Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4255/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi),ğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1748/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Gasrep” adlı sənədə əsasən iddiaçıya 2018-ci il üzrə təbii qazdan istifadəyə görə 1.137,6 manat məbləğində borc hesablanmışdır.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Araşdırma zamanı əvvəlcədən ödənişli, G-4 markalı, 1202AQ**********2 nömrəli qaz sayğacı ilə dəyəri ödənilmədən mənzilinizdə 1.137,6 AZN məbləğində təbii qazdan istifadə edildiyi aşkarlandığı və xx.xx.2017-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunaraq yeni əvvəlcədən ödənişli qaz sayğacı ilə əvəzləndiyi məlum olmuşdur...”
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ənzil ünvanına (**********00560 saylı abonent) hesablanmış 1.137,6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə quraşdırılmış sayğac “Smart” tipli olmuş, yəni karta ödəniş daxil etmədən qazdan istifadə mümkün olmamışdır. İddiaçı da uzun müddət qazdan bu qaydada istifadə etmişdir. Sonradan iddiaçının yaşadığı binanın fasad və pəncərələri dəyişdirildiyindən, iddiaçı bir müddət öz mənzilində yaşamamış, həmin ərəfədə cavabdehin nümayəndələri tərəfindən “xx.xx.2006” tarixli akt tərtib edilmiş, göyə ona aid sayğacın elektron lövhəsinin işləməməsi əsası ilə sayğac yenisi ilə əvəzlənmiş və 1.137,6 manat borc hesablabmışdır. Halbuki, iddiaçı sayğacın çıxarılması, üzərində ekspertizanın aparılması proseslərində iştirak etməmiş, bundan başqa, sayğac mənzildə deyil, binanın blokunda olmuşdur. Belə olan halda sayğacda həqiqətən də nasazlıqların əmələ gəlməsi və bunların səbəbi barədə iddiaçı məlumatsız olmuşdur.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1748/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanı (abonent kodu: **********00560) üzrə hesablanmış 1.137,6 manat borcun silinməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 1.137,6 manat borc hesablandığı iş materialları ilə öz təsdiqini tapır, lakin həmin borcun yaranma əsasları ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, digər tərəfdən iş materiallarında olan sübutlarla da bu borcun hansı əsasla yaranmasını müəyyənləşdirmək mümkün olmur. Belə ki, abonent məlumatlarında 1.137,6 manat borc 2018-ci il üzrə hesablanmış, cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli məktubda borcun 2017-ci ilin yanvar ayında sayğac yenisi ilə əvəz edilərkən aşkarlandığı, ******* nömrəli akta əsasın hesablandığı göstərilmiş, sözügedən aktın isə tərtib olunma tarixi kimi “xx.xx.2016” qeyd edilmişdir ki, belə tarix təqvimdə mövcud deyil. Beləliklə, borcun hansı əsasla yaranmasını sübut etmək yükü cavabdehin üzərinə düşdüyü halda, cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddiaya öz münasibətini bildirməmişdir.
7. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddəsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.6, 6.1.4-cü maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8, 9-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan 1.137,60 manat məbləğində borc sayğac vasitəsilə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qazın dəyəridir. Belə ki, istehlakçının ünvanında quraşdırılmış elektron (əvvəlcədən ödənişli) qaz sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir (iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın (SİZMA) məfiyə işlədiyi, həmin tarixə mexaniki göstəricisinin 22067 m3 qaz sərfiyyatı, elektron göstəricisinin 16684 m3 qaz sərfiyyatı olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilər arasındakı fərq 5383 m3-dir və həmin sərfiyyatın da dəyəri 1.287,95 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Həmin məbləğ sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Lakin məhkəmə göstərilənləri nəzərə almamış, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan sayğaca baxış keçirilən zaman Cavabdeh əməkdaşları tərəfindən akt tərtib olunmuş, aktın tərtib edilmə tarixi kimi həqiqəti əks etdirməyən xx.xx.2016-cı il göstərilmişdir.
22. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış məktubda aktın tarixi xx.xx.2017-ci il kimi qeyd edilmişdir. Həmin akta əsasən qaz sayğacı ilə dəyəri ödənilmədən mənzildə 1.137,6 AZN məbləğində təbii qazdan istifadə edildiyi aşkarlanmış və sayğac yenisi ilə əvəzlənmişdir.
23. Kollegiya qeyd olunan ziddiyyətləri nəzərə alaraq bu qənaətə gəlir ki, həmin aktın mötəbərliyi şübhə doğurduğundan birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
24. Bundan başqa, borcun hansı əsasla yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
25. Kollegiya onu da qeyd edir ki, əvvəlcədən ödənişli qaz sayğacı olduğu təqdirdə ödəniş edilmədən iddiaçı tərəfindən təbii qazdan istifadə edilməsi də ağlabatan və inandırıcı deyil.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1748/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: