuşdur. Barəsində tətbiq edilmiş cərimə barəsində mənzilinə qaz sayğacı quraşdırıldıqdan sonra məlumatı olmuşdur. Bu zaman qaz kartına məbləğ mədaxil olduqda, həmin məbləğin 50% tətbiq edilmiş cəriməyə silinmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, mənzilinə qaz xətti və sayğac quraşdırılmadığı dövrdə əməkdaşlar barəsində cərimə tətbiq etmişlər. 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, ona itirilmiş qazın həcmi 10584 m3 hesablanmışdır. 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, ona itirilmiş qazın həcmi 13680 m3 hesablanmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli və 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktlar və həmin tarixli tələbnamələr tamamilə əsassızdır. Həmçinin həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtı vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər mənzilində qazdan qeyriqanuni istifadə olunsa idi, mənzilinə həmçinin sayğac quraşdırıldığı zaman da idarənin əməkdaşları ilk öncə bunu onlar aşkar edə bilərdilər. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İB-nin öhdəsinə düşür və onun səlahiyyətindədir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz xəttlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar fotoşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş və 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1270,08 manat 30 iyun 2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1641,60 manat ümumilikdə 2911,68 manat Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş və istehlakçı bu müddət ərzində qeydiyyatsız istifadə etdiyi üçün dəymiş ziyana görə hesablanan borcun əlavə edilməsi üçün elektrik sayğacı əsasında adı müəyyənləşdirilən İddiaçı Həsənxan adına **********01072 istehlakçı hesabı açılmışdır. Daha sonra əraziyə təkrar baxış zamanı məlum olmuşdur ki, həmin ünvana 22 iyul 2022-ci il tarixdə ZENNER G4T SMART markalı, **********202 nömrəlisayğac quraşdırılmış və eyni ünvan üzrə **********20032 istehlakçı hesabı açılmışdır. Bundan sonra istehlakçının borcu ödəməkdən yayınmasının qarşısı alınması üçün **********01072 istehlakçı hesabı passiv statusa keçirilmiş və 2376 manat borc **********20032 istehlakçı hesabına əlavə edilmişdir. İşdə olan X1 (GPS) vasitəsi ilə çəkilmiş fotoşəkillərdən qaz xəttinə rezin boru vasiətəsi ilə qanunsuz qoşulma olduğu aydın görünür. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2025-ci tarixli, 2(010)- 1204/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********20032) 31 yanvar 2022 və 28 iyun 2022-ci il tarixli aktlar əsasında hesablanmış cəmi 2911,68 manat məbləğində borc silinməsi, Cavabdehndən 49,12 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübuta yetirilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün deyil. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt istehlakçı tərəfindən imzalanmamış, aktda istehlakçının adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, bu fotoşəkillər də iddiaçının ünvanında sayğacdan kənar təbii qazdan istifadə edildiyini sübut etmir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşları aşkar etdikləri pozuntunu təsdiq edə biləcək daha mötəbər sübutları (məsələn, videoyazı) məhkəmə təqdim edə biləcəkləri halda, bunu etməmiş, yalnız bir neçə fotoşəkil təqdim etmişlər ki, bu fotolar əsasında da qanunsuz qoşulma faktı təsdiq edilmir. 28. Belə olan halda məhkəmə hesab edir ki, 31 yanvar 2022-ci il tarixli aktın tərtib edildiyi dövrdə iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi mötəbər sübutlarla müəyyən edilmir. Odur ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair həmin akt əsasında hesablanmış 1270,08 manat məbləğində borc silinməlidir. 28 iyun 2022-ci il tarixli akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qaz paylayıcısı (Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.3, 4.8, 5.2, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
16. Şikayətin dəlillərinə görə, İddiaçı dəfələrlə qaz xəttinə qanunsuz qoşularaq qazdan istifadə etmiş və cavabdehə maddi zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında qaz xətti üzərində izlərin olduğunu, lakin akt tətrib edilən zaman orada yaşamadığını bildirmişdir. Eyni zamanda iş üzrə məhkəmə tərəfindən təyin edilən yerli baxış zamanı izlərin olduğu (əlavə xətlə qoşulmaq üçün borucuq) müəyyən edilmişdir. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almadan qətnamə qəbul etmişdir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh fotoşəkillərlə, saldo məlumatları ilə, yerli baxış zamanı aşkar edilən izlərlə qanunsuz qoşulma halını sübut etmiş, lakin iddiaçı həmin qanunsuz qoşulmanın ona aid olmamasını və həmin vaxt orada yaşamamsını bildirsə də, bu faktı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, hətta məhkəmə iclasında aktlar tərtib edilən tarixlərdə evin ona məxsus olduğunu bildirmişdir. Lakinməhkəmə iddiaçının aktları imzalmadığını və qaz haqqında qanunvericilikdə nəzərdə tutulmayan hal şahidlərinin iştirak etməməsini əsas gətirərək iddianı təmin etmişdir. Halbuki aktın barəsində tərtib edilən şəxs tərəfindən imzalanmaması həmin aktın doğruluğunu istisna etmir. Bundanəlavə məhkəmə 28 iyun 2022-ci il tarixli akt əsasında hesablanmış borca münasibətdə isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun13-cü maddəsinin 8-1-ci bəndinə istinad edərək, iddiaçının Mülki Məcəllənin1096, 1097-ci maddəsinə əsasən dəymiş zərəri tələb etmək hüququnu nəzərə almadan, yalnız prosedur qaydalarına riayət edilmədiyinə görə formal münasibət göstərərək həmin hissədə iddianı ümumiyyətlə araşdırmadan iddianı təmin etmişdir. Həmin maddəyə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülkiprosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğ u qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət vermədən, tərəflərin izahatını, iş üzrə saldo, aktlar, şəkillər və yerli baxışın nəticəsinə uyğun qərar qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçınınqanunsuz qazdan istifadə etdiyini təsdiq edən saldo məlumatlarını, həmin vaxtlarda məişət və istilik üçün hansı vasitələrdən istifadə etdiyini müqayisəli şəkildə araşdırmamış və nəticədə dəymiş ziyanın əvəzi ödənilməmiş qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Məhkəmə kollegiyası onu qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, cavabdeh tərəfindən tərtib edilmiş aktın 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.
28. Apellyasiya şikayətində göstərilən digər hallara dair birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış yekun aktında düzgün əsaslandırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası həmin xüsusatlara dair əlavə əsaslandırma aparmağa zərurət görmür.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2025-ci tarixli, 2(010)- 1204/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2025-ci tarixli, 2(010)- 1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.