Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4304/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Sumqayıt şəhər 3 saylı notariat ofisi və "xxxx" QSC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ödənilmiş kirayə haqqının geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 2525/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4E-411 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 əldə etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101- 093028 reyestr nömrəli çıxarışın, Bakı şəhəri 25 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-87 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101-093028 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdən Cavabdeh1 ödənilmiş kirayə haqqının hesablanaraq, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2525/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4E-411 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101-093028 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri 25 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, 4Ə-87 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına qeydə alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********75-05101-093028 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması məqsədi ilə mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məktubunda qaldırılmış məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məktubunda qaldırılmış məsələni, habelə bununla bağlı Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alıb, belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2525/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün icraata qəbul qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2525/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, Cavabdeh1 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4304/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2525/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Cavabdeh1 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4304/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4304/2024
25.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver