Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4303/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payın müəyyən olunması” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X16 (sədrlik edən və məruzəçi),oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-360/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X17 xx.xx.1973-cü il tarixdə X2 ilə nikaha daxil olmuş, həmin nikahdan İddiaçı (iddiaçı) xx.xx.1974-cü il tarixdə doğulmuş, nikah Salyan Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. X17 xx.xx.1988-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, arvada “Seyidova” soyadı verilmiş, həmin nikahdan xx.xx.1987-ci il tarixdə Cavabdeh2 (cavabdeh) doğulmuş, nikaha M.Seyidovun xx.xx.1997-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə X12 mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir.
4. Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi, ev 100, 1 saylı mənzilə X12 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir.
5. X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
6. Cavabdeh2 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olan anası X12 xx.xx.2021-ci il tarxdə vəfat etdiyini və ondan başqa vərəsə olmadığını bildirərək miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
7. Reyestrdə 2V-288 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 2a, mənzil 46 – yeni qaydalarla: AZ 1008, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.3 kv/m olan mənzildən ibarətdir.
8. Reyestrdə 2V-289 № ilə qeyd edilmiş Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi qızı Cavabdeh2dır. O, miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43,70 kv/m olan mənzildən ibarətdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh2 və ünvan 1 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlaklara payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, bu sənəd əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların ləğv edilməsi, həmin miras əmlaklarına 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 və X17 arasında Salyan rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.1973-cü il tarixdə 40 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Dadaşova soyadı olmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindəm verilmiş X8 məlum olur ki, X2 və X19 xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ata və anasıdır. X1 Leyla Yusif qızı arasında Yasamal rayon qeydiyyat şöbəsində nikah haqqında xx.xx.1988-cü il tarixdə 598 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Rəhimova soyadı Seyidova soyadı olmuşdur. X7 xx.xx.1997-ci ildə vəfat etmişdir. X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən aldığı məlumata əsasən Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil xx.xx.2021-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı DNK-nın 2v288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil xx.xx.2008-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Lakin, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi ev 118a, 19 saylı mənzil xx.xx.1997-ci il il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı DNK-nın 4Ə/2-148 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə vəfat edən X9 miras qalan əmlaklara dair Bakı şəhəri 15 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixində Bakı şəhəri 15 saylı DNK-na ərizə ilə müraciət edərək mərhum X9 miras qalan əmlaklara ondan başqa vərəsənin olmamasını bildirmişdir. Maraqlı hal ondan ibarətdir ki, 15 saylı DNK vərəsəlik işi açanda yalnız Cavabdeh2 təqdim etdiyi – Ölüm haqqında Şəhadətnaməni, çıxarışları, Nikah haqqında Şəhadətnaməni, Doğum haqqında .əhadətnaməni, şəxsiyyət vəsiqəsinin surətini almışdır.15 saylı DNK X3 ailə tərkibi barədə arayışı almamışdır, ümumiyyətlə vərəsələrin aşkar olunması ilə bağlı aidiyyəti ünvanlara lazımi sorğular verməmişdir. Cavabdeh2 X12 ölümünü mərhumun bacısından, qızından və digər yaxın qohumlarından gizlətmişdir və məqsədi mərhumun miras əmlaklarını ələ keçirmək olmuşdur. X3 ölməsi faktını qəbiristanlıqda bilmişlər. Cavabdeh2 15 saylı DNKna verdiyi ərizədə qeyd etmişdir ki, ondan başqa vərəsə çıxarsa həmin vərəsəyə miras əmlakdan ona çatası hissəsini qaytaracağı öhdəsinə götürmüşdür. Miras qalan daşınmaz əmlakların təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən alınmış arayışlardan məlum olmuşdur ki, vərəsəlik açılan anda miras əmlakları üzərində hər hansı bir məhdudiyyət olmamışdır. Cavabdeh2 İddiaçı vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı DNK-nın 2v-288 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız sayılması, bu sənəd əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, həmin miras əmlaklarına ½ hissədə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirdikləri miras əmlakı nə formal üsulla, nə də ki qeyri-formal üsulla qəbul etməmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı tərəf X9 qalmış mirasın onun tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ancaq hər bir halda məlum olduğu kimi mirasın açılmasından 2 ilə yaxın vaxt keçmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçı tərəf irəli sürdüyü tələblər üzrə qanunda nəzərdə tutulmuş müddəti də buraxmışdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçının irəli sürdüyü tələblərdən biri miras kütləsinə daxil olmuş mənzillərə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsidir. Bundan başqa, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair hər hansı bir hüquqları yaranmadığından (mövcud olmadığından), onun qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, eləcə də həmin şəhadətnamələr əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə dair tələblər irəli sürməsi ümumiyyətlə yolverilməzdir və əsassızdır. İddiaçının qeyd olunan tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyildir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələblərindən də göründüyü kimi iddiaçı, mübahisəli mənzillər üzrə mirasdakı payının müəyyən edilməsini, yəni hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, həmin faktı müəyyən edən sənədləri məhkəmədən kənar qaydada ala bilməməsinin mümkün olmamasını əsaslandırmamış, bu barədə sübut əlavə etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar notariat orqanına müraciəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir. Notariat orqanından rədd cavabı alacağı təqdirdə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edə bilərdi. Lakin qeyd etdiyi kimi, iddiaçı qeyd olunan halları, ümumiyyətlə iddiasının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırmamışdır.
13. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş xx.xx.1980-ci il təvəllüdlü X13 ifadəsində bildirmişdir ki, xx.xx.1980-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. İddiaçı bibisinin qızıdır. X5 ölməmişdən bir ay əvvəl “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq ondan nigaran olduğunu və görüşmək istədiyini bildirmişdir. İki dəfə evlərinə - “Çapayev 2” ünvanında yerləşən mənzilinə getmiş, lakin qapını açan olmamışdır. Bibisinin qonşularını da tanıyır. Aşağı mənzildə yaşayan qonşusunun qapısını döymüş, lakin o da açmamışdır. Daha sonra bibisinin “Facebook” sosial şəbəkəsinə yazmış, ondan nigaran olduğunu, telefonu format olunduğu üçün nömrəsinin silindiyini bildirmişdir. Bunları yazandan sonra onu oradan əngəlləmişdirlər. Bir müddət sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, X5 vəfat edib. Ondan nə vaxt vəfat etdiyini soruşmuş, iddiaçı isə iki il olduğunu bildirmişdir. Cavabdeh2 özü böyütmüşdür və evlərində nələr baş verirsə hamısını bilmişdir. Məlumatları olmadığına görə onlar tərəfdən dəfndə iştirak edən olmayıb. Mərhum xəstəxanadan birbaşa dəfn olunmağa aparılıb. Xəstəxanada olması barədə də məlumatları olmamışdır. Bibisi ona zəng vurub ürəyinin xəstə olduğunu, müalicə aldığını, lakin indi yaxşı olduğunu demişdir, hətta görüntülü də danışmışdırlar. Bibisi onu görmək istədiyini demiş, o da Arzu evdə olmadığına görə getmişdir. Evdə o, birtəhər oturmuşdur və ondan nə olduğunu soruşanda Arzu ilə aralarında problemlər olduğunu demişdir. Arzu onu itələmiş və yıxılaraq qolu göyərmişdir, lakin bibisinin özündən soruşanda bildirmişdir ki, sadəcə iynənin yeridir. Daha sonra bibisi ona demişdir ki, yumurtanı soyuducudan götürəndə yerə düşüb qırılmış və onun üstündə anasına ağır sözlər demişdir. Bibisi onu həmin evdə böyütmüşdür. Özünün 43 yaşı var, cavabdehin təvəllüdü isə yadında deyil. O, həmişə ona “ikinci ana” demişdir. Cavabdehlə münaqişəsi olmayıb. Hazırki gündə münaqişəsi ondan ibarətdir ki, hansı səbəbdən cavabdeh anasını gizlin dəfn edib edib və qohumlara məlumat verməyib. Cavabdeh2 bibisinə əzab verib, çünki o, ölən bir xanım deyildi. O, çox sağlam xanım idi və ən azı beş il də yaşayardı. Bibisi xəstə olmayıb və dedikləri kimi “Covid-2019” xəstəliyindən də vəfat etməyib. Bibisinin nömrəsini itirmişdir və Arzu da onun telefonunu əlindən alaraq qohumlarının nömrələrini silmişdir. Bu səbəbdən “Facebook” vasitəsilə bibisi ilə əlaqə saxlamışdır. İddiaçının anasının vəfat etməsindən iki il sonra məlumatı olub.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 360/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 360/2024 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ½ hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair verilmiş çıxarışların qeydlərinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə ½ hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı X3 qızı olmaqla Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir. X12 xx.xx.2021-ci il tarixdə vəfatı ilə miras açılmış və onun vərəsələrinin vərəsəlik hüququ yaranmışdır. Miras əmlaklara mərhuma məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil daxildir.
17. Cavabdeh2 mərhumun vəfatından 1 il müddət sonra xx.xx.2022-ci il tarixdə cavabdeh ünvan 1 yazılı ərizə ilə müraciət edərək, anası X9 qalmış miras əmlaklara - Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzil və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığı qeyd edilmişdir. Cavabdeh2 bu müraciətinə əsasən ona cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
18. Notarius tərəfindən miras qoyan X14 məxsus olan miras əmlaklarla bağlı vərəsəlik işi açılarkən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, hər hansı bir araşdırılma aparılmadan, Cavabdeh2 ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli ərizə (qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı) əsas götürülərək yalnız Cavabdeh2 adına 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Halbuki, miras qoyan X3 qızı - Cavabdeh2 başqa digər vərəsəsi də vardır. Notariat orqanı isə işin zəruri olan bu halına əhəmiyyət verməməklə, açılmış miras haqqında digər vərəsəyə məlumat verməmiş, mirasın açıldığı yerdə olmayan vərəsənin axtarılması üçün tədbirlər görməmişdir. Nəticədə mərhumun birinci növbədə vərəsəsi olan digər qızı İddiaçı vərəsəlik hüquqları pozulmuşdur. Halbuki, dövlət vərəsəlik hüququna təminat verir və vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi konstitusiya təminatı altına alınmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X12 ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı isə mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Notariat orqanı tərəfindən İddiaçı məlumatlandırılmamış, vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. Bununla da, İddiaçı açılmış vərəsəlik işi barədə məlumatı olmamışdır və miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Digər tərəfdən, mirası rəsmi qaydada sənədləşdirən vərəsə Cavabdeh2 isə notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə İddiaçı iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır.
20. Göründüyü kimi, qanun üzrə vərəsəliyi qəbul edən, hazırki iş üzrə Cavabdeh2 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan bacısı - İddiaçı barəsində notariat orqanına məlumat verməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinin, digər cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru isə vərəsələrin axtarılması üçün lazımi tədbirləri görməməklə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə İddiaçı vərəsəlik hüquqları pozulmuş, anasından miras qalmış əmlaklara dair bacısı – digər vərəsə Cavabdeh2 adına əmlakların tam payla onun adına özgəninkiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
21. Məhkəmə iddiaçı tərəfindən müddətin ötürülüb-ötürülməməsi məsələsinə münasibətdə hesab etmişdir ki, hazırki mülki iş üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe nəzərə alınmalı, İddiaçı vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməlidir.
22. Qanunvericiliyin tələbinə görə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Mirasdan imtina şəxsin konstitusiya ilə təmin olunan vərəsəlik hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada - notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Yuxarıda da qeyd edildiyi kimi X12 vəfatı ilə vərəsəlik işi açılarkən iddiaçının iradə ifadəsi – mirası qəbul və ya imtina etməsi nəzərə alınmamışdır. İddiaçı vərəsəlik hüququndan notarial formada imtina etməmişdir. Şəxs mirasdan imtina etmədiyi halda onun vərəsəlik hüququndan məhrum olması Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
23. Həmçinin, məhkəmə araşdırması zamanı X3 birinci növbəli başqa vərəsələrinin olması müəyyən olunmamışdır. Belə ki, X12 X2 ilə olan nikahı Salyan Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası MM-nin 1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. X12 13 dekabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olduğu X7 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.
24. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mirasqoyanın birinci növbədə vərəsəsi olmaqla mirasda pay hüququna malik olduğundan, onun adına cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən - ½ hissədə etibarsız hesab edilməli, mənzillərin tam payla Cavabdeh2 məxsus olmasına dair verilmiş çıxarışların qeydləri ləğv edilməli və miras əmlaklara Cavabdeh2 ilə yanaşı mərhumun digər vərəsəsi - İddiaçı da payı (1/2 hissədə) müəyyən edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1163, 1243.1, 1243.2, 1246, 1256, 1274, 1300, 1301.1, 1301.2, 1301.3, 1318, 1321.1, 1322-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə, 55, 59-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 360/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş “qətnaməyə izah verilməsi” barədə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-360/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 3-cü sətri icra qaydasında aşağıdakı məzmunda oxunması qərara alınmışdır: “Bakı şəhəri 15 saylı notariat ofisinin 2v-288 və 2v-289 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzilə (**********32-05301- 093001 reyestr nömrəli) və Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzilə dair aparılmış (**********88-05301-093013 reyestr nömrəli) çıxarış qeydləri ləğv edilsin. Bu hissədə qətnamənin icrası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin.“
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi miras əmlakları nə formal üsulla, nə də ki qeyri-formal üsulla qəbul etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illər ərzində anasımiras qoyan X18 ilə ünsiyyəti olmamış, həmçinin ölümündən əvvəl müəyyən müddət ərzində xəstə olmasına baxmayaraq, anasının səhhəti, xəstəliyi ilə maraqlanmamışdır. Həmçinin, iddiaçı tərəf anasının ölümündən xeyli müddət sonra məlumat əldə etdiyini bildirsə də, bununla bağlı da hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin işin qeyd olunan hallarına birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir münasibət bildirilməmiş, əsassız olaraq iddia tələbi təmin edilmişdir. İrəli sürülmüş iddia tələblərindən də göründüyü kimi iddiaçı mübahisəli mənzillər üzrə mirasdakı payının müəyyən edilməsini, yəni hüquqi faktın müəyyən edilməsini məhkəmədən xahiş etmiş, həmin faktı müəyyən edən sənədləri məhkəmədən kənar qaydada ala bilməməsinin mümkün olmamasını əsaslandırmamış, bu barədə sübut təqdim etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar notariat orqanına müraciəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəlik şəhadətnaməsinin alınması üçün əvvəlcə notariat orqanına müraciət etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
32. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh ünvan 1 və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. ünvan 5 ünvanlanaraq işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ 26 iyul 2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırki işdə iddia təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. İşdən müəyyən edilir ki, İddiaçı və Cavabdeh2 miras qoyan X12 yeganə vərəsələridir və miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2a, 46 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi ev 100, 1 saylı mənzildir.
42. Miras xx.xx.2021-ci il tarixdə açılmış və Cavabdeh2 Bakı şəhəri 15 saylı Notariat Ofisinə xx.xx.2022-ci il tarixdə müraciət edərək anası X12 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və ondan başqa vərəsə olmadığını bildirmiş, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
43. Notariat ofisi tərəfindən isə müvafiq notariat hərəkətləri aparılarkən və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən vərəsələrin dairəsi yoxlanılmamış, nəticə etibarı ilə digər vərəsə olan İddiaçı konstitusiyon hüququ pozulmuşdur.
44. İşdən həmçinin müəyyən edilir ki, İddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir.
45. Yuxarıda istinad olunan “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
46. İşdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə qeyd olunan Qərar qüvvəyə minənədək müraciət etmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 360/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR