Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4219/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir.
2. Daha sonra mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qlobal-SF MMC tərəfindən İddiaçı satılmış, dəyəri onun tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan binadan cavabdeh təşkilata müraciət edərək mənzil almışdır. Lakin, mənzil 6 ay sonra cavabdeh tərəfindən başqa şəxsə də satılmışdır. Belə ki, Cavabdeh2 (direktor Eldar Yusifov) ilə “Payçı" kimi İddiaçı arasında 06 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Cəmiyyət “Qlobal-SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi icra edərək mənzilin müəyyənləşdirilmiş haqqını tam olaraq ödəmişdir. Bu hal Cavabdeh2 MMC-nin 06 mart 2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan Cavabdeh2 MMC-nə məxsus bina 1, "D” bloku 5-ci mərtəbə sahəsi 140 m2 olan 30 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Cavabdeh2 MMCyə borcu yoxdur. Lakin, Cavabdeh2 MMC İddiaçı satdığı mənzili cinayət xarakterli qanunsuz hərəkətlər edərək 6 ay sonra başqa şəxsə də satmışdır. Belə ki, İddiaçı satılmış mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Nəriman İbrahimov) ilə “Payçı” kimi Cavabdeh1 arasında 21 sentybar 2021-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanaraq ona da satılmışdır. Eyni maliyyə arayışını Cəmiyyət Cavabdeh1 də vermişdir. Beləliklə, cavabdeh təşkilat Cavabdeh2 MMC bir mənzili iki nəfərə satmaqla cinayət tərkibli, qanunsuz hərəkətlər etmişdir. Belə olan halda, ikinci müqavilə cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və direktor Nəriman İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmalıdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin İddiaçı satılması barədə müqavilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavabdeh1 satılmış, bununla da İddiaçı hüquqları pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilədən də əvvəlki tarixdə bağlandığından Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmalı, Cavabdeh1 ilə bağlanmış müqavilə isə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin hüquqi nəticə yaratmaq niyyəti olmadığından etibarsız hesab edilməlidir. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassızdır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında İddiaçı mülkiyyəti sayılan əmlakın alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulduğundan, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 399.1, 337, 452.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
9. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaqı olmuş və Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən 20 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin ilkin olaraq X1 məlum olmuşdur. Daha sonralar qeyd olunan mənzil X5, ən sonda isə Cavabdeh1 satılmışdır. Mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizə olmalıdır. Şahid qismində dindirilmiş X15 mənzilin İddiaçı satıldığı zaman X3 imtina ərizəsinin olmadığını, Emilin imtina ərizəsini sentyabr ayında verdiyini etiraf etmişdir. İmtina ərizəsinin sentyabr ayında verildiyini İsgəndərov Emil də öz izahatında bildirmiş və mənzili Cavabdeh1 satdığını qeyd etmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin İddiaçı satılması zamanı imtina ərizəsinin olmaması və mülkiyyətçinin hələ də İsgəndərov Emil olması faktı cinayət işi materiallarında olan sübutlar və şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində İddiaçı ilə bağlanan müqavilənin daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış etdiyini qeyd etmişdir. Həmin müqavilə bağlanarkən əmlakın hələ də başqa şəxsin mülkiyyətində olması və mənzildən imtina ərizəsinin verilməməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu da məhkəmələr tərəfindən başqa şəxslərin mülkiyyət hüquqlarının pozulması faktına göz yumaraq digər şəxsin mülkiyyət hüquqlarını üstün sayması deməkdir.
10. Cavabdeh “Qlobal-SF“ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin əsasları ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nə əvvəllər məlum olmayan, yəni, cəmiyyətin inşa etdiyi məzillərin elektron siyahısında olmayan, əlavə müqavilə olduğu məlum omuşdur. Bununla bağlı daha əvvəllər bir başa cəmiyyətə qarşı hər hansı iddia və ya başqa şikayətlər olmamış, mənzilin verilən dövrü cəmiyyətin direktoru olan X15 ilə mübahisələr olmuş, ilk öncə Nərimanov Rayon Polis idarəsində araşdırma aparılaraq qərar qəbul edilmiş, daha sonra Yasamal Rayon Prokurorluğunda araşdırılma aparılaraq daha əvvəl Nərimanov Rayon Polis İdarəsində işə baxıldığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bütün bu zaman kəsiyində, yəni bir ilə yaxın müddətdə Yusifov Eldarla iddiaçının oğlu arasında danışıqlar aparıldığı və məsələnin həli üçün Yusifov Eldarın özü tərəfindən həll edəcəyini, razılığa gəldiklərini cəmiyyətin yeni rəhbərliyinə bildirmişdir. Daha sonra isə yuxarıda göstərilən X11 və onun arvadı X7 həmin mənzil üçün notarial qaydada verilmiş ərizələrin tarixi daha əvvəlki vaxta təsadüf etdiyini və iddiaçının adına olan mənzilin həmin tarix kəsiyində daha əvvələ təsadüf etdiyi üçün iddia irəli sürülmüşdür. Cəmiyyətdə mənzil rəsmiləşdirilməsi zamanı, razılıq ərizələri ilə bərabər hər iki tərəf iştirak etməsə, sənədləşmə işləri aparılmır. Ərizələrin daha köhnə tarixə verilmiş olması deyil, qüvvədə olması və hər iki tərəfin canlı iştirakı ilə təsdiq etməsi əsas götürülür və sənədləşdirilir. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Cinayət işi üzrə şahid qismində dindirilmiş X15 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil ona satılmış, daha sonra mənzil X8, X2 isə qeyd olunan mənzil Cavabdeh1 satılmışdır. Bu fakt X11 tərəfindən də bir daha təsdiq edilmişdir. Məhkəmə prosesi zamanı şifahi vəsatətlərə baxmayaraq X9 məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Bu da məsələnin tam və qərəzsiz həll olunması və şikayətdə bildirildiyi kimi iddiaçı ilə hansı şəraitdə və harda, mənzil haqqında sənədləşmələrin aparılması, mənzil üçün pulun kim tərəfindən alınması faktının aydınlaşdırılması üçün ən vacib haldır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5002/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilə dair xx.xx.2020-ci il tarixdə X15 tərəfindən Cavabdeh2 MMC-yə imtina etməyə dair ərizə təqdim edilmiş, eyni gündə də mənzilə dair MMC tərəfindən X11 ilə müqavilə bağlanmış, sonuncu mənzilin dəyərini ödəmiş və adına maliyyə arayışı verilmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə X11 və arvadı həmin mənzilə olan hüquqlarından imtina etmələri və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəli mənzilin alğı-satqısına dair "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilələrdə göstərilən 30 nömrəli mənzil X15 ilə X6 adına rəsmiləşdirilmiş müqavilələrlə göstərilən 502 №li mənzillə eyni mənzil olması işin mübahisəsiz halıdır. Göründüyü kimi, mübahisəli mənzil Eldar Yusifov tərəfindən Emil İbrahimova satıldıqdan sonra sonuncunun faktiki sahibliyində olmamışdır. Dolayı yolla da həmin mənzilə dair iddiaçı ilə, sonra isə cavabdehlə Cavabdeh2 MMC arasında müqavilələr bağlandıqdan sonra da mənzil heç kimin faktiki sahibliyinə keçməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında ("xxxx" MMC tərəfindən mənzil xx.xx.2020-ci il tarixdə X8, xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci tarixdə isə Cavabdeh1n satılması zamanı) podrat münasibətləri olmuşdur və onların adına maliyyə arayışı verilən zaman həmin mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə hər nə qədər “yaşayış binasının yaşayış sahəsinin alğı-satqısına dair” müqavilə adlandırılsa da, iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Çünki müqavilədən görünür ki, müqavilə üzrə “İcraçı” müqavilə üzrə Sifarişçi”yə hələ tikintisi başa çatmamış mənzili satmağı” öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci tarixli müqavilənin etibarsızlığı üçün isə əsaslar olmamasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Belə ki, əvvəla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və “Payçı” X11 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu direktor-səlahiyyətli şəxs X16 imzalamışdır. Həmçinin müəyyən edilmişdir ki, X11 və onun arvadı X12 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair xx.xx.2020ci il tarixli ərizələri Cavabdeh2 MMC-yə təqdim edilməmiş, X6 özündə qalmışdır. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X6 izahatı ilə müəyyən edilmişdir. Belə ki, o, izahatında “Payçı” Cavabdeh1 əvvələr tanıdığını və aralarında müəyyən məsələlərlə bağlı iş birliyi olmasını, mübahisəli mənzili də hələ 2020- ci ildə ona sataraq özünün və arvadının xx.xx.2020-ci il tarixli ərizələrini də aralarında olan razılaşmaya əsasən 4-5 aydan sonra ona təqdim etməsini, lakin hansı səbəblərdən Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında müqavilənin məhz xx.xx.2021-ci il tarixdə bağlanmasını bilmir. Mübahisəli mənzillə bağlı Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni X15 deyil, artıq MMC-nin yeni direktoru X13 imzalamışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin nümayəndəsinin Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim etməməsinə diqqət yetirməmişdir. Belə ki, İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassız saysa da, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni hallar Cavabdeh1 ilə bağlanmış müqaviləyə və maliyyə arayışına da aiddir. Cavabdeh2 MMC və Cavabdeh1 arasında, eləcə də İddiaçı arasında qeyd edilən mənzilin alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulması faktı öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları ilə onunla alğı-satqı müqaviləsi bağlanmasından əvvəl mənzilin faktiki olaraq əvvəlki alıcısı X11 tərəfindən ona satılması və məhz bu niyyətlə də özünün və arvadının həmin mənzilə olan hüquqlarından imtina etmələri, eləcə də mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair 2020-ci ildə notarial qaydada ərizələrini təsdiq etdirmişlər. Məhkəmə kollegiyası hesab etmişdirdir ki, işin araşdırılmış halları əsasında (cinayət işinin materialları) bu qənaətə gəlməyə əsas verir ki, Eldar Yusifov izahatlarında X11 və arvadı tərəfindən mənzildən imtina barədə ərizə vermələrindən birmənalı olaraq məlumatı olmamışdır. Olsa idi, həmin ərizələri özünün bildirdiyi kimi direktor kimi səlahiyyətli olduğu dönəmdə bu ərizələri müqavilə imzaladığı İddiaçı (oğlu Zülfüqarov Kamrana) təqdim edərdi. Sonuncunun prokurorluğa verdiyi ərizədən də görünür ki, belə imtina ərizələri olsa idi, Eldar Yusifov ona təqdim edərdi
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8, 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 752.1, 762.1, MPM-nin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5002/2023 nömrəli iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Kassasiya məhkəməsi hesab edir ki, hazırkı işin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələbin mahiyyətini və məqsədini aydınlaşdırmaq, iddia tələbində göstərilən müqavilənin etibarlı olub-olmadığını yoxlamaq və nəticəsinə görə mübahisəni həll etmək işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Belə yoxlama isə iddia tələbinə və ona qarşı etiraza uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır. 15.2 Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. 15.3 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərar). 15.4 Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələbini yuxarıda göstərilən qaydada araşdırmamış, onların söykəndiyi faktiki halların hansı maddi hüquq normasına uyğun gəldiyini, bu normanın dispozisiya şərtləri ilə uyğunluğunu və ya uyğunsuzluğunu əsaslandırmamış, mübahisəyə bu konteksdə hüquqi qiymət verməmişdir. Başqa sözlə, məhkəmə, istinad etdiyi mübahisəli faktiki halları konkret maddi hüquq normasının şərtləri baxımından təhlil edərək iddianın məhz hansı norma əsasında həll etidiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, mübahisəyə hansı hüququn tətbiq edildiyi, hazırkı qətnamənin tərəflər arasındakı hansı mübahisəli hüquq münasibətlərini yekun olaraq həll etdiyi məlum olmur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
17. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Emillə şəxsi münasibəti olub. O, evi almaq üçün müraciət edib, MMC-dən bildirdilər ki, heç bir problem yoxdur. Emilin mənzildən imtina etməsi ilə bağlı ərizəsini MMC-yə təqdim ediblər, o zaman direktor Nəriman adlı şəxs idi. Prokurorluqdan onu da, Emili də bununla bağlı çağırdılar. Emil də təsdiq edib ki, mənzil Raminə satılıb.Keçən apellyasiya baxışında da bu cür izahat verdi. Eldar direktor olan zaman evi iddiaçıya satıb.Şirkətə gedib, onun iştirakı ilə imtina ərizəsi MMC-yə verilib. Hazırkı işdə cavabdeh o olmalı da deyil. Aralarında Emil ilə iş birliyi olub, o da bunu təsdiq edə bilər. O, maşın alveri ilə bağlı barter edirdi. Emil dedi ki, evi satır. Bunu 2020-ci ildə dedi. Pulu Emilə ödəyib. Ona 25.000 dollar kənarda ödəyib. Aralarında haqq-hesab var idi, onu da sildilər. Müqavilə bağladı 2021-ci ildə pulu verdi. Emil özü də bunu təsdiq edib. Emilin mənzildən imtina etməsi ilə bağlı ərizəsini MMC-yə təqdim ediblər, sonra da birlikdə rəsmiləşdirdilər. Prokurorluqdan Emili də çağırıblar. Sonra iddiaçı onu məhkəməyə verdi. Eldarla iddiaçı arasında olan münasibətə görə ona qarşı iddia qaldırılıb. 25.000 dollardan əlavə barter olaraq maşını da Emilə verib, Emil ilə haqq-hesab eləyiblər. 25.000 dollara evi alıb. Maşını da Emilə veriblər aralarında dəyər olub. Emilin imtina ərizəsini o təqdim edib. Rəşid kimdir bilinmir. Dəfələrlə prokurorluqdan çağırılıb. Mənzili Emildən alıb. Tağı adlı şəxslə görüşdü, ona deyildi ki, Eldara ev hədiyyə verilib. Eldar direktor olmasından imtina edilməsi barədə ərizəni gizlədib. Eldar dələduzdur. İddiaçının dedikləri doğru deyil.
18. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, MTK tərəfindən həmin mənzil Eldara satılıb. Eldar tərəfindən Emil adlı şəxsin adına keçirilib. Apellyasiya baxışında Emil də iştirak edib. Emil sonradan Raminə satıb. Avtonəqliyyat vasitəsi müqabilində mənzil satılıb. Emil mənzildən imtina edib, bununla bağlı ərizə yazıb. Emil bildirib ki, mənzili Raminə satıb. Mənzili satmaq niyyətində olub, buna görə də əvvəlcədən ərizə yazıb. İddiaçının adına rəsmiləşdirən zaman Emilin imtina ərizəsi olmayıb. Prokurorluğa iddiaçı tərəfdən şikayət olunub, bununla bağlı araşdırma gedib. Daha sonra iddiaçı arqumentini dəyişdirdi. Emil Raminin xeyrinə mənzildən imtina edib. Eldar MMC-nin rəhbəri olmayıb. Onun direktor olması sübut edilmir. Hüquqi şəxsin direktoru olması üçün səlahiyyəti olmayıb. Emil Raminin xeyrinə mənzildən imtina edib. Eldar MMC-nin rəhbəri olmayıb. Təqdim etdiyi çıxarışa əsasən direktor Nəriman İbrahimov olub. İddiaçı ilə bağlanan müqavilə 2021-ci ilin mart ayına aiddir. Eldarla bağlanan müqavilə etibarsızdır, iddiaçının müqaviləsi səlahiyyəti olmayan şəxslə bağlanan müqavilədir. Təqdim etdiyi çıxarışdan da aydın olur ki, Eldar Yusifov hüquqi şəxsin direktoru kimi qeydiyyatdan keçməyib. Buna görə də iddiaçının bağladığı müqavilə etibarsızdır, səlahiyyəti olmayan şəxslə bağlanılıb. Qanuni təmsilçi tərəfindən direktoru əvəz etmə əmri verilə bilər.
19. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Emil İbrahimov 2020-ci ildə Cavabdeh2 MMC-dən mənzil alıb. Eldar Yusifov direktor olmazdan əvvəl evi ona satıb, Eldar Yusifov başqa alıcı tapıb, Eminlə danışıb ki, müqavilə dəyişdiriləcək və Emilə pulu qaytarılacaq. Amma, bu razılaşma mümkün olmur, Emilə pulunu qaytarmır. Daha sonra iddiaçının oğlu ilə görüşüb, Eldar müqavilə verib, mübahisə olub, polis idarəsində prokurorluqda şikayətlər olub. Həmin zaman prokurorluqda Emilin mənzildən imtina edilməsinə dair ərizəsinin olduğu aşkar olub. Prokurorluq da bütün bina sakinlərini cinayət işinə cəlb edib, istintaq aparılıb. Eldar Yusifov ilə bağlı əvvəl Nərimanov Rayon Polis İdarəsində araşdırma olub, qərar qəbul edilib. Yasamal Rayon Prokurorluğunda da araşdırma olub və əvvəl Nərimanov rayon Polis İdarəsində işə baxıldığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmin dövrdə ərizə barədə bilindi. Etibarsız olması ilə bağlı iddiaçı daha sonra iddia qaldırıb əgər mübahisə var idisə MMC ilə bağlı hər hansı hərəkət görülməli idi. Eldar iddiaçının oğlunu tanıyır, 40.000 pul Eldara verilib. Cavabdeh1 ilə razılaşma olub, MMC-də ərizənin qüvvədə olması yoxlanılıb, sonra da onunla müqavilə yazılıb. İddiaçı MMC-yə müraciət etməyib. Onların notariat ofisindəki kimi elektron sistemə girişi yoxdur ki, ərizəni görə bilsinlər. Rəsmiləşdirilmə üçün ərizədən əlavə iki tərəf də iştirak etməlidir, yoxsa sənədləşmə aparılmır, iki tərəfin iştirakı ilə rəsmiləşdirilir. Dəftərxanın xəbəri olmayıb, digər müqavilə ləğv olunmamış yenisi bağlana bilməz. Emilin ərizəsi bizə təqdim olunmayıb. Emil ilə razılaşma var idisə, alğı-satqı müqaviləsini iddiaçı MMC-də etməli idi. Hazırda Eldar direktor deyil. Eldarın ikinci müqaviləsi MMC-də olmayıb, Eldar gəlib məhkəmədə izahatı ilə bunu təsdiq edə bilər. Mənzil heç kimə təhvil verilməyib, tikinti davam edir. Müqaviləyə möhürun vurulub-vurulmamasının fərqi yoxdur. Möhur MMC-nindir. Eldarın direktor olması ilə bağlı müraciət edilib ve imtina edilib. Eldar MMC-yə sənədləri təqdim etməyib, Eldar barəsində daxili əmr var idi. 1 ay müddətə bilindi ki, Eldar direkor kimi qeydiyyatdan keçməyib, sənədləri də özündə saxlayıb. Eldarın direktor olmamasını sonradan biliblər. Hüquqi şəxsin direktor olması ilə bağlı ona imtina olunub. Bu məktub onun şəxsi ünvanına göndərilib. Eldar da bunu bildirməyib. Eldarın mənzili iddiaçıya satmasından məlumatı olmayıb, MMC-dən xəbərsiz olmuşdur. Mənzilin iddiaçıya necə satılmasından xəbəri olmayıb. Möhür də təsisçilərdə olurdu. Rəşid makler olub. İddiaçı MMC-dən evi niyə tələb etməyib. İddiaçının Eldar Yusifova qarşı şikayətləri olub, amma MMC-yə qarşı olmayıb. İddiaçı imtina ərizəsinin olduğundan heç əvvəl məlumatları yox idi.
20. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavabdeh Ramin izahat verəndə bildirib ki, evi Emildən alıb. Əgər alnıbsa cavabdeh ilkin alğı-satqı müqaviləsi bağlamalı idi. Ramin ilə digər cavabdeh arasında müqavilə formal bağlanılıb. Cavabdeh sifarişçi deyil. Buna görə də Emilə satmağa hüququ ola bilməzdi. Emil binadan imtina edib, 2-3 ay sonra mənzildən imtina ediblər. Mənzil MMC-yə qayıdıb. 2021-ci ildə iddiaçı tam məbləği ödəyib, mənzili alıb. Eldar yenidən Raminə satır,MTK ikili satış edib. Emil izahatında bildirib ki,mənzili 2020-ci ilin sentyabrında satıb. Cavabdeh isə mənzili Emildən 2021-ci ilin sentyabrında aldığını bildirib.İkinci müqavilə etibarsızdır. Ramin və Emil bildiriblər ki, müqavilə formaldır. Belə olan halda müqavilə etibarsız sayılmalıdır. Əgər cavabdehin MMC-dən pul tələbi varsa ona qarşı iddia qaldıra bilər. Cavabdehin etirafına əsasən ya MMC-dən mənzilini ya pulunu və ya Emildən pulunu almalıdır. Həmçinin,xüsusi qərardad çıxarılamlıdır, çünki mənzilin ikili satış olub. Cavabdeh müqaviləni arxivdə saxlamayıbsa, cırıb atıblarsa onların günahı yoxdur. Möhürün onlarda olduğunu da etiraf ediblər. Tikinti isə hazırda dayanıb. Emildən mənzil alınırdısa ilkin alğı-satqı müqaviləsi bağlanılmalı idi. Payın ilkin sənədləşdirməsi olmalı idi. Emildən mənzil alınıbsa da sənədləşdirmə düzgün olmayıb. İmtina ərizəsində Emil cavabdehin xeyrinə etdiyini bildirməyib. Mənzilin ikinci şəxsə satılmasını biləndə iddiaçı Eldardan şikayət edib. Elşən İbrahimov da bildirib ki, bütün bunları Eldar edib. İddiaçının oğlu ona görə də prokurorluğa Eldardan şikayət edib. Bununla bağlı cinayət işinin başlanmasının rədd qərarı da var. Eldarın onlarla bağlı hərəkətlərində heç bir qanunsuzluq yoxdur, hər şey qanuni olub. Amma qanunsuzluğu edən digər direktor olub. Eldarin izahatı var ki, Rəşid adlı şəxslə danışıq aparıb, Rəşid Emilin vəsiqəsini təqdim edib ki, müqavilə yazılsın. 10.000 dollar verilib, Rəşidin Eldara 8000 borcu qalıb. Eldarın pulunu da verməyiblər. X24 borcuna görə mənzili satmaq istəyib, Emil imtina edib ki, Rəşid onun borcunu nəğd qaytarsın. Emil Eldara pul verməyib. Emil Raminə mənzili sata bilməzdi. Eldarın da izahatı var ki, Emil ona pul vermeyib. Eldarla Elşən arasında problem olub. Eldarın direktor olması bərədə əmr iş materiallarında var. İddiaçının oğlu Eldardan şikayət edib. Mənzil Raminə yazılıb. Elşən onlara bunu deyib. Eldar barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar var. Cavabdeh evin qiymətini də bilmir.İddiaçı 50 min pul ödəyib, real pul veren iddiaçıdır. Emil imtina edib, Eldar da sonra mart ayında iddiaçıya satıb, sentyabr ayında isə Raminə satılıb. Ramin ya evini ya da pulunu istəsin.İkinci müqavilə etibarsızdır. İkinci direktor barəsində xüsusi qərardad çıxarılmalıdır. Emil 2020-ci ilin sentyabr ayında mənzildən imtina edib. Mənzil MMC-nin balansına qayidib. İddiaçı satışa çıxmış evi alıb, müqaviləyə möhür vurulub. İddiaçı mart ayında aldı. Emil mənzildən imtina edib, imtina etdiyini sata bilməzdi. Eldar Yusifov direktor kimi vətəndaşlarla ünsiyyətə girib, öhdəliklər götürüb. İş materillarında MMC-nin təsisçisinin Eldar Yusifovu MMC-yə direktor təyin olunması barədə əmri var. Həmçinin bu barədə qərar var və qərarda göstərilib ki, dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə müraciət edilsin. Həmin dövrdə də, onlardan sonrakı dövrdə də müqavilələri Eldar Yusifov imzalayıb möhürü ilə təsdiq edib. Cinayət işinin başlanmasının rədd edilməsi qərarında Eldar Yusifov direktor kimi göstərilib. Əgər o, direktor deyildisə niyə vətəndaşlarla ünsiyyətə girib görüləcək işlər barədə öhdəlik götürürdü. Cavabdeh Emilə qarşı pul tələbi qaldırmalı idi. E.Yusifovun izahatı var ki, Emil ona pul verməyib, Rəşid ərizəni ona təqdim edib. Rəşidin əlyazması da var. Emilin adına olan rəsmiləşdirmə formal olub. Emil ev üçün pul verməyib, 2 ay sonra imtina olunub. Rəşidin Eldara 8000 manatı ödəyəcəyi barədə ərizəsi də var. Cavabdeh MMC-dən mənzil almayıb. Evin ödənişi üçün pul verən yeganə şəxs iddiaçı olub. İlkin alğı-satqı müqaviləsi də qarşı tərəfdə olmayıb. İddiaçı qanunsuzluq olduğunu bilən kimi şikayət verib.
21. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 əvvəlki məhkəmə iclasında çıxış edərək bildirir ki, 2021-ci ilin iyun ayında mənzili alıb, amma tikinti yubandığı üçün Raminə satıb. Pulu başqa yerə yönləndirmək istəyirdi. Onunla başqa sövdələşmələri olub. İmtina məktubu verib. Pulu ödəyəndən sonra imtina verib. Raminlə ofisə getməyiblər. Raminə torpaq satmışdı, onu tam ödəyəndən sonra imtinanı verdi. 4-5 ay Raminin pulu ödəməsi çəkdi. Pulu hissə-hissə ödədi. İmtinanı verdi, pulunu Ramindən aldı. Onunla aralarında razılaşma olub. Eldara pulu ofisdə ödəyib. Eldarın adından imtina məktub yazıldı. Maliyyə arayışı da var. Mənzilin dəyəri ödənilib. 20.000 manat civarında almışdı, 25.000 manata Raminə satdı. İddiaçını tanımır. Eldarla da ünsiyyəti olmayıb. Mənzilin satılmağından xəbəri olanda imtinanı aldı. Ofisdə müqavilə bağlanıldı və pulu ödədi.
Tətbiq edilən hüquq normaları:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, X11 və onun arvadı X12 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, xx.xx.2020-ci il tarixli ərizələrdən aydın olur ki, ərizəni yazanlar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmişlər.
28. İddiaçı ilə Cavabdeh2 MMC arasında 06 mart 2021-ci il tarixli Kooperativ binada mənzil tikintisi ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cəmiyyət Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, 5-ci mərtəbə, sahəsi 140 kv.m olan 30 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş haqq müqabilində mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürür.
29. 06 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı mənzilin tikinti dəyəri onun tərəfindən ödənilmiş və Cavabdeh2 MMC-yə borcu yoxdur.
30. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov küçəsi, bina 1, “D” bloku, 5-ci mərtəbə, sahəsi 140 kv.m olan 30 saylı mənzil ilə bağlı xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasını təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir.
31. Hazırkı iddia tələbində İddiaçı Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir.
32. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. 33.Cavabdehlər qeyd edir ki, X11 notarial ərizəsini xx.xx.2020-ci il tarixdə yazmasına baxmayaraq həmin ərizəni Cavabdeh2 MMC-yə bir müddət sonra təqdim etmişdir. Təqdim etdikdən sonra isə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmışdır. O cümlədən X11 və Cavabdeh1 bildirir ki, öz aralarında mənzilə görə hesablaşmışdırlar.
34. Məhkəmə kollegiyası isə qeyd edir ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X11 və iş üzrə cavabdehlər ziddiyyətli izahatlar vermişdirlər. X11 2020-ci ilin sentyabrında mənzildən imtina ərizəsi verdiyini və pulu alıb sağollaşdığını qeyd etmişdir. Cavabdeh2 MMC-nin sabiq direktoru X13 isə qeyd etmişdir ki, onun direktor olduğu dövrdə xx.xx.2021-ci il tarixdə X11 həmin mənzildən imtina etmiş və mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmiş, xx.xx.2021-ci tarixdə müqavilə imzalanmışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, X11 xx.xx.2020-ci il tarixli notarial ərizəsini Cavabdeh2 MMC-yə ünvanlamış, mənzilə olan hüquqlarından imtina etdiyni və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
36. Bundan sonra isə müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı satılması barədə müqavilə bağlanmışdır.
37. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qeyd edir ki, Eldar MMC-nin rəhbəri olmayıb. Onun direktor olması sübut edilmir. Hüquqi şəxsin direktoru olması üçün səlahiyyəti olmayıb. Eldar MMC-nin rəhbəri olmayıb. Təqdim etdiyi çıxarışa əsasən direktor Nəriman İbrahimov olub. İddiaçı ilə bağlanan müqavilə 2021-ci ilin mart ayına aiddir. Eldarla bağlanan müqavilə etibarsızdır, iddiaçının müqaviləsi səlahiyyəti olmayan şəxslə bağlanan müqavilədir. Təqdim etdiyi çıxarışdan da aydın olur ki, Eldar Yusifov hüquqi şəxsin direktoru kimi qeydiyyatdan keçməyib.
38. Məhkəmə kollegiyası cavabdehin etirazı ilə razılaşmayaraq qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı arasından bağlanmış müqavilə X15 tərəfindən imza edilmiş və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
39. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə izahatında qeyd edir ki, möhur MMCnindir. Eldarın direktor olması ilə bağlı müraciət edilib ve imtina edilib. Eldar MMC-yə sənədləri təqdim etməyib, Eldar barəsində daxili əmr var idi. 1 ay müddətə bilindi ki, Eldar direkor kimi qeydiyyatdan keçməyib, sənədləri də özündə saxlayıb. Eldarın direktor olmamasını sonradan biliblər. Hüquqi şəxsin direktor olması ilə bağlı ona imtina olunub. Bu məktub onun şəxsi ünvanına göndərilib. Eldar da bunu bildirməyib.
40. Məhkəmə kollegiyası qeyd edir ki, nümayəndənin izahatı ilə bir daha təsdiq olunur ki, daxili əmrə əsasən də Eldar Yusifov direktor səlahiyyətlərini yerinə yetirirdi. Məhkəmə kollegiyası hesab edir ki, sonradan Eldar Yusifovun direktor olaraq səlahiyyətlərinin qeydə alınmaması Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı arasından bağlanmış müqavilənin etibarsızlığına dəlalət etmir. Nümayəndənin də təsdiq etdiyi kimi MMC-nin möhürü ilə də müqavilə təsdiq edilmişdir.
41. Beləliklə, müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov küçəsi, bina 1, “D” bloku, 5-ci mərtəbə, sahəsi 140 kv.m olan 30 saylı mənzil ilə bağlı ilkin olaraq İddiaçı ilə 06 mart 2021-ci il tarixdə müqavilə imzalanmış, daha sonra Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır.
42. İşin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan mənzil heç kəsə təhvil verilməmişdir.
43. Mülki Məcəllənin 452.1-ci maddəsində qeyd edilir ki, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
44. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair müqavilə birinci İddiaçı ilə bağlandığından, həmin mənzil barəsində Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli müqavilə bağlana bilməzdir. Bu səbəbdən sonuncunun müqaviləsi etibarsız hesab edilməlidir.
45. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev