Məhkəmə qərarları › İş №2(103)-4236/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4236/2025

20.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4236/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı2, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı5 (bundan sonra iddiaçılar) Cavabdeh qarşı işi üzrə Açar sözlər : ( “qanunsuz tikilinin sökülməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və İddiaçı9 Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı3, İddiaçı4, onun nümayəndəsi Vəkil3 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı6, İddiaçı3, İddiaçı8, İddiaçı2, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı5 (bundan sonra iddiaçılar) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3966/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv olunmuş və iddia ərizəsinə əlavə olunmuş 07 iyun 2017 tarixli, ********** saylı baş planda işarələnmiş 470.4 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, S.Ə.Şirvani küç., 1A ünvanında Cavabdeh məxsus 315.5 m2-lik qeyri yaşayış sahəsi (keçmiş "Qərənfil şadlıq evi”) mövcuddur. Tikinti altı sahə isə 353.6 m2 təşkil edir. Bu rəqəmlər xx.xx.2015 tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapmışdır (çıxarış əlavə olunur). Bina sakinlərinin həmin qeyri yaşayış sahəsinə və onun altındakı Cavabdeh istifadəsində olan dövlət mülkiyyətinə aid 353.6 m2-lik torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. 2017-2018-ci illərdə Cavabdeh 353.6 m2-lik əraziyə bitişik, sakinlərin ümumi istifadəsində olan ərazidən əlavə olaraq 470.4 m2 ərazini zəbt edir, hasara alır və tikintiyə icazə sənədi olmadan tikintiyə başlayır. Həmin sahədə aparılan tikinti iddiaçıların yaşadıqları Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 saylı binanın həyətində yerləşir. Cavabdeh - Cavabdeh ilə danışıq zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı ilə sözügedən ünvanda 824 m2 torpaq sahəsinə dair Cavabdeh ilə icarə müqaviləsinin bağlanmasına qərar verilmişdir. Bundan sonra bina sakinləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Xətai rayon şöbəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş planın, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı registrdən çıxarışın və Əmlak Məsələləri DövlətKomitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamının 470.4 kv.m. hissədə ləğv edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışlar. Bakı İnzibati Məhkəməsinin 06 mart 2024 tarixli, 2-1(112)-72/2024 saylı qərarı ilə bina sakinlərinin iddiası təmin edilmişdir. Məhkəmə mübahisəsi Ali məhkəməyə qədər davam etmiş və Ali Məhkəmə 18 dekabr 2024 tarixli, 2-1(102)-3224/2024 saylı qərarı ilə ilkin qərarı qüvvədə saxlamışdır. Bu məhkəmə qərarı icazəsiz tikilinin altında yerləşən 824 kv.m. torpaq sahəsindən 470.4 kv.m.-lik hissəsinin cavabdehə aid olmadığını, bina sakinlərinin ümumi istifadəsində olduğunu sübut edir. Cavabdeh heç bir zaman tikintiyə icazə sənədi olmamışdır. İddiaçıların şikayəti əsasında aparılmış araşdırmalar zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-2672 saylı və 28 mart 2023 tarixli, 3-35/2-H-32-36- 177/2023 saylı məktublarında tikintinin icazəsiz olduğunu və dayandırılması üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir. Bundan əlavə AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 13 aprel 2023 tarixli, 3-18-2/2-H-7xx-xx/2023 saylı məktubu ilə tikinti işlərinin qanunsuz olduğu və Agentliyin 17 mart 2023 tarixli, 0209 saylı qərarı ilə dayandırıldığı bildirilmişdir. Yuxarıda sadalanan faktlardan (məhkəmə qərarları və əlaqəli dövlət orqanların məktubları) göründüyü kimi cavabdehin qanunsuz tikilinin altında yerləşən 824 kv.m. torpaq sahəsinin 470.4 kv.m. hissəsinə dair heç bir hüququ yoxdur və tikintiyə dair heç bir icazəsi yoxdur. Sözü gedən ərazi bina sakinlərinin, o cümlədən iddiaçıların ümumi istifadəsindədir. Bu fakt Ali Məhkənin 18 dekabr 2024 tarixli, 2-1(102)-3224/2024 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, qanunsuz tikilinin altında yerləşən 470.4 kv.m. sahənin bina sakinlərinin, o cümlədən iddiaçıların ümumi istifadəsində olması məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Lakin mövcud vəziyyət, yəni sahənin üzərindəki qanunsuz tikili bina sakinlərinin, o cümlədən iddiaçıların həmin sahədən istifadə hüquqlarını mümkünsüz edir, bu səbəbdən sökülməlidir.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3966/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş planda ümumi istifadədə olan açıq torpaq sahəsi kimi qeyd edilmiş 470,4 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və ümumi istifadəyə qaytarılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18; Mülki Məcəlləsinin 180.1., 180.2, 180.3, 180.4-cü bəndlərinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən 470,4 kv.metr mübahisəli torpaq sahəsi ümumi istifadədə olduğundan və iş üzrə iddiaçılar həmin ünvanda yerləşən binanın sakinləri olduğundan Mülki Məcəllənin yuxarıda qeyd edilən 180.4-cü maddəsinə əsasən, onların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. İş materialları, eləcə də, mübahisəli torpaq sahəsinə dair qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş planda açıq torpaq sahəsi kimi qeyd edilmiş 470,4 kv.metr torpaq sahəsi ümumi istifadədə olmuş, həmin torpaq sahəsinə cavabdehin mülkiyyət və ya istifadə hüquqları, eləcə də, torpaq sahəsi üzərində tikili inşa etmək hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanuni əsaslarla mülkiyyətində və ya istifadəsində olmayan torpaqda, eləcə də, tikintisi üçün lazımi icazələr alınmadan, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında 470,4 kv.metr torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikili olmuşdur. Odur ki, hazırki iddia tələbi üzrə iddiaçılar həmin ünvanda yaşayan sakinlər olduğundan və özbaşına tikili sakinlərin ümumi istifadəsində olmuş torpağı zəbt edərək onların maraqlarına toxunduğundan iddia tələbi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi hissəsində isə məhkəmə qeyd edir ki, torpaq sahəsi ümumi istifadədə olduğundan, həmin hissədə iddia qismən təmin edilməli və torpaq sahəsi ümumi istifadəyə qaytarılmalıdır.

3. Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 315,5 kv.metr sahəsi olan qeyri- yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir; - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı baş plandan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında birmərtəbəli tikilinin sahəsi 353.6 kv.metr, ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ərazinin ümumi torpaq sahəsi 824,0 kv.metr təşkil edir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı etibarsız hesab edilmişdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı dövlət əmlakının Registrində ***-*******7 nömrə ilə aparılmış qeyd və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş plan Cavabdeh adına 470.4 kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilmişdir; - AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3224/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarından görünür ki, apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Qərarın ayrı-ayrı bəndlərində aşağıdakılar qeyd edilmişdir: 53. Beləliklə, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasının istifadəsində olan və texniki pasportunda göstərilən torpaq sahəsi 353.6 kv.m olduğu halda, əlavə olaraq 470,4 kv.m sahənin özəlləşdiriən dövlət əmlakının istifadəsində olan sahə kimi üçüncü şəxsin (.......) icarəsinə verilməsi üçün bilavasitə hüquqi əsas mövcud olmamışdır. 55. Hazırkı iş üzrə özəlləşdirilmiş Qərənfil şadlıq evinin yerləşdiyi 353,6 kv.m sahə tikintialtı sahə daşınmaz dövlət əmlakı kimi registrdə qeydiyyata alınmış olsa da mübahisəli 470,4 kv.m açıq sahənin həmin ərazidə yaşayış binalarının ümumi istifadəsində olan ərazi olduğundan daşınmaz əmlakın dövlət registrində qeydə alınması əsası mövcud olmamışdır. 59. Beləliklə, mübahisələndirilən sərəncamla üçüncü şəxsin icarəsinə verilmiş 470.4 kv.m torpaq sahəsinin Bakı şəhəri, Xətai rayonu, X4 115-129, məhəllə 2316- 2320 ünvanda yaşayış massivində yaşayış binalarının tikintisi və həmin binaların ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahəsindən ayrıldığı öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-3966/2025 saylı qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin təmin olunmaması, mülki iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127; “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1, 1.0.3; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2., 152.3, 152.9, 180.4; “Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1, 92.4.1, 92.1.4.2, 92-1.1, 95.2, 95.3; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 14.2, 88, 157.1, 157.8, 158.4, 164.1, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işə məhkəmə baxışı zamanı toplanmış sənədlərlə tam sübuta yetrilmişdir ki, ünvan 1 ünvanında 1 mərtəbəli 315,5 1 qeyriyaşayış binası mülkiyyət hüqüqu ilə Cavabdeh məxsusdur. 315,5 kv. metr qeyri-yaşayış sahəsinin yerləşdiyi tikintialtı sahə 536 ha. torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə Cavabdeh verilmişdir. Cavabdeh ünvan 1 ünvanında 1 mərtəbəli 315,5 kv. metr qeyri-yaşayış binasına mülkiyyət hüqüqu və qeyri-yaşayış sahəsinin yerləşdiyi tikinti a 536 ha. torpaq sahəsinə istifadə hüququ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri” publik hüquqi şəxsin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı 064265 nömrəli çıxarış verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş müəssisə 21 fevral 2001-ci il tarixdə tərtib olunmuş texniki pasportu ilə müəyyən olunur ki, adı “Qərənfil” şadlıq evi olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küç., 1 ünvanında yerləşən əmlakın balans saxlayıcısı və ya mülkiyyətçisi Dövlət Əmlak Nazirliyinin Ticarət və Xidmət müəssisəsə və obyektin fəaliyyətini əlaqələndimə mərkəzi olmuşdur. “Qərənfil” şadlıq sarayı 1979-cu il tarixdə inşa olunmuşdur. Dövlət Əmlak Nazirliyinin 28 mart 2001-ci il tarixli, 140 nömrəli Sərəncamı ilə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Dövlət Əmlak Nazirliyi ilə “Qərənfil” şadlıq sarayının əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X3 arasında 09 iyul 2001-ci il tarixdə 80 nömrəli alqı-satqı müqaviləsi ilə əmlak özəlləşdirilmişdir. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanındakı 315,5 kv. metr qeyri-yaşayış binasının yerləşdiyi 0,03536 ha. torpaq sahəsinə bitişik olan torpaq sahəsinin icarə əsasında istifadəsinə verilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Xətai rayon idarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küç., ünvanında 824 m2 torpaq sahəsinin Cavabdeh icarə müqaviləsi bağlanmaqla istifadəsinə verilməsi barədə qərar verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən ünvan 1 ünvanındakı qeyri-yaşayış binası işlədiyi 824,0 kv. metr torpaq sahəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2032ci il tarixədək Cavabdeh icarəsinə verilməsinə dair xx.xx.2017-ci il tarixli, 23 nömrəli sərəncam verilmişdir. Mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanındakı 315,5 kv. metr qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə bitişik olan cəmi 824,0 kv. metr torpaq sahsi xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında H. Hacısoyun istifadəsinə Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı əsasında Cavabdeh icarə əsasında verilmiş ünvan 1 ünvanında cəmi 824 m2 torpaq sahəsi iddiaçıların yaşadıqları binanın altında və yaxud həmin binaya ayrılmış torpaq sahəsi olmamışdır. Bakı Şəhər Xalq Deputatları Sovetinin 04. 06.1976-cı il tarixli 27/374 nömrəli sərəncamına əsasən Xətai rayonu, X4 115-12 əllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsi yaşayış massivinin salınması üçün ayrılmışdır. İddiaçı1 və qeyrilərinin tələb sürdükləri 470,4 kv. metr torpaqa sahəsi Xətai rayonu X4 115-129, məhəllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsinin hüdudlarında yerləşir. Bundan başqa Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən faktiki olaraq cavabdeh H. Hacısoyun icarə müqaviləsi əsasında istifadəsinə verilmiş ünvan 1 ünvanında 315,5 kv.metr qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə bitişik olan cəmi 824,0 kv. metr torpaq sahsinin Xətai rayonu, X4 115-129, məhəllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsinin hüdudları daxilində olub-olmaması mütəxəssis və yaxud xüsusi bilik tələb olunan məsələlər olduğundan ekspert vasitəsi ilə araşdırılmamış və rəy alınmamışdır. Mülki iş materialları ilə sübuta yetrilmişdir ki, Cavabdeh tərəfindən torpaq sahəsi zəbt olunmamışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olduğundan qanunla müəyyən olunmuş səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı və bağlanmış icarə müqaviləsi əsasında istifadəsinə verilmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı ilə mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı ilə cavabdeh H. Hacısoyun qanunsuz tikinti işləri aparması təkzib olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, ********** saylı ərazinin baş planı ilə sübut olunur ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında birmərtəbəli tikilinin sahəsi 353,6 kv.metr, ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ərazinin ümumi torpaq sahəsi 824,0 kv.metrdir. Cavabdeh qanuni və hüquqi əsaslarla mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ümumi torpaq sahəsi 824,0 kv.metr ərazidə tikinti işlər dıqdan bir neçə il sonra iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Xətai rayon şöbəsinin təsdiq etmiş olduğu 07 iyun tarixli, ********** saylı baş planın, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı registrdən çıxarışın və Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamının 470 hissədə ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 06 mart 2024 tarixli, 2-1(112)-72/2024 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin qeyd olunan qərarı qüvvəyə minmişdir. Faktiki olaraq iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi və binanın ətrafına olan 824,0 kv.metr torpaq sahələri dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır. Həmin torpaq sahəsi iddiaçıların yaşayış binalarının yerləşdiyi Xətai rayonu X4 115-129, məhəllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsinin hüdudları daxilində deyil və həmin torpaq sahəsi yaşayış binasının alt sahəsi və yaşayış binasının tikintisi üçün Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1976-cı il tarixli 27/374 nömrəli sərəncamı əsasında ayrılmış torpaq sahəsinə aidiyyatı ünvan 1 ünvanında yerləşən “Qərənfil” şadlıq evi dövlət əmlakı olaraq Dövlət Əmlak Nazirliyi tərəfindən 28 mart 2001-ci il, 140 nömrəli Sərəncamı ilə özəlləşdirildiyindən əmlakın 09 iyul 2001-ci il tarixdə alqısatqısına dair bağlanmış 80 nömrəli müqavilə və özəlləşdirilmiş müəssisə texniki pasportu və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və icarəsində olmasını təsdiq edən sənədləri ( torpaq sahəsinin ayrılması haqqında qəra a icarə müqaviləsi) əsasında cavabdehin hüquqları tanınmalıdır. ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 824 metr torpaq sahəsinin Cavabdeh icarə əsasında verilməsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsi ləğv edilməmiş, dəyişdirilməmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, ünvan 1 ünvanında yerləşən “Qərənfil” şadlıq sarayı dövlət əmlakı olmaqla Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun tələblərinə əsasən Dövlət Əmlak Nazirliyinin 28 mart 2001-ci il tarixli, 140 nömrəli Sərəncamı ilə özəlləşdirilmişdir. Qeyd olunan əmlak 09 iyul 2001-ci il tarixdə bağlanmış 80 nömrəli alqı-satqı müqaviləsi ilə özəlləşdirilmişdir. ünvan 1 ünvanında yerləşən (“Qərənfil” şadlıq sarayı) qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olduğundan və Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunu əsasında torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirildiyindən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrini satılması qaydaları haqqında” əsasnamənin 4-cü bəndinə görə özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Əgər özəlləşdirilmiş əmlakın yerləşdiyi torpaq sahəsini özəlləşdirmədiyi halda torpaq sahəsi icarə hüququ əsasında onun istifadəsinə verilməlidir. Qeyd olunan əsaslarla özəlləşdirilmiş dövlət əmlakının yerləşdiyi torpaq sahəsi H. Hacıyoya icarə əsasında verilmişdir. Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1976-cı il tarixli 27/374 nömrəli sərəncamına əsasən Xətai rayonu X4 115-129, məhəllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsində inşa olunmuş yaşayış binasının sakinlərinin iddia tələbi sürdükləri Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ümumi torpaq sahəsi 824,0 kv.metr torpaq sahəsinin iddiaçıların yaşadığı ərazinin hüdudlarına aidiyyatı ixtisaslı mütəxəssislər tərəfindən və səlahiyyətli orqanlar, mütəxəssislər və ekspert tərəfindən araşdırılmamışdır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Bu sahədə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmuşdur. Həmin icra hakimiyyəti orqanı tərəfindən əmlak özəlləşdirilmiş və torpaq sahəsi icarə müqaviləsi əsasında H. Hacısoyun istifadəsinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı 1 mərtəbəli 315,5 kv. metr qeyri-yaşayış binasına yerləşdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı ilə Cavabdeh icarə müqaviləsi bağlanmaqla istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 824,0 kv. metr torpaq sahəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixədək Cavabdeh icarəsinə verilməsinə dair xx.xx.2017-ci il tarixli, 231 nömrəli sərəncam verilmişdir. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra - qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra - infrastruktur obyekti) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Xətai rayon Məhkəməsi tərəfindən qeyd olunan Fərmanın tələbləri nəzərə alınmamışdır. Mülki iş materialları ilə sübuta olunmuşdur ki, iddiaçılara məxsus yaşayış binalarının yerləşdiyi Xətai rayonu X4 115-129, məhəllə 2316-2320 ünvanda yerləşən 29,8 ha. torpaq sahəsi və Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmış torpaq sahələri olmuşdur. Mülkiyyət, istifadə və sahiblik hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində və ona qonşu olan icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin sökülməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən olunmuş əsaslar mövcud deyil. Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi tikintialtı sahə 353,6 kv.metr, açıq torpaq sahəsi 470,4 kv.metr, ümumi torpaq sahəsi 824,0 kv.metr torpaq sahəsinə iddiaçıların tələb irəli sürmək hüququnun olması faktiki olaraq araşdırılmamışdır. İddiaçıların yaşayış sahəsi üçün torpaq sahəsinin planı və ölçüsü Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1976-cı il tarixli 27/374 nömrəli sərəncamına əsasən 29,8 ha. torpaq sahəsi müəyyən olunmuşdur. Qeyri-yaşayış obyektinin sökülməsinin mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrə səbəb ola biləcəyi aşkardır. Belə ki, həmin ünvanda inşa olunmuş əmlakın bir hissəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmış, digər qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının tanınması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 1-İVQ nömrəli Qanununun tətbiqibarədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən cəllənin 95.3 və 95.5-ci maddələrinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”mn səlahiyyətlərini ərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsində obyektin ünvanı Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanı, iddiaçıların yaşayış binalarının yerləşdiyi 29,8 ha. torpaq sahəsinin yanı Xətai rayonu, X4 115-129, məhəllə 2316-2320 ünvan göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanındakı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin özbaşına inşa edildiyi müəyyən edilmir, əksinə qeyri-yaşayış obyektinin inşası üçün ilkin layihə sənədləri təsdiq edilmişdir. Tikinti obyektinin sökülməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar aşkar şəkildə mövcud deyil. Digər tərəfdən qeyd edilən əsaslar olduqda tikinti obyektinin sökülməsi ilə bağlı konkret da müəyyən edilmiş və həmin qayda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti obyektinin sökülməsi barədə məhkəmədə iddianın qaldırılmasıdır. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuşdur ki, Məcəllənin 95.3 və 95.5-ci ddələrinə əsasən “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Cavabdeh qarşı iddia hüququ və söküntünün aparılması hüququ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Məhkəmə tərəfindən mübahisəyə dair qətnamə qəbul olunarkən qeyd olunan qanunun və Prezidentin Fərmanının tələblərinə əməl etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən lll şəxs qismində cəlb edilmişdirlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmunu ilə eynilik təşkil edən izahat vermiş və apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən hər hansı özbaşına tikinti işləri aparılmamış, torpaq sahəsi zəbt olunmamışdır, torpaq sahəsi dövlət mülkiyyətində olduğundan qanunla müəyyən olunmuş səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamı və bağlanmış icarə müqaviləsi əsasında H. Hacısoyun istifadəsinə verilmiş, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia tələbini müdafiə etmiş və qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı dövlət əmlakının Registrində ***- *******7 nömrə ilə aparılmış qeyd və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş plan Cavabdeh adına 470.4 kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilmiş, Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən lll şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən: Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi: 1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “ Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri” nə görə: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. 2.4. Mərzçəkmə işlərində aşağıdakılara istinad edilir: 2.4.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə; 2.4.2. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə; 2.4.3. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.4. “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na; 2.4.5. torpaq sahəsinin fiziki və ya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına; 2.4.6. torpaq sahəsinin alqı-satqı müqaviləsinə və digər əqdlər barədə məlumatlara; 2.4.7. torpaq sahəsinin sərhədləri ilə əlaqədar mübahisənin mövcudluğu haqqında sənədlərə; 2.4.8. torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə; 2.4.9. topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələrinə; 2.4.10. dövlət geodeziya-istinad məntəqələrinin (bundan sonra — DGİM), daimi istinad stansiyalarının (bundan sonra — DİS) və dayaq mərz nişanlarının (bundan sonra — DMN) adları, koordinatları və yerləşmə sxemlərinə; 2.4.11. dövlət torpaq kadastrının məlumatlarına; 2.4.12. qanunvericilikdə nəzərdə tutulmuş digər normativ aktlara və sənədlərə.

18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385- 390-cı maddələrinə istinadən hesab edir ki,apellyasiya şikayətinin dəlillərini əsaslı deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1586/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 17 mart 2017-ci il tarixli, 69 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 09 oktyabr 2017 tarixli, 231 saylı sərəncamı, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən təsdiq olunmuş 04 oktyabr 2017 tarixli, 1489 saylı dövlət əmlakının Registrində ***-*******7 nömrə ilə aparılmış qeyd və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin təsdiq etmiş olduğu 07 iyun 2017 tarixli, ********** saylı baş plan Cavabdeh adına 470.4 kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3224/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarından görünür ki, apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən: Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

20. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

21. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərinin əsassızlığı iş üzrə təqdim edilən inzibati məhkəmənin qərarı ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı aidiyyəti icra hakimiyyəti orqanları cəlb edilməsə də, apellyasiya məhkəməsində icraat zamanı onlar cəlb edilmiş və öz vəzifələrinə müvafiq iddiaya qarşı hər hansı etirazların bildirməmişlər. Qeydiyyat orqanı tərəfindən təqdim edilən məlumatlar sonuncu məhkəmə qərarları ilə müəyyən edilən tarixləri əks etdirmir və bu məlumatlar keçmiş tarixləri əhatə edir. Müvafiq qeydiyyatların aparılması vəzifələrinə uyğun daşınmaz əmlak üzrə reyestrdə dəyişikliklərin aparılması inzibati icaat qaydasında həll edilən məsələ olduğundan mülki mühakimənin səlahiyyətlərinə aid deyildir. Apellyasiya şikayətinin ekspertiza aparılma zəruriliyi dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mübahisə edilən torpağın və tikilinin fərqli yerdə yerləşməsinə dair əsaslar müəyyən edilmir. Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, məhkəmə qərarının icrası zamanı zərurət yarandığı təqdirdə icra məmuru tərəfindən müvafiq mütəxəssis cəlb edilməklə tikilinin yerləşdiyi koordinatları dəqiqləşdirilə bilər.

22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3966/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar