Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4259/2024 17.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-779/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə İddiaçı1 (alıcı) arasında bağlanmış Avtomobil alqı-satqısı üzrə xx.xx.2022-ci il tarixli, B-077- SA-22 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı avtomobili dəyəri tam ödənilənədək İddiaçı1 istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra onun malkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürür.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı Avtomobillərin tam sığortası üzrə Sığorta Şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus "Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobil "Bakı Sığorta” ASC-də xx.xx.2025-ci il tarixədək sığortalanmışdır.
3. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Allahverdi Məmmədovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Nissan Maxima” markalı 10-CK125 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
4. İş materiallarında olan təmir aktından görünür ki, “Skaz AutoHouse" servisin xx.xx.2023-cü il tarixli Təmir aktından görünür ki, "Skoda SuperB” markalı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobilə vurulmuş ziyan 7532 manat təşkil edir.
5. İş materiallarında olan “Azərsığorta ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, "Skoda SuperB” markalı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobilə dəymiş ziyan 1200 manat təşkil edir.
6. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı1 Asif oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, 25.1. 2027-ci il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Muxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Atərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. AR Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada "Nissan Maxima” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə ki, “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "ASC”-yə xx.xx.2023-cü il tarixli məktubla muüraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişinin "Skaz Autohouse” MMC-nin hesabına köçürülməsini xahiş etmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qeyd edilənlərə əsasən bildirir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hesablanmış zərər məbləği qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş və mütənasiblik qaydasında sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə asasan əmlakın sığortası üzrə sığortalı, sığorta olunan va ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında, həmçinin zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Qeyd edilənlərə əsasən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ərizəçiyə "xxxx" ASC tərəfindən göstərdiyi məbləğdə ödəniş edilməsi imkan xaricindədir.
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçı "Skaz AutoHouse” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, 25.1. 2027-ci il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Muxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Atərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən uçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci və 927.2.1-ci maddəsinə əsasan zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla pul şəklində faydalanan şəxsə ödənilə bilər. "Skoda SuperB" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən “Azərsığorta" ASC-yə xx.xx.2023cü il tarixli məktubla müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 (min yüz əlli iki manat, yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına köçürülməsi xahiş edilmişdir və bundan sonra Mülk Məcəllənin istinad edilən normalarına müvafiq qaydada dəymiş zərər ‘‘Skaz Autohouse” MMC-yə ödənilmişdir. Mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə əməkdaşın təkid etməsi ilə bağlı pretenziya məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi iizrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir və əməkdaşın mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə təkidi tam qanuni olmuşdur. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırır ki, sığorta hadisəsi nəticəsində “Skaz Autohouse" MMC-yə məxsus olan “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həm sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Qeyd edilənlərlə yanaşı, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin hamin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının faktı bir sığorta hadisəsi hesab edildiyini, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləğinin icbari sığorta məbləğindən artıq ola bilmədiyini göstərmişdir. Qeyd edilənlərə əsasən “Skoda Super B” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı2 MMC-yə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi imkan xaricindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8500 manat maddi ziyanın ödənilməmiş qalan 7300 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "Skaz AutoHouse” MMC ilə İddiaçı1 X8 Müqaviləsi bağlamışlar. X8 Müqaviləsinə əsasən “Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 müvəqqəti istifadəsinə verilmişdir. “Skaz AutoHouse" MMC ilə "Bakı Sığorta” ASC arasında xx.xx.2022 tarixli **********-1 saylı Sığorta Şəhadətnaməsi imzalanmış və "Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almışdır. Belə ki, X8 Müqaviləsinin tələbinə əsasən Lizinq alan Lizinq predmeti olan əmlakın sığortalanmasını öz öhdəliyinə götürür və əmlak korlandıqda və ya tam məhv olduqda Lizinq verən yararlanmalıdır. xx.xx.2023 tarixində, saat 19:20 radələrində, İddiaçı1 idarə etdiyi "Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində hərəkətdə olarkən, "Nissan Maxima" markalı **-CK-*** DQN nəqliyyat vasitəsini idarə edən X3 tərəfindən YNH törədilmişdir. xx.xx.2013 tarixində Sabunçu RPİ DYPŞ-nin polis əməkdaşı tərəfindən İnzibati xəta törətmiş İ.Rəşidov barəsində inzibati tənbeh vermə haqqında TP6106425 nömrəli qərar qəbul edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mülkiyyətində olan "Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **- JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət edilmiş və həmin şirkət tərəfindən nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 1200 manat müəyyən edilmiş və 1152.74 manat ödənilmişdir. Lakin bu məbləğ “Skaz AutoHouse" MMC-yə vurulmuş maddi ziyanın çox az hissəsini təşkil edir. İddiaçı1 və ‘'Skaz AutoHouse" MMC qüsur aktında müəyyən edilən məbləğlə razılaşmadığından, ona vurulmuş real maddı ziyanı müəyyənləşdirmək üçün “X4” şirkətinə müraciət edilmişdir. Həmin şirkətin 029/23 saylı rəyinə əsasən “Skaz AutoHouse" MMC-nə vurulmuş maddi ziyan 8500 manat təşkil edir. Bu səbəbdən 07 yanvar 2024-cü il və xx.xx.2024-çü il tarixlərdə "xxxx" ASC-yə İddiaçı1 və "xxxx" MMC tərəfindən pretenziyalar göndərilmiş və qalan ödənilməmiş vəsait tələb edilmişdir. Lakin "xxxx" ASC-nin İdarə Heyətinin üzvü tərəfindən pretenziyalara cavab olaraq qanuni əsas olmadan tələb olunan vəsaitin ödənilməsindən imtina edilmişdir. "xxxx" ASC pretenziyada 20 noyabr 2023-cü il tarixli məktubla məbləğlə razılaşmasını, 1152.74 manatın qəbul edilməsini və subyektiv hüququn olmamasını əsas gətirmişdir. 11 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən göndərilmiş pretenziyaya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə 20 noyabr 2023-cü il tarixdə müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişini qəbul etmisiniz”. Qeyd edir ki, həmin məbləği qəbul etmək maddi ziyanın həcmi ilə razılaşmaq anlamına gəlmir. Belə ki, "xxxx" ASC-nin əməkdaşı Ləman adlı şəxs “Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 israrla kasko sığorta məbləğini almaq üçün mütləq icbari sığortadan sığorta ödənişini almalı olduğunu bildirmişdir. İddiaçı1 Ləman adlı şəxslə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə whats up ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Bununla bağlı whats up yazışmaları və mətnlər mövcuddur.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-779/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinin rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4, 6.7, 7, 16.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2, 931-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün heç bir maddi norma tətbiq etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatını sübut kimi qəbul etməmişdir. MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qiymətləndirmə hesabatına şübhə etdiyi halda real ziyanı müəyyənləşdirmək üçün ekspert rəyinin alınması üçün qərardad qəbul edə bilərdi. Məhkəmə xx.xx.2023-cü il tarixli məktubla 1152,74 manat sığorta ödənişinin alındığını qeyd edir və iddiaçının maddi ziyanın həcmi ilə razılaşdığını bildirir. Halbuki iş materiallarında həmin məktub mövcud deyil. Qeyd edim ki, həmin məbləği qəbul etmək, maddi ziyanın həcmi ilə razılaşmaq deyil. Belə ki, Bakı Sığorta ASC-nin əməkdaşı Ləman adlı şəxs “Şkoda SuperB” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 israrla kasko sığorta məbləğini almaq üçün mütləq icbari sığortadan sığorta ödənişini almalı olduğunu bildirmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Qətnamədə 20 noyabr 2023-cü il tarixli məktuba istinad edərək İddiaçı2 MMC tərəfindən "xxxx" ASC-yə müraciət edilərək ziyanla razılaşmış və 1152,74 manat sığorta ödənişinin ödənilməsinə razılıq verilmişdir. 06 may 2024-cü il tarixdə iş materialları ilə tanış olarkən 20 noyabr 2023-cü il tarixli məktubun iş materiallarında olmadığını müəyyən etmişəm. Məhkəmə iş materialında olmayan sənədə istinad etməklə MPM-nin 217.4-cü maddəsinin tələbi pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdeh və digər iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
21. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
24. 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
25. 922.3-cü maddəsinə əsasən, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
26. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
27. 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
28. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-20 nömrəli Qərarının
29. 19.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
30. 19.3-cü maddəsinə əsasən, zərəri qiymətləndirən şəxs sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Qaydaların 19.4-cü bəndi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
31. 19.6-cı maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, İddiaçı2 MMC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-779/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 7300 manat (yeddi min üç yüz) məbləğində pul alınaraq İddiaçı2 MMC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
43. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
44. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Nissan Maxima” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 oğlu xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ara məsafəsini düz seçmədiyi üçün idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Mersedes Benz C180” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurduqda, həmin avtomobil də, qarşısında hərəkət edən “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında “Skaz Autohouse" MMCyə 1152,74 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, iddiaçı “Skaz Autohouse" MMC-nin avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən müəyyən olunmuş 1152,74 manat məbləğlə razı olmamaq hüququ olmuş, lakin o həmin məbləği mübahisələndirməmiş və həmin məbləği almışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər vurulmuş “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hazırkı iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən tam sığortalanmışdır.
47. Hazırki mülki işin qanuni və ədalətli həlli baxımından araşdırmalı hal cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtinanın qanuni olub-olmamasıdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
49. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə bağlamış olduğu və məzmununu müəyyənləşdirdikləri müqavilələr bu Məcəllədə nəzərdə tutulmamış olmasa belə, ona zidd olmamalıdır.
51. Kollegiya hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtina edilməsi ədalətsiz olmuşdur.
52. Belə ki, cavabdeh "xxxx" ASC-nin istinad etdiyi müddəalar mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun deyil.
53. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi və cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi etirazda mövqeyini əsaslandırdığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 931-ci maddəsinə münasibətdə bildirir ki, qeyd olunan normaya əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Lakin qeyd olunan maddədə o da istisna edilmir ki, bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Kollegiya hesab edir ki, dispozitiv norma əsasında sığortaçı üçün müəyyən davranış imkanının nəzərdə tutulması sui-istifadə hallarına yol açmamaqla bərabər, sığortalının hüquqlarının pozulması ilə nəticələnməməlidir.
54. Hazırkı mülki mübahisə üzrə görünür ki, iddiaçı tərəfindən qeyd olunan normanın tələblərinə əməl olunmuşdur. İddiaçı tərəfindən ilk növbədə icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsi üçün müraciət olunması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı icbari sığorta müqaviləsi üzrə təklif olunan sığorta ödənişinin qəbul edilməsinin dəymiş zərərin tam məbləği ilə razılaşma kimi qəbul olunmasındadır. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart sığorta məbləği 5000 manat müəyyən olunmuşdur.
55. Kollegiya bildirir ki, yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq, icbari sığorta müqaviləsi bağlanmış sığortaçı ("xxxx" ASC) tərəfindən iddiaçıya “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən hazırkı mübahisə ilə bağlı olan yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində yalnız “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməmiş, eyni zamanda "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. Qanunvercilikdə təsbit olunmuş icbari sığorta ödənişi ilə bağlı 5000 manat vəsait baş vermiş yol nəqliyyat hadisəsində zərərçəkənlərin hər birinə mütənasib qaydada ödənildiyindən, avtomobilə dəymiş zərərin icbari sığorta ödənişi ilə əhatə olunmayan hissəsi ilə bağlı İddiaçı2 MMCnin könüllü sığorta müqaviləsinə əsasən cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin olması əsaslıdır.
56. Kollegiya avtomobilə dəymiş zərərin məbləği ilə bağlı bildirir ki, iş materiallarında olan “X4” şirkətinin təqdim etdiyi 029/23 saylı qiymətləndirmə hesabatına əsasən “Skaz AutoHouse" MMC-nə vurulmuş maddi ziyan 8500 manat təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən maddi ziyanın həcmi mübahisələndirilməmiş, qeyd olunan qiymətləndirmə rəyini təkzib edəcək hər hansı sübut iş materiallarında müəyyən olunmamışdır. Ona görə də həmin rəy dəymiş zərərin məbləğinə dair əsas sübut kimi qəbul olunmalıdır.
57. Kollegiya İddiaçı1 münasibətdə hesab edir ki, maddi ziyanın ödənilməsi tələbinin əsası müqavilə münasibətlərindən irəli gəlir. Müqavilə münasibətlərinin tərəfləri iddiaçı “Skaz AutoHouse" MMC və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti olduğundan İddiaçı1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.
58. Kollegiya hesab edir ki, iddiaçı “Skaz AutoHouse" MMC-nin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-779/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyanın (8500 manat) ödənilməyən hissəsi 7300 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 MMC-yə ödənilməlidir.
59. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı2 MMC tərəfindən iddia tələbinin verilməsi üçün 93 manat və apellyasiya şikayətinin verilməsi üçün isə 47 manat dövlət rüsumu ödənilmişdir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
61. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi İddiaçı2 MMC-yə aid hissədə təmin edildiyindən məhkəmə xərclərinə aid olan İddiaçı2 MMC tərəfindən ödənilmiş 140 (93+47) manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 MMC-yə ödənilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-779/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7300 manat (yeddi min üç yüz) məbləğində pul alınaraq İddiaçı2 MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia tələbinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 140 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.