Məhkəmə qərarları › İş №2(103)-4217/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4217/2024

07.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4217/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndə-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı 15.000 manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh habelə uşaqlar xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 həmin mənzildən çıxarılmaları barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin, qarşlıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər hazırki mübahisə ilə bağlı aralarında razılıq əldə olunduğundan barışıq sazişi bağladıqlarını bildirmiş və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçı və cavabdeh məhkəməyə ayrı-ayrılıqda ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və bu səbəbdən mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və təqdim edilən “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1.Tərəflər ünvan 1 ünvanındakı daşınmaz əmlakda həm iddiaçının, həm də cavabdehin bərabər - 1/2 hissədə paya mülkiyyət hüquqlarını tanıyırlar (qəbul edirlər).

2. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı əmlak real bazar dəyərinə uyğun qiymətə satılır və satışından əldə olunmuş pul tərəflərin həmin əmlakdakı paylarına uyğun olaraq aralarında bərabər məbləğdə bölüşdürülür.

3. ünvan 1 ünvanındakı əmlakın kommunal borclarını (qaz, su, elektrik istehlakı borclarını) Cavabdeh ödəyir.

4. İşi barışıq sazişi ilə yekunlaşdırmağın prosessual hüquqi nəticələri tərəflərə məlumdur.

5. Barışıq sazişi 3 nüsxədə tərtib olunur və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə

Qərara aldı:

İddiaçı X2 və Cavabdeh bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: 1.Tərəflər ünvan 1 ünvanındakı daşınmaz əmlakda həm iddiaçının, həm də cavabdehin bərabər - 1/2 hissədə paya mülkiyyət hüquqlarını tanıyırlar (qəbul edirlər).

2. Tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı əmlak real bazar dəyərinə uyğun qiymətə satılır və satışından əldə olunmuş pul tərəflərin həmin əmlakdakı paylarına uyğun olaraq aralarında bərabər məbləğdə bölüşdürülür.

3. ünvan 1 ünvanındakı əmlakın kommunal borclarını (qaz, su, elektrik istehlakı borclarını) Cavabdeh ödəyir.

4. İşi barışıq sazişi ilə yekunlaşdırmağın prosessual hüquqi nəticələri tərəflərə məlumdur.

5. Barışıq sazişi 3 nüsxədə tərtib olunur və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar