Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-430/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 552/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “icra qeydinin ertibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1162b nömrəli bağ sahəsi kimi xx.xx.2011-ci il tarixdə **********594 reyestr nömrəsi ilə Cavabdeh adına verilmiş Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi barəsində qətbanə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin ərazisi olan T bağlar massivi, 1172T bağ sahəsi həmişə iddiaçının ailəsinin istifadəsində olmuşdur. xx.xx.2015-ci il tarixdə Kürdəxanaı Bələdiyyəsi ilə aralarında 401 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Sonradan müqavilənin müddətini uzatmaq istədikdə bildirmişlər ki, torpaq sahəsi kənar şəxs tərəfindən özəlləşdirilmişdir. Lakin, həmin şəxsin kim olmasını bildirməmişlər. Bu səbəbdən, Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi olan “T” bağlar massivi 1172 T bağ sahəsinin kimi tərəfindən özəlləşdiriliməsi ilə bağlı sorğu verilmiş, cavab olaraq bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi **********94 reyestr nömrəsi ilə 1162b nömrəli bağ sahəsi kimi xx.xx.2011-ci ildə Cavabdeh adına qeydə alınmışdır və hal-hazırda mülkiyyətindədir. İddiaçı qeyd edir ki, həmin bağ sahəsi T bağlar massivi, 1172T nömrəli bağ sahəsidir və həmişə iddiaçının ailəsinin istifadəsində olmuşdur. Qonşuları da bunu təsdiq edə bilər. xx.xx.2005-ci ildə Kürdəxanı Bələdiyyəsi ilə aralarında 401 saylı 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə hər il icarə haqqını ödəmişdir. İddiaçının bağ sahəsinin nömrəsi 1172T, cavabdehin bağ sahəsinin nömrəsi isə 1162b-dir. Yəni o tam başqa yerdədir. Saxta sənədlər əsasında bağ sahəsin cavabdehin adına qeydə alınıb. Həmin şəxsi iddiaçı və qonşuları heç vaxt bağa gəlməsini görməmişlər. İddiaçı hər yay bağda olmuş və ondan təyinatına görə istifadə etmişlər. Bağ cavabdehin adına özəlləşdirilərkən bağ sahəsi icarə müqaviləsinə əsasn iddiaçının istifadəsində olmuşdur. Kürdəxanı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 55 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh adına 1162 saylı bağ sahəsi haqqında arxiv sənədi araşdırılmış və Bələdiyyənin arxivində heç bir sənəd aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 552/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “icra qeydinin ertibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-552/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Sabunçu rayon məhkəməsinin məlum qətnaməsi əsassız və ədalətsiz olduğundan ləğv edilməli və onun iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmaqla tələskənlik etdiyini bildirmişdir.Belə ki, o, birinci instansiyada işə baxılan zaman məhkəmədən cavabdehin iştirakının təmin olunmasını xahiş etmiş, lakin məhkəmə xahişini nəzərə almayaraq cavabdehin vurduğu teleqrama əsaslanaraq prosesi onun iştirakı olmadan davam etdirdiyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 9-cıı maddəsində nəzərdə tutulan çəkişmə prinsipini pozmuşdur. Məhkəmə əsassız, olaraq o qənaətə gəlir ki, onun iddiaçı kimi cavabdehə qarşı subyektiv hüququ yaranmamışdır. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan 1162 b nömrəli bağ sahəsi Pirşağı Bağlar massivinə aiddir və bələdiyyə ərazisi deyildir. Cavabdehin mülkiyyətində olan 1162 b nömrəli bağ sahəsi ilə onun isitladəsində olan 1172 T saylı bağ sahəsi eyni olmadığından onun cavabdehə qarşı hər hansı tələb irəli sürməyə subyektiv hüququ yaranmamışdır. Əslində o, iddia tələbində əsaslandırdığı kimi sözügedən hər iki bağ sahəsi eynidir və bu səbəbdən o, proses zamanı şilahi vəsatət verərək məhkəmədən cavabdehin də iştirakı ilə əraziyə yerli baxış keçirilməsini xahiş etmiş. Əgər məhkəmə tərəfindən əraziyə yerli baxış keçirlsə idi, orada açıq-aşkar aydın olacaqdı ki, hər iki bağ sahəsi eynidir, Kürdaxanı ərazisində yerləşir və bələdiyyə ərazisidir. Kürdəxanı Bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2005-ci il tarixli 401 nömrəli İcarə Müqaviləsinə əsasən Kürdəxanı qəsəbəsində yerləşən X7 Qərb küçəsindəki ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi (1172 T nömrəli bağ) 10 il müddətinə onun istifadəsinə verilmişdir və o, hər il icarə haqqı ödəmiş. Cavabdeh isə saxta sənədlər əsasında həmin bağ sahəsini adına özəlləşdirərkən bağ sahəsi artıq onun istifadəsində olmuşdur. Belə olduğu təqdirdə onun istifadəsində olan bağ sahəsinin cavabdehin adına özəlləşdirilməsi onun maraqlarına toxunduğundan iddiaçının ona qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yaranmış olduğunu bildirir. Əgər məhkəmə yerli baxış keçirsə idi bu faktı özüdə açıq-aşkar görmüş olacaqdı. Çünki Cavabdeh heç bir vaxt o ərazidə yaşamadığına ən azından iddiaçının qonşularının şahid olduqlarını və yerli baxış zamanı onların hər biri bu barədə məhkəməyə ifadə verməyə hazır olduqlarını bildirmişdir. Lakin məhkəmə işə qeyri-obyektiv, birtərəfli qaydada yanaşaraq işin nəticəsinə təsir edəcək halları araşdırmadığını qeyd etmişdir. Bununla da AR MPM-nin 388 və 390-cı maddələrində nəzərdə tutulan maddi hüquq normasını pozmuşdur. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5372/20 saylı, 10 sentyabr 2020-ci il qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin vəsatəti təmin olunaraq İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6610/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli ci il tarixli qərardadından verilmiş şikayətinə baxılıb həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Belə ki, vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)1986/2008-ci il tarixli qətnaməsindən mənafeylərinə toxunan şəxs kimi apelyasiya şikayəti vermiş və Nərimanov Rayon Məhkəməsi şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya icraatı qeyri-mümkün hesab edilmiş və vəzifələrinə toxunan şəxs kimi tanınıb-tanınmaması məsələsinin həll edilməsi üçün apelyasiya şikayəti mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardadan kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6610/2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.İddiaçı Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)1986/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsindən mənafeylərinə toxunan şəxs kimi apelyasiya şikayəti verdiyindən mülki işin icraatının dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5570/20 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə iddiaçının vəkili və nümayəndəsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6610/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bundan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 401 nömrəli İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən X7 Qərb küçəsindəki ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəsinə verməyi, icarəçi isə müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsi 10 il müddətinə bağlanmışdır əhalidən vergilərin qəbulu üçün qəbzlərdən görünür ki, İddiaçı tərəfindən icarə haqqı ödənilmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 90 nömrəli məktubundan görünür ki, Kürdəxanl Bələdiyyəsi ilə xx.xx.2005-ci ildə 401 saylı icarə müqaviləsinə əsasən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 55 nömrəli məktubundan görünür ki, Cavabdeh adına 1162B saylı bağ-torpaq sahəsi haqqında arxiv sənədləri araşdırılmış və Bələdiyyənin arxivində heç bir sənəd aşkar edilməmişdir. İş materiallarında olan Bağlar Təsərrüfatı İdarəsinin 37 nömrəli orderi ilə Pirşağı Bağlar sahəsindəki 1162b nömrəli bağ sahəsi Cavabdeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********31 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* nömrəli Çıxarışının (qeydiyyat tarixi xx.xx.2011, qeydiyyat nömrəsi **********) verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir.(iş vərəqi-49-56).Həmin sənədlərdən məlum olur ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(005)-1986/2008 saylı Qətnaməsinin surətindən görünür ki, Bakı şəhər İHB-nin xx.xx.1993-cü il tarixli 1768 nömrəli sərəncamı əsasında 37 nömrəli orderlə Pirşağı bağ sahəsində Cavabdeh adına ayrılmış 1162B nömrəli bağın Pirşağı bağlarına aid sxem-plana salınması və bu barədə dövlət reyestr sənədinin verilməsi vəsifəsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin MA seriyalı ******* nömrəli Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1162b saylı bağ sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır (qeydiyyat tarixi xx.xx.2011, qeydiyyat nömrəsi **********). İş materiallarında olan İddiaçı hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)1986/2008-ci il tarixli qətnaməsindən mənafeylərinə toxunan şəxs kimi apelyasiya şikayəti vermiş və Nərimanov Rayon Məhkəməsi şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya icraatı qeyri-mümkün hesab edilmiş və vəzifələrinə toxunan şəxs kimi tanınıbtanınmaması məsələsinin həll edilməsi üçün apelyasiya şikayəti mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardadan kasasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6610/2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.İddiaçı Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)1986/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsindən mənafeylərinə toxunan şəxs kimi apelyasiya şikayəti verdiyindən mülki işin icraatının dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5570/20 saylı, xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə iddiaçının vəkili və nümayəndəsinin Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6610/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********28 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına əsasən, vətəndaş tərəfindən göstərilən sahə **********94 reyestr nömrəsi ilə 1162b nömrəli bağ sahəsi kimi xx.xx.2011-ci ildə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən sahə Pirşağı bağ massividir. Bələdiyyə ərazisi deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, X4 və Ərazi İdarəetmə Şöbəsinin rəisi vəzifəsində işləyir. Bağlar təsərrüfsatında işlədiyi zaman torpağa dair verilmiş bütün sənədlərin verilməsində iştirak etmişdir. Həmin vaxt vətəndaşlara nömrə ilə sxem verirdilər. 2013-cü il tarixdə 1172T saylı bağ evi icarə müqaviləsi əsasında verilmişdir. Lakin, icarə müqaviləsi verilərkən orada çalışanlar bağ sahəsinin nömrəsini dəqiq bilməyiblər. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 401 nömrəli İcarə müqaviləsinə əsasən, Kürdəxanı qəsəbəsində yerləşən X7 Qərb küçəsindəki ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. Cavabdeh mülkiyyətində olan bağ sahəsi isə Pirşağı qəsəbəsində yerləşən 1162b nömrəli bağ sahəsidir. Həmin sahə Pirşağı bağ massivində yerləşir, bələdiyyə ərazisinə aid deyil. Buna görə, məhkəmə əvvəlcə İddiaçı mövcud tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, cavabdehin xüsusi mülkiyyətində olan, Pirşağı bağlar massivində yerləşən 1162b nömrəli bağ sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Çünki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan 1162b nömrəli bağ sahəsi Pirşağı bağlar massivinə aiddir və bələdiyyə ərazisi deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “icra qeydinin ertibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 552/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-430/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-430/2021
18.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver