Məhkəmə qərarları › İş №2(103)-4221/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4221/2022

07.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4221/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixdə cavabdehlə “Qaz paylayıcısı ilə məişət qaz quğusu istifadəçisi arasında qazın alqı satqısı” müqaviləsi bağladığını və yaşadığı ünvan 1 ünvanına yeni qaz sayğacı quraşdırıldığını, xx.xx.2020-ci il tarixdə Birliyin əməkdaşlarının yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatmasını bildirdiklərini və sayğacı çıxıraraq onu yeni tipli sayğacla əvəz etdiklərini, bu barədə tərtib edilmiş aktı imzaladığını, sonradan həmin akt əsasında ona 3088,80 manat məbləğində borc hesablandığını öyrəndiyini, cavabdeh təşkilata etdiyi müraciətə “sayğaca müdaxilə edildiyi və bu səbəblə cərimə yazıldığı” məzmununda cavab verildiyini, halbuki heç vaxt qaz sayğacına müdaxilə etmədiyini və daim istehlak etdiyi qaza görə borcunu ödədiyini, bundan başqa, Birliyin “köhnə borc” adlandırdığı, yəni 2017-ci ilə kimi olan müddətə hesablanmış 425,80 manat məbləğində borcu da ondan tələb etdiyini irəli sürmüş, buna görə də Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 7 saylı fərdi yaşayış evinə (abonent kodu: **********20000) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3088,80 manat cərimənin, həmçinin 2017-ci ilə kimi olan müddətə hesablanmış 425,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, eyni zamanda Cavabdehndən dövlət rüsumuna görə 55 (əlli beş) manatın Dövlət nəfinə, ekspertiza tədqiqatının dəyərinə görə 102 (bir yüz iki) manatın Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının silinməsini tələb etdiyi borcun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan Cavabdeh İB-nin xeyrinə tutulduğunu nəzərə almadığı, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi Zaur Qurbanov apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli aktda İddiaçı məxsus evdə sayğacın çıxış plasmas borusunun deşildiyi göstərilməklə itirilmiş qazın bərpası üçün ona 3088,80 manat borc hesablanmışdır. İş materiallarında olan abonent saldosundan aydın olur ki, İddiaçı 2017-ci ilə kimi olan müddətə hesablanmış borc 425,80 manat təşkil edir və iddiaçı məhz sözügedən aktın ləğvini, habelə həm akta görə, həm də 2017-ci ilə qədər hesablanmış borc məbləğlərinin silinməsini istəmişdir. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza tədqiqatı əsasında verilmiş rəyə də istinad etməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 7 saylı fərdi yaşayış evində quraşdırılan qaz sayğacının normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında iddiaçıdan pul vəsaiti tələb etmiş, göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma aşkar olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, gəldiyi bu nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin, İddiaçı hazırda mübahisələndirdiyi akt üzrə hesablanmış 3088,80 manatın, eləcə də 556,80 manat qalıq borcun ondan tutulması barədə iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Göründüyü kimi, Sabunçu Rayon Məhkəməsinin artıq qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələlərə qiymət verilmiş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3820/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbi təmin olunmasın. İddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar