Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4297/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Seyid oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehdən 60.000 manat borcun və 270 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06 aprel 2023-cü il tarixli qətnamə ilə iddia təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək aralarında bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsini, iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər aralarında olan mülki mübahisəni öz aralarında məhkəmədən kənar olaraq həll etmişlər və bununla bağlı “Barışıq sazişi” bağlamışlar. Ərizəyə əlavə edilmiş “Barışıq sazişindən” görünür ki, iş üzrə tərəflər aşağıdakı şərtlər ilə razılığa gəlmişlər: - Cavabdeh qəbul edir ki, X6 ilə X2 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 20.000 manat pul, İddiaçı ilə X8 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 60.000 manat pul və X6 ilə X7 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 40.000 manat pul şəxsən ona ödənilmişdir. Cavabdeh qəbul edir ki, yuxarıda qeyd edilən pullar hal hazırda da ondadır. Pulları özündə saxlayaraq X1, X4 və X3 verməməsinə səbəb isə həmin müqavilələr üzrə bütün öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq xərclərə ehtiyacın olması və həmin xərclərin o pulların hesabına qarşılanması olmuşdur. Hazırda Cavabdeh öz öhdəsinə götürür ki, yuxarıda qeyd edilən müqavilələrdəki bütün şərtlərin yerinə yetirilməsi üçün lazımi hərəkətləri etməklə, müvafiq sənədləri əldə edilməsi yolunda qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edərək müqavilə şərtlərinin yerinə yetirilməsini təmin edəcək; - X6 və İddiaçı öz üzərilərinə öhdəlik götürürlər ki, Cavabdeh bu razılaşmanın 1-ci bəndində qeyd edilən şərtləri yerinə yetirilməsi üçün ona verilmiş pulların tələbində 1 il möhlət verəcəklər. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İş üzrə tərəflərin birgə verdikləri “Barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh Seyid oğlu arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “- Cavabdeh qəbul edir ki, X6 ilə X2 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 20.000 manat pul, İddiaçı ilə X8 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 60.000 manat pul və X6 ilə X7 arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün bağlanmış “ilkin müqavilə” üzrə ödənilən 40.000 manat pul şəxsən ona ödənilmişdir. Cavabdeh qəbul edir ki, yuxarıda qeyd edilən pullar hal hazırda da ondadır. Pulları özündə saxlayaraq X1, X4 və X3 verməməsinə səbəb isə həmin müqavilələr üzrə bütün öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq xərclərə ehtiyacın olması və həmin xərclərin o pulların hesabına qarşılanması olmuşdur. Hazırda Cavabdeh öz öhdəsinə götürür ki, yuxarıda qeyd edilən müqavilələrdəki bütün şərtlərin yerinə yetirilməsi üçün lazımi hərəkətləri etməklə, müvafiq sənədləri əldə edilməsi yolunda qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edərək müqavilə şərtlərinin yerinə yetirilməsini təmin edəcək; - X6 və İddiaçı öz üzərilərinə öhdəlik götürürlər ki, Cavabdeh bu razılaşmanın 1-ci bəndində qeyd edilən şərtləri yerinə yetirilməsi üçün ona verilmiş pulların tələbində 1 il möhlət verəcəklər”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 aprel 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4297/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4297/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver