Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4230/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(011)-1839/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixli PXA********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı Cavabdeh2, avtonəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır.
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 05:50-da Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh2, hadisə zamanı sürücüsü Cavabdeh1 olmuşdur, zərərçəkən şəxs X4r.
3. İXP ******* saylı xx.xx.2022-cİ il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3170 saylı Qiymətləndirmə aktının surətlərindən görünür ki, “Ravon Nexia R3” markalı, 90- PR-446 dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri 1030,0 manat və işçilik 970 manat olmaqla, cəmi 2000 manat xərc çəkilmişdir.
5. PXA114587 saylı “Sığorta aktı”-ndan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 May küçəsində baş vermiş hadisə nəticəsində "xxxx" MMC tərəfindən təqdim olunan qiymətləndirmə aktına uyğun olaraq "xxxx" ASC tərəfindən 2000 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür.
6. xx.xx.2022-ci il tarixli xx/xx-1927 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 7 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
7.İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 2000,00 (iki min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 40,00 (qırx) manat dövlət rüsumunun müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 05:50 radələrində Bakı şəhəri, 28 May küçəsi ərazisində Cavabdeh2 oğuna məxsus, Cavabdeh1 idarə etdiyi və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5131744 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2000,00 (iki min) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə 2000,00 (iki min) manat məbləğində sığorta ödənişi ödənilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(011)-1839/2025 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 2000 (iki min) manat və dövlət rüsumu qismində ödənilmiş 40 (qırx) manat məbləğində pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır, sığortalı Cavabdeh2dur, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edərkən X3 idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur, vurulan zərər 2000 manat dəyərindədir, hadisə nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-cü maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmiş Bəhruz Bəhmənova 2000 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. 11.Məhkəmənin mövqeyinə görə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 2000 manat məbləğində pul alınaraq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 936.1, 936.2, 1096.1, 1096.2, 1108.1, 1114.1, 1115-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci maddələrini, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 13.4, 63.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 80, 88, 107 və 119.1-ci maddələrinin tələblərini nəzərə almamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmadığı halda birinci instansiya məhkəməsinin bu iddianı təmin etməsi qanunauyğun olmamışdır. Həmçinin qeyd olunmalıdır ki,mənim bu mülki işlə bağlı məhkəmədə keçirilən məhkəmə proseslərindən (cəmi 3 məhkəmə iclası olmuş: 2-si hazırlıq iclası, digəri isə baxış iclası) ümumiyyətlə məlumatı olmamış, ona hər hansı sms bildiriş və poçtla bildiriş göndərilməmişdir. Bununla isə məhkəmə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan “çəkişmə prinsipini” pozmuşdur, nəticədə isə cavabdeh öz hüquqlarını müdafiə edə bilmədiyindən barəsində belə bir ədalətsiz qətnamə qəbul edilmişdir. Ən maraqlısı isə budur ki, bu işlə bağlı ona olmuş 3 məhkəmə iclasları barədə heç “sms” göndərilmədiyi halda iş artıq Füzuli rayon İcra və Probasiya şöbəsinə gedib çıxdıqdan sonra nədənsə cavabdehə “sms” göndərilmiş və pulun ödənilməsi tələb edilmişdir. Məhz ona göndərilən xx.xx.2025-ci il tarixli “sms” vasitəsilə (həmin “sms” qoşmaya əlavə edilmişdir) cavabdeh bu qətnamənin mövcudluğundan xəbər tutdu və öyrəndi ki, bu nə məsələdir. Eyni zamanda qeyd olunmalıdır ki, elektron məhkəmə sistemində həmin qətnamənin xx.xx.2025-ci il tarixdə sistemə yüklənməsi əks olunsa da təəssüflər olsun ki, həmin qətnamənin yüklənməsinə dair elektron məhkəmə sistemində yuxarıdan sağ hissədə “zınqrov” olan hissədə hər hansı bir “Bildiriş”in əks olunmadığı (“0” rəqəmi bunu isbat edir) müəyyən olunur (bunlara dair “çıxarış” əlavə olunur). Halbuki, məlum olduğu kimi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı məhz həmin “Bildiriş”in yükləndiyi tarixdən hesablanılır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəritəcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəri-təcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti hesab edirsə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi qanunsuzdur, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki,“İcbarisığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlaki qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn 2 məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Məhz buna görədir ki, qanunverici avtomobilin mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında avtomobili idarə edən şəxsə onun etibarnamə verməsini tələb etmir, çünki bu halda yuxarıda göstərilən iki məqsəd təmin olunur: o, sərnişin kimi avtomobildədirsə, deməli avtomobildən başqasının istifadə etməsi onun iradəsinə uyğundur (yəni 1-ci məqsəd təmin olunub), yol hərəkəti qaydası pozulduğu halda onu törədənin şəxsiyyəti avtomobildə sərnişin qismində olan mülkiyyətçinin vasitəsilə müəyyən olunacaq (yəni 2-ci məqsəd təmin olunub). Mülkiyyətçinin sərnişin qismində avtomobildə olub-olmamasının mülki məsuliyyətin sığortası üçün əhəmiyyəti yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasiledilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etbarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli təmsilçilik də yoxdur. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildiridi ki, mart ayında keçirilən məhkəmə iclasından icra şöbəsindən məlumat gələndə xəbəri olub. Belə bir məhkəmə qətnaməsindən xəbəri olmayıb. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Apellyasiya şikayətinin təmin edilməini xahiş edir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçı və digər cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 926.3.Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19.“İcbarı sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 25.1.3.İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.1.1, 385.1.2 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 münasibətdə iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlalınması təşkil edir. Çünki qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
24. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır, sığortalı Cavabdeh2dur, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edərkən X3 idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur, vurulan zərər 2000 manat dəyərindədir, hadisə nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-cü maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmiş Bəhruz Bəhmənova 2000 manat məbləğində sığorta ödənişi edilmişdir. 25.Hazırkı iddiasında iddiaçı xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir və iddia tələbinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir.
26. Məhkəmə iddianı təmin edərək qeyd etmişdir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehlərdən müştərək qaydada tələb etməkdə haqlı olmuşdur.
27. Kollegiya məhkəmənin mövqeyini əsassız hesab edərək qeydi edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasına əsas olan hallardan biridir.
28. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh2 məxsus “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə olunan zaman yol nəqliyyat hadisəsi baş vermişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənasına görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
30. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar.
31. Beləliklə, adı qeyd edilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilməməlidir. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
33. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
34. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
35. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
36. Göründüyü kimi, hazırkı halda Cavabdeh2 məxsus “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisinin iradəsinə zidd olmadan Cavabdeh1 istifadəsinə verilmiş və onun tərəfindən idarə edilmişdir. 37.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olduğundan, “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1.3-cü maddəsində göstərilən icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsası mövcud olmadığından iddia tələbi Cavabdeh2 münasibtdə əsassız olmaqla təmin edilməməlidir. 38.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, məhkəmə tərəfindən mübahisələndirilən hissədə maddi hüquq norması pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. 39.Məhkəmə kollegiyası apellyatorun məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri bardə məlumat göndərilmişdir. Buna görədə qeyd olunan dəlil əsassız hesab edilməklə prosessual pozuntu kimi qiymətləndirlə bilməz.
40. Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(011)-1839/2025 saylı qətnaməsi mübahisələndirilən - Cavabdeh2 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hisssədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
41. Kollegiya qeyd edir ki, prosessual qanunvericliyin tələblərinə əsasən iddianın qiyməti beş min manatdan aşağı olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(011)-1839/2025 saylı qətnaməsi mübahisələndirilən - Cavabdeh2 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Günay Axundova Hakimlər Xumar Mərdanova Fərrux Qasımov