Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4251/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-434/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektrik enerjisindən isifadəyə görə əsassız hesablanmış 5.628,29 (beş min altı yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-434/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə olunmuş sənədləri təhlil edərək İddiaçı Talib qızının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 45 saylı fərdi yaşayış evində yaşaması, fərdi yaşayış sahəsində elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları uçot cihazları (elektrik sayğacı) xx.xx.2009-cu il tarixdə, sonradan xx.xx.2014-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə quraşdırılması təmin edilmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 6401.20 kvts həcmində istehlak olumuş elektrik enerjisinin dəyəri 6401.20 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixi dövrü ərzində limitdən artıq sərfiyyat müqabilində istehlak olunmuş elektrik enerjisinin dəyəri 1612.91 manat təşkil etməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il dövrü ərzində cəmi 2000 manat məbləğində sərf edilmiş elektrik dəyərinin ödənilməsi, qalıq 6103.11 manat məbləğində borcun isə abonentin **********0012 nömrəli abunə hesabına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müəyyən edilmişdir.Yaranmış borc sərf edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəri ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuşsənədlər təhrif edilmiş və sözügedən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı aid abunə məlumatına əsasən ona illər üzrə elektrikdən istifadəyə görə ümumilikdə 6401,20 manat borc yazılmış, xx.xx.2014-xx.xx.2019-cu il tarixlər üzrə ümumilikdə 2000 manat ödəniş edilmişdir. Ümumilikdə 3 dəfə - xx.xx.2009-cu ildə, xx.xx.2014-cü ildə, xx.xx.2019-cu ildə iddiaçıya məxsus ünvanda sayğac dəyişdirilmələri baş vermişdir. Mübahisənin əsasını təşkil edən sayğac xx.xx.2019-cu il tarixində cavabdeh təşkilat tərəfindən dəyişdirilib yerinə yeni sayğac quraşdırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 22846 saylı müşayət məktubu ilə mülki iş ekspertiza aparılması və rəy verilməsi mümkün olmaması səbəbi ilə geri qaytarılmışdır. Səbəb kimi göstərilmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında istismar edilən 63401792M520564№ li elektrik sayğacının işlədiyi illər ərzində elektrik enerjisinə görə sərfiyyatın düzgün hesablanıb-hesablanmaması ilə əlaqədar, həmin sayğacın stenddə yoxlanılması məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə ekspertin iştirakı ilə “xxxxxxxx” ASC-nin X1 Sayğacquraşdırma və X3 Sayğac və Təmir Labaratoriyasına gedilmişdir və müəyyən edilmişdir ki, yuxarıda göstərilən 63401792M520564 № li elektrik sayğacı hazırda laboratoriyada yoxdur, belə ki, xx xxx 2019-cu il tarixdə sayğacda təkrar yoxlama aparıldıqdan sonra Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qeyri-əhali sektorunda quraşdırılmışdır. Qeyd olunan məlumat ekspert Əlihüseyn Süleymanovun və laboratoriyanın rəisi Əhməd Poladlının iştirakı ilə xx xxxxxxxx 2019cu il tarixdə aktlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İkincisi, cavabdeh şikayətində yaranmış borcun sərf edilmiş, lakin ödənilməmiş elektrik enerjisinin dəyəri ilə bağlı olduğunu bildirsə də həqiqətən tələb etdiyi məbləğdə elektrik enerjisinin iddiaçı tərəfindən sərf edilməsinə dair məhkəməyə mötəbər sübut etmir. Əksinə iş üzrə təyin edilmiş mühəndis -texniki ekspertizanın keçirilməsi üçün zəruri tədqiqat predmeti olan sayğacın artıq qeyri-əhali sektoruna quraşdırılması səbəbindən ekspertə təqdim etməmiş, bununla da ekspertiza təyin edilən faktı, yəni sayğacın həqiqətən düzgün hesablama aparıb-aparmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, cavabdeh Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin imperativ tələblərini pozmuşdur. Ona görə də iddiaçının sərf etdiyi elektrik enerjisinə görə borcu yaranması təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-434/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4251/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4251/2020
21.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver