Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4247/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X8 X12 və Cavabdeh2 MMCyə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Azərbaycan Respublikasının Mənzil X8 X12 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X8 X12 və Cavabdeh2 MMCyə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Elktron bildirişə əsasən İddiaçı tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsi ilə “X3 ikinci mərhələsi” layihəsinin 4 saylı binasının 29 nömrəli girişinin 6-cı mərtəbəsində yerləşən 4 saylı 2 otaqlı mənzil seçilmişdir və həmin mənzilin digər şəxslər tərəfindən seçiminə məhdudiyyət qoyulmuşdur.
2. Mənzil İnşaatı Dövlət X2 xx.xx.2022-ci il tarixli 10 nömrəli Qərarı ilə X3 ikinci mərhələsində satışa çıxarılmış 442 mənzil üzrə “Güzəştli mənzil” sistemi vasitəsilə xx.xx.2022-ci il tarixində keçirilmiş mənzil seçimi nəticələrinin ləğv edilməsi təsdiq edilmişdir.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 6, ev 4, mənzil 4 (yeni qaydalarla ünvan 1 ünvanı hazırda X1 xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında müsabiqə nəticəsində güzəştli şərtlərlə mənzilin əldə edilməsinə dair müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməsinə, müqavilənin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 4.000 (dörd min) manat mənəvi ziyanın əvəzinin ödənilməsinə, hüquqi yardım üçün xidmətlərə görə iddiaçı tərəfindən ödənilmiş 1.000 (bir min) manat məbləğin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 170 (bir yüz yetmiş) manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Mənzil İnşaat Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli şərtlərlə əldə edilməsi müsabiqəsində iştirak etmək hüququna malik olan şəxslərdəndir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil X4 sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyaları sadalanır. Həmin Qaydanın 3.2.7-ci bəndinə əsasən, yaşından və ailə vəziyyətindən aslı olmayaraq ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs Mənzil X4 sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxsdir. Odur ki, o, 15 ildən artıqdır ki, ümumi təhsil müəssisəsində müəllimə vəzifəsində işləyir və qeyd olunan müsabiqədə iştirak etmək hüququna malikdir. O, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5-ci maddəsinin tələblərinə uyğun olaraq konfidensial məlumatları qeyd etməklə elektron imza sertifikatı ilə elektron qaydada qeydiyyatdan keçmişdir. Həmin Qaydanın 1.2.5-ci maddəsinə əsasən, ərizəçi “Güzəştli mənzil” sistemində güzəştli şərtlərlə əldə edilməli mənzili seçmiş elektron kabinet verilmiş şəxsdir. Odur ki, İddiaçı sistemdə qeydə alındıqda əvvəlcə ona sıra nömrəsi, sonra şərtlərə uyğun gəldiyi üçün elektron kabinet verilmiş və o, ərizəçi qismində tanınmışdır. Mənzil X4 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasının 5.2-ci maddəsində Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə edilməsi qeyd olunur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. O, xx.xx.2022-ci il tarixində keçirilmiş mənzil seçimi müsabiqəsində iştirak etmiş, seçdiyi mənzili qazandığı barədə ona SFB0553957 saylı elektron bildiriş göndərilmişdir. Yəni, ona rəsmi qaydada Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6”, 4 saylı bina, 29 nömrəli giriş, 6-cı mərtəbə, 4 saylı mənzil ünvanında yerləşən, 2 otaqdan ibarət olan, dövlət qeydiyyat sənədinin nömrəsi ********** olan, dövlət qeydiyyat sənədi üzrə 56.78 m olan mənzili əldə etdiyi bildirilmişdir. Belə ki, xx.xx.2022-ci ildə MİDA tərəfindən X3 ikinci mərhələsində mənzillərin güzəştlə satışı barədə verilmiş elan əsasında müsabiqədə iştirak etmək hüququ əldə etməklə müqavilə bağlamaq mümkündür. MİDA tərəfindən tələb olunan şərtlərə əməl edilməsi, ərizənin təqdimi, güzəştli mənzil almaq kateqoriyasına aidlik, elektron kabinetə göndərilən bildirişlər artıq hüquqi nəticəyə səbəb olur. MİDA-nın “Güzəştli Mənzil Sistemi Satış Modulundan istifadəyə dair” Təlimatına əsasən, iddiaçı “Seçimlər mərhələsi”ndə “Öz vəsaiti hesabına” ödəniş üsulunu seçdiyi təqdirdə, ərizəni təqdim etdikdən sonra onun elektron kabinetinə mənzil alqı-satqısının rəsmiləşdirmə tarixi və təyin olunmuş notariat kontoru ilə bağlı bildiriş göndərilir. İstifadəçi müvafiq müqavilənin rəsmiləşdirilməsi üçün həmin bildirişdə qeyd olunan tarixdə göstərilən notariusa müraciət etməlidir. Lakin, keçirilmiş mənzil seçimi prosesinin ləğv edilməsinin hüquqi əsasını təşkil etmiş normativ aktın olmadığına baxmayaraq, xx.xx.2022-cı il tarixində MİDA güzəştli mənzil sisteminin kiber hücuma məruz qaldığı səbəbindən keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul etmiş, bununla da, İddiaçı qanuni yolla əldə etdiyi nəticələr də ləğv edilmişdir. Odur ki, cavabdeh MİDA birtərəfli qaydada İddiaçı qanuni yolla əldə etdiyi nəticələri ləğv etmişdir. İşin hallarından göründüyü kimi, sadalanan hallardan heç biri onun ərizəsini təmin etməməyə və ya ərizəni təmin edilməsi barədə bildirişin ləğv edilməsinə əsas vermir. Nəticə etibarı ilə, onun cavabdeh MİDA tərəfindən ərizəçi statusunda tanınmasına və aralarında mənzil alqı-satqısına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış olmasına və bu barədə rəsmi şəkildə bildiriş göndərilməsinə baxmayaraq, bugünə kimi cavabdeh öhdəliyini icra etməmiş və müvafiq sənədləşmələri həyata keçirməmişdir. Bu hal isə onun qanuni əsaslarla əldə etdiyi mənzildən qanunsuz və əsassız olaraq məhrum olması ilə nəticələnmişdir. Cavabdeh MİDA ona keçirilmiş müsabiqənin nəticələrinin ləğv edilməsi barədə və bu ləğvetmənin əsasını təşkil edən normativ-hüquqi akt barədə heç bir məlumat verməmişdir. İşin hallarından göründüyü kimi, elektron sistemin təhlükəsizliyinin vacib elementi olan məlumatların mühafizəsi səviyyəsi səlahiyyətli qurum, yəni MİDA-nın hərəkətsizliyi nəticəsində lazımi qaydada fəaliyyət göstərməmiş və sistem proqram-texniki vasitələr vaxtlı-vaxtında və lazımi nəzarətdən keçirilmədikləri üçün cinayətkarların hücumu üçün açıq olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mənzil X8 X12 və Cavabdeh2 MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi”nə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi olan iddiaçı ilə cavabdehlər arasında müsabiqə nəticəsində güzəştli şərtlərlə mənzilin əldə edilməsinə dair müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanılmadığı, bağlanılsa belə notarial qaydada təsdiqlənmədiyi, mənzil iddiaçının mülkiyyətinə keçmədiyi üçün hazırda iddiaçının güzəştli şərtlərlə mənzilin əldə edilməsinə dair müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməsi tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissələrinə münasibətdə isə qeyd etmişdir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 144.1, 146.1, 567, 646.1, 647-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 216-220, 217.1, 218.1, 218.3, 220.4, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli2(006)- 1336/2023 saylı qətnaməsini tamailə ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Mənzil X4 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən, MİDA müsabiqələr elan etməklə müqavilə bağlayaraq vətəndaşları güzəştli mənzillərlə təmin etmək səlahiyyətinə malikdir. Agentlik tərəfindən bu cür müsabiqələrdə satılacaq mənzillər onların əldə edilməsi şərti, qiyməti və.s onların alqı-satqısına dair digər bütün mühüm şərtləri göstərildiyindən və qeyri-müəyyən şəxslər dairəsinə ünvanlandığından əslində müsabiqənin elan edilməsi elə müqavilə bağlanması üçün umimi oferta (təklif) kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən, əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. MİDA güzəştli mənzillərin verilməsi ilə bağlı müsabiqə elan edərkən həmin müsabiqədə qalib gələn şəxslə müqavilə bağlayacağı öhdəliyini götürdüyündən yəni qarşı tərəf qəbul etdiyi təqdirdə öz təkslifinin icrasına hazır olduğunu açıqca bəyan etdiyindən və müqavilənin bağlanması üçün bütün mühüm şərtləri elan etdiyindən mövcud mübahisə üzrə cavabdehin bu cür hərəkəti müqavilənin bağlanmasına oferta (təklif) hesab olunur. Buna qarşılıq olaraqda müsabiqədə iştirak etmək hüququna malik olanvə bunu ifadə edən şəxslər təklifi qəbul (aksept) etmiş hesab olunur. Beləliklə, mövcud mübahisə üzrə cavabdehin müsabiqə elan etməsi və İddiaçı şərtlərə uyğun gəldiyi üçün elektron kabinet verilməsi ilə və ərizəçi qismində tanınması ilə artıq müqavilə bağlanmış hesab olunur. Təklifi göndərən tərəf MİDA olduğundan təklif ünvan sahibinə (mövcud mübahisə üzrə Arzu Haqverdiyavaya) çatdıqdan sonra artıq ünvan sahibinə (mövcud mübahisə üzrə Arzu Haqverdiyavaya) çatdıqdan sonra artıq həmin təklifin geri götürülməsi və ya müqavilənin bağlanmasından imtina edilməsinə dair hər hansı bir hərəkət edə bilməz. Mülki Məcəllənin 408.3-cü maddəsinə əsasən, oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır. Qeyd edilən maddədən də göründüyü kimi Agentlik öz təklifinə bağlı qalmalı və müqavilənin bağlanmasına maneə törətməməlidir. Yəni mübahisənin predmeti daşınmaz əşya olduğundan və ona dair bağlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsi zəruri olduğundan əslində MİDA-nın müqavilə bağlanması üzrə öhdəliyi müqavilənin notarial qaydada təsdiq edilməsinə qədər davam edir. Bir sözlə, MİDA müsabiqə elan etməklə müqavilə bağlanmasını təklif etmiş İddiaçı isə müsabiqədə iştirakını ifadə edərək müsabiqədə iştiraka haqq qazanmaqla təklifi qəbul etmiş sayılır və təklif edən tərəf də qarşı tərəfin qəbuldan (aksept) sonra müqavilənin bağlanmasına maneə törədəcək hərkətlərdən çəkinməli və bağlanması üçün zəruri hərəktlər etməli olduğundan MİDA müqavilənin notarial qaydada təsdiq edilməsinə yəni müqavilənin bağlanmasına qədər öhdəlik daşıyır. Mövcud mübahisə üzrə MİDA müqavilənin bağlanması ilə bağlı qanunun imperativ normasından irəli gələn tələbi alqısatqı müqaviləsini notarial qaydada təsdiq etdikdən sonra yerinə yetirmiş hesab olunur. Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, iş üzrə cavabdehlər – Mənzil İnşaat Dövlət Agentliyi vəCavabdeh2 MMC alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı qanunda nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyindən müqavilə bağlana bilməmişdir. Birinci İnstansiya məhkəməsi iddia ərizəsində mənəvi ziyanla bağlı qeyd edilən halları araşdırmadan, onlara hüquqi qiymət vermədən mənəvi ziyanla bağlı tələbini əsassız və qanunsuz olaraq təmin etməmişdir. Belə ki, cavabdeh MİDA yuxarıda qeyd olunan vəzifələrinil azımınca icra etməməsi nəticəsində güzəştli mənzil sistemi kiber hücuma məruz qalmış və əsassız və qanunsuz olaraq cavabdeh MİDA tərəfindən müqavilənin bir tərəfli ləğvi nəticəsində İddiaçı zərər dəymişdir. İddiaçı 15 ildən artıqdır ki, ümumi təhsil müəssisəsində müəllimə vəzifəsində işləyir. Cavabdeh MİDA tərəfindən öz vəzifə səlahiyyətlərini lazımıca icra etməməsi, ərizəçi statusunda olan İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə hüquqlarını İddiaçı mübahisə predmeti olan mənzilə münasibətdə hüquqlarını təmin etməməsi, hüquq və qanuni maraqlarının müdafiəsində sair çətinliklərlə rastlaşması halları ictimaiyyət arasında, eləcə də çalışdığı iş kollektivində onun barəsində kiber hücumla bağlı mənfi fikir formalaşmasına, işgüzar nüfüzuna xələl gətirməsinə və tənqidə məruz qalmasına səbəb olmuşdur. Mənəvi zərərin zərər çəkənə ödəniləcək müəyyən məbləğdə pulla tam olaraq aradan qaldırılması mümkün deyildir. Lakin bu hal mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna etmir. Bundan əlavə, Ali Məhkəmə qeyd edir ki, mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onları DTX-ya çağırdılar və onlar eyni nəticəni göstərmişdilər. Onlara deyildi ki, yaxın zamanlarda müsbət cavab veriləcək. Kamera quraşdırılmışdı.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o şəxs kimi bu işdən əlavə belə proseslərdə iştirak eləyib. Yəni, onun işdən əlavə məlumatı var. Məhkəmə müqavilənin notarial qaydada təddiq olunmamasına istinad edir. Onlar başa düşürlər ki, daşınmaz əmlakın alğısatqı müqaviləsi notarial qaydada təsdiq edilmədikdə etibarsızdır. Burada işin əsas mahiyyəti odur ki, müqavilənin notarial qaydada təsdiqi faktı işin sonrakı pilləsidir. Yəni, o işin texniki məsələsidir. Biri var ki, onlar gedib adi qaydada əmlakı alğı-satqı edirlər, burada notarial təsdiq şərti var, amma hazırkı əmlak bu müsabiqə nəticəsində edilib və müsabiqə nəticəsində də hüquqlarını müdafiə etdiyi şəxsə bildiriş gəlib ki, onlar mənzil müsabiqəsini uğurla keçiblər. Bildiriş gəlib və bu şərtlər qəbul edilib. Artıq o müqavilə bağlanmış sayılır. Bu məsələ Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin qərarında da var. İndi məhkəmə sadəcə notarial təsdiq şərtinə istinad edib, amma bu sonrakı pillədir. Müsabiqənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar yoxdur.Yalnız birgə bəyanat var. Bəli, qəbul edir ki, cinayət işi başlayıb. Hüquqlarını müdafiə etdiyi şəxs dəvət edilib. Əgər bu işdə cinayət işi olsa idi, Dövlət Təhlükəsizlik Xidməti cinayət işi aparardı və onları cinayət məsuliyyətinə cəlb edərdi. Cinayət məsuliyyətinə cəlb edilməyibsə demək ki, cinayət tərkibi yoxdur. Ola bilər ki, kiber hücum olsun. Amma, Midanın əsasnaməsinin 7-ci maddəsində həmin kiber hücumu sığorta halları onun üzərinə qoyulub. Kiber hücumun məsuliyyətini Mida və operator nəzarət etməlidir. Hüquqlarını müdafiə elədiyi şəxslə müqavilə bağlanılıb və qarşı tərəf öhdəliklərinə də əməl etməlidir. 2023-cü ilin martından iddiaçı hüququndan məhrum olub. Burada notarial təsdiq şərti vacib deyil. "Azərbaycan Respublikasının Mənzil X4 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda necə kabinet yarardılır, mənzil necə seçilir və s. məsələlər öz əksini tapmışdır. Həmin qaydanın 5-ci maddədə mən dediyim nüanslar sadalanır. Mənzilin də seçilməsinin 3 üsulu var - sahə üzrə, otaq üzrə və s. 442 nəfər qalib var idi. Lakin, bəyanatla müsabiqə ləğv edildi. Mənzil bəlkə də satılmışdır. Müsabiqənin keçirilməsi ilə bağlı qaydalar var. Müsabiqə orada elektron kabinet yaradılıb, həmin kabinet vasitəsi ilə mida.gov.az saytında müqavilə şərtləri qeyd edilib. Mida haqqında əsasnamənin 7-ci bəndində bu məlumatlar var. Onlar qaydalara istinad ediblər. Onlar məhkəmə prosesi baş verməmişdən öncə Baş Prokurorluğa,Dövlət Təhlükəsizlik Xidmətinə bununla bağlı sorğular veriblər. Zərərçəkmiş şəxs qismində vəsatəti ləğv olunub.Yazılıb ki, şəxs qanuni yolla mənzili əldə etməyib. Qanuni yolla əldə etməyibsə şəxs barədə niyə cinayət işi başlanmayıb? Onlara qeyri-rəsmi bildirdilər ki, heç kim zərərçəkmiş qismində tanınmayacaq və o şəxslərlə bağlı burada Baş Prokurorluğun məktubu da var. Faktla ilə bağlı cinayət işi başlayıb,xanımı və bir neçə nəfəri dəvət ediblər,orada qeyri-bərabər istintaq eskperimenti aparılıb,deyilib ki,komputerdə seçim edin, neçə saniyəyə seçə biləcəyi yoxlanılsın. Onu da orada təbii ki, tapmaq olmazdı. Evləri udub ləğv edilənlərin statusu da şahiddir. Baş Prokurorluğa müraciət eləyiblər, onlar da DTX-ya yönləndirib. Azərbaycan Respublikasının Mənzil X8 X11 Əsasnaməsində qeyd edilib ki, proqramın texniki vasitələrinin pozulmasında məsuliyyəti orqan daşıyır. Qərarın olması nəyisə dəyişmir. Kiberhücüm olmasını inkar etmir. Şəffaf şəraitin yaradılması və kiberhücümdan qorunmaq orqanın vəzifəsidir. Mənzillərin alğı-satqı edilməsi ilə bağlı nəticələrin ləğv edilməsinə dair qərarı mübahisələndirilməyib. Qərarı onlar ilk dəfədir görür, rayon məhkəməsi gedişi zamanında təqdim edilməmişdir. Qərarda əsaslandırma da yoxdur.
14. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mənzil X8 X12 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı təmsil etdiyi qurumlara qarşı iddia qaldırmış və rayon məhkəməsində iddiası əsaslı olaraq rədd edilmişdir. Mənzil seçiminin nəticələri qərarla ləğv edilmişdir. İddiaçının tələbi əsaslı deyil. Kiberhücümların olmaması üçün lazımı tədbirlər görülmüşdür. Onlar iradəsindən kənar şəkildə kiberhücümlar olmuşdur. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib və 6 şəxs ifşa edilmişdir. Həmin dövr üçün mənzil seçimləri ləğv edilmişdir. Təkcə iddiaçı deyil, 400 nəfərə də bu şamil edilmişdir. Yəni, bir nəfərə münasibətdə deyil. İddiaçının iddiası təmin edilsə, geriyə qalan şəxslərə də seçdikləri mənzillər verilməlidir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu məsələ ilə bağlı iddia qaldıran olmamışdır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaq yekunlaşmışdır. 6 şəxs barəsində cinayət işi açılmışdır.
Tətbiq edilən hüquq normaları:
15. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hazırkı iddiasında iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6”, 4 saylı bina, 29 nömrəli giriş, 6-cı mərtəbə, 4 saylı mənzil ünvanında yerləşən, 2 otaqdan ibarət olan, dövlət qeydiyyat sənədinin nömrəsi ********** olan, dövlət qeydiyyat sənədi üzrə 56.78 m olan mənzili əldə etməsi barədə SFB0553957№-li Bildirişə istinad edərək mənzilin əldə edilməsinə dair alqı-satqı müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 4.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi, hüquqi yardım üçün xidmətlərə görə iddiaçı tərəfindən ödənilmiş 1.000 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, “Güzəştli mənzil” sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin bütün nəticələri ləğv edilmişdir. Səbəbi isə Azərbaycan Respublikası Mənzil X4 növbəti layihəsi – X3 ikinci mərhələsində 442 mənzilin xx.xx.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi olmuşdur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məsələ araşdırılmış, mənzil seçimi prosesinə kiberhücumun olması faktı öz təsdiqini tapdığından İddiaçı seçdiyi mənzil də daxil olmaqla ümumilikdə 442 mənzillərin nəticələri ləğv edilmişdir. Sonradan Agentliyin sərəncamında olan mənzillərin güzəştli şərtlərlə yenidən satışının həyata keçiriləcəyi bəyan edilmişdir
22. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Agentlik tərəfindən müsabiqənin elan edilməsi elə müqavilə bağlanması üçün umimi oferta (təklif) kimi qiymətləndirilməlidir. Buna qarşılıq olaraq da müsabiqədə iştirak etmək hüququna malik olan və bunu ifadə edən şəxslər təklifi qəbul (aksept) etmiş hesab olunur. Beləliklə, mövcud mübahisə üzrə cavabdehin müsabiqə elan etməsi və İddiaçı şərtlərə uyğun gəldiyi üçün elektron kabinet verilməsi ilə və ərizəçi qismində tanınması ilə artıq müqavilə bağlanmış hesab olunur.
23. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillini əsassız hesab edir və qeyd edir ki, hazırkı halda 442 sayda mənzillərin güzəştli şəkildə satışının həyata keçirilməsi ilə bağlı nəticələr ləğv edildiyi üçün iddiaçının istinad etdiyi elektron Bildiriş öz əhəmiyyətini itirmişdir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, müsabiqənin nəticələrinin ləğv edilməsi barədə Qərar mübahisələndirilməmişdir. O cümlədən iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil artıq özgəninkiləşdirilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənəvi ziyanla bağlı dəlilinə münasibətdə qeyd edir ki, müvafiq qərarla 442 sayda mənzillərə dair müsabiqənin nəticələri ləğv edilmişdir. Həmin qərar mübahisələndirilməmişdir. Nəticədə, cavabdehin hər hansı təqsirli hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulması və onun mənəvi zərərə məruz qalması halları müəyyən olunmur.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev