Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4260/2020 31.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun və cavabdehin vəkili (nümayəndəsi) X6 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onunla lizinqalan olan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-1722 №-li “X4” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 1.414,86 manat məbləğində əsas borcun, 1.055,19 manat məbləğində ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin), 842,04 manat məbləğində lizinq mükafatının, 1.557 manat məbləğində vurulmuş zərərin, cəmi isə 4.869,09 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (ASC-yə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddia ərizəsi ilə ləğv edilməsi xahiş edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasında iddiaçı ASC-dən, ASC-yə məxsus olan “Runna” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – avtomobil) lizinqə, yəni istifadəsinə və sahibliyinə götürmüşdür. Qeyd edilən bu müqaviləyə uyğun olaraq, cavabdeh, illik 17% dərəcəsi ilə, 48 ay müddətində hər ay 279,81 manat, ümumilikdə isə 13.430,66 manat məbləğində pulu iddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh, iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, etməli olan ödənişləri tam etməmiş və nəticədə onun ASC-yə xx.xx.2015-ci il tarixə 1.414,86 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı ASC, qeyd edilən müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə (dəbbə) tətbiq etmişdir ki, həmin cərimənin məbləği 1.055,19 manat, lizinq mükafatının məbləği isə 842,04 manat təşkil edir. ASC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bundan başqa, cavabdehin istifadə və sahibliyinə verilmiş avtomobil cavabdeh tərəfindən istifadəyə yararsız vəziyyətə salınaraq xx.xx.2015-ci il tarixdə ASC-nin dayanacağına yerləşdirilmişdir. ASC-nin Servis Mərkəzinin verdiyi qüsur aktına görə, avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün 1.557 manat məbləğində vəsait tələb olunur. Cavabdeh yuxarıda qeyd edilən pul vəsaitlərini ASC-yə ödəməkdən yayınır. Bu səbəbdən ASC hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsini vermək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə xx.xx.2015-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 461,14 manat, tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 50 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 93,72 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı ASC-yə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə iddianın qismən təmin edilməsi barədə iş üzrə əsassız və qanunsuz nəticəyə gəlmişdir. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış AL-1722 №li “xxxxxxxxxxxxxxxxxxxxxxxxndən” görünür ki, həmin müqaviləyə əsasən ASC-nin mülkiyyətində olan avtomobil iddiaçı ASC tərəfindən cavabdehin istifadəsi və sahibliyinə verilmişdir. Cavabdeh həmin avtomobilin lizinqə götürülməsi ilə bağlı illik 17% dərəcəsi ilə, 48 ay müddətində hər ay 279,81 manat, ümumilikdə isə 13.430,66 manat məbləğində pulu iddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. “X4 tərkib hissəsi olan “xxxxxxxxxxxxxxxx” görünür ki, avtomobil ASC tərəfindən iddiaçıya təhvil verilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə tərəflər arasında təhvil-təslim aktı tərtib edilmişdir. ASC tərəfindən təqdim edilmiş sənədlərdən, habelə apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə etmiş, daha sonra o, ASC-yə ödəniş etməmiş və bununla da onun ASC-yə borcu yaranmışdır. ASC tərəfindən təqdim edilmiş “Arayışdan” görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin xx.xx.2015-ci il tarixə yaranmış əsas borcunun məbləği 1.414,86 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği isə 1.055,19 manatdır; lizinq mükafatının məbləği 842,04 manat təşkil edir. Fərdi sahibkar X7 (“Servis Mərkəzi”) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli “Qüsur aktından” görünür ki, avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərci 1.557 manat təşkil edir. ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ASC, qeyd edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə yaranmış borcun və lizinq obyektinə dəymiş ziyanın 7 gün ərzində ona ödənilməsini tələb etmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, həmin etibarnamə lizinq obyekti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş avtomobilin idarə edilməsi üçün (iş üzrə tərəf olmayan) X9 adlı şəxsə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X15 xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İdarənin Mərkəzi-informasiya sisteminin məlumatına görə, X9 lizinq obyekti olan avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, bununla bağlı sürücünün barəsində İXM-nin 151.1-ci maddəsi ilə MYP 333592 nömrəli inzibati protokol tərtib edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, avtomobil (iddiaçı ASC-nin əməkdaşı) X8 tərəfindən (ASC-yə aid dayanacağın mühafizəçisi) X5 təhvil verilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-2.5-ci maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10.1-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.4-ci maddəsinə görə, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Qeyd olunan maddi hüquq normalarının tələblərini mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə öhdəliklərin icrasının vaxtından əvvəl tələb edilməsi barədə ASC-nin iddia tələbinin qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Çünki, lizinqalan olan cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal, müqavilənin cavabdeh tərəfindən lazımınca icra edilməməsi ilə bağlı sonuncunun ASC qarşısında yaranmış öhdəliyin həcmi barədədir. Belə ki, iddiaçı ASC, xx.xx.2015-ci il tarixə hesablanmış əsas borca görə 1.414,86 manat, cərimə (dəbbə) borcuna görə 1.055,19 manat, lizinq mükafatına görə 842,04 manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulmasını tələb edir. Bu tələbə etiraz edən cavabdeh isə bildirir ki, onun ASC qarşısında mülki məsuliyyəti yalnız xx.xx.2015-ci il tarixədək müəyyən edilməlidir. Belə ki, cavabdeh bir müddət lizinq ödənişlərini ödədikdən sonra səhhəti ilə bağlı stasionar müalicə almışdır. Bu səbəbdən lizinq ödənişləri aparılmamış və cavabdehin anası iddiaçı ASC ilə əlaqə saxlayaraq avtomobili təhvil vermək istəyində olmasını ASC-yə bildirmişdir. xx.xx.2015-ci il tarixdə ASC-dən cavabdehin anasına zəng vurulmuş və avtomobil üçün alıcının olduğunu bildirmişlər. Az sonra isə cavabdehin yaşadığı ünvana iki şəxs gəlmiş, onlardan biri özünü ASC-nin əməkdaşı, digər isə avtomobilin alıcısı kimi təqdim etmiş, sonuncu cavabdehin anasına 400 manat məbləğində pul vermiş, daha sonra isə həmin şəxslər avtomobilin açarlarını və avtomobili cavabdehin anasından alıb getmişlər. Hazırki işin məhkəmə baxışı zamanı isə məlum olmuşdur ki, ASC, avtomobili cavabdehdən götürdükdən sonra X9 adlı şəxsin adına, özündə avtomobilin idarə edilməsi səlahiyyətini əks etdirən xx.xx.2015-ci il tarixli etibarnamə vermişdir. Sonuncu elə həmin gün avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh bildirir ki, xx.xx.2015-ci il tarixdə avtomobil ASC tərəfindən ondan təhvil alındığına görə, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə yalnız həmin tarixədək yaranmış öhdəliklərə görə cavabdehlik daşıyır. Cavabdehin yuxarıda göstərdiyi halları Rayon Məhkəməsində şahid qismində dindirilmiş (cavabdehin anası) X3 ifadəsində təsdiq etmişdir. İş üzrə dindirilmiş (cavabdehin qonşusu) X10 da ifadəsində göstərmişdir ki, avtomobilin ASC-yə qaytarılması ilə bağlı cavabdehin anası F.Həsənovanı ASC-yə aparmışdır. ASC-də F.Həsənovaya bildirilmişdir ki, əməkdaşları gəlib avtomobili təhvil alacaqlar. 1 həftə sonra isə F.Həsənovanın xahişi ilə avtomobilin işlək olub-olmamasını yoxlamış, həmin vaxt avtomobil saz vəziyyətdə olmuşdur. Məhkəmə, cavabdehin ASC qarşısında yaranmış öhdəliyinin həcmi ilə bağlı bildirir ki, hər iki tərəf avtomobilin xx.xx.2015-ci il tarixədək cavabdehin sahiblik və istifadəsində olması halını təsdiq edir. İşdə olan sənədlərlə o da təsdiq edilir ki, ASC, xx.xx.2015-ci il tarixdə avtomobili idarə etmək üçün Ceyhun Vəliyevin adına etibarnamə vermiş, sonuncu isə elə həmin gün avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə cavabdehin öhdəliklərinin üçüncü şəxsə ötürülməsi müqavilə tərəfləri arasında rəsmilləşdirilməsə də, ASC, C.Vəliyevin adına etibarnamə verməklə faktiki olaraq avtomobil barədə cavabdehlə hüquqi münasibətlərini kəsmişdir. Belə olan halda ASC, cavabdehdən yalnız xx.xx.2015-ci il tarixədək olan dövr üçün lizinqlə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tələb edə bilər. Belə ki, qeyd edilən dövrə qədər cavabdeh müqavilə tərəfi olaraq öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış elən Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə cavabdehin iddiaçı ASC qarşısında xx.xx.2015-ci il tarixədək icra edilməmiş öhdəlikləri mövcuddur və həmin öhdəliklər bir mənalı olaraq icra edilməli – borc cavabdeh tərəfindən ASC-yə ödənilməlidir. Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış və ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli 1842 nömrəli rəydən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə cavabdehin ASC-yə xx.xx.2015-ci il tarixə olan borcu 554,86 manat, o cümlədən əsas borc üzrə 461,14 manat, faiz borcu üzrə 93,72 manat təşkil edir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin iddiaçı ASC qarşısında yalnız xx.xx.2015-ci il tarixədək öhdəlik daşıması və bu öhdəliklərə görə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 461,14 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 93,72 manat məbləğində pulun tutulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə ödənişlərin gecikdirilməsi aşkardır və bununla bağlı ASC cavabdehə 1.955,19 manat məbləğində cərimə (dəbbə) tətbiq etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, cavabdehdən tələb olunan cərimə borcunu tənasübsüz surətdə yüksək hesab etdiyindən, bu qənaətdədir ki, Rayon Məhkəməsi cərimə (dəbbə) borcunu azaldaraq və kreditorun bütün əsaslı mənafelərini nəzərə alaraq cəriməni 50 manat məbləğində müəyyən etməkdə də haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin ASC qarşısında məsuliyyəti yalnız xx.xx.2015-ci il tarixədək müəyyən edildiyindən, ASC-nin avtomobilin idarə edilməsi üçün C.Vəliyevə verməsi və sonuncu tərəfindən avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi törətməsi işdə olan sənədlərlə təsdiq edildiyindən, avtomobilə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi barədə tələb əsassız, bu tələbi rədd edən Rayon Məhkəməsinin bu hissədə mövqeyi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış “X4” ləğv edilməsi barədə tələbi təmin etməməklə də Rayon Məhkəməsi haqlı olmuşdur. Çünki, qeyd olunan müqavilənin müddəti artıq xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda, müqavilə qüvvədən düşmüş hesab olunur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4260/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4260/2020
31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver