Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4290/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 531/2023 nömrəli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münsibətlər: İddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00000) qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan sayğacdankənar istifadə ilə bağlı Cavabdeh İB tərəfindən aşağıda göstərilən aktlar tərtib olunub: 1) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, 2) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 4) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt; 5) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 6) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 7) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 8) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 9) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 10) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 11) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 12) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 13) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 14) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 15) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 16) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; 17) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; 18) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt. Həmin aktlara əsasən dəymiş zərərin (itirilmiş qazın) əvəzi kimi Cavabdeh İB tərəfindən abonentə 8.314,09 manat borc hesablanıb. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, təbii qazdan sayğacdankənar istifadə ilə bağlı hesablanmış 8.314,09 manat borc silinsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc silinsin. Şikayət və izahatlar: Cavabdeh İB-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Tehran Hacıyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı (abonent) ona aid olan evdə qaz xəttinə qanunsuz qoşulma olmadığını və qazdan sayğacdankənar istifadə edilmədiyini bildirir. İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bunu sübut edə bilmir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci, Cavabdeh İB-nin tərtib etdiyi, təbii qazdan sayğacdankənar istifadə barədə aktlar abonent tərəfindən imzalanmayıb. Aktaların hamısında qeyd olunub ki, abonent aktı imzalamaqdan imtina edib. Lakin aktların imzalanmaq üçün abonentdə təqdim edildiyi sübut olunmur. Aktların imzalanmaq üçün abonentə təqdim edildiyini sübutetmə yükü Cavabdeh İB-nin üzərinə düşür. Cavabdeh İB-nin imkanı olub ki, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini, abonentin isə aktları imzalamaqdan imtina etdiyini hal şahidlərinin iştirakı ilə rəsmiləşdirsin və ya bu faktı audio-videoyazı ilə qeydə alsın. Lakin o, bunu etməyib. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı – xx.xx.2023-cü ildə qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün Mülki- Prosessual Məcəllənin 202-ci maddəsinə əsasən yerində müayinə keçirilmişdir. Müayinə zamanı qaz xəttinə sayğacdankənar qoşulma izləri aşkar olunmamışdır. Bundan başqa, yerində müayinə protokolundan görünür ki, müayinədə Cavabdeh İB-nin Qaz avadınlıqlarının istismarı və təmiri üzrə çilingəri X1 işirak etmiş, o, bildirmişdir ki, həmin ünvanda təbii qazdan sayğacdankənar istifadə ilə bağlı aktların bir neçəsi onun tərəfindən tərtib olunub, həmin aktları imzalamasına baxmayaraq keçirilmiş baxışda iştirak etməyib və göstərilən ünvanda qeyri-qanuni xəttin olması barədə məlumatı yoxdur, bundan başqa, sayğacdankənar qaz xəttinin evin qarşısından keçən qaz borusunun hansı hissəsinə qoşulmasını bilmir. Üçüncü, qaz xəttinə qanunsuz qoşulma faktı barədə Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkillərdəki (iş v. 63, 71 və 76) təsvirin həmin evə aid olduğu müəyyən edilmədi. Bundan başqa, fotoşəkillərdə sayğacdankənar çəkilmiş borunun ümumi qaz borusuna birləşmə yeri (başlanğıcı) əks olunsa da, sayğacdankənar borunun həmin evə daxil olması fotoşəkillərdən müəyyən olunmur. Dördüncü, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında göstərilən suallar qoyulmuşdur: 1) həmin ünvanda qaz xəttinə sayğacdankənar qoşulma mövcuddurmu? 2) əgər qaz xəttinə sayğacdankənar qoşulma mövcud deyilsə, həmin ünvanda əvvəllər qaz xəttinə sayğacdankənar qoşulmanın olduğunu təsdiq edən əlamətlər mövcuddurmu? Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza aparmaqdan imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, qeyd edilən suallara cavab verilməsi xüsusi bilik tələb etmədiyinə görə onlar ekspertiza fəaliyyətinin sahəsinə aid deyil. Beşinci, Cavabdeh İB-nin verdiyi “Gasrep” adlı arayışdan görünür ki, aktların aid olduğu dövrdə həmin ünvan üzrə qazdan sayğac üzrə istifadəyə görə abonent tərəfindən ödənişlər edilib. Əgər abonent qazdan sayğacdankənar istifadə etmiş olsayıdı, həmin ödənişlər edilməzdi. Bundan başqa, aktların aid olduğu dövrdəki aylıq ödənişlərin məbləği aklardan əvvəlki dövrdəki aylıq ödənişlərin məbləğindən əhəmiyyətli dərəcədə fərqlənmir. Əgər abonent qazdan sayğacdankənar istifadə etmiş olsayıdı ödənişlərin məbləğində əhəmiyyətli fərq olardı. Beləliklə, abonentin təbii qazdan sayğacdankənar istifadə etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 531/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4290/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4290/2023
29.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver