Məhkəmə qərarları › İş №2(103)-4299/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4299/2022

31.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4299/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və 54 Saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4299/2022 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və 54 Saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-53/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəsimi rayon xalq məhkəməsinin 2-856/1997 saylı xx.xx.1997-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi rayon MKTB-yə qarşı “qeyri-yaşayış sahəsinin birləşdirilməsinə” dair iddiası təmin edilmiş, Bakı şəhəri Q.Quliyev küçəsində yerləşən 8 saylı evin yarımzirzəmisində yerləşən 17 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin boşalmış hissəsinin İddiaçı sahəsinə birləşdirilməsi qət edilmişdir.

2. Nəsimi rayon Məhkəməsinin 2-1284/2001 saylı xx.xx.2001-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 Xaləddin qızının 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 8 saylı evin sahəsi 17 kv.m. olan yarımzirzəmisindən çıxarılması, həmin şəxslərin məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin edilməsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilmiş, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.3 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair 21 fevral 2008-ci il tarixli 7238 №-li icarə müqaviləsi, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixli 003422 №-li Şəhadətnamə və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən verilmiş 14 mart 2008-ci il tarixli 000467 №-li texniki pasportun ləğv edilməsi qət edilmişdir.

4. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Xələdin qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2411 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 qeyd edilən müqavilədə göstərilən şərtlərlə ünvan 2 ünvanında yerləşən 39,8 kv.m qeyri-yaşayış sahəsini hərracda 1.393,00 (bir min üç yüz doxsan üç) manata satın-almışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 9716 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh1 qarşı “alqı-satqı etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 2411 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5066/2016 saylı xx.xx.2016-cı il tarixi qətnaməsi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5066/2016 saylı xx.xx.2016-cı il tarixi qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-753/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

8. xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, tam mülkiyyət üzrə hədiyyə verən - Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m olan qeyri-yaşayış sahəsini əvəzsiz olaraq Cavabdeh4 mülkiyyətinə vermişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin vəkil sorğusuna cavab olaraq bildirlmiş xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m, əsas sahəsi 21.8 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin 2411 nömrəli, xx.xx.2012-ci il tarixli obyetin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş, daha sonra 54 saylı DNK-nın 4Ə-347 reyest nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh4 adına qeydiyyatdan keçmiş və halhazırda sonuncunun mülkiyyətindədir.

10. Nəsimi rayonu MKTB 14 saylı MKİS tərəfindən verilmiş M-14 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh5 Q.Quliyev küçəsi 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Qubadlı rayon köçkünü kimi məskunlaşıblar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (ƏMDK yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və 54 Saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 39.8 kv.m, əsas sahəsi 21.8 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 Xaləddin qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən aparılmış qeydiyyat və verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 Xaləddin qızı ilə Cavabdeh4 arasında 54 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-347 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və verilmiş çıxarışın ləğv edilməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh1 Xaləddin qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanda yerləşən sənəd üzrə ümumi sahəsi 39.8 kv.m, əsas sahəsi 21.8 kv.m olan, faktiki sahəsi 64,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 8 saylı evin sahəsi 17 kv.m. olan yarımzirzəmini Nəsimi rayon İH-nin 265-8 saylı 19 mart 1992-ci il tarixli təsərrüfat ehtiyacları üçün İddiaçı və qonşusu A.Bondyakovun istifadəsinə verilmişdir. 1992-ci ildə A.Bondyakov Bakı şəhərinfən getmişdir. Bundan sonra həmin qeyri-yaşayış sahəsi yalnız iddiaçının istifadəsində qalmışdır. Nəsimi rayon məhkəməsinin 11 avqust 1997-ci il tarixli qətnaməsi ilə yarımzirzəminin bütün sahəsinin İddiaçı istifadəsinə verilməsi rəsmiləşdirilmişdir. Lakin 1997-ci ildə Cavabdeh2 ailə üzvüləri ilə qeyri-qanuni olaraq bu sahəni zəbt edərək orada yaşamağa başlamışdır. İddiaçı Cavabdeh2 və ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 8 saylı evin sahəsi 17 kv.m. olan yarımzirzəmisindən çıxarılması barədə Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli 2- 1284/2001 saylı qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 Xaləddin qızının 3 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsindəki 8 saylı evin sahəsi 17 kv.m. olan yarımzirzəmisindən çıxarılması qət edilmiş və həmin şəxslərin məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin edilməsi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.3 kv.m. təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Deprtamentinin Nəsimi rayon MKTBnin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədilə sonuncunun istifadəsinə verilmişdir. ünvan 2 ünvanında yerləşən 39.8 kv.m qeyri-yaşayış sahəsinin satılması barədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə Cavabdeh2 00342 nömrəli şəhadətnamə verilmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.3 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair 21 fevra 2008-ci il tarixli 7238 №-li icarə müqaviləsi, Dövlət Əmlakının İdarə edilməsi üzn Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-ci il tarixli 003422 №-li Şəhadətnamə və Dövlət Əmlakının İdarə edilməsi üzrə Döv Komitəsi Əmlakın texniki inventarlaşdırıİması bürosu tərəfindən verilmiş 14 mart 2008-ci il tarixli 000467 №-li texniki pasport ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 309/2009-cu il nömrəli xx.xx.2009-cu tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi “Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2008-cİ il tarixli, 003422 nömrəli Şəhadətnamənin və Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakı texniki inventarlaşdırılması bürosu tərəfindən verilmiş 14 mart 2008-ci il tarixli 00046 NQ-İi texniki pasportun ləğv edilməsi” hissəsində ləğv edilmiş və qətnamə qalan hissədə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2009-cu il tarixli 2(102)-3489/09 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-309/2009-cu il nömrəli xx.xx.2009-cu il tarixi qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(103)-922/2010 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-2545/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2010-cu il tarixli 2(102)-2581/10 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(103)- 922/2010 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Xaləddin qızı arasında imzalanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə ünvan 2 ünvanında yerləşən 39.8 kv.m qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır, Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh1 Xaləddin qızma qarşı xx.xx.2012-ci il tarixli 2411 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Xaləddin qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-3011/2015 saylı qətnaməsi ilə Xətai rayon məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Xaləddin qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Ali Məhkəmənin xx.xx.2016cı il tarixli 2(102)-1289/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-3011/2015 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 5066/2016 saylı qətnaməsi ilə Xətai rayon məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 2(102)753/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 5066/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 12354 saylı xx.xx.2015-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir: 1. ünvan 4 yaşayış binasının zirzəmisində yerləşən sahəsi 39,8 m olan mübahisəli sahənin yaşayış binasının ümumi kominikasiya xətləri üçün nəzərdə tutulubtutulmamasınm müəyyən olunmasına dair tədqiqat aparılması texniki cəhətdən mümkün deyildir. 2. ünvan 4 yaşayış binasının zirzəmisində yerləşən sahəsi 39,8 m2 olan mübahisəli sahədə, baxış keçirilən dövrdə, 8 saylı yaşayış binasının ümumi kommunikasiya xətləri mövcud deyildir. 3. Rəyin tədqiqat hissəsində göstərlənləri nəzərə alaraq, ünvan 4 yaşayış binasının zirzəmisində yerləşən mübahisəli tikililərin ümumi sahəsinin 64,5 m2 təşkil etdiyi və mübahisəli tikililərə bir giriş-çıxışın olduğu müəyyən edilir. Mülki iş materiallarında olan Azərbaycan Respubiikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışı, həmin idarə tərəfindəndən, Cavabdeh1 Xaləddin qızının adına, xx.xx.2012-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportun göstəricilərini və İnşaat Norma və qaydaları 2.08.01.89 -un (СНиП 2.08.01.9) «Жилые здания») 1.43. bəndinin tələblərini nəzərə alaraq, ünvan 4 yaşayış binasının zirzəmisində yerləşən sahəsi 39,8 m olan mübahisəli sahənin təyinatı üzrə qeyrı-yaşayış sahəsi olduğu müəyyən edilir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Əİ-nin xx.xx.2019-cu il t məktubuna əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.m, əsas sahəsi 21.8 kv.m olan qeyri-yaşayış s; ƏMDK-nin 2411 saylı xx.xx.2012-ci il tarixli obyektin alqı-satqı müqaviləsinə əs Cavabdeh1 Xaləddin qızının adma ilkin qeydiyyata keçmişdir, 54 saylı DNK 4Ə-347 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügı qeyriyaşayış sahəsi Cavabdeh4 adma qeydiyya keçmişdir və hazırda mülkiyyətindədir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Əİ-nin xx.xx.2019-cu il taı məktubuna əsasən Cavabdeh4 adına ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 3 kv.m, əsas sahəsi 21.8 kv.m olan qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-53/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sözügedən qətnamə və bu qətnamədən cavabdehlər tərəfindən verilmiş şikayətlərə əsasən işə baxan yuxarı instansiya məhkəmələrinin aktları ilə müəyyən edilmişdir ki, yaşayış binasının ümumi istifadəsində olan zirzəmini qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirilərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. Belə ki, işə baxan məhkəmələrin gəldiyi qənaətə görə dövlət mənzil fonduna aid olmuş yaşayış evinin zirzəmisindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşların bu sahədə olan hüquqularının pozulmasına səbəb olduğundan, sahənin ümumi binaya xidmət etdiyindən, onun ƏMDK tərəfindən özgəninkiləşdirilməsi yolverilməzdir. Lakin mübahisə predmeti olan əqdin etibarsız hesab edilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılmasına yönələn hər-hansı tədbir görülməmişdir. Yəni etibarsız hesab edilmiş əqdə əsasən dövlət reyestrində müvafiq şəxsin (Cavabdeh1) adına aparılmış qeydiyyatın ləğv edilməsi istiqamətində məhkəmə heç bir nəticəyə gəlməmişdir. Halbuki əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və bununla da heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında daşınmaz əşyaya dair Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Belə ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Bundan başqa iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində adına aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışdan istifadə edərək Cavabdeh1 hərhansı əqdi bağlamağa hüquqi ixtiyarı olmadan mübahisəli qeyri-yaşayış sahəsinə dair bağışlama müqaviləsini bağlamış və bu müqaviləyə əsasən əmlak mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Beləliklə Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, bu əmlaka dair onun tərəfindən bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, bu müqaviləyə əsasən xeyrinə qeydiyyat aparılmış şəxsin əşyaya dair heç bir hüquq əldə edilməmiş hesab edilməli, bununla da Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmçinin mülki işdə cavabdehlərin ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.m, əsas sahəsi 21.8 kv.m, faktiki sahəsi 64,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsində əsassız olaraq məskunlaşmaları işin mübahisələndirilməyən halıdır. Qeyd edilənləri və iddiaçının iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 39.8 kv.m, əsas sahəsi 21.8 kv.m, faktiki sahəsi 64,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü, 337.5-ci və digər maddələrə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apelyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-753/17 saylı xx.xx.2017-ci il tarixli qərarında Ali Məhkəmənin mövqeyi belə ifadə edilmişdir ki: “Apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən əqd düzgün olaraq o əsasla etibarsız hesab etmişdir ki, mübahisəli sahə yaşayış evinin altında olmaqla zirzəmi statusu daşıyır və orada müxtəlif kommunikasiya xətləri yerləşdiyindən bütün sakinlərin istifadəsindədir ona görə də alqısatqının predmeti ola bilməz və bir şəxsin mülkiyyətinə verilə bilməz”. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, həmin sahə dövlətin mülkiyyətindədir. Belə ki, Məhkəmə tərəfindən düzgün araşdırılmamış mübahisələndirilən sahənin dövlət mülkiyyətində olması və ümumi istifadə üçün nəzərdə tutulması faktı subyektiv hüquq amilli barədə düzgün qiymət verilməməsinə səbəb olmuşdur. Eyni zamanda, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki: Mübahisəli tikiliyə bir giriş və çıxışın olduğu halda onun bir hissəsinin başqa şəxsə özgəninkiləşdirilməsi iddiaçıya məxsus sahədən istifadə hüququnun digər sahəyə sahiblik edən şəxslər tərəfindən məhdudlaşdırılmasına və bununla da iddiaçının subyektiv hüququnun pozulmasına əsas olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, hazırda mübahisələndirilən sahədə cavabdehlər yaşayır və həmin sahədən tam olaraq istifadə edirlər. Nəzərə alınsa ki, cavabdehlər məcburi köçkün ailəsidir yaşayış-sahəsi ilə təmin olunmadan onların çıxarılması qanunvericiliyə uyğun deyildir. İddiaçı 39,8 kvadratmetr sahəyə hər hansı hüquq müəyyənedici sənədi olmadığından onun həmin mübahisəli sahəyə dair hər hansı iddianın qaldırılması istisna edilir. Həmçinin qeyd edilməlidir ki, sahə üzrə faktiki sahiblik cavabdehlər tərəfindən həyata keçirilir. Onlar həmin sahəyə faktiki olaraq 1993-cü ildən sahiblik edir və fasiləsiz olaraq orada yaşayırlar. Bu isə iddiaçının həmin sahədən digər istifadə etməsini qeyri-mümkün edir. Yuxarıdakılara əsasən müəyyən etmək mümkündür ki, İddiaçı cavabdehlərin mübahisəli sahədən çıxarılmasının tələb etməsinə dair hüququ yoxdur. Eyni zamanda iddiaçının subyektiv hüququ olsa da belə əşyanın sahibliyinə qaytarılmasının tələb edilməsi müddəti ötürülmüşdür. İş materiallarından göründüyü kimi, əqdin etibarsız hesab edilməsi üçün müddət də ötürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, mübahisələndirilən bağışlama müqaviləsi 54 saylı Notariat Ofisində bağlanmış və həmin müqavilə əsasında mübahisəli qeyri-yaşayış sahəsi üzrə qeydiyyat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmışdır. Bu qənaətə gəlmək olar ki, Cavabdeh4 verilmiş Çıxarış tam qanuni əsasla verilmişdir. Çünki həmin vaxt üçün mübahisələndirilən əqdin bağlanılması üçün hər-hansı maneə mövcud olmamışdır. Lakin, məhkəmə ümumiyyətlə bu fakta hüquqi qiymət verməmişdir. Məhkəmə məcburi köçkün ailəsini (cavabdehləri) məskunlaşdıqları sahədən çıxararkan onların sonradan harada qalması, yaşayış sahəsi ilə təmin olunması məsələsini həll etməmişdir. Ümumiyyətlə bu məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Eyni zamanda həmin qərara istinad edərəkməskunlaşmış məcburi köçkünün hüquqlarının müdafiəsi məqsədi ilə həmin sahə boşalanadək digər şəxslərin istifadəsinə verilməsi də yol verilməzdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdilər.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, digər cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü və 337.5-ci maddələrinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. əqd etibarsız olduqda, əgər bu məcəllədə ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, götürülmüş və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Mülki Məcəllənin 141.1-ci maddəsinə uyğun olaraq, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

23. Mülki Məcəllənin (bundan sonra – MM) 157.1, 157.2 və 157.8-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sözügedən qətnamə və bu qətnaməədən cavabdehlər tərəfindən verilmiş şikayətlərə əsasən işə baxan yuxarı instansiya məhkəmələrinin aktları ilə müəyyən edilmişdir ki, yaşayış binasının ümumi istifadəsində olan zirzəmini qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. Belə ki, işə baxan məhkəmələrin gəldiyi qənaətə görə dövlət mənzil fonduna aid olmuş yaşayış evinin zirzəmisindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşların bu sahədə olan hüquqularının pozulmasına səbəb olduğundan, sahənin ümumi binaya xidmət etdiyindən, onun ƏMDK tərəfindən özgəninkiləşdirilməsi yolverilməzdir.

32. Lakin mübahisə predmeti olan əqdin etibarsız hesab edilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-189/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılmasına yönələn hər-hansı tədbir görülməmişdir. Yəni etibarsız hesab edilmiş əqdə əsasən dövlət reyestrində müvafiq şəxsin (Cavabdeh1) adına aparılmış qeydiyyatın ləğv edilməsi istiqamətində məhkəmə heç bir nəticəyə gəlməmişdir. Halbuki əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və bununla da heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında daşınmaz əşyaya dair Cavabdeh1 adına aparılmış qeydiyyat və onun əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Belə ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.

34. Bununla yanaşı iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində adına aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışdan istifadə edərək Cavabdeh1 hərhansı əqdi bağlamağa hüquqi ixtiyarı olmadan mübahisəli qeyri-yaşayış sahəsinə dair bağışlama müqaviləsini bağlamış və bu müqaviləyə əsasən əmlak mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi.

36. Göründüyü kimi Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı hüquqi aidiyyəti müəyyən edilmədiyindən, bu əmlaka dair onun tərəfindən bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, bu müqaviləyə əsasən xeyrinə qeydiyyat aparılmış şəxsin əşyaya dair heç bir hüquq əldə edilməmiş hesab edilməli, bununla da Cavabdeh4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlərin ünvan 4 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsində əsassız olaraq məskunlaşmaları işin mübahisələndirilməyən halıdır.

38. Belə olan halda birinci instansiya məhkəməsi qeyd edilənləri və iddiaçının iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olmasını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 4 ünvanda yerləşən 39.8 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır.

39. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının subyektiv hüquqa malik olmamasına istinad etsə də, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsini mübahisələndirmiş və nəticə etibarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müqavilə hazırki mübahisəli sahəni əhatə etdiyindən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.

41. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2962 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 saylı yaşayış binasının zirzəmisində yerləşən mübahisəli tikililərin – sahəsi 39,8 kv. metr və 17 kv. metr təşkil edən qeyri-yaşayış sahələrinin hər birinə ayrı-ayrılıqda giriş-çıxışın açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX-1217423 saylı çıxarışa əsasən, cavabdehlərə aid olan 39,8 kv.m sahə qeyri-yaşayış kimi nəzərdə tutulmuşdur.

42. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən yarımzirzəminin ümumi sahəsi 64,5 kv.m-dir və bu sahənin bir hissəsi iddiaçının qanuni istifadəsindədir. Mübahisəli tikiliyə bir giriş və çıxışın olduğu halda onun bir hissəsinin başqa şəxsin istifadəsində olması iddiaçıya ayrılmış sahədən istifadəsinin məhdudlaşdırılmasına və bununla da iddiaçının subyektiv hüququnun pozulmasına əsas olmuşdur.

43. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixli 2411 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, lakin əqdə əsasən dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat ləğv edilməmişdir. Cavabdeh1 isə onun adına olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə baxmayaraq, həmin sahəyə dair sərəncam vermişdir. Bu zaman isə Cavabdeh1 mübahisəli sahəyə dair sərəncam vermək barədə subyektiv hüququ olmamışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

45. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Göründüyü kimi Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra Cavabdeh1 54 saylı Dövlət Notariat Kontorunda 4Ə-347 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi qanunun tələblərinin pozulması ilə bağlanmaqla əhəmiyyətsiz əqd olmuşdur.

49. Məhkəmə kollegiyası həmçinin iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münaibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2022-ci il tarixli qərarэnda gцstərilmiюdir ki, ... bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

51. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

53. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-53/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar