Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4212/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “ilkin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.20234-cü il tarixli qətnamə ilə iddianı, iddiaçının həmin iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə təmin etməmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə Məhkəmə tərəfindən baxılarkən iddiaçının vəkili (nümayəndəsi) Vəkil ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-in 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-in 191-ci maddəsinin mənasına görə, tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-in 369.3-cü maddəsi cavabdehin apellyasiya şikayətindən imtinasını iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPMin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Apellyasiya şikayətindən imtina buna səlahiyyəti olan şəxs – cavabdehin özü tərəfindən edilmişdir. MPM-in 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçının apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 26215 №-li “mədaxil qəbzindən” görünür ki, iddiaçı, apellyasiya şikayəti vermək üçün xx.xx.2024-cü il tarixdə (saat 11:02) 50 manat məbləğində dövlət rüsumu ödəmişdir (büdcə təsnifat kodu: 142214). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinin mənasına görə, apellyasiya icraatına xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. MPM-in 114.2-ci maddəsinin mənasına görə isə, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslan və MPM-in 114, 263, 369, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində pul (“Hökumət ödəniş portalından” verilmiş 26215 №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: xx.xx.2024-cü il (saat 11:02); büdcə təsnifat kodu: 142214) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4212/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4212/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver