Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4304/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(005)-844/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları
1. 17 yanvar 2018-ci il tarixli lizinq müqaviləsinə əsasən “lizinq verən” - “Aqroservis" ASC (“Aqrolizinq" ASC) ümumi məbləği ümumi məbləği 11 450,00 manat olan kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra “lizinq alan”a-Cavabdeh mülkiyyətinə veriliməsi şərti ilə lizinqə vermişdir. Cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. 17 yanvar 2018-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasına əsasən, Cavabdeh 6400 manat ödəməklə,29 000 manat dəyərində Traktor Belarus-892 texnikası lizinqə götürmüş 11 000 manat qalıq məbləği, 1110 manat ödəməklə Kotan 4 gövdəli AG-14-4 texnikası lizinqə götürmüş və 450 manat qalıq məbləği ümumillikdə isə 11 450 manat qalıq məbləği yaranmışdır.
3. Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi "xxxx" ASC xx.xx.2018-ci il tarixli əmrinə əsasən, Aqrolizinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 59-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən Traktor Belarus-892 və Kotan 4 gövdəli AG-14-4 kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmiş güzəşt məbləğinin ümumi dəyəri 12 640 manat olmuşdur. –
4. xx.xx.2018-ci il tarixli 59-GL/18 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən, 2024-cü il üzrə cərimə borcunun məbləği ümumillikdə 13.380,19 manat məbləğində hesablanmışdır.
5. 30 oktyabr 2024-cü il tarixli lizinq müqaviləsi üzrə tərtib edilən maliyyə arayışına əsasən Cavabdeh gecikdirilmiş borc üzrə 9.350 manat,cərimə borcu üzrə 13.380,19 manat borcu ümumillikdə 22.730,19 manat borcu yaranmışdır.
6. Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Kredit Və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 30 oktyabr 2024-cü il tarixinə xx.xx.2018-ci il tarixli 59-GL/18 nömrəli lizinq müqaviləsi üzrə yaranmış gecikdirilmiş borc 9350 manat gecikdirilmiş borcu və hesablanmış 13380,19 manat cərimə məbləğini qısa zaman ərzində ödənilməsini xahiş edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. 14.11.2024-cü il tarixli qaimənin surətinə əsasən görünür ki, pretenziya məktubu Cavabdeh çatdırılmışdır.
8. 27 may 2021-ci il tarixdə məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə sazişdən görünür ki, “icraçı”-"xxxx" MMC “sifarişçi”-Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müqavilə bağlamışdır.
9. 24.12.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat pul məbləği köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 17 yanvar 2018-ci il tarixli 59-GL/18 nömrəli müqavilə üzrə 9.350,00 (doqquz min üç yüz əlli manat 00 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 13.380,19 (on üç min üç yüz səksən manat 19 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 17 yanvar 2018-ci il tarixli 59-GL/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 17 yanvar 2018-ci il tarixli 59-GL/18 nömrəli müqavilə üzrə 9.350,00 (doqquz min üç yüz əlli manat 00 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 13.380,19 (on üç min üç yüz səksən manat 19 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2025-ci tarixli 2(005)- 844/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 59-GL/18 nömrəli müqavilə üzrə yaranmış 9.350 manat əsas borc, 500 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9.850 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmas; hüquqi xidmətlərin göstərilməsinə görə Cavabdeh 300 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır.
14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişlər etməməklə nəticədə iddiaçıya əsas məbləğ üzrə 9.350 manat əsas borcu yaranmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Həmçinin, cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli 59- GL/18 nömrəli lizinq müqaviləsi üzrə 9.350 manat əsas borca münasibətdə 500 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir.
16. Bundan başqa məhkəmə qeyd etmişdir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 500 manat xidmət haqqının ödənilməsi hissəsində də iddia qismən təmin edilməli, 300 (üç yüz) manat vəkil bürosuna hüquqi yardım cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmin məbləği tələb edilən borcun, göstərilmiş hüquqi xidmətlərin həcminə mütənasib və ağlabatan hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 399.4, 421.2, 423.2, 424.2, 424.3, 747.1, 747.2, 748-1.8, 748-1.12, 748-1.12.1, 748-1.12.2, 748-1.12.3, 748-1.12.4, 748-1.13, 748-2.1, 442, 748-1.9, 748-7.1, 445.2.1, 448.1, 462.1 və 467-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.202021-ci il tarixli Qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab etmişdir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 300 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Beləliklə qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək, hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir və vəkilin məhkəmə prosesində iştirakı məcbur deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin hüquqi yardım ilə bağlı qismən təmin hissəsində ləğv edilməsi, bu iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 30.748-10.1-ci və 748-10.2-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 31.748-13.4.-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 32.748-1.12.-ci maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
33.14.1 və 14.2-ci maddələrinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.14.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. 35.67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 36.107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 37.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 38.119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 40.88, 217.1 və 217.3-cü maddələrinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.İddiaçı apellyasiya şikayətində məhkəməyə müraciət etmək üçün hüquqi yardımın göstərilməsi haqqında bağladığı müqaviləyə görə ödədiyi 500 manat məbləğində xərcin cavabdehdən tam tutulmamasından narazı olduğunu göstərmişdir. 44.Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir. Belə ki, Mülki Prosessual Məcəllənin 107, 115.0.6, 119.1, 121.1 və 220.5-ci maddələrinin mənasına görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə, yəni məhkəmə xərclərinə aiddir, məhkəmə qətnamənin nəticə hissəsində iddianın təmin yaxud rədd edilməsi haqqında nəticəyə gəlməklə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsi qaydasını da əks etdirir, bu məqsədlə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar qiymətləndirilməklə digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 45.Vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin məhkəmə tərəfindən müəyyən edilən məbləği ağlabatan olmalı, bu zaman göstərilən yardımın həcmi, müddəti, baxılan işin mürəkkəbliyi, vəkilin iştirak etdiyi iclasların sayı və s. amillər nəzərə alınmalıdır. 46.İş materiallarından isə görünür ki, hazırkı işdə vəkil qismində iştirak edən Nümayəndə iddiaçının məhkəməyə müraciətinə lazımi hüquqi yardım göstərmiş, iddianın uğurlu olması üçün müvafiq sübutları toplamış, lakin vəkil olaraq mülki iş üzrə birinci instansiya məhkəməsində cəmi bir iclasda iştirak etmiş, onun məhkəmədə fəallığı məhdud, prosessual hərəkətlərinin sayı isə az olmuşdur. İşin özü vəkildən xüsusi prosessual hərəkətlərin həyata keçirilməsini tələb edən dərəcədə mürəkkəb olmamışdır. 47.Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul vəsaitinin tutulması barədə gəldiyi qənaəti ilə razılaşaraq hesab edir ki, vəkilə etdiyi kömək üçün göstərilən məbləğdə ödəniş edilməsi daha ağlabatandır.
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prossesual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-844/2025 saylı 22 aprel 2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev