Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4265/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2702/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 03721350 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA adlı məhsulları alıcıya verməyi, alıcı Cavabdeh isə onları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli, 03721350 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA adlı məhsullar üçün ilkin ödəniş etmədən, 18 ay ərzində hər ay 118,09 manat olmaqla cəmi 2125,62 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
3. xx.xx.2022-ci il tarixli, 10732440 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER adlı məhsulları alıcıya verməyi, alıcı Cavabdeh isə onları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
4. xx.xx.2022-ci il tarixli, 10732440 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER adlı məhsullar üçün 273 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 455 manat olmaqla, cəmi 5733 manat satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
5. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 509,55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, 50,45 (əlli manat qırx beş qəp) manat cərimə borcu olmaqla, cəmi 560 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, 27,78 manat olmaqla cəmi, 304 (üç yüz dörd) manat borcu vardır.
6. "xxxx" MMC-nin cavabdehə ünvanlanmış 29 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilə öhdəliklərinin icra edilməməsi təqdirdə müqavilənin 4.1-ci bəndinə əsasən, məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün 509,55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, 50,45 (əlli manat qırx beş qəp) manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA üçün 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, 27,78 (iyirmi yeddi manat yetmiş səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 864 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER, ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHlİBA və nəticədə 864 (səkkiz yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5733 (beş min yeddi yüz otuz üç) manat (12 ay x 455 manat + 273 manat ilkin ödəniş) İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER ümumilikdə, 560 (beş yüz altmış) manat olmaqla ondan, 509.55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50.45 (əlli manat qırx beş qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2125.62 (iki min yüz iyirmi beş manat altmış iki qəp) manat (18 ay x 118.09 manat + 0 manat ilkin ödəniş) ASPİRATOR BOSCH,PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA üçün ümumilikdə, 304 (üç yüz dörd) manat olmaqla ondan, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, güzəşt 27.78 (iyirmi yeddi manat yetmiş səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 7072,85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
9. Cavabdeh 28 aprel 2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, mülki işin iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, hər iki müqavilə üzrə cəriməni qəbul etmir. Belə ki, tərəfindən iddiaçıya müraciət edilmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə son ödəniş olan 455 manatın və xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 236.18 manat ödənilməsini həm şifahi, həm də rəsmi qaydada müraciət etsə də, bu mümkün olmamışdır. Qrafik üzrə ödənilməli olan pulu iddiaçı qəbul etməmişdir. İddiaçının hərəkətsizliyi ona cərimə ödənilməsinə əsas vermir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2702/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 509,55 (beş yüz doqquz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, cəmi 815,77 (səkkiz yüz on beş manat yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 467, 600.1, 600.4, 600.5, 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borcun 455 manat, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borcun 236.18 manat olması, cərimənin silinməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, 03721350 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA adlı məhsullar üçün ilkin ödəniş etmədən, 18 ay ərzihndəər ay 118,09 manat olmaqla cəmi 2125,62 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 10732440 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPadlı məhsullar üçün 273 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 455 manat olmaqla, cəmi 5733 manat satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh; - xx.xx.2022-ci il tarixli müqavilə üzrə 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, 27,78 manat olmaqla cəmi, 304 (üç yüz dörd) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 509,55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, 50,45 (əlli manat qırx beş qəp) manat cərimə borcu olmaqla, cəmi 560 manat borcu vardır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2 son aylıq ödəniş edilməmişdir və xx.xx.2024-cü il tarixə əsas borc məbləğ 236.18 manat təşkil etdiyi təqdirdə maliyyə arayışında əsas borc 40.04 manat artırılaraq 276.22 manat qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə son aylıq ödəniş edilməmişdir və xx.xx.2024-cü il tarixə əsas borc məbləği 455 manat təşkil etdiyi təqdirdə maliyyə arayışında əsas borc 54.55 manat artırılaraq 509,55 manat qeyd edilmişdir. Göründüyü kimi hər iki alqı-satqı müqavilə üzrə malların satış qiyməti cəmi 94,59 (40.04 + 54,55) manat artıq yazılmışdır xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİKODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİKODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün alqı-satqı qiyməti 5733 (beş min yeddi yüz otuz üç) manat (12 ay x 455 manat + 273 manat ilkin ödəniş), xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA üçün alqı-satqı qiyməti 2125.62 (iki min yüz iyirmi beş manat altmış iki qəp) manat (18 ay x 118.09 manat + 0 manat ilkin ödəniş) təşkil etmişdir. İş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli müqavilə üzrə bir aylıq 455 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə iki aylıq cəmi 236.18 manat borc qalmışdır. İddiaçı cavabdehin alqı-satqı müqaviləsi üzrə qalıq borcunu artıraraq əsassız varlanmaya cəhd göstərmişdir. Cavabdeh qalıq borcun ödənilməsini bir ay gecikdirməklə ödənilməsini həyata keçirmək istəsə belə, İddiaçı tərəfindən qəbul edilməmişdir və cavabdehdən artıq ödəniş tələb edilmişdir. Bununla bağlı cavabdeh rəsmi qaydada müraciət etməsinə rəğmən heç bir cavab verilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən əsas borcun 455 manat olduğu halda 509,55 manat borcun və xx.xx.2022-ci il tarixli nisyə alğısatqı müqaviləsinə əsasən əsas borcun 236.18 manat olduğu halda 276,22 manat borcun necə yaranmasına əhəmiyyət verməmişdir. Məhz tərəflər arasında borcun ödənilməsi mübahisəsi buradan yaranmışdır və məhkəmənin qətnamədə göstərilmiş olduğu nəticələr işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1).
20. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5).
21. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
24. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Belə ki, iddia tələbinin təmin edilmədiyi hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2702/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir.
36. Kollegiya qeyd edir ki, işin hazırda mübahisələndirilən halı xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 509,55 (beş yüz doqquz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimənin müəyyən edilməsi ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, iki müqavilə üzrə ödənilməmiş məbləğ 691.18 manat (455+236.18) olmalı olduğu 94.59 manat (40.04+54.55) artıq yazılmışdır. Həmçinin, cavabdeh hesab edir ki, bu hal üzrə ona cərimə hesablanmamalıdır
37. Kollegiya bildirir ki, iddiaçı təqdim etdiyi maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 509,55 (beş yüz doqquz manat əlli beş qəpik) manat, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəpik) manat əsas borcunun olduğunu bildirmişdir. Cavabdeh borcun daha az məbləğdə olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kredit borcunun aylar üzrə bölünməsinə uyğun ödəmələri tam məbləğdə etdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim etməmişdir.
38. Belə olan halda kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında mübahisə üzrə məhkəmənin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.
39. Apellyasiya icraatı zamanı borcun bir hissəsinin cavabdeh tərəfindən ödənilməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin ödəniş qətnamənin icrası qaydasında həll olunan məsələ olduğundan bu hala qiymət verilmir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2702/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.