Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4210/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(011)-459/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İstehlakçı İddiaçı barəsində xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında akt” tərtib edilmiş, aktda təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edildiyi qeyd edilmişdir. Aktlara əsasən abonent İddiaçı 12548,96 manat məbləğində borc hesablanmış, 396,59 manat məbləğində pul borca görə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, aktdan irəli gələn 12197,45 manat məbləğində borcun silinməsi, qeyri-qanuni tutulmuş 351,59 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində cavabdehin əməkdaşları guya onun ünvanında sayğacdan kənar qeyriqanuni istifadə olunduğunu aşkar etmiş, foto şəkillər çəkmiş, kənar xəttin hansı ünvana aid olduğunu müəyyən etmədən xx.xx.2023-cü il tarixdə akt tərtib etmişlər. Tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə abonent tərəfindən edilməsi aşkarlanmamışdır.
4. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əlavə olunmuş foto görüntülərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olduğu, həmin evdə yerləşən fərdi yaşayış evində dördgözlü qaz piltəsi dəmir sobanın olduğu müəyyən edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-459/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında üzrə abonent İddiaçı (abonent kodu: **********00111) hesablanmış 11459,04 (on bir min dörd yüz əlli doqquz manat, dörd qəpik) manat məbləğində borcun silinməsi, 124,38 (yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-459/2024 nömrəli 01 may 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 2(011)-459/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində aşağıdakı düzəliş edilməklə, 1.Qətnamənin əsaslandırma hissəsində “1,4x12x726=10454,4” sözü “1,4x12x726=12196,8” sözü ilə, “m3=13939,23 ” sözü “m3=15 681,6”sözü ilə, “1393,92 manat” sözü “1 568,16 manat” sözü ilə, “304” sözü “396.59” sözü ilə, “1089,92 manat” sözü “1171,57 manat” sözü ilə, "5337,68 manat" sözləri isə "5256,03 manat" sözləri ilə əvəz edilmiş, qətnamənin nəticə hissəsində “11459,04 (on bir min dörd yüz əlli doqquz manat, dörd qəpik) manat” sözləri 11377,39 (on bir min üç yüz yetmiş yeddi manat, otuz doqquz qəpik) manat” sözləri ilə əvəz edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, 6427,6 manat məbləğində borcun silinməsi barədə iddia tələbinin hüquqi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada) yuxarıda istinad edilən maddələri təşkil edir. İstinad edilən qanunvericilik müddəalarına əsasən iddiaçının izahatı, yerində müayinə və təqdim edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvanda təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qanunsuz istifadə edilmişdir. Belə olan halda, Cavabdeh İB tərəfindən həmin müddətə görə iddiaçıya borcun hesablanması əsaslıdır olmuşdur. Lakin cavabdeh tərəfindən dəymiş ziyanın həcmi iddiaçının evində mövcud olmayan qaz qurğusu (QSSQ) və 24 saat üzrə hesablanmışdır ki, məhkəmə qeyd edilən hesablama ağlabatan hesab etmir. İddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış 4 göz qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat və 4 saat günlük iş rejimi, dəmir sobanın isə maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat və 12 saat günlük iş rejimi və iddiaçı tərəfindən həmin dövr üzrə aparılmış ödənişlər nəzərə alınmaqla hesablanaraq (1,2x4x726=3484,8 m3, 1,4x12x726=10454,4 m3, 10454,4 m3+3484,8 m3=13939,23 13939,23 m3x0,10=1393,92 manat 1393,92-304=1089,92 manat) 1089,92 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 5337,68 (6427,6 -1089,92 = 5337,68) borc məbləği əsassız hesab edilərək silinməlidir.
8. Cavabdeh İB tərəfindən iddiaçıya 2022-ci ilin fevral ayından sonra hesablanmış 6121,36 manat məbləğində borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası və “X2”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir.
9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”na və Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə baxış keçirilərkən abonentə məxsus mənzildə qazdan qeyri-qanuni istifadə faktı həm iddiaçının özünün etirafına əsasən, həm də təqdim edilmiş şəkillərlə və digər sənədlərlə öz təsdiqini tapmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, təyin edilmiş iclasda üzrlü səbəbdən iştirakının mümkün olmadığını, işə iştirakı olmadan baxılmasımə və apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın
15. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
16. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
17. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
18. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
28. İddiaçıya məxsus ünvan üzrə 2018-2023-cü illər ərzində ümumilikdə 12 akt tərtib edilmiş, aktlara əsasən hesablanan ümumi zərər məbləği 12549,04 manat təşkil etmişdir.
29. Birinci instansiya məhkəməsi 2018-2021-ci illərə aid aktlar üzrə cavabdeh tərəfindən aparılmış hesablamanı ağlabatan hesab etməməklə yenidən hesablama aparmış, 2022-2023-cü ilə aid aktlar üzrə isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 25 fevral 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası və “X2”nın müvafiq müddəalarına istinad edərək göstərmişdir ki, Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir.
30. Kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 25 fevral 2022-ci il tarixdə qəbul edilsə də, 01 may 2022-ci il tarixdə qüvvəyə minmişdir.
31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. İddiaçıya məxsus ünvan üzrə tərtib edilmiş aktlardan yalnız biri - 31 yanvar 2023-cü il tarixli akt həmin dəyişiklikdən sonrakı dövrə aiddir. Odur ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilmədiyindən həmin akta əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
33. Digər aktlara münasibətdə isə Kollegiya qeyd edir ki, tərtib edilmiş aktlara əsasən cavabdeh tərəfindən dəymiş ziyan məbləği düzgün hesablanmamışdır.
34. Belə ki, Birlik tərəfindən: xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 4985 m3 - 997 manat (1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 648 m3 - 129,60 manat (1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 387 m3 - 77,40 manat(1 m3 20 qəpikdən); xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 972 m3 - 194,4 manat(1 m3 20 qəpikdən); xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 7884 m3 - 788,40 manat(1 m3 10 qəpikdən); xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 26568 m3 - 2656,8 manat(1 m3 10 qəpikdən); xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 3960 m3 - 396 manat(1 m3 10 qəpikdən); xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 11880 m3 - 1188 manat(1 m3 10 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 13500 m3 - 1620 manat(1 m3 12 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 4500 m3- 540 manat(1 m3 12 qəpikdən); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə 2484 m3- 298,08 manat(1 m3 12 qəpikdən); xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 30528 m3- 3663,36 manat (1 m3 12 qəpikdən) dəymiş ziyan hesablanmışdır.
35. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvanda keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində dördgözlü qaz piltəsi və dəmir soba var.
36. Analoji iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində göstərilmişdir ki, PQ-4 (duxovkalı) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 4 saat x 1,2 m3 /saat) 144 m3 , payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 6 saat x 1.2 m3 /saat) 216 m3 təşkil edir. Dəmir sobanın payız-qış mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 18 saat x 1.4 m3/saat) 756 m3 təşkil edir. Dəmir sobanın yaz-yay mövsümü üzrə istifadəsi nəzərdə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır.
37. Buna uyğun olaraq hesablama aparıldığı zaman xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli aktlar üzrə payızqış tarifi ilə dördgözlü qaz piltəsi üzrə 216 m3 – 43,2 manat (216x0.2); dəmir soba üzrə 756 m3 - 151,2 manat (756x0.2) sərfiyyat; xx.xx.2018-ci il tarixli akt üzrə isə 15 gün payız-qış tarifi ilə hesanlanmaqla dördgözlü qaz piltəsinə görə 108 m3 - 21,6 manat (108x0.2), dəmir sobaya görə 378 m3 - 75,6 manat (378x0.2), 15 gün isə yaz-yay tarifi ilə olmaqla dördgözlü qaz piltəsinə görə 72 m3 – 14,4 manat (72x0.2) sərfiyyat; xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlar üzrə payızqış tarifi ilə dördgözlü qaz piltəsi üzrə 216 m3 - 21.6 manat (216x0.1); dəmir soba üzrə 756 m3 - 75.6 manat (756x0.1) sərfiyyat; xx.xx.2021-ci il tarixli akt üzrə 144 m3 – 14,4 manat (144x0.1); xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlar üzrə payız-qış tarifi ilə dördgözlü qaz piltəsi üzrə 216 m3 - 25.92 manat (216x0.12); dəmir soba üzrə 756 m3 - 90,72 manat (756x0.12) sərfiyyat; xx.xx.2022-ci il tarixli akt üzrə 15 gün payız-qız tarifi ilə hesanlanmaqla dördgözlü qaz piltəsinə görə 108 m3 - 12,96 manat (108x0.12), dəmir sobaya görə 378 m3 - 45,36 manat (378x0.12), 15 gün isə yaz-yay tarifi ilə olmaqla dördgözlü qaz piltəsinə görə 72 m3 – 8,64 manat (72x0.12) – cəmi 1.301,04 manat sərfiyyat hesablanmalıdır (xx.xx.2023-cü il tarixli ******* saylı akt nəzərə alınmır və tam silinir);
38. Beləliklə, ümumilikdə istifadə olunan sərfiyyat məbləği 1.301,04 manat (PQ-4 tipli qaz avadanlığı üzrə 318,24 manat, dəmir soba üzrə 982,8 manat) təşkil etmişdir.
39. Belə olan halda cavabdeh tərəfindən tərtib edilmiş aktlara görə hesablanmış 12,549.04 manat cərimə məbləğindən hesablanmış sərfiyyat məbləği çıxılmalı (12,549.04-1.301,04=11.248) və iddiaçıya məxsus abonent kodu üzrə silinməli olan məbləğ 11.248 manat müəyyən edilməlidir.
40. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılmış ödənişlərdən 396,59 manat məbləğində pul borca görə tutulmuşdur, yəni borca görə tutulmuş bu məbləğ istifadə olunan sərfiyyat məbləğini təşkil edən 1.301,04 manat məbləğdən çıxılmalıdır.
41. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz hesablanmış borcun silinməsi ilə bərabər aktın ləğvini də tələbində qoysa da, həmin akt hər hansı hüquqi nəticə doğurmadığından onun ləğvi heç bir əhəmiyyət kəsb etmir. Akt bu və ya digər halın baş verib-verməməsi ilə bağlı tərtib edilir və həmin hal üzrə nəticəyə gəlmək üçün əsaslardan biri hesab olunur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-459/2024 nömrəli iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında üzrə abonent İddiaçı (abonent kodu: **********00111) hesablanmış 11.248 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 123,74 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.