Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4281/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1; iddiaçı X3 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsindən imtina; bağışlama müqaviləsinin etibarsız hesab olunması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair və iddiaçı X3 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2025 saylı, 18 mart 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 ilə X10 xx.xx.2011-ci il tarixdə 795 nömrəli qeydi ilə nikahlarını bağılamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, ərə Məmmədov soyadı verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə ünvan 1 X3 adına qeydiyyata alınmışdır.
3. xx.xx.2013-cü il tarixli Mənzilin bağışlama müqaviləsindən müəyyən olunur ki, X11, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 06/608 Nömrəli forma 1 arayışa və 1334 nömrəli reyestr kitabının, 121877-ci səhifəsində, reyestr nömrəsi **********63-05101-093034, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən, y/s 16.59 kv.m yardımçı sahəsi 15.3 kv.m., ümumi sahəsi 31,89 kv.m. olan bir otaqlı şəxsi mənzili Cavabdeh2 bağışlamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə ünvan 1 Cavabdeh2 adına qeydiyyata alınmışdır.
5. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2, ünvan 1 ünvanında 31,89 kv/m, yaşayış sahəsi 16,59 kv/m, yardımçı sahəsi 15,3 kv olan bir otaqlı mənzili tam mülkiyyət üzrə Cavabdeh1 hədiyyə etmişdir.
6. Bakı şəhəri Suraxanı rayon RPİ-nin xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin e-2(010)-195/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 795 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Suraxanı rayon Məhkəməsinin e-16(010)-184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2023-cü il tarixli, 4Ə-496 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə onun və övladlarının istifadə hüquqlarının tanınması, onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Suraxanı rayon qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 795 № ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan üç övladları - xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşlar. Hal-hazırda övladları onunla bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq onun himayəsindədirlər. Eyni zamanda Cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin 2 nömrəli mənzilinə köçmüş, o cümlədən, valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyalarını da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzilinə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən atası tərəfindən ailələrinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzil onun deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan Cavabdeh2 mülkiyyətinə verilmişdir. O, Cavabdeh2 ilə 10 ildən uzun müddətə ailə münasibətlərində olmuş, birgə təsərrüfatı idarə etmişlər. Lakin bir müddət sonra cavabdehin ona qarşı münasibətləri kəskin dəyişmişdir. Cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaradır, öz hərəkətləri ilə ailələrinin dağılmasına çalışırdı. Sonuncu dəfə cavabdeh ilə aralarında yenə də münaqişə yaranmış, sonuncu onu birgə yaşadıqları evdən qovaraq küçəyə atmışdır. Bundan sonra isə onu yaşadıqları evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. Cehiz əşyaları, hətta geyim paltarları və şəxsi əşyaları da cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə qalmışdır. Dəfələrlə tələb etsə də, cavabdeh onları mənzili buraxmamaqla yanaşı cehiz əşyalarını, özünün və uşaqlarının paltarlarını və şəxsi əşyalarını qaytarmaq istəmir. Bu əşyalar sonunucu dəfə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, 4 saylı evin, 2 nömrəli mənzilində qalmışdır. Eyni zamanda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil sorğusuna verilən cavabla ona məlum olmuşdur ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququnun tanınmaması üçün mənzili qardaşı, digər Cavabdeh1 bağışlamışdır. Həmin bağışlama müqaviləsi o,“nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən dərhal sonra, yəni xx.xx.2023-cü il tarixdə bağlanmış, 4Ə-696 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Buradan da aydın olur ki, Cavabdeh2 onun və övladlarının həmin mənzilə olan istifadə hüququndan məhrum olması məqsədilə formal bağışlama müqaviləsi tərtib edərək, onun razılığı olmadan həmin mənzili özgəsinin mülkiyyətinə vermişdir. Beləliklə, bu cür müqavilə görünüş üçün bağlanmaqla, tamamilə etibarsız hesab olunmalıdır.
10. Daha sonra iddiaçı X11 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin, 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli müqavilənin ləğv olunması və eyni zamanda Cavabdeh2 həmin mənzili qardaşı Cavabdeh1 bağışlamasına dair xx.xx.2023-cü il tarixli, 4-696 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 14 iyun 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladlarıxx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşlar. Hal-hazırda uşaqlar onun qızı ilə bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq qızının himayəsindədir. Qızı, Cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin, 2 nömrəli mənzilinə köçmüş, o cümlədən ona verilən cehiz əşyaları da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin, 2 nömrəli mənzili xx.xx.2013-cü il tarixli, 4Ə-1/139 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən onun tərəfindən qızının ailəsinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzili qızının deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan Cavabdeh2 mülkiyyətinə vermişdir. Mənzili Cavabdeh2 mülkiyyətinə verdikdə əsas şərti isə qızının rahat ailə həyatı sürməsi olmuşdur. Məhz qızının firavanlığı və milli dəyərlərini də nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, 4 saylı evin 2 nömrəli mənzili bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə vermişdir. Qızı və Cavabdeh2 10 ildən çox müddətə ailə münasibətlərində olmuşlar. Lakin bir müddət sonra Cavabdeh2 İddiaçı qarşı olan münasibətləri kəskin dəyişmiş, cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaratmış, öz hərəkətləri ilə ailəsinin dağılmasına çalışmışdır. Sonuncu dəfə cavabdeh ilə qızı arasında yenə də münaqişə yaranmış, cavabdeh İddiaçı birgə yaşadıqları evdən qovmuşdur. Bundan sonra isə qızını birgə yaşadıqları evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. O, birgə nikahdan olan uşaqları ilə Cavabdeh2 ilə həmin evdə birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmin mənzildə qızı cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. Mənzildə qızı və nəvələrinin cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. Cavabdehin təqsiri üzündən qızı və nəvələrinin hüququ olan olan mənzilə köçmək imkanından məhrum olduğundan bunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qaydası ilə mənzilə köçürülməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı (İddiaçı) mənzilinə olan istifadə hüquqlarının tanınması üçün “istifadə hüququnun tanınmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra həmin işə məhkəmə baxışında Cavabdeh2 nümayəndəsi qəti olaraq bildirmişdir ki, cavabdeh qızı və nəvələrini evə buraxmaq istəmir, hətta xx.xx.2023-cü il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı Cavabdeh1 bağışlamışdır. Bununla da ona məlum olmuşdur ki, cavabdeh onunla arasındakı bağışlama müqaviləsinin öhdəliklərini icra etmir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2025 nömrəli, 18 mart 2025ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmiş; iddiaçı X3 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunmuş; Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilin X3 Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsi ləğv olunmuş; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi X8 təhvil verilməsi qət edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddia edir ki, tərəflər nikaha daxil olmamışdan öncə ailələr arasında şərikli biznes mövcud olmuş və mənzilin iddiaçı X11 tərəfindən bağışlanmasına səbəb iddiaçının cavabdehlərin ailə üzvü qarşısında borcunun yaranması olmuşdur. Lakin bununla bağlı olaraq məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X11 digər İddiaçı atasıdır. O, öz mülkiyyətində olan mənzili ailə dəyərlərinin qorunması məqsədilə nikah bağlandıqdan sonra qızının həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Öz mülkiyyətində olan mənzili cavabdehə bağışlamasında olan niyyəti ondan ibarət olmuşdur ki, həmin mənzildə onun qızı öz övladları ilə birlikdə yaşasın, lakin cavabdeh tərəfindən buna şərait yaradılmayaraq mənzil cavabdehin qardaşının adına özgəninkiləşdirilmişdir. Hal-hazırda isə tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuş və hədiyyə verən imtina haqqında bildirişi xx.xx.2024-cü il tarixdə hədiyyə alana göndərmişdir. Tərəflər arasında münasibətlər İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət etməsi nəticəsində daha da kəskinləşmiş, lakin cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd olunsa da, mübahisəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən qardaşı Cavabdeh1 hədiyyə olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət etməsi nəticəsində münasibətlərin kəskinləşməsi halı Cavabdeh2 məlum olsa da, o görünüş üçün formal xarakterli müqavilə bağlayaraq həmin mənzili qardaşı Cavabdeh1 hədiyyə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bağışlamanın hansı əsasdan irəli gəlməsini əsaslandıra bilməmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin bağışlamanın məqsədi ailə dəyərlərinin qorunması, etibarlı ailə münasibətlərinin formalaşması, ailə üzvləri arasında mənəvi bağların güclənməsi təşkil etsə də, cavabdeh tərəfindən ikinci dəfə mənzilin öz yaxın qohumunun adına özgəninkiləşdirilməsi görünüş üçün bağlanmış və formal xarakter daşımışdır. İddiaçı ilə cavabdeh arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq uzun müddət keçməsinə baxmayaraq, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr kobudcasına pozulmuş, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır.
16. Mübahisəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 hədiyyə olunduğundan və iddiaçı tərəfindən hədiyyədən imtina haqqında bildirişi xx.xx.2024-cü il tarixdə hədiyyə alana göndərdiriyindən və bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə müqavilənin ləğv olunması ilə bağlı iddia qaldırıldığından bağışlamaqdan imtina hüququ ilə bağlı bir illik müddət ötürülməmişdir.
17. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçlər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamış və qanunvericiliyin tələbinə uyğun olaraq bağışlamaqdan imtina hüququ da mülkiyyətçiyə məxsus olan hüquqdur. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda İddiaçı verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 1 ünvanında yerləşən mənzildə yaşamış, İddiaçı daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X5 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışlar. İddiaçı mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 390, 421, 422, 666 və 673-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-67/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin X11 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi X8 təhvil verilməsi hissələrində ləğv edilməsi; həmin hissələrdə iddianın rədd edilməsini xahiş etmişlər.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş dəlillər işin hallarına uyğun deyil, eyni zamanda birinci instansiya məhkəməsi özözünü təkzib etmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli Mənzilin bağışlama müqaviləsindən müəyyən olunur ki, X11, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 06/608 Nömrəli forma 1 arayışa və 1334 nömrəli reyestr kitabının, 121877-ci səhifəsində, reyestr nömrəsi **********63-05101- 093034, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən, y/s 16.59 kv.m yardımçı sahəsi 15.3 kv.m., ümumi sahəsi 31,89 kv.m. olan bir otaqlı şəxsi mənzili Cavabdeh2 bağışlamışdır. Qeyd etmişdir ki, həmin bağışlama müqaviləsində bağışlamanın hər hansı şərt qarşılığında həyata keçirilməsi müəyyən edilməyib. Həmçinin məhkəmə öz qətnaməsində öz-özünü təkzib edir. Belə ki, qətnamədə ilkin olaraq qeyd edilir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçlər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamış və qanunvericiliyin tələbinə uyğun olaraq bağışlamaqdan imtina hüququ da mülkiyyətçiyə məxsus olan hüquqdur. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda İddiaçı verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 3 ünvanında yerləşən mənzildə yaşamış, İddiaçı daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X5 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışlar. İddiaçı mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Qətnamədə ilkin bağışlamanın məqsədinin ailə dəyərlərinin qorunması, etibarlı ailə münasibətlərinin formalaşması, ailə üzvləri arasında mənəvi bağların güclənməsini qeyd etsə və bunun guya cavabdeh tərəfindən pozulduğunu iddia etsə də özü də qətnamədə göstərir ki, İddiaçı mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda ailə dəyərlərinin pozulması nədə ehtiva olunub? Ümumiyyətlə tərəflər arasında ailə münasibəti kimi göstərilmiş ər-arvad münasibətləri nikah azadlığı prinsipinə əsaslanmış və İddiaçı tərəfindən qaldırılmış iddia əsasında pozulmuşdur. Həmçinin bağışlamadan imtina haqqıda bildiriş ümumiyyətlə cavabdehə təqdim edilməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə özü-özünu təkzib edir. Əgər ev həqiqətən iddiaçıya yaşamaq üçün verilmişdirsə, necə olur ki, məhkəmə iddiaçının mənzilə köçürülməklə bağlı iddiasını təmn etməmişdir. Həmin hissədən şikayət verilməmişdir. Əgər iddiaçının orada yaşamaq hüququ yox idisə, burada hansı öhdəlikdən söhbət gedir. Təmsil etdiyi şəxlə iddiaçın atasının arasında ailə münasibətləri olmamışdır. Burada nikahın pozulmasından söhbət gedirsə nikah azadlığı vardır. Burada hər-hansı şərtin və öhdəliyin qoyulması qeyd edilməmişdir. Nikah özü öhdəlik deyildir. Mübahisəli ev borc müqabilində cavabdehə bağışlanmışdır. Cavabdeh bildirir ki, borc atasına məxsus olmuşdur, ev heç ona da məxsus deyildir. Ona görə bağışlanmışdır. İddiaçı orda yaşamamışdır, belə olan halda iddiaçının hansı hüquqları pozulur? Pul vəsaiti uşağın müalicəsinə xərclənmişdir. Bununla bağlı cinayət işinin başlanması rədd olunmuşdur və həmin qərardan şikayət daxil olmamışdır. Nikahın pozulması ilə bağlı iddianı qarşı tərəf qaldırmışdır. İddiaçı atasının evində yaşayır. Cəlilabad rayonundakı ev cavabdehin atasına məxsusdur.
23. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildimişdir ki, tərəflər 2012-ci il tarixində nikaha girmişlər. Daha sonra X11 öz evini bu ailəyə bağışlayır və müqavilə kürəkənin adına rəsmiləşdirir. X11 məhz kürəkəni olduğu üçün həmin evi bağışlayır. Tərəflərin birgə nikahdan 3 övladı olur və uşaqlardan biri qan xərçəngi olur. Bununla bağlı tərəflər uşağın müalicə olunması üçün sosial şəbəkələrdə elan verir və 140 min manata yaxın pul yığılır. Həmin vəsait Cavabdeh2 tərəfindən uşağa xərclənmir. Bununla da tərəflərin arasında mübahisə yaranır. İş polisə düşür. Bu ərəfədə evi qardaşına bağışlayır. Buna görə də mənzilə istifadə hüququ ilə bağlı iddia verilir. Bu vaxta qədər Axundov İlyas bundan məlumatlı deyildir ki, o öz üzərinə götürdüyü öhdəlikləri icra etmir. Qarşı tərəf bildirir ki, bağışlama müqaviləsində belə bir öhdəlik qoyulmamışdır. İşin hallarına görə Axundov İlyas məhz cavabdeh kürəkəni olduğu üçün evi ona bağışlamışdır. İddiaçı hal-hazırda atasının evində yaşayır. Axundov İlyas evi cavabdehə bağışlayan zaman cavabdeh öz üzərinə götürmüşdür ki, həmin evdə ailə ilə birlikdə yaşayacaqlar. Cavabdeh iddiaçının həmin evə girməsinə icazə vermir. Nikahın pozulması ilə bağlı məhkəməyə iddiaçı müraciət etmişdir. Cavabdeh yığılmış pulların uşağın müalicəsinə xərclənməsini sübuta yetirə bilmir. Həmin pul vəsaiti ilə bağlı polis orqanlarına müraciət olunmuşdur. Cinayət işinin başlanması rədd olundu. Razılıq əldə olunduqdan sonra tərəflər Türkiyəyə getdilər və ayrı-ayrı evlərdə yaşadılar. Həmin pul vəsaitindən az miqdarda uşağa xərcləndi. Borc müqaviləsi ilə bağlı qarşı tərəfin irəli sürdüyü dəlil tamamilə əsassızdır. Axundov İlyas görürür ki, məhkəmədə cavabdeh onu qızına istifadə hüququ vermir. Əgər həmin məhkəmədə cavabdeh onun qızına istifadə hüququ versə idi, ata belə bir iddia qaldırmazdı. Bu zaman ata bildi ki, bağışlama müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də Axundov İlyas bağışlama müqaviləsindən imtina barədə iddia qaldırır. İkinci bağışlama müqaviləsi görünüş üçün bağlanmış müqavilədir. Mənzili addan ada keçirmək üçündür. Cavabdeh bilirdi ki, onların arasında nikah münasibətləri pozulmağa başlayır və artıq söz-söhbətlər yaranır. Məhz ona görə də evi bağışlamışdır.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
25.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
26.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 28.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 29.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 30.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 31.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 32.397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 33.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 34.666.2 və 666.3-cü maddələrinə uyğun olaraq, bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 35.668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. 36.673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. 37.673.3-ci maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündənbir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğve tməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 38.673.4-ci maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmışpredmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apelyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və ikinci mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-67/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən birgə apellyasiya şikayəti verərək, qətnamənin ““İddiaçı X3 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə- 696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin X11 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi X8 təhvil verilməsi” tələbinə dair iddiasının təmin olunması hissəsində ləğv olunmasını, bu iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
43. Bu səbəbdən, apellyasiya baxışının predmetini qətnamənin qeyd olunan hissədə yoxlanılması təşkil edir. 44.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.
46. Belə ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
47. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
48. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
49. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.
50. Birinci instansiya məhkəməsi ilkin bağışlama müqaviləsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, bu müqavilənin bağlanması ailə üzvləri arasında ailə dəyərlərinin qorunması, sağlam və etibarlı ailə münasibətlərinin formalaşdırılması, mənəvi bağların möhkəmləndirilməsi məqsədinə xidmət etmişdir. Cavabdeh isə vicdanlı davranmayaraq ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini hədiyyə verənin qızına münasibətdə kobud şəkildə pozmuşdur.
51. Məhkəmənin bu mövqeyinə münasibətdə ilk öncə qeyd edilməlidir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.
52. Baxılan işdən də müəyyən edilir ki, mübahisə predmeti olan müqavilə Mülki Məcəllənin 668.1.1-ci maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında bağlanmış, iddiaçı tərəfindən müqavilənin mətninə hər hansı şərtin əlavə edildiyi müəyyən edilməmişdir.
53. Məhkəmənin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslara istinadı ilə əlaqədar isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.
54. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında da xüsusi olaraq vurğulanmışdır ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.
55. Hazırkı işin hallarından da müəyyən edilir ki, 795 nömrə ilə xx.xx.2011-ci il tarixində Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edən şəxs iddiaçının qızı İddiaçı olmuşdur.
56. İddiaçının qızı İddiaçı həmçinin Suraxanı rayon Polis idarəsinə müraciət edərək oğlu Kamalın xəstəliyi ilə bağlı olaraq sosial şəbəkələr və xalq tərəfindən maddi yardım kimi toplanmış 114.000 manat, qohumlar tərəfindən nağd şəkildə verilmiş 10.000 manat pul vəsaitinin və ona məxsus olan qızıl-zinət əşyalarının Cavabdeh2 alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon RPİ-nin xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
57. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı həyata keçirilmiş istintaq hərəkətləri ilə kifayət qədər sübuta yetirilmişdir ki, Cavabdeh2 övladı Kamal üçün yığılmış yardım vəsaitini onun Türkiyə Respublikasında və İran İslam Respublikasında müalicəsi, müayinəsi və sair, həmçinin övladı Kamalın müalicəsi üçün alınmış borcların ödənilməsi və ailəsi üçün lazımi ehtiyaclara xərcləmişdir. İddiaçı ərizədə göstərdiyi xüsusatları təsdiq edən kifayət qədər dəlil və sübutlar, həmçinin rəsmi və hüquqi razılaşma olmamış və istintaq araşdırmasına təqdim olunmamışdır. Bu hallar materiala əlavə olunmuş sənədlərlə də sübuta yetirilməmişdir və öz əksini tapmamışdır. Bu da onu sübut edir ki, Cavabdeh2 əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətləri yoxdur.
58. Bundan başqa məhkəmə - qətnamənin iddiaçılar tərəfindən mübahisələndirilməmiş hissəsində, yəni İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması”na dair iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçilər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamışdır. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda İddiaçı verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 1 ünvanında yerləşən mənzildə yaşamış, daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X5 R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışlar. İddiaçı mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.
59. Göründüyü kimi, İddiaçı (hər iki iddiaçı iddia ərizələrində qeyd etdiyi kimi) mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilindən məcburi şəkildə çıxarılmamış, onlar ailə olaraq həmin mənzildən daimi yaşayış yeri olaraq istifadə etməmişlər.
60. Mübahisələndirilən qətnamədən isə görünür ki, məhkəmə hədiyyə alan Cavabdeh2 hədiyyə verən X3 qızına münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin pozulmasının nədə (hansı hərəkət və ya hərəkətsizlikdə) ifadə olunmasını, pozuntunun kobud olub-olmamasını və Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən bağışlamadan imtinanı şərtləndirən digər halların mövcudluğunu araşdırmadan, yalnız Məcəllənin qeyd olunan maddəsinə formal istinad etməklə iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi və yuxarıda sadalanan halların bağışlama müqaviləsindən imtina üçün əsas olub-olmadığını maddi hüquq normaları baxımından lazımi qaydada hüquqi qiymət verməmişdir.
61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 ünvan 1 ünvanında yerləşən mənzilini xx.xx.2013-cü il tarixdə həyata keçirilmiş bağışlamasından imtinasının qəbulundan, bu barədə istinad etdiyi dəlillər öz təsdiqini tapmadığından imtina edilməlidir.
63. İşdə olan materiallarından həmçinin müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzili qardaşı Cavabdeh1 hədiyyə etmişdir.
64. Yuxarıda sadalananlardan da göründüyü kimi, iddiaçı X3 mübahisəli mənzili bağışlamaqdan imtinasına əsas verən halların mövcudluğunu işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş, bu səbədən də, o, sözügedən müqaviləni bağlamaqla özünə məxsus mülkiyyət hüququnun üsürlərindən biri olan sərəncam hüququndan istifadə etməklə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi, məhz buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməlidir.
65. Belə ki, hüquq münasibətinin strukturuna daxil olan üç elementdən (münasibətin subyekti, obyekti və məzmunu) heç birinin iddiaçıya aidiyyəti yoxdur. İddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti də iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın əvəzsiz qaydada özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı təhvil vermək, əvəzində başqa əmlakın verilməsini tələb etmək, müqavilə ləğv edildiyi təqdirdə dəymiş zərəri tələb etmək və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda iddiaçının mübahisə predmeti olan müqavilələrin mübahisələndirməyə müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.
66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
68. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktlarının normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
69. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2025 saylı 18 mart 2025-ci il tarixli qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 cavabdehlər Bakı şəhəri 37 saylı dövlət notariat kontoruna, Cavabdeh2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-696 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin X11 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2013-cü il tarixli 4Ə-1/139 saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 4 saylı evin 22 saylı mənzilinin əvvəlki mülkiyyətçi X8 təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Nigar Nəbizadə