Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-422/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh İgəndər oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” 2(004)-2272/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 28.02.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 17.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən "xxxx" MMC-nin xeyrinə “Hoffman” markalı kondisioner üçün 100 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 110 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 130 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 17 iyun 2018-ci il tarixli müqaviləyə əsasən qiyməti 908 manat olan “Hoffmann” markalı kondisioner almış, həmin müqavilə üzrə cəmi 808 manat ödəniş etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya ödənilməmiş hissə olaraq 100 manat, cərimə borcuna görə isə 10 manat olmaqla, ümumilikdə 110 manat borcu qalmışdır. Bakı Şəhəri Yasamal Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 100 (yüz) manat ödənilməmiş hissənin, 10 (on) manat cərimənin, ümumilikdə 110 (yüz on) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun, cəmi 130 (yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin kondisioneri işə saldıqda onun istilik vermə rejiminin istismara tam yararsız olduğu ona məlum olduqdan sonra iddiaçı hu barədə cavabdehə məlumat vermiş, servis xidmətinin işçiləri gəlib araşdırmış və şifahi olaraq bildirmişlər ki, bu avadanlıq mühüm qüsurludur və heç vaxt normal işləyə bilməz. Buna görə də iddiaçı 2019-cu ilin fevral ayından kreditin ödənişini dayandırmışdır. İddiaçı həmin vaxta qədər artıq 358 manat ödəmişdir. O, dəfələrlə cavabdehə müraciət etsə də, nə avadanlıqda olan qüsur aradan qaldırılmış, nə də onu yenisi ilə əvəzləmişlər. Həmin ilin iyun ayının axırında həmin avadanlığı götürüb aparmışlar. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış 17.06.2018-ci il tarixli, K00178116 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 1 ədəd kodu B**********7N00591 olan “Hoffmann Faac”-12/WEV 908 ( doqquz yüz səkkiz) manat dəyərində olan kondisioner aylıq 50 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satılmışdır. 24 fevral 2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdehlə iddiaçı arasında bağlanmış 17.06.2018-ci il tarixli K00178116 nömrəli alqı-satqı müqaviləsi ilə cavabdehə satılmış kodu B**********7N00591 olan “Hoffmann” markalı kondisioner üçün ödənilməli olan toplam məbləğin 18 ay ərzində ödənilməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh alqı-satqı qiyməti 908 (doqquz yüz səkkiz) manat olan əsas borca 808 (səkkiz yüz səkkiz) manat ödəniş etmiş, 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 110 (yüz on) manat borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlmişdir, bu səbəbdən də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Apellyasiya şikayətində qeyd edilən məqamlar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli, 2(004)- 2272/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-422/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-422/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver