Məhkəmə qərarları › İş №2(103)-4262/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4262/2022

16.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4262/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1073/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 007138 saylı, 06 iyun 2021-ci il tarixli aktnın ləğv edilməsi və onun əsasında ona qarşı hesablanmış 3492 manat məbləğində borcun silinməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,285 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir və buna dair AR DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Reyestrində xx.xx.2011-ci il tarixli, ********** №-li qeydiyyat aparılmışdır. Mülkiyyətində olan sahədə “Xan Çinar" kafesi fəaliyyət göstərir və cavabdeh Azərsu ASC ilə su təchizatına dair 132193 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq sayğacdan keçməklə 20 dm su xətti ilə obyektə su ötürülür. Müqavilənin şərtlərinə uyğun olaraq istifadə edilmiş içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq Cavabdeh ASC-yə ödəyir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixində ona məxsus kafeyə “guya” baxış keçirilmiş və sudan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “guya” kənar su boru xətti kəsilərək ləğv edilmiş və buna dair 007138 saylı, 08 iyun 2021 ci il tarixli Akt tərtib edilmişdir. Həmin akta əlavə edilmiş hesabata əsasən Cavabdeh ASCyə 3492 manat maddi ziyan qeyd olunur və həmin məbləğ məndən tələb olunur. Qeyd edir ki, cavabdehin əməkdaşlarının yazdığı 007138 saylı, 08 iyun 2021-ci il tarixli aktda ona məxsus obyektdə su sayğacının onların əməkdaşları tərəfindən sökülərək laborator müayinəsi göndərilməsi və bu səbəbdən də birbaşa qoşulma verilməsi qeyd olunur. Daha sonra isə “guya” tərəfindən d=25 mm boru ilə sudan istifadəsi qeyd olunur. Cavabdeh ASC-nin əməkdaşlarının bu aktı heç bir məntiqə sığmır. Belə ki, özləri gəlib sayğacı söküb labarator müayinəyə göndərir, sonra isə başqa birisi gəlib guya onun sudan qanunsuz istifadəsini aşkar edir. Sual olunur onun nə marağı var ki, sudan qanunsuz istifadəyə yol versin. Belə ki, obyektdə sudan istifadə minumum səviyyədədir. Elə bu şəbədən də akta imza etməmişdir. Cavabdeh təşkilatın belə hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki Cavabdeh ASC-nin əməkdaşları ona münasibətdə qanunsuz hərəkətləri təkrarlayırlar. Qeyd edir ki, eyni qanunsuz hərəkətlər xx.xx.2018-ci ildə də baş vermiş və istfadəsində olan obyekt barədə həmin tarixli 09453 №-li inventar akt tərtib edilərək 2052 manat “cərimə" hesablanmışdır. O, həmin qanunsuz hərəkətlər ilə bağlı məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(004)- 5159/2021 saylı qətnaməsi ilə “Azərsu" ASC-nin 09453 MXD saylı, 06 iyul 2018-ci il tarixli inventar aktı ləğv edilmiş və onun əsasında Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 2052 manat məbləğində borcun silinməsi müəyyən edilmişdir. Hazırda məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır Yasamal Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hesablanmış 3492 manat borcdan 2813 manat borc məbləğinin əsassız olduğundan silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin olunmayan hissədə tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbini bildirmədən məhkəməyə gəlməmişlər, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək qətnamənin ləğv, iddia tələbinin təmin olunmayan hissədə tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.285 ha sahədə yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüquqi üzrə (sahibkarlıq fəaliyyəti məqsədli) İddiaçı məxsusdur və sonuncuya məxsus torpaq sahəsində Xan Çinar kafesi fəaliyyət göstərir. İddiaçı ilə Cavabdeh ASC arasında sözü gedən ünvanda dair xx.xx.2015-ci il tarixində, 19435871 nömrəli su təchizatı xidmətinə görə müqavilə bağlanmışdır. Daha sonra obyektin su xətti üzərində 22 aprel 2015-ci il tarixdə ALFASU-20 markalı su sayğacı quraşdırılmışdır. Su sayğacı qanunvericiliyə uyğun 5 ildən bir yoxlamadan keçirilməsi üçün 29 mart 2021-ci il tarixli əmrlə çıxarılmış, laboratoriyaya təqdim edilmiş və 08 iyun 2021-ci il tarixdə sözü gedən ünvana sayğac keçirilməsi məqsədi ilə baxış keçirilərkən sayğacdan kənar qoşulmanın olması aşkar edilərək buna dair 007138 saylı, 08 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2021-ci il tarixədək sayğacın mövcud olmuş, həmin tarixdə yoxlamadan keçirilməsi üçün sayğacın cavabdeh qurumun əməkdaşları tərəfindən açılaraq götürülmüş, sayğacın olmadığı müddətdə müvafiq obyektdə sudan istifadənin diametri 25 mm boru vasitəsi ilə sayğacdan kənar, yəni ana xəttə birbaşa qoşulmaqla həyata keçirilmiş, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2021-ci il tarixində ünvan 1 ünvanında abonentin su təchizatına baxış keçirilən zaman iddiaçı tərəfindən d=25 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə edilmiş və bu barədə 007138 saylı inventar aktının tərtib edilmişdir Birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən obyektə sudan istifadə xidmətlərinə görə son 1 illik həddində borc hesablanmasının əsaslı olmaması qənaətinə gələrək 3492 manat borcdan 2813 manat borc məbləği əsassız olduğundan silinməsi barədə nəticəyə gəlmişdir. Belə ki, sudan istifadə qaydalarına əsasən sayğac olmayan ərazilərdən sudan 1 gün ərzində istifədə 5 saat omaqla, saatlıq su sərfinə görə 1.94 kub.m (borunu iç diametri nəzərə alınmaqla, hazırda 25 mm), ümumi isə gün ərizdə 9.7 kub.m (5*1.94) sudan istifadə nəzərə tutulmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2021-ci il tarixədək sayğac mövcud olduğundan və həmən tarixdən (sayğac çıxarılan tarixdən) xx.xx.2021-ci il tarixədək (akt tərtib edilən tarix) ümumilikdə 70 gün sayğacdan kənar sudan istifadə olunduğundan, məhz həmən dövr üçün istifadə edilmiş suya görə, 679 manat (yəni 70 gün x 9.70 x 1 manat = 679 manat) manat məbləğində borc hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. Həmin Qanunun 30-cü maddəsinin birinci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nörməli Qərarının 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nörməli Qərarının 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1073/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar