Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4231/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Bakı şəhəri 44 saylı Notariat Ofisinə qarşı “ilkin alqı-satqı müqaviləsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İlk iddiada tələb olunub ki, Yasamal rayonu, Tibilisi prospekti, məhəllə 3166-da yerləşən 135 “a” nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunsun. Qarşılıqlı iddiada tələb olunub ki, İddiaçı mənzildən çıxarılsın və mənzil Cavabdeh3 təhvil verilsin. Qətnamə ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddiaya aid hisədə ləğv edilsin və qarşılıqlı iddia təmin olunsun. Apellyasiya icraatı zamanı cavabdeh-iddiaçı Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına cavabdeh-iddiaçı Cavabdeh3 münasibətdə xitam verilsin və mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4231/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4231/2022
08.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver