Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4225/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“subroqasiya qaydasında pul”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və X1, cavabdeh və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1083/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1405 manat məbləğində sığorta ödənişi və 34.05 manat dövlət rüsumunun iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini belə əsaslandırmışdır ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş "İndividual Services” tərəfindən verilmiş "Yekun Qüsur aktına əsasən "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1405 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mərkəzi X10 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq ZBT-139772/23 nömrəli ödəniş tapşırğından və kart hesabından çıxarışdan göründüyü kimi "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə zərərçəkmiş X2 1405 manat sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 1405 manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən "Atəşgah” Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "Xalq Sığorta Şirkəti” ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi "Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 1405 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2023cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan da göründüyü kimi Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlarda da onun hadisə yerini tərk etdiyi təsdiq olunmuşdur.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xəta nəticəsində ünvan 1 ünvanında yaşayan xx.xx.1969-cu il təvəllüdlü X2 maddi ziyan dəymişdir; - TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6- cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; - İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə baş verən vaxt, yəni xx.xx.2023-cü il tarixdə Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşın "Xalq Sığorta” Şirkəti ASC tərəfindən sığortalanmışdır. "xxxx" Sığorta Şirkəti ASC-nin texniki ekspertizasının "nəqliyyat vasitəsinin yol nəqliyyət hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”ından görünür ki, "Honda CRV” minik markalı ** GK *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir; - «İndividual Services»in qüsur aktından müəyyən olunur ki, "Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir; - xx.xx.2023-cü il tarixli ödəmə tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən "Xalq Sığorta” Şirkəti ASC-nin xeyrinə 1405 manat məbləğində ödəniş edilmişdir; - "xxxx" Sığorta Şirkəti ASC-i xx.xx.2024-cü il tarixli Cavabdeh Mais qızına ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 10 iş günü ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır.
3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1083/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 1405 manat və ödənilmiş dövlət rüsumuna görə 34.05 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Atəşgah Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 936, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1; “İcbari sığortalar haqqında” Qanunun 25.1, 25.1.1, 63.1; İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurulmuşdur. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən tarixdə "Xalq Sığorta” Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığorta”sı növü ilə sığortalanmışdır. "Xalq Sığorta” Şirkəti ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə 1405 manat məbləğində sığorta ödənişi ödənilmişdir.Cavabdeh idarə etdiyi "Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı 1405 AZN məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 1405 manat həcmində subroqasiya hüququ yaranmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin olması, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1083/2025 saylı, 01 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının sığorta ödənişi məbləğində subroqasiya hüququnun yarandığını bildirsə də, ümumiyyətlə qətnaməsində bunu əsaslandırmamışdır. İddiaçı tərəfindən verilmiş sığorta məbləğinin, yəni avtomobilə dəymiş ziyanın müəyyən olunması ilə bağlı qiymətləndiricinin rəyini alınmamışdır. Birinci instansiya məhkəməsində bununla bağlı o, birinci instansiya məhkəməsində məhkəməyə şifahi vəsatətlər vermişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Halbuki, hazırkı iş üzrə zərərin məbləğinin müəyyən edilməsi qanunvericiliyə əsasən müstəqil qiymətləndiricinin səlahiyyətində olan məsələdir, iş materiallarında fotoşəkillər mövcuddur. Birinci instansiya məhkəməsi əsassız olaraq bu halları qətnaməsində qeyd etməmişdir. Hesab edir ki, ümumiyyətlə zərərin müəyyən olunması sırf qiymətləndiricinin rəyi əsasında müəyyən oluna bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən də, nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən olunması müstəqil qiymətləndiricinin səlahiyyətinə aiddir və buna görə də, birinci instansiya məhkəməsi iş üzrə qiymətləndirmə təyin etməli idi. Birinci instansiya məhkəməsi əsassız olaraq, iş üzrə qiymətləndiricinin rəyini almamış, prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iş üzrə qiymətləndirmə keçirməli və avtomobilə dəymiş real zərəri müəyyən etməli idi. Məhkəmə iş üzrə qiymətləndirmə keçirməli və avtomobilə dəymiş real zərəri müəyyən etməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, qeyd edilən məbləğin şişirdilmiş məbləğ olduğunu bildirmiş, həmin məbləği ödəmək imkanı olmadığını qeyd etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək zərərçəkmiş şəxsin avtomobilinə dəyən zərər 1405 manat manat olmadığını, həmin avtomobilin zahiri görünüşündə belə bir qüsurun olmadığını bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirməklə, qüsur aktının qiymətləndirici şirkət tərəfindən tərtib edildiyini, qüsur aktına nəzər yetirildikdə ehtiyat hissələrə dair xərcin 465 manat olduğunu, digər xərclərin isə xidmət haqqı olduğunun müəyyən edildiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati qərar cavabdeh tərəfindən imzalanmışdır və cavabdeh həmin qərarı mübahisələndirilməmişdir, siğorta ödənişini ödəmək isə siğortaçının öhdəliyidir, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə ; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1. sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1. sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.2. faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-191/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
12. Belə ki, TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xəta nəticəsində ünvan 1 ünvanında yaşayan xx.xx.1969-cu il təvəllüdlü X2 maddi ziyan dəymişdir. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6- cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə baş verən vaxt, yəni xx.xx.2023-cü il tarixdə Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşın "Xalq Sığorta” Şirkəti ASC tərəfindən sığortalanmışdır. "xxxx" Sığorta Şirkəti ASCnin texniki ekspertizasının "nəqliyyat vasitəsinin yol nəqliyyət hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”ından görünür ki, "Honda CRV” minik markalı ** GK *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir. «İndividual Services»in qüsur aktından müəyyən olunur ki, "Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir.xx.xx.2023-cü il tarixli ödəmə tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən "Xalq Sığorta” Şirkəti ASC-nin xeyrinə 1405 manat məbləğində ödəniş edilmişdir.
13. Kollegiya hesab edir ki, iş materiallarında olan sübutlarla cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində "Atəşgah Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortaçıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və iddia təmin edilməlidir.
14. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
15. Mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəte t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1083/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.