Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4216/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə sahənin təhvil verilməsi və sənədlərin təqdim edilməsi” tələbi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4259/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı 16 dekabr 2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən 3 bloklu, 16 mərtəbəli binanın 1-ci rıərtəbəsindəki 200 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən ona təhvil verilməsi və onun tərəfindən müvafiq çıxarışın alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Ka iastrı və Reyestri” X7 1 Saylı Baki Ərazi İdarəsinə təqdim etməsi üçün müvafiq sənədlərin ona təqdim olunması - təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması haqqında iddia təqdim etmişdir. Cavabdeh direktoru Vasif Novruzov məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işin mahiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4259/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh "Babək-94” X3 direktoru Vasif Novruzov işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə sahənin və sənədlərin təqdim edilməsi tələbi irəli sürmüş və iddia ərizəsini müstəsna aidiyyət qaydalarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verməkdə haqlı olmuşdur. Odur ki, hazırkı mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatət əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-4259/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək, hazırki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, hazırki mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadı mülki-prosessual normaların pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-cu maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanı başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, MPM-nin 39.1-ci maddəsində qeyd olunan tələblərin heç biri iddiaçının iddia ərizəsində qeyd etdiyi iddia tələbində qeyd olunanları əhatə etmir. İddiaçının iddia tələbi qeyri-yaşayış sahəsinin təhvil verilməsi və sənədlərin təqdim edilməsi olduğu halda, müstəsna aidiyyət qaydaları fərqlidir, hazırki iddia tələbi, mülkiyyət hüququnun tanınmasından deyil, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsindən deyil, qanuni sahibindən hüquqlarının pozulması ilə də bağlı deyildir. Bu səbəbdən də, hazırki iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsir dairəsinə düşmür, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1, 32.2 və 39.1-ci maddələrinin tələbləri pozmuşdur. Eyni zamanda, gələcəkdə hazırki iş üzrə işə mahiyyəti üzrə baxılıb müvafiq məhkəmə qətnaməsi qəbul edilən zaman aidiyyət qaydalarının pozulması səbəbi ilə qətnamənin ləğv edilməsinin, süründürməçilik hallarının, məhkəməninin vaxtının lüzumsuz olaraq alınmasının qarşısını almaq məqsədilə hazırki qərardadın qanuniliyi yuxarı instansiya - apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4259/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən: Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 2. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir : Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, mübahisəli daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir və tələb mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqındadır. Belə ki, 16 dekabr 2016-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından (iş səh.41- 43) görünür ki, iddia şəxsin mülkiyyət və sahiblik hüquqları ilə bağlıdır. Qeyd edilməlidir ki, münasibətlər yaranan zaman qüvvədə olan müki qanunvericiliyin normasına (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddəsinə) görə: 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmamalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4259/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4216/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4216/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver