Məhkəmə qərarları › İş №2(103)-427/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-427/2022

24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-427/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3, cavabdeh İddiaçı3, nümayəndəsi və vəkili X19 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1494/2021 saylı iş üzrə 17 may 2021ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 1 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsinin ünvan 2at Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 04 sentyabr 2020-ci il tarixdə X3 etibarnamə əsasında nümayəndəsi kimi ünvan 2at Ofisinə müraciət edərək, onun atası X12 miras qalmış və faktiki qəbul etdiyi miras əmlak olan ünvan 1 ünvanına dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. ünvan 2at Ofisinin 11 dekabr 2020-ci il tarixli məktubu ilə mərhum X14 adına olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, vərəsələr arasında mübahisə olduğundan mümkün olmaması, bununla əlaqədar məhkəməyə müraciət etməyin məqsədə uyğun olması bildirilmişdir. Həmin iş üzrə elə həmin notarius tərəfindən X10 miras əmlakı faktiki qəbul etmiş vərəsə kimi qəbul edilərək etibarnamə əsasında onun nümayəndəsi vasitəsilə miras əmlaka dair çıxarışın alınması üçün müvafiq orqana məktub verilmişdir. Bundan başqa, X10 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariat Ofisində qeydə alınmaqla bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən, ona atasından miras qalmış və faktiki qəbul etdiyi əmlakı İddiaçı1 və İddiaçı2 vəsiyyət etmişdir. X10 10 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. O, heç vaxt ailə qurmamışdır, övladları yoxdur və valideynləri vəfat etmişlər. Göründüyü kimi, onun birinci dərəcəli vərəsələri, həmçinin məcburi pay almalı olan vərəsələri də yoxdur. X3 vəsiyyətnamə üzrə vərəsələri İddiaçı1 və İddiaçı2dır. İddiaçı3 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 miras qalmış əmlak üzərində İddiaçı3 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının babası X14 12 may 1994-cü il tarixdə və onun həyat yoldaşı olan X9 19 yanvar 2005-ci il tarixdə vəfatından sonra ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 66.4 kv.m olan yaşayış evi qalmışdır. Birgə nikahdan onların üç övladı olmuşdur: X20, X10 və X11. İddiaçının atası X20 12 aprel 2010-cu ildə, X11 07 iyul 2010-cu ildə, X10 isə 10 sentyabr 2020-ci ildə vəfat etmişlər. Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi (keçmiş Matros küçəsi), 13 nömrəli evə X14 adına mülkiyyət hüququ Dövlət reyestrindən Çıxarışa əsasən 12 oktyabr 2020-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının babasının qeyd olunan əmlaka dair mülkiyyət hüququ 12 oktyabr 2020-ci il tarixdə yaranmışdır. Valideynlərinin ölümündən sonra mirası faktiki qəbul edərək həmin mübahisəli mənzildə iddiaçının atası və X10 yaşamışlar. Atasının ölümündən sonra mirasdan pay almaq hüququ irsi transmissiyaya əsasən iddiaçıya keçir. İddiaçı 2020-ci ilin noyabr ayında lazımi sənədləri təqdim edərək mirasın qəbulu haqqında ünvan 2at Ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçının atası həmin mənzili əsaslı təmir etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı oradakı mebel və ev əşyalarının bir hissəsini götürmüşdür. Qalan hissəni aparmaq istəyəndə isə bibisi X10 iddiaçını evə buraxmamışdır. Həmin evdə iddiaçının atasına məxsus şəxsi əşyaları, təmir üçün alətləri, soyuducu, mətbəx mebeli, iddiaçının şəxsi əşyaları və çoxsaylı qızıl əşyalar qalmışdır. Atasının ölümündən sonra iddiaçının bibisi Zərnişan İsmayılovanın ona qarşı münasibəti pisləşmişdir. Buna səbəb iddiaçının digər bibisi X4 uşaqları İddiaçı2 və İddiaçı1 olmuşlar. Onlar iddiaçını evə buraxmırlar. Zərnişanın ölümündən sonra onlar evin ilkin qeydiyyatını aparmaq üçün sənədləri və iddiaçının atasından qalan əşyaları ona verməkdən imtina edərək evin qıfılını da dəyişmişlər. İddiaçının bibisinin uşaqları Lalə və Fərhad ağır xəstə olan bibisi X7 ölümündən bir neçə gün əvvəl Lalənin yaşadığı evə köçürmüşlər və bir neçə gün sonra o, 20 avqust 2020-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə vermişdir. İddiaçı2 iddiaçıdan gizli saxlayaraq həmin vəsiyyətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsi, 13 nömrəli mübahisəli evə Dövlət reyestrindən çıxarış almışdır. Bundan 20 gün sonra isə 10 sentyabr 2020-ci ildə Zərnişan İsmayılova vəfat etmişdir. Zərnişanın ölümündən sonra İddiaçı1 öz ailəsi ilə birlikdə mənzilə köçmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1494/2021 saylı iş üzrə 17 may 2021ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 2at Ofisinə qarşı iddia tələbinin təmin edilməsi, X3 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 5 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər paylarının tanınmasına dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi ünvan 2at Ofisinə həvalə edilməsi, İddiaçı3 cavabdeh ünvan 2at Ofisinə qarşı X15 miras qalmış əmlak üzərində İddiaçı3 vərəsəlik hüququnun tanınması, bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə iddia tələbinin rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onların özünə aid edilməsi, İddiaçı3 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onun özünə aid edidlməsi qət edilmişdir. İddiaçı3 qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, atası İsmayılov Arif Mixayiloviçin əmlakını MM-in 1252-ci maddəsində nəzərdə tutulmuş qaydada miras əmlak kimi qəbul etmiş vərəsə kimi tanınması barədə, İsmayılova Zərnişan Mixaylovnanın əmlakının bir hissəsinin MM-in 1159.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qanun üzrə vərəsə kimi tanınması barədə, ona Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli evə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin ünvan 2at Ofisinə həvalə edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İki işin vahid icraatda birləşdirilməsi ona məlum olmamışdır. Atası mübahisəli evdə qeydiyyatda olmuş və orada yaşamış, başqa yaşayış yeri olmamışdır və yaşayış sahəsinə hüquqdan məhrum edilməmişdir. 20.08.2020-ci vəsiyyətnamə tərtib edilmiş, bundan 20 gün sonra, yəni, 10.09.2020-ci ildə X10 vəfat etmiş, çünki, öd kisəsinin xərçəngindən əziyyət çəkirdi. X2 əlyazısı onda şübhələr doğurur. İddiaçı2 mirasdan imtina etməyi üçün ona pul təklif edərkən vəsiyyətnamənin mövcudluğundan xəbəri olmamışdır. Təklifi rədd etmişdir. Zərnişanın ölümündən sonra İddiaçı1 ailəsi ilə birgə mənzilə köçmüşdür. Məhkəmə iclasında İddiaçı3 qızı apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi və vəkili X22 da apellyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3 da apellyasiya şikayətinə etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh ünvan 2at Ofisi məhkəməyə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, hər iki tərəfin verdiyi izahatlardan görünür ki, X10 vəfat etdiyi məqama qədər qeyd edilən ünvanda yaşamışdır. Bu hal məhkəmə iclasında dindirilmiş hər iki tərəfdən iştirak edən şahid ifadələri ilə də təsdiq edilmişdir. Eyni zamanda Fərhad və Lalə Quliyevlərin vəkili Vəkil3 tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif arayış və qəbzlərin surətlərindən də görünür ki, Zərnişan İsmayılova yaşadığı ünvan üzrə müəyyən kommunal və vergi ödənişlərini həyata keçirmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş notariat kontorunda yazılmış ərizənin surətindən görünür ki, Zərnişan İsmayılova miras əmlakı faktiki olaraq qəbul etdiyini və ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişdir. Zərnişan İsmayılovanın müraciəti nəticəsində notariat orqanı tərəfindən aidiyyəti orqana müraciət edilmiş və əmlakın dövlət reyestrindən çıxarışı əldə edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İstinad edilən maddədən və məhkəməyə təqdim edilmiş sübutların təhlilindən irəli gələrək məhkəmə hesab edir ki, Zərnişan İsmayılova valideynlərinin ölümündən sonra qeyd edilən mənzildə yaşamış və əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Arif İsmayılovun qanunvericiliyin tələblərinə uyğun nə notariat ofisinə müraciət etməsi, nədə faktiki qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında Arif İsmayılovun o evdə yaşamasını sübuta yetirəcək hallar aşkar edilməmişdir, şahid ifadələri mirasın faktiki Arif İsmayılov tərəfindən qəbul edilməsi nəticəsinə gəlmək üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Beləliklə, Arif İsmayılovun miras əmlakı qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Zərnişan İsmayılovanın əmlakı faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı3 iddia ərizəsində evin təmirli olmasını, atasının evi əsaslı təmir etməsinə istinad etsə də, iddiaçının bu dəlilləri məhkəmə iclasında digər tərəfin verdiyi sübutlarla təkzib edilmişdir. Belə ki, təqdim edilən fotoşəkillərdən evin təmirli olması müşahidə olunmur. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı3 atası Arif İsmayılovun babası Mixaildan qalan miras evi qəbul etməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən İsmayılovanın mübahisəli mənzildən hər hansı əşyaların çıxarması faktı onun miras əmlakı faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı3 iddia ərizəsində mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı3 babasından qalan miras əmlakın onun atası tərəfindən qəbul edildiyini sübuta yetirə bilmədiyindən, eyni zamanda atasının vəfatından sonra qeyd edilən əmlakla bağlı hər hansı qanuni tədbirlər görmədiyindən, müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə Fərhad və Lalə Quliyevlərin iddia tələbinə qiymət verərək hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərnişan İsmayılova mübahisəli əmlakı faktiki olaraq miras əmlak kimi qəbul etmişdir o, özünə məxsus əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. İş materiallarına əlavə edilmiş əlyazma şəklində tərtib edilmiş və notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o, özünə məxsus bütün əmlaklarını o cümlədən mübahisə predmeti olan evi Fərhad və Lalə Quliyevlərə vəsiyyət etmişdir. Vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş və bugünkü gün hər hansı mübahisə predmeti deyil. Məhkəmə qeyd edilmiş vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini nəzərə alaraq bu vəsiyyətnaməni Quliyevlərin vəsiyyətnamə üzrə vərəsələr kimi tanınmasına əsas sayır. Belə olan halda iddia tələbi təmin edilməli, X3 faktiki qəbul etmiş olduğu miras əmlak olan ünvan 5 ünvanına dair İddiaçı1 ½ və İddiaçı2 ½ pay olmaqla, bərabər payları tanınmalıdır. Vərəsəlik şəhadətnaməsinin verilməsinin hazırkı qətnamənin icrasından irəli gələn prosedur olduğu nəzərə alınaraq şəhadətnamənin verilməsi ünvan 2at Ofisinə həvalə edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və hər iki iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçı3 apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni onun iddiasının tam rədd edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hər iki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarının tam təmin, İddiaçı3 iddiasının isə tam rədd etməsi düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə İddiaçı3 iddiası üzrə faktiki halların 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin, hazırda qüvvədə Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1243, 1246-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və digər iddiaçıların yaxud cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X18 01 may 1994-cü il tarixdə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Düzdür, Bakı Apellyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli 2(103)-8471/2021 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Xətai rayonu, Matros küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin 01 may 1994-cü ildə vəfat etmiş X14 adına 12 oktyabr 2020-ci ildə, yəni ölümündən 26 il sonra daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına nə səbəb olması; Bakı şəhəri, Xətai rayonu, Matros küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin statusu (özbaşına tikili, qeydə alınmamış tikili yaxud torpaq sahəsi, qeydə alınmış tikili yaxud torpaq sahəsi. və.s ) qeydə alınanadək nə olması, əgər qeydə alınmamış tikili və torpaq sahəsi olmuşdursa, onda hansı əsasla (konkret normativ hüquqi aktı göstərməklə və onun müvafiq müddəasına istinad etməklə) 1994-cü ildə vəfat etmiş X14 adına 12 oktyabr 2020-ci ildə, yəni ölümündən 26 il sonra daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınması; Bakı şəhəri, Xətai rayonu, Matros küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mövcud olduğu vaxtdan hal-hazıradək olan bütün hüquq müəyyənedici sənədlərin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsinə dair məlumatlar və sənədlər götürülməsi qərara alınmışdır. Qeyd olunan İdarənin 10 noyabr 2021-ci il tarixli məktubunda Bakı şəhəri, Xətai rayonu, Matros küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi 0,630 ha. torpaq sahəsinin mərhum X14 adına ünvan 2at Ofisinin 04.09.2020-ci il tarixli məktubuna, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 11.07.2012-ci il tarixli, J-478 saylı arxiv arayışına və ləğv edilmiş DTXK tərəfindən tərtib olunmuş, AN 415160 saylı, 30.10.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ilkin qeydiyyata alındığı və hazırda mülkiyyətdə olduğu qeyd olunmuş, müvafiq sənədlər göndərilmişdir. Həmin sənədlərin məzmunundan aydın olur ki, qeyd olunan ünvanda miras qoyana fərdi yaşayış tikilməsi üçün torpaq sahəsi 10 dekabr 1948-ci ildə verilmişdir. Demək, miras qoyan Mixail İsmayılov öldüyü vaxt mübahisəli torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq qanuni əsaslarla ona məxsus olmuş və mülkiyyət hüququna “qanuni gözləntisi” olmuşdur. Ona görə də, mirasın açıldığı vaxt torpaq sahəsinin və fərdi yaşayış evinin qeydə alındığı 12 oktyabr 2020-ci il tarixi deyil, X14 öldüyü 01 may 1994-cü il hesab edilir. İkincisi, İddiaçı3 atası Arif İsmayılovun miras qoyan öldüyü vaxt, ondan əvvəl yaxud sonra mübahisəli miras evdə 2010-cu ilədək, yəni ölənədək yaşaması iş materialları ilə təsdiq olunur. Bu faktı digər iddiaçılar təkzib etməyə çalışırlar, yəni Arif İsmayılovun mübahisəli miras əmlakda yaşamadığını və başqa ünvanda yaşadığını iddia edirlər. Ancaq buna dair məhkəməyə heç bir sübut təqdim etmirlər. Təqdim etdikləri yalınız miras qoyanın qəbir daşının şəkilləri və üzərində “ОТ ЖЕНЫ И ДОЧЕРЕЙ” sözlərinin qeyd olunmasıdır. Lakin qəbir daşının üzərində həmin sözlərin yazılması Arif İsmayılovun həmin evdə yaşamadığını və miras əmlakı faktiki olaraq qəbul etmədiyini təsdiq etmir. Fərhad və X23 İsmayılovun miras evdə yaşamadığını və miras əmlakı faktiki olaraq qəbul etmədiyini iddia edirlərsə buna dair məhkəməyə mötəbər sübut təqdim etməli idilər. Öz tələblərinin əsası kimi istinad etdiyi halları onlar sübuta yetirməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü bilavasitə onların üzərinə düşürdü. Ancaq onlar bu halları sübu edə bilmirlər. Başqa sözlə, Arif İsmayılov mirasın qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etməsi məcburi şərt olmamışdır. Oxşar yanaşma mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında 28.09.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bəndə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi Arif İsmayılovun miras əmlakı qəbul etməsi hissəsində mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, yalnız hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına istinad edərək maddi hüquq normalarının tələblərini də pozmuşdur. Üçüncüsü, apellyasiya baxışı zamanı məhkəmə tərkibi tərəfindən mübahisəli miras əmlaka yerində baxış keçirildi. Baxış zamanı mübahisəli fərdi yaşayış evinə küçəyə paralel qoyulmuş giriş qapısından daxil olduqdan sonra evin həyətyanı sahəsinin dörd tərəfdən daş hasarla bağlandığı, miras evin həyətyanı boş torpaq sahəsinin isə evin ön və arxa tərəfində yerləşdiyi, evin sağ və sol tərəfinin isə hasara birləşdiyi, eləcə də evin içərisinə, yəni otaqlara daxil olmaq üçün iki giriş qapısının olduğu müəyyən edildi. Tərəflərin iştirakı ilə əvvəlcə İddiaçı3 atası Arif İsmayılovun yaşadığı göstərilən hissəyə baxış keçirildi və həmin hissənin iç-içə olan, digər otaqlardan təcrid olunmuş 2 otaqdan ibarət olduğu, uzun müddət yaşanılmayan, təmiri köhnəlmiş, lakin köhnə əşyaların, o cümlədən İddiaçı3 qeyd etdiyi uşaqlıqda ona alınmış pianinonun və atasının saatsaz olduğu üçün köhnə saatlara aid detallar olduğu aşkar olundu. İddiaçı3 özünün uşaqlıqda və atasının evin bu hissəsində ölənədək yaşadığını bildirdi. Bundan sonra, evə daxil olmaq üçün nəzərdə tutulmuş digər giriş qapısından evin digər hissəsinə keçildi. Həmin hissələrin üç otaqdan və mətbəxdən ibarət olmaqla təmirli və yaşayış üçün yararlı olduğu müəyyən edildi. Zərnişan İsmayılovanın ölən günədək evin bu hissəsində yaşadığını tərəflər mübahisələndirmədi. Qeyd olunduğu kimi evin arxa hissəsində də həmin evə aid daş hasarla bağlanmış həyətyanı torpaq sahəsi yerləşir. Mübahisəli miras əmlak olan evə, onun ayrı-ayrı hissələrinə və həyətyanı torpaq sahəsinə yerli baxış zamanı mərhum Arif İsmayılovun həmin evin təmirsiz, iç-içə və digər təmirli, yaşayış üçün yararlı otaqlardan təcrid şəkildə olan iki otağında ölən günədək yaşaması və miras əmlakı faktiki qəbul etməsi halı məhkəmə tərkibində şübhə doğurmadı. Çünki, miras evin həmin hissəsində uzun müddət(Arif İsmayılovun öldüyü vaxtdan sonrakı müddət nəzərdə tutulur) yaşayış olmadığından köhnəlmə, yaşayış üçün yararsız vəziyytə düşmə əlamətləri və orada olan əşyalar məhkəmə tərkibində bu qənaətə gəlməkdə daxili inam yaratdı. Ona görə də bu faktın özü də mərhum Arif İsmayılovun miras açıldıqdan sonra həmin miras əmlakı faktiki olaraq qəbul etməsini açıq-aşkar təsdiq edir. Dördüncüsü, birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərir ki, Arif İsmayılovun qanunvericiliyin tələblərinə uyğun nə notariat ofisinə müraciət etməsi, nədə faktiki qəbul etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında Arif İsmayılovun o evdə yaşamasını sübuta yetirəcək hallar aşkar edilməmişdir, şahid ifadələri mirasın faktiki Arif İsmayılov tərəfindən qəbul edilməsi nəticəsinə gəlmək üçün kifayət deyildir. Məhkəmənin İddiaçı3 tərəfindən təqdim edilmiş iş üzrə dindirilmiş şahidlərin ifadəsinə bu cür münasibət bildirməsi anlaşılan olmamışdır. Çünki, həmin şahidlərin ifadələri sübutetmə predmetinə aid olan həm mərhum Arif İsmayılovun öz atasından miras qalmış fərdi yaşayış evini (orada daimi yaşamasını, işə gedib-gəlməsini və.s), həm də İddiaçı3 öz atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edən məlumatlar vermişdir. Məhkəmə bu ifadələri mötəbər sübut kimi qəbul etməməsinə yaxud mirasın faktiki Arif İsmayılov tərəfindən qəbul edilməsi nəticəsinə gəlmək üçün niyə kifayət olmadığına dair qətnamədə hər hansı bir tutarlı mövqe bildirməmişdir. Başqa sözlə, qeyd etdiyi nəticəyə gəlməsi üçün əgər kifayət deyildirsə, onda həmin nəticəyə gələ bilməsinə görə kifayət olan həddi, həcmi yaxud meyarı göstərməli idi, ancaq göstərməmişdir. Şahidlər mərhum Arif İsmayılovun miras evdə daimi yaşadığını təsdiq etmişlər. Bu fakt, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Tsərrüfat Birliyinin 66 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışı ilə də təsdiq olunur. Demək, şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmək üçün də əsas olmamışdır. Göründüyü kimi, həm 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci, həm də hazırda qüvvədə olan Mülki Məcəllənin tələbinə görə Arif İsmayılovun atasının vəfatından əvvəl də, sonra da ölənədək mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariat orqanına yaxud məhkəməyə müraciət edilməli olması haqqında nəticə isə əsaslı hesab oluna bilməz. Beşincisi, apellyasiya baxışı zamanı İddiaçı3 tərəfindən təqdim edilmiş 05 dekabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, 12.04.2010-cu ildə vəfat etmiş atası İsmayılov Arif Mixayloviçinin yeganə qanun üzrə vərəsəsidir və miras əmlak ünvan 6 ünvanında yerləşən mülkiyyətində olan 0.05 ha torpaq sahəsidir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Demək, İddiaçı3, atası, mərhum Arif İsmayılovun qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul etdiyi mübahisəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etməsi ümumiyyətlə hər hansı bir mübahisə doğurmamalıdır. Altıncısı, hazırki iş üzrə iddiaçılar Fərhad və Lalə Quliyevlərin iddiası vəsiyyətnaməyə əsaslanır. Həmin vəsiyyətnamə onlara mərhum xalaları X10 tərəfindən 20.08.2020-ci ildə verilmişdir. Belə ki, həmin vəsiyyətnamə ilə Zərnişan İsmayılova ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən mübahisəli fərdi yaşayış evini Fərhad və Lalə Quliyevlərə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin hazırkı miras əmlaka münasibətdə hüquqi qüvvəsi mövcuddur. Başqa sözlə miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında mərhum X8 çatacaq pay üzrə, sonuncudan vəsiyyət üzrə vərəsəlik qaydasında, yəni qeyd olunan vəsiyyətnaməyə əsasən Fərhad və Lalə Quliyevlərin bərabər vərəsəlik payı müəyyən edilməlidir. Göründüyü kimi, həm İddiaçı3 atası Arif İsmayılovun, həm də Zərnişan İsmayılovanın qanun üzrə vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdikləri, miras əmlak olan mübahisəli ev bütövlükdə vəsiyyət üzrə vərəsəlik qaydasında Fərhad və Lalə Quliyevlərə vəsiyyət edilsə də sonuncuların həmin miras əmlaka tam olaraq vərəsəlik hüquqlarının tanınıb paylarının müəyyən edilməsi həmin ev üzərində tam etibarlı mülkiyyət hüququnu yarada bilməz və bu cür qeydiyyat da əsassız olardı. Çünki, qeyd olunduğu kimi İddiaçı3 atası Arif İsmayılovun vərəsə kimi miras açıldığı vaxtdan həmin evdə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmiş, eyni zamanda İddiaçı3 da qanun üzrə vərəsəlik qaydasında atasına çatan miras payı da atasının yeganə qanun üzrə vərəsəsi kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, İddiaçı3 iddia tələbində mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq iki ay uzadılması barədə qətnamə çıxarılmasının da qeyd olunması iddianın, yalnız ona görə ki, bu cür tələb varsa demək mirasının qəbul edilməsi müddəti ötürülüb əsası ilə tam rədd olunması üçün də əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçı Samrə İsmayılovanın həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində paylarının müəyyən olunmasına və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması,, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1494/2021 saylı iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə, İddiaçı3 tərəfindən ayrı verilən iddialar qismən təmin edilməli, mərhum X12 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə İddiaçı3 (atası, mərhum X6 üzrə vərəsəlik qaydasında çatası paya görə) ½ hissədə, İddiaçı1 və İddiaçı2(mərhum X1 üzrə vərəsəlik qaydasında çatası paya görə, vəsiyyət üzrə vərəsəlik qaydasında) ½ hissədə, (yəni İddiaçı1 və İddiaçı2 hər birinə ¼ hissədə) vərəsəlik hüquqları tanınmalı və payları müəyyən edilməli, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi ünvan 2at Ofisinə həvalə edilməli, iddiaların qalan hissələri təmin edilməməli, iddia ərizələri və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1494/2021 saylı iş üzrə 17 may 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə, İddiaçı3 tərəfindən ayrı verilən iddialar qismən təmin edilsin. Mərhum X12 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov (keçmiş Matros) küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə İddiaçı3, atası, mərhum X6 üzrə vərəsəlik qaydasında çatası paya görə ½ hissədə; İddiaçı1 və İddiaçı2, mərhum X1 üzrə vərəsəlik qaydasında çatası paya görə, vəsiyyət üzrə vərəsəlik qaydasında ½ hissədə, (yəni İddiaçı1 və İddiaçı2 hər birinə ¼ hissədə) vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilsin, həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi ünvan 2at Ofisinə həvalə edilsin. İddiaların qalan hissələri təmin edilməsin. İddia ərizələri və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümları tərəflərin özlərinə aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar