Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4283/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 və nümayəndəsi Nümayəndə, Cavabdeh2, Üçüncü şəxs X12 iştirakı ilə, iddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 839/2024 nömrəli 14 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər X5 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsinin yanında Şəhər Uçot-Müxəlləfət Bürosu tərəfindən verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən xx.xx.1951-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, 5-ci Bayıl küçəsində yerləşən 10 saylı evi tam mülkiyyət hüququ üzrə Həsənova GiləXanım Xanı qızının adına qeydiyyata alınmışdır.
2. Ölüm haqqında şəhadətnaməyə görə Həsənova Gilə-Xanım Xanı qızı xx.xx.1982-ci ildə vəfat etmişdir.
3. Ölüm haqqında şəhadətnaməyə əsasən Məmməd Əsən oğlu xx.xx.2010-cu ildə vəfat etmişdir.
4. İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizədə göstərilmişdir ki, ünvan 2 ünvanında yaşamış atası Məmməd Əsən oğlu vəfat etmiş, miras əmlak fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur.
5. X20 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədə göstərilmişdir ki, ünvan 4 ünvanında yaşamış X42-Xanım Xanı qızı vəfat etmiş, miras əmlak ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur.
6. X3 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədə göstərilmişdir ki, ünvan 2 ünvanında yaşamış qaynanası Həsənova Gilə-Xanım Xanı qızı vəfat etmiş, miras əmlak ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur.
7. Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən verilmiş 2V-1-57 reyestr nömrəsi xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gülə-Xanım Xanı qızının vərəsəsi xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğlunun ½ hissəyə vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə gəlini X3 və 1/10 hissəyə nəvəsi X14r. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 183,53 kv.m., yaşayış sahəsi 139,81 kv.m., yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı fərdi yaşayış evindən ibarətdir.
8. X3 ilə X20 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli payın bağışlamasına dair müqaviləyə əsasən X3 Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş xx.xx.1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 04/148 nömrəli Dövlət reyestrindən arayışa əsasən, xx.xx.2014-cü il tarixli 2V-56 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qzına məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci Bayıl küçəsi ünvanında yerləşən ümumi sahəsi 185,53 kv.m, yaşayış sahəsi 139,81 kv.m, yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı 10 nömrəli fərdi yaşayış evinin özünə məxsus 1/10 hissəni oğlu X15 bağışlamışdır.
9. X3 xx.xx.2020-ci ildə vəfat etmişdir.
10. Səbail Rayon Məhkəməsinin 2(009)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X15 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir.
11. Səbail rayon MKTB-nin 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Bakı şəhəri, Ə.Nəzmi küçəsində yerləşən 18 saylı evdə qeydiyyatda olmuş Məmməd Əsən oğlu vəfat etmiş, ölüm gününə kimi bu evdə yaşamışdır. Hal-hazırda həmin evdə ailə tərkibi - oğlu İddiaçı, gəlin X16, nəvəsi X21 (2001-ci il təvəllüdlü), nəvəsi X22 (2007-ci il təvəllüdlü), nəvəsi X17 (2010-cu il təvəllüdlü), nəvəsi X35 (2010-cu il təvəllüdlü), nəvəsi X23 (2013-cü il təvəllüdlü), oğlu X20, gəlini X24, nəvəsi X30 (1999-cu il təvəllüdlü), nəvəsi X18 (2011-ci il təvəllüdlü), nəvəsi X25 (2016-cı il təvəllüdlü) qeydiyyatdadırlar.
12. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-14 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi oğlu İddiaçıdur və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 1/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir.
13. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-13 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 2/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 183,60 kv.m. ibarət olan 18 saylı evi paylı mülkiyyət hüququ üzrə 2/10 hissəsi X12 (xx.xx.2015-ci ildən), 3/10 hissəsi Məmməd Əsən oğlunun (açıq qalmış), 1/6 hissəsi X4 (xx.xx.2019-cu ildən), 1/6 hissəsi X8 (xx.xx.2020-ci ildən), 1/6 hissəsi X13 (xx.xx.2021-ci ildən) mülkiyyətindədir.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 183,60 kv.m. ibarət olan 18 saylı evi paylı mülkiyyət hüququ üzrə 2/10 hissəsi X12 (xx.xx.2015-ci ildən), 1/10 hissəsi Cavabdeh1 (xx.xx.2024-cü ildən), 2/10 hissəsi Məmməd Əsən oğlunun (açıq qalmış), 1/6 hissəsi X6 (xx.xx.2019-cu ildən), 1/6 hissəsi X8 (xx.xx.2020-ci ildən), 1/6 hissəsi X13 (xx.xx.2021-ci ildən) mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə kimi tanınmaması, Bakı şəhəri 28 saylı notariat ofisində 2V-13 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun 3/10 payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 183,53 kv.m., yaşayış sahəsi 139,81 kv.m., yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı fərdi yaşayış evi X42-Xanım Xanı qızının xüsusi mülkiyyətində olmuşdur. X42- Xanım Xanı qızı xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini faktiki olaraq atası Məmməd Əsən oğlu və əmisi X43 qəbul etmişdir. Lakin atası anasından qalmış əmlaka dair notariusa müraciət etmədən xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra anası X3 və qardaşı X20 Bakı şəhərində yerləşən 2 saylı notariat kontoruna müraciət etmişlər. Anası X3 və qardaşı X20 2V-1-57 nömrəli, xx.xx.2014cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Qeyd olunan vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu - Məmməd Əsən oğlunun ½ hissəyə vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə gəlini X3 və 1/10 hissəyə nəvəsi X14r. 3/10 hissə isə açıq qalmışdır. Sonradan anası X3 özünə məxsus 1/10 hissəyə olan payını xx.xx.2014-cü il tarixində Bakı şəhəri 2 saylı notariat kontorunda 4Ə/1-96 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X15 bağışlamışdır. Həmin vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. X1 həmin fərdi yaşayış evinə 2/10 payı müəyyən olunmuşdur. O, nənəsindən qalan əmlaka (atası Məmməd Əsən oğlunun ½ hissəsinə) qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü xx.xx.2023-cü il tarixdə ünvan 1 ərizə ilə müraciət etməli olmuşdur. xx.xx.2024-cü il tarixdə ona 2V-14 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə isə Cavabdeh1 Bakı şəhəri 28 saylı Notariat Ofisində 2V-13 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər Cavabdeh2 xx.xx.2023-cü il tarixdə notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasından ötrü müraciət etsə də, hələ ki, vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməmişdir. Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixli 2V-1-57 nömrəli reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə baxış keçirərkən görünür ki, cavabdehlər Cavabdeh1, eləcə də Cavabdeh2 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Notarius tərəfindən cavabdehlərin vərəsəlik hüququ yalnız Səbail rayon 46 saylı Mənzil İstismar Sahəsinin 2014-cü ilin aprel tarixli 1008 nömrəli arayışına əsasən tanınmışdır. Belə ki, həmin arayışda cavabdehlərin qeyd olunan ünvanda qeydiyyatda olduqları qeyd olunmuşdur. Lakin notarius tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, cavabdehlər mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etmişlər. Qeyd olunan hallar olmadığı halda notarius tərəfindən onların payı açıq saxlanılmışdır. Halbuki cavabdehlər uzun müddətdir ki, ərdədirlər və həmin evdən ümumiyyətlə istifadə etmirlər. xx.xx.2010-cu il tarixdə atası Məmməd Əsən oğlu vəfat etdikdən sonra da, həmin evdə o, qardaşı Asanov Nazim və anası X3 yaşamışdır və evlə bağlı bütün kommunal ödənişlər də adı çəkilən şəxslər tərəfindən ödənilmişdir. Bundan başqa, Cavabdeh1 2023-cü il tarixdə ona və qardaşı İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-210/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, “iş materiallarında olan xx.xx.2023cü il tarixli aktdan görünür ki, qonşular Hüseynov Qəhraman, X9, X10 bu aktı təsdiq edirlə ondan ötrü ki, Əli Nəzmi küçəsi, ev 18-də Cavabdeh1 20 ildən artıqdır ki, bu evdə yaşamır. Həmin evdə xəstə olan anası mərhum X11 oğlu İddiaçı tərəfindən baxılıb”. Daha sonra, qətnamədə qeyd olunmuşdur ki, “iş materiallarından görünür ki, 20 il müddət ərzində iddiaçı mənzildən istifadə etmək ehtiyacının olması və cavabdehlər tərəfindən mənzilə buraxılmaması ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə qeydiyyatdan başqa heç bir əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəsi gedən mənzildə ailəsi ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnu, ailə qurub mənzildən köçüb getdiyi gündən itirmişdir”. Göründüyü kimi, cavabdehlər qeyd olunan mənzildə uzun müddət yaşamadıqları halda, mənzildən istifadə etmədikləri halda, həmçinin mirası faktiki qəbul etmədikləri halda yalnız Mənzil Kommunal İstismar Sahəsinin verdiyi müvafiq arayışa istinad edilərək onların vərəsəlik hüquqları tanınmış və payları açıq saxlanılmışdır.
18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 may 2024-cü il tarixli 2(009)-839/2024 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.
19. Məhkəmə göstərmişdir ki, iddiaçının tələbinin hüquqi əsasını cavabdehlər tərəfindən miras əmlak faktiki qəbul edilmədiyi və notariat ofisinə müraciət edilmədiyi təqdirdə cavabdehlər miras qoyanın vərəsələri kimi notariat orqanında tanınmaqla onlara münasibətdə miras əmlakın 2/10 hissəsi açıq saxlanılmışdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, vərəsənin miras əmlakı faktiki qəbul edib-etməməsindən asılı olmayaraq onun miras əmlakdakı payından imtina etmədiyi təqdirdə notariat ofisi həmin vərəsənin payını açıq saxlamalı, vərəsə müraciət etdiyi zaman isə açıq saxladığı hissə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri 28 saylı notariat ofisində miras qoyanın vərəsələrinin dairəsi konkret müəyyən edilmiş və əsaslı olaraq notariat ofisinə müraciət etməyən 3 vərəsəyə dair (hazırki iddia ərizəsi üzrə iddiaçı və cavabdehlər) miras əmlakın onlara çatan hissəsi (3/10) açıq saxlanılmışdır. Belə olan halda iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və açıq saxlanılan 3/10 hissəyə dair onun vərəsəlik payının müəyyən edilməsi barədə tələbləri əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1145, 1147.1, 1151.1, 1246, 1248.1, 1301.1, 1301.2, 1302.3, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə hərtərəfli araşdırmadan və məsələyə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
24. Kollegiya tərəfindən X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasında iştirak edən cavabdehlər və nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
27. Üçüncü şəxs də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
28. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisi (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
33. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.
41. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsinə dair düzgün nəticəyə gəlsə də, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə istinad etdiyi üçün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamə ləğv edilməlidir.
42. Belə ki, məhkəmə həmin qərara istinadən hesab etmişdir ki, vərəsənin mirası faktiki qəbul edib-etməməsindən asılı olmayaraq, onun miras əmlakdakı payından imtina etmədiyi təqdirdə notariat ofisi həmin vərəsənin payını açıq saxlamalı, vərəsə müraciət etdikdə isə açıq saxladığı hissə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməlidir.
43. Halbuki, istinad olunan qərarda qeyd olunmuşdur ki, həmin qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur.
44. İddia tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsassız olduğu üçün rədd edilməlidir.
45. İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bacı-qardaşdır. Miras qalmış mübahisəli ev onların X42Xanım Xanı qızına məxsus olmuşdur. Sonuncu 1982-ci ildə ölmüş və onun ölümündən sonra miras qalmış mübahisəli evi faktiki olaraq tərəflərin atası Məmməd Əsən oğlu və əmisi X43 qəbul etmişlər. İddiaçının atası anasından qalmış əmlaka dair notariusa müraciət etməmişdir, mübahisəli evdə yaşamışdır və xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra tərəflərin anası X3 və qardaşı X20 ünvan 3 müraciət edərək, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Həmin şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi - xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğluna çatası ½ hissəyə onun vərəsələri - Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə arvadı X2 və 1/10 hissəyə uşağı X12 payları müəyyən edilmiş, 3/10 hissə isə açıq saxlanılmışdır (hazırki iş üzrə iddiaçı və cavabdehlərin payı).
46. Anaları özünə məxsus 1/10 hissəyə olan payını xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X15 bağışlamış, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X12 mübahisəli evinə 2/10 payı müəyyən olunmuşdur.
47. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-14 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi oğlu İddiaçıdur və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 1/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir.
48. Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-13 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 2/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir.
49. İddiaçı hazırki tələbində ona istinad edir ki, cavabdehlər mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etmişlər. Qeyd olunan hallar olmadığı halda notarius tərəfindən onların payı açıq saxlanılmışdır.
50. Göründüyü kimi tərəflərin anası X3 və qardaşı X20 ünvan 3 müraciət edərək, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə- Xanım Xanı qızının vərəsəsi - xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğluna çatası ½ hissəyə onun vərəsələri X2 və X12 hər birinin 1/10 hissədə payları müəyyən edilmiş, 3/10 hissə isə açıq saxlanılmışdır.
51. Açıq saxlanılmış 3/10 hissə hazırki iş üzrə iddiaçı və cavabdehlər üçün saxlanılmışdır.
52. İddiaçı 2014-cü ildə anası və qardaşı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığını bilmiş və məlumatı olmuşdur ki, 3/10 hissə özü və bacıları üçün açıq saxlanılmışdır. Həmin vaxt isə bununla bağlı hər hansı mübahisə olmamışdır, miras qəbul olunmuş hesab edilmişdir.
53. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir...
55. Göründüyü kimi iddiaçı 10 ildən sonra hazırki iddianı qaldırmaqla nəzərdə tutulmuş müddəti də ötürmüşdür.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-839/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.