Məhkəmə qərarları › İş №2(103)-4221/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4221/2025

21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4221/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-325/2025 saylı, 1 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********02680 abonent hesabına xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 7 akt üzrə 2.396,50 manat hesablanmışdır: 06.2015-ci il tarixli akt əsasında 216 manat; 11.2015-ci il tarixli akt əsasında 248,40 manat; xx.xx.2016-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-ci il tarixli ******* saylı akt əsasında 168,90 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 845,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 486 manat.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1847 nömrəli, 30 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

3. Abonent saldosuna əsasən, iddiaçıya 2015-ci ildə 464,40 manat, 2016-cı ildə 341,70, 2017-ci ildə 259,20 manat, 2018-ci ildə 845,20 manat, 2019-cu ildə 486 manat, cəmi 2396,50 manat borc hesablanmışdır.

4. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli sorğuya cavabdan, xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 7 akt üzrə iddiaçıya hesablanmış 2.396,50 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 2.396,5 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Abonent kodu onun mərhum atası X5 adınadır və xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh İB tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi və sayğaca müdaxilə ilə bağlı cərimələr yazılmışdır. Bunların heç birindən onun xəbəri olmamışdır. Qaz idarəsində o həmin aktı və şəkili tələb etsə də, aktlar ona verilmiş, lakin şəkillər verilməmişdir. O cavabdehə təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin, lakin cavabdeh buna razı olmamış və ona bildirilmişdir ki, məhkəməyə müraciət etsin. Ona məlum olmuşdur ki, ona 2.396,5 manat cərimə yazılmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-325/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********02680 olan) hesablanmış 2015ci il üzrə 464,40 manat, 16 sentyabr 2016-cı il tarixli, ******* nömrəli, 27 oktyabr 2016-cı il tarixli aktlar üzrə 341,70 manat, 30 may 2017-ci il tarixli, ******* nömrəli akt üzrə 259,20 manat, 26 yanvar 2018-ci il tarixli, ******* nömrəli akt üzrə 845,20 manat və 29 mart 2019cu il tarixli, ******* nömrəli akt üzrə 486 manat olmaqla, cəmi 2.396,50 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 sentyabr 2016-cı il tarixli ******* nömrəli, 27 oktyabr 2016-cı il tarixli ******* nömrəli, 26 yanvar 2018-ci il tarixli ******* nömrəli aktların surətində “abonent sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə edir” kimi və 30 may 2017-ci il tarixli ******* nömrəli, 29 mart 2019-cu il tarixli ******* nömrəli aktların surətində “sayğacın çıxış plastmas borusu deşilib” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair qeyd olunan aktlar üzrə hesablanmış cəmi 2.396,50 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 18 və 26-cı maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”n 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu maddələrinə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-325/2025 saylı, 1 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 20.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 21.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 22.1096, 1096.2 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

23.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 24.1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 25.3.4.1-cü bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 26.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 27.4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 28.4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 29.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 30.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 31.5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 32.5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 33.6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 34.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

35.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddianın təmin edilməsi” hissəsində ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir.

37. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları müvafiq aktlarla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********02680 abonent hesabına xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 7 akt üzrə 2.396,50 manat hesablanmışdır: 06.2015-ci il tarixli akt əsasında 216 manat; 11.2015-ci il tarixli akt əsasında 248,40 manat; xx.xx.2016-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2016-ci il tarixli ******* saylı akt əsasında 168,90 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 845,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 486 manat.

38. Birinci instansiya məhkəməsi, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 sentyabr 2016-cı il tarixli ******* nömrəli, 27 oktyabr 2016-cı il tarixli ******* nömrəli, 26 yanvar 2018ci il tarixli ******* nömrəli aktlarda “abonent sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə edir” kimi və 30 may 2017-ci il tarixli ******* nömrəli, 29 mart 2019-cu il tarixli ******* nömrəli aktlarda “sayğacın çıxış plastmas borusu deşilib” kimi qeydlər edilsə də, cavabdehin həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair qeyd olunan aktlar üzrə hesablanmış cəmi 2.396,50 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyini qeyd etmişdir.

39. İlk öncə qeyd edilməlidir ki, iddiaçıya məxsus **********02680 abonent hesabına 2.396,50 manat məbləğində zərər birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 5 akt üzrə deyil, 7 akt üzrə hesablanmışdır. Lakin onlardan ikisi (06.2015-ci il tarixli akt və 11.2015-ci il tarixli akt) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

40. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qətnamə xx.xx.2016-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlarla bağlı olan hissədə düzgün olmamış, həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir, iddianın həlli ilə əlaqədar nəticəyə gələrkən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Halbuki bu cür yanaşma müvafiq qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.

41. Belə ki, iddia tələbinin həmin aktlarla bağlı hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, qaz paylayıcısının həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair qeyd olunan aktlar üzrə hesablanmış borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu halları iddianın həmin hissədə təmin edilməsi üçün kifayət hesab etmişdir.

42. Halbuki məhkəmə iddianın əsassız olduğu barədə gəldiyi qənaəti MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, abonentin adına tərtib edilmiş 3 akt üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yaranmadığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamış, iddaçı tərəfindən mübahisəli dövr ərzində ödənişlər edilmədiyinə hər hansı münasibət bildirməmişdir.

43. Beləliklə də, birinci instansiya məhkəməsinin xx.xx.2016-ci il, xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərində tərtib olunmuş aktları nəzərə almaması düzgün hesab edilə bilməz. Zərərə münasibətdə də qeyd edilməlidir ki, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.

44. Belə ki, “Qazdan istifadə Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

45. Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

46. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş abonentin saldosuna əsasən müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının abonent koduna xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərində müvafiq olaraq ******* saylı akt, ******* saylı akt və ******* saylı akt üzrə itirilmiş qazın həcminə görə dəymiş zərər hesablanmışdır. Məhkəmə kollegiyası aktların cavabdeh tərəfindən tərtib edildiyi tarixlərdə iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapdığı qənaətinə gələrək İB-yə dəymiş zərər üzrə borcun hesablanması ilə əlaqədar müvafiq quruma, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinə müracət etməsini zəruri saymış, iddiaçının **********02680 abonent hesabı üzrə mövcud borcun hesablanmasını həmin quruma həvalə etmişdir.

47. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının xx.xx.2025-ci il tarixli sorğuya cavabdan, xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 7 akt üzrə iddiaçıya hesablanmış 2.396,50 manat təşkil etdiyi müəyyən edilmişdir.

48. İşdə olan abonent saldosundan da görünür ki, 2016-cı ildə tərtib olunmuş iki akta əsasən iddiaçının qeyri-qanuni hərəkətləri nəticəsində itirilmiş təbii qazın həcmi müvafiq olaraq 3417 m3 (1728 m3 və 1689 m3) həcmində; 2018-ci ildə tərtib olunmuş bir akta əsasən iddiaçının qeyri-qanuni hərəkətləri nəticəsində itirilmiş təbii qazın həcmi müvafiq olaraq 4226 m3 həcmində hesablanmışdır. Həmçinin müəyyən edilir ki, baxış predmeti olan üç aktlardan ikisinin tərtib edilməsi yay, qalan birinin - qış aylarına təsadüf etmişdir.

49. Məhkəmə kollegiyası nəzərə alır ki, 1 qış ayı üzrə x 1476 m3 + 2 yay ayı üzrə x 972 m3=3420 m3 miqdarda zərərin müəyyən edilməsi, 3420 m3 qaz həcminin dəyəri olaraq (1200 m3 x 0,12 + 1300 m3 x 0,20 manat + 920 m3 x 0,25 manat) 634 manat məbləğində hesablanması Mülki Məcəllənin 21.3-cü maddəsinin konteksti baxımından daha ağlabatandır. Belə olan halda da, cavabdeh qazpaylayıcısına dəymiş zərərin 634 manat məbləğində olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-ci il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında zərərin əvəzi olaraq hesablanmış 634 manat məbləğində pulun silinməsindən imtina edilməlidir.

50. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1847 nömrəli, 30 yanvar 2025-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.

51. Göründüyü kimi sözügedən rəyə əsasən tədqiqata təqdim olunan borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Halbuki iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanda xx.xx.2019-cu il tarixdə yeni G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmışdır. Beləliklə də həmin tarixdən sonra iddiaçının ünvanında yenidən quraşdırılmış boru və sayğacın üzərində qeyri-qanuni qoşulma üçün xarakterik izlərin aşkar olunmaması hazırki iş üzrə məhkəmə kollegiyasının gəldiyi nəticə ilə ziddiyyət təşkil etmir.

52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-325/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi qismən - “xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 634 manatın silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 21,99 manatın 6 manatı məbləğində pul İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Məhkəmə trasoloji ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 65 manat 17 manatı məbləğində pul İddiaçı, 48 manat - Cavabdehndən tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar