Məhkəmə qərarları › İş №2(103)-4305/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4305/2025

03.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4305/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" LPO ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ( “müqavilənin etibarsız hesab edilməsi ” ) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ,iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı LPO ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağdaş Rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) “ müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 432/2025 saylı mülki işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı ipoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 4 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, 4Ə-204 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən ******* manat məbləğində əsas borcun, hesablanmış 155000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə ******* manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamənin icrasının təmin edilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********196 saylı sorğuya cavab olaraq (xx.xx.2024- cü il tarixli, 3-21-3-35/2-928/2024 saylı məktubla) bildirilmişdir ki, X3 adına Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır (ümumi sahəsi 2.493,3 kv.m qeyd olunan əmlak). Həmin daşınmaz əmlak xx.xx.2022-ci il tarixli, 2V-765 reyestr nömrəli X30 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlanma əqdi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X3 adına ünvan 4 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (“Şirvan” restoranı). Həmin daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, 2V-97 reyestr nömrəli X30 hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmiş, daha sonra xx.xx.2022-ci il tarixli, 4Ə-204 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsində "xxxx" ASC ilə (İddiaçı ASC) X14 arasında bağlanmış və Bakı şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli G-2913 saylı ipoteka müqaviləsinə əsasən X14 tərəfindən ona məxsus olmuş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyriyaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranının kredit müqavilələrinin təminatı qismində bankın xeyinə ipoteka ilə yüklü edildiyi və bununla əlaqədar olaraq göstərilən əmlakların ipotekasının dövlət qeydiyyatının aparıldığı öz təsdiqini tapmışdır.Sözügedən daşınmaz əmlakların "xxxx" ASC (hazırda LPO İddiaçı ASC) qarşısında ipoteka ilə yüklü edilməsinə və həmin əmlaklara qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutma yönəldilməsinə baxmayaraq, 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən LPO Bankın ləğvedicisinin razılığı alınmadan özgəninkiləşdirilmişdir.

2. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim edərək, Mülki Məcəllənin 666.1, 668.1.1, 674.1,674.2-ci maddələrinə istinadən bildirmişdir ki, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi əsasları Mülki Məcəllədə tənzimlənmişdir. İstinad olunan maddənin mətninin təhlilindən görünür ki, iddia ərizəsində göstərilən əsaslardan heç biri Mülki Məcəllənin tələblərinə uyğun deyil. Eyni zamanda, iş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışa əsasən, Cavabdeh3 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 103A saylı qeyri yaşayış binası xx.xx.2024-cü il tarixində **********85-06301 reyestr nömrəsi ilə "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışa əsasən, Cavabdeh3 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 103C saylı əmlak kompleksi kimi müəssisə xx.xx.2024-cü il tarixində **********65- 12301 reyetr nömrəsi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, iddia tələbi ilə mübahisələndirilən Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 4 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair bağışlanma müqavilələri əmlaklar ipoteka ilə yüklü edilən tarixə qədər bağışlanmışdır. Bundan başqa nəzərə alınmaldır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən tutma ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranından başqa habelə Bankın girovuna qoyulmuş X8 və X9 məxsus "xxxx" ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi də nəzərdə tutlmuşdur.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-432/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 140, 148.2, 152.1,182.1, 269.1, 271.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.5,404, 405.1, 666.1; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı bəndinə; “ İpoteka haqqında” qanunun 8.1, 8.2, 10.1, 30.1, 48.1, 48.1.1-48.1.5; «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-1, 48; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin hüquqi əsasını AR MM-nin 284.2; 269.1; İpoteka haqqında Qanunun 30.1-ci bəndi təşkil edir. Belə ki, iddiaçı mərhum X14 ilə bağlanmış xx.xx.2005-ci il tarixli G-2913 nömrəli ipoteka müqaviləsinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə istinad edərək, ipoteka saxlayan – "xxxx" ASC-nin razılığı olmadan ipoteka predmetləri olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyriyaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranının özgəninkiləşdirilməsi (bağışlanması) barədə mərhumun övladları – Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış bağışlanma müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki işin materialları ilə müəyyən edilir ki, 13 dekabr 2022-ci il tarixli X30 hüququ haqqında şəhadətnaməyə əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası və 16 mart 2023-cü il tarixli X30 hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 4 əmlak kompleksi üzərində X3 vərəsəsi Cavabdeh1 tam hissədə pay almışdır. Hər iki şəhadətnamədə notarius tərəfindən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışlara əsasən (müvafiq olaraq xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********BO70501 və xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********SP70501 olan) əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. İddiaçı iddia ərizəsində ipoteka predmeti olan X30 şəhadətnaməsi əsasında əmlakın miras əmlak qismində Cavabdeh1 mülkiyyətinə keçməsini, həmçinin sonuncunun adına olan çıxarışı mübahisələndirməmişdir. Lakin əmlak Cavabdeh1 mülkiyyətinə keçirilən zaman da notarius tərəfindən real vaxt rejimində arayış əldə edilmiş və həmin arayışda hər hansı bir yüklülük öz əksini tapmamışdır. Yenə mülki işin materiallarında olan LPO İddiaçı ASC tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********020 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icra mərhələsində borclular ilə şifahi razılaşma əldə olunmuşdur. Bu səbəbdən İcra haqqında AR Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkar bank Ağdaş Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmiş; sonuncu xx.xx.2015-ci il tarixdə qətnaməni icra olunmadan məhkəməyə qaytarmışdır. Daha sonra bank zərurət yarandığından icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. 09 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə 4Ə-204 reyestr nömrəli və 4Ə-205 reyestr nömrəli müqavilələrə əsasən, sözügedən əmlaklar Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanılmışdır. Müqavilədə istinad edilən real vaxt rejimində əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********LN33410 arayışa əsasən əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. DƏDKR PHŞ-nin 17 saylı Yevlax ərazi idarəsinin məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilir ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyriyaşayış binası Bakı şəhəri 12 saylı DNK-nun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli 1M-74280 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C nömrəli əmlak kompleksi xx.xx.2024-cü il tarixli ********* qeydiyyat nömrəsi ilə "xxxx"ASC-nin xeyrinə yüklü (ipoteka) edilmişdir. Həmin əmlaklar üzərində ləğv prosesində olan AGBank ASC-nin xx.xx.2024-cü il tarixli **********908 saylı məktuba əsasən xx.xx.2024-cü il tarixdən və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(014)-35/2024 saylı qərardadına əsasən xx.xx.2024-cü il tarixdə qadağa qoyulmuşdur. Göründüyü kimi, mülki işin materiallarında mübahisə predmeti olan əmlakların üzərində ipoteka müqaviləsinin bağlandığı xx.xx.2005-ci il tarixdən və ya məhkəmə qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəldiyi xx.xx.2012-ci il tarixdən hər hansı məhdudiyyətin dövlət reyestrində qeydiyyatdan keçdiyini göstərən sübut yoxdur. Əksinə, məhdudiyyətin yalnız xx.xx.2024cü il tarixdən başlayaraq qeydiyyata alındığı çoxsaylı yazılı sənədlərlə təsdiq edilir. Mübahisələndirilən bağışlanma müqavilələrinin - 09 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə 4Ə-204 reyestr nömrəli və 4Ə-205 reyestr nömrəli müqavilələr bağlanarkən real vaxt rejimində əldə edilmiş xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********LN33410 arayışa əsasən əmlakların ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. Belə olan halda, notariat ofisi qanunvericiliyin tələblərinə uyğun qaydada bağışlama müqaviləsini bağlayarkən həmin ünvanda yerləşən əmlakların ipoteka ilə yüklü olması barədə məlumatı olmamış və bu hal «Elektron notariat» informasiya sistemində əks edilmədiyi üçün ola da bilməzdi. Digər tərəfdən bu yüklülük barədə bağışlama müqaviləsinin tərəfləri olan Cavabdeh1 və Cavabdeh3 də məlumatlı olması mülki işin materialları ilə müəyyən edilmir. Belə ki, ipoteka müqaviləsi üzrə borclu, məhkəmə proseslərində cavabdeh qismində onlar deyil, mərhum ataları cəlb edilmişdir. Bağışlama müqavilələri bağlanarkən məhkəmə qətnaməsinin qəbulundan on üç, ipoteka qoyanın vəfatından iki ilə yaxın müddət ötmüşdür. Belə olan təqdirdə iddiaçı tərəfindən cavabdehlərin bağışlama müqavilələrini bağlamaqda məqsədlərinin qətnamənin icrasında yayınma olması barədə mülahizəsi mötəbər sübutlarla təsdiqini tapmır. Eyni zamanda məhkəmə təkrar qeyd edir ki, bağışlanma müqaviləsi bağlanan vaxt mülkiyyətçi qismində səlahiyyətli şəxs Cavabdeh1 çıxış etmiş, onun ipoteka predmeti olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqları iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qətnaməsinin icra edilməməsinin səbəbi əmlakın özgəninkiləşdirilməsi deyil, tərəflərin arasında barışıqla bağlı danışıqlar davam etdirildiyi üçün tələbkar bank tərəfindən icra işinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etməsi olmuşdur. Beləliklə də, X14 tərəfindən ona məxsus olmuş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyriyaşayış sahəsi və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranının ipoteka ilə yüklü olmadığını tam yəqin etdikdən və bu fakt da notariat orqanının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin «Elektron notariat» informasiya sistemi vasitəsilə əldə etdiyi Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışın məzmunu ilə təsdiqini tapdığından, başqa sözlə, bağışlama müqaviləsi bağlanarkən hər hansı qanunsuzluğa və ya saxtakarlığa yol verilməsi öz təsdiqini tapmadığından müqavilələrin etibarsız hesab edilməsi barədə iddia təmin edilə bilməz. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır 4.Birinci instansiya icraatı zamanı müəyyən edilmişdir ki: - 13 oktyabr 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ələkbərov Fəzail "xxxx" Asc-nin Bankdan götürdüyü bir neçə kreditin qaytarılmasının təminatı olaraq,Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli,002891 №-li və xx.xx.2005-ci il tarixli,005669 №-li “Mülkiyyət hüququ haqında şəhadətnamələrə”əsasən mülkiyyətində olan restoran və qeyri yaşayış sahəsini Bankın xeyrinə ipoteka yüklü etmişdir. - 13 oktyabr 2005-ci il tarixli G-2913 saylı ipoteka müqaviləsinə Əlavə №1 əsasən X8 məxsus Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası 400 000 ABŞ dolları dəyərində,”Şirvan Restoranı” 240 000 ABŞ dolları dəyərində müəyyən edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən 2776.999 manat məbləğində əsas borcun, hesablanmış 155000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyriyaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1.144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının №2(103)-3256/2011 saylı,27 sentyabr 2011-ci il tarixli cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2011-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 14 may 2020-ci il tarixli,№ 2- 3(103)-132/2020 saylı qərarına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməmiş,”AG Bank” Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmişdir.Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir; - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlaklarının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən, X2 şəhəri,Azadlıq küçəsi 17 ünvanında yerləşən “Şirvan”restoranın mülkiyyətçisidir; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixli şəhadətnaməyə əsasən, X2 şəhəri,Azadlıq küçəsində yerləşən 2493,3 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixli verilmiş şəhadətnaməyə əsasən, X8 Ağdaş şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2828.3 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və satış qiyməti 650 manat təşkil etmişdir; - 12 dekabr 2012-ci il tarixli Cavabdeh3 tərəfindən Bakı şəhəri notariat kontoruna ünvanlanan ərizəyə əsasən, 01 oktyabr 2012-ci ildə vəfat etmiş atası X4 qalan ona çatası miras payından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. - 13 dekabr 2012ci il tarixli X5 tərəfindən Bakı şəhəri notariat kontoruna ünvanlanan ərizədən görünür ki,01 oktyabr 2012-ci ildə vəfat etmiş atası X4 qalan ona çatası miras payından Cavabdeh1 xeyrinə imtina etmişdir; - ünvan 13 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsəlik işinin aparılması üçün Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən 2493,3 kv.m qeydi-yaşayış sahəsinin üzərində məhdudiyyətin olub olmaması barədə arayış məktubu təqdim edən vərərəsi Cavabdeh1 göndərilməsi xahiş edilmişdir; - ünvan 13 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,xx.xx.2012ci ildə vəfat etmiş X7 vərəsəlik işinin aparılması üçün Ağdaş şəhəri,H.Əliyev pr ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2828.3 kv.m olan torpaq sahəsinə dair çıxarışı məhdudiyyətin olub-olmamasına dair arayış oun vərəsəsi Cavabdeh1 göndərilməsi xahiş edilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 14 ünvanında yerləşən 354,5 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyriyaşayış binası 0.2828 ha yaşayış məntəqələrinin torpaqları X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2022-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - X30 Hüququ Haqqında 29 oktyabr 2022-ci il tarixli Şəhadətnaməyə əsasən,xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan- Ağdaş şəhəri,20 yanvar küçəsi,E/63 ünvanında yerləşən ümumi shaəsi 354.5 kv/m olan fərdi yaşayış evi tam hissədə pay almalıdır; - 13 dekabr 2022-ci il tarixli Müqaviləyə düzəlişə dair müqaviləyə əsasən xx.xx.2020- ci il tarixli barışıq sazişinə əlavə olaraq “broclu tərəflər” olan X5 və Cavabdeh1,”tələbkar tərəflər” X16 və X1 şəhəri,H.Əliyev prospekti ünvanında yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 2828,3 kv.m olan X8 məxsus torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən X10 məxsus “Şirvan“ restoranı, Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən 2493,3 kv.m olan X10 məxsus qeyri-yaşayış sahəsi, Ağdaş rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 97 saylı qərarı ilə satılmış 0,41 hektar X10 məxsus torpaq sahələrinə pay haqlarından imtina etməklə X11 mülkiyyətinə keçməyə razılıq verirlər; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 əmlak kompleksi kimi müəssisə Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən 0.2828 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X7 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - X30 Hüququ Haqqında 13 dekabr 2022-ci il tarixli Şəhadətnaməyə əsasən,xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan- Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası və 0,2828 ha,0.0551 ha torpaq sahələri, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 105A ünvanında yerləşən ümumi sahəsi 0.3529 ha olan torpaq sahəsi tam hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyriyaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətində olmuş və xx.xx.2023- cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - X30 Hüququ Haqqında 16 mart 2023-cü il tarixli Şəhadətnaməyə əsasən, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan- ünvan 4 əmlak kompleksi kimi müəssisə tam hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 4 əmlak kompleksi kimi müəssisə Cavabdeh3 mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən “hədiyyə verən”-Cavabdeh1 Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən ümumi sahəsi 1909.8 kv/m olan qeyri-yaşayış binasının (şadlıq sarayı) və Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A ünvanında yerləşən ümumi sahəsi 0.2828 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsus olan hissəsini “hədiyyə alan”a – Cavabdeh3 bağışlamışdır; - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən “hədiyyə verən”-Cavabdeh1 Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103C ünvanında yerləşən,ümumi sahəsi 1595.7 kv/m olan qeyri-yaşayış binasının (Restoran) tam mülkiyyət üzrə ona məxsus olan hissəsini “hədiyyə alan”a – Cavabdeh3 bağışlamışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 24 may 2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyriyaşayış binası ümumi sahəsi 1909.8 kv.m olan və ümumi sahəsi 1595.7 kv.m olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 103C saylı əmlak kompleksi kimi müəssisə üzərində xx.xx.2005- ci il tarixli G-2913 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh3 tərəfindən "xxxx"ASC-nin yüklülüyü qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-16(014)- 35/2024 saylı icra vərəqəsinə əsasən Ağdaş şəhəri H.Əliyev prospekti 103A saylı qeyriyaşayış binası və Ağdaş şəhəri H.Əliyev prospekti 103C saylı əmlak kompleksi kimi müəssisə üzərinə qadağa qoyulmuşdur; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 14 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası Cavabdeh3 xüsusi mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daxil olmuş 11 aprel 2025-ci il tarixli məktubuna əsasən , Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası Bakı şəhəri 12 saylı DNK-nun təsdiq etdiyi xx.xx.2005-ci il tarixli 1M-74280 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə,Ağdaş şəhəri,Heydər Əliyev prospekti 103C nömrəli əmlak kompleksi ********** qeydiyyat nömrəsi ilə "xxxx"ASC-nin xeyrinə yüklü(ipoteka) edilmişdir. Həmin əmlaklar üzərində ləğv prosesində olan AGBank ASC-nin LPO AGBank ASC-nin xx.xx.2024-cü il tarixli **********908 saylı məktuba əsasən xx.xx.2024-cü il tarixdən və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(014)- 35/2024 saylı qərardadına əsasən xx.xx.2024-cü il tarixdə qadağa edilmişdir; Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-432/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 284.2, 295, 372.6, 385, 425.2, 560,” İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1, 88.1, 106.1,217.1,217.3, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə sübutlara fərqli və yanlış hüquqi qiymət verərək mülki prosessual qanunvericiliyin tələblərini pozaraq qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsində tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyriyaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 4 əmlak kompleksi) ipoteka ilə yüklü edildiyi və bununla əlaqədar olaraq göstərilən əmlakın ipotekasının dövlət qeydiyyatının aparıldığı göstərilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma yönəldilmiş ipoteka predmetləri olan daşınmaz əmlaklar bankın razılığı və xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu hal hazırda qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrasını mümkünsüz edir. Həmçinin iş üzrə cavabdehlərin qeyd edilən əmlakların kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində çıxış etməsi barədə məlumatlarının olmaması barədə fikir reallığı əks elətdirmir. Cavabdehlərin ipoteka predmeti olan əmlaklara dair birinin obirisinin xeyrinə vərəslikdən imtina etməsi, daha sonra həmin əmlakların bağışlama müqaviləsi ilə vərəsəlikdən imtina etmiş vərəsənin xeyrinə bağışlanması cavabdehlərin düşünülmüş şəkildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq istəmələrini göstərir. Tərəflər arasında ipoteka müqaviləsinin 2005-ci il tarixdə bağlandığını nəzərə alınsa, ipoteka qeydi barədə məlumatların yeni elektron sistemə köçürülmədiyini düşünülür. Cavabdehlərdə sistemdə yaranmış bu texniki səhvdən yararlanaraq ipoteka predmetini özgəninkiləşdirməyi bacarmışdılar. AR Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi cavabdehlər öz hüquqlarından sui-istifadə etmiş və bunun nəticəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc öhdəliyi bu günə kimi icra edilməmişdir. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır .Məhkəmə iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış, qiymətləndirməmiş və öz qətnaməsində iddiaçının təqdim etdiyi sübutlarla bağlı heç bir əsaslandırma göstərməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Apellyasiya icraatı zamanı Bakı şəhəri 9 saylı Notariat Kontoru və X31 Xidmət Mərkəzinin Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, hər iki notariat kontoru məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, cavabdehlərin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına bilərəkdən maneə yaratdıqlarını, belə ki, cavabdehlərin ipoteka predmeti olan əmlaklara dair birinin obirisinin xeyrinə vərəslikdən imtina etməsi, daha sonra həmin əmlakların bağışlama müqaviləsi ilə vərəsəlikdən imtina etmiş vərəsənin xeyrinə bağışlanması cavabdehlərin düşünülmüş şəkildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq məqsədi güddüyünü, belə ki hazırda həmin əmlaka tutuma yönəldilsə əmlakın bağışlandığı qardaşında onlara qarşı iddia qaldıraraq həmin əmlakı bağışlama yolu ilə ədlə etdiyini əsas gətirərək qətnamənin icrasına maneə yaradacığını, ipoteka qeydinin Daşınmaz Əmlakda bu qədər uzun müddət qeydiyyata alınmamasının konkret səbəbini bilməsə də bunu həmin dövrdə elektron sistemin olmaması, sonradan isə köhnə iş olduğundan informasiya ötürülməsində baş vermiş texniki nasazlıqla əlaqələndirdiklərini qeyd etmiş, birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilməyərək əsassız olaraq iddia tələbinin rədd edildiyini qeyd etmiş, birinci istansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bütün halların hərtərəfli şəkildə araşdırıldığını və obyektiv qiymət verildiyini, iddiaçının iddia etdiyi kimi qardaşlar arasında əvvəlcədən planlaşdırılmış şəkildə bu proseslərin həyata keçirilmədiyini, ailənin bütün üzvlərinin bir ailə üzvünün xeyrinə imtina etdiyini, bunun da təcrübədə çox rast gəlinən təbii bir hal olduğunu, qardaşların ümumilikdə atalarının borclarından xəbərləri olsa belə məhz hazırkı qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən xəbərdar olmadıqlarını, razılığa gəlmək üçün tərəflərin danışıqlar apardıqlarını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən gəlməyən proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır . Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.270.1 Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 271.2. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər.272. Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 273.Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. 284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər.284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 289.1. Bu Məcəllənin 274.2-ci maddəsi nəzərə alınmaqla, girov qoyulmuş əşyaya mülkiyyət hüququ həmin əşyanın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsi nəticəsində və ya universal hüquq varisliyi qaydasında girov qoyandan başqa şəxsə keçdikdə girov hüququ qüvvədə qalır. Girov qoyanın hüquq varisi girov qoyanın yerini tutur və əgər girov saxlayanla razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın bütün vəzifələrini daşıyır. 289.2. Girov qoyanın girov predmeti olan əşyası hüquq varisliyi qaydasında bir neçə şəxsə keçdikdə hüquq varislərindən (əmlakı əldə edənlərdən) hər biri girovla təmin edilmiş öhdəliyin icra edilməməsinin girovdan irəli gələn nəticələrini həmin əmlakın ona keçmiş hissəsinə mütənasib surətdə daşıyır. Lakin girov predmeti bölünməz olduqda və ya başqa əsaslara görə hüquq varislərinin ümumi mülkiyyətində qaldıqda onlar birgə girov qoyanlar olurlar.295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.1288. Miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir.1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.1313.Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. 13.“Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: 46-cı bəndinin 3-cü abzasına əsasən Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən X12 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. 14.«İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (Mülki Məcəllənin 222.2-ci maddəsi). 8.2-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 30.1-ci bəndinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair) 48.1, 48.1.1-48.1.5-ci maddələrinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir.

15. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 48-ci bəndinə əsasən Notarius tərəfindən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius tərəfindən dövlət reyestrindən X12 Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notariusun istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. 16.Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. 18.Qərarda qeyd edilmişdir ki, Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki mübahisəli münasibətlər zamanı ipoteka predmeti olan miras əmlak sonda vərəsəlikdən imtina etmiş şəxsin mülkiyyətinə keçdiyindən qanunvericiliyin tələblərinin təmin edilməsi və miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət həddin müəyyən etmək mümkün olmur. 19.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 76, 77, 80-82, 106, 119, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 13 oktyabr 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ələkbərov Fəzail "xxxx" ASC-nin Bankdan götürdüyü bir neçə kreditin qaytarılmasının təminatı olaraq, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş,xx.xx.2004-cü il tarixli,002891 №-li və xx.xx.2005-ci il tarixli,005669 №-li “Mülkiyyət hüququ haqında şəhadətnamələrə”əsasən mülkiyyətində olan restoran və qeyri yaşayış sahəsini Bankın xeyrinə ipoteka yüklü edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) cavabdehlər X14, X15 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən 2776.999 manat məbləğində əsas borcun, hesablanmış 155000 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyriyaşayış sahəsinə, ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranına, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönlədilmiş, daha sonra icra mərhələsində tərəflər arasında razılaşma əldəolunduğundan tələbkar icra sənədinin geri qaytarılmasını tələb etmiş, lakin müəyyən müddət keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə tələbkar tərəfindən icra sənədinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə yazılı müraciət edilmişdir.Məhz bu tarixdən sonra 09 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə 4Ə- 204 reyestr nömrəli və 4Ə-205 reyestr nömrəli müqavilələrə əsasən, sözügedən əmlaklar Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanılmışdır. 20.Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına əsasən hesab edir ki, borclunun vərəsələri olan oğlanları- Cavabdeh3 və Cavabdeh1 aradan bu qədər uzun müddət keçməsinə baxmayaraq kifayət qədər yüksək məbləğdə atalarının bankdan borc götürməsi və həmin müqavilənin təminatı kimi yuxarıda sadalanan 2 əmlakın ipoteka ilə yüklü edilməsindən xəbərdar olmamaları ağlabatan hesab edilmir. Bunun əksinə borclu öldükdən sonra ailəninin bütün üzvlərinin bir nəfərin xeyrinə miras payından imtina etməsi, daha sonra xeyrinə imtina edilmiş şəxsin məhz tələbkar tərəfindən icra sənədi yenidən icraya yönəldilməsi barədə müraciət edildikdən sonra həmin əmlakları digər qardaşa, yəni Cavabdeh1 bağışlaması cavabdehlər tərəfindən hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən həmin bağışlama müqavilələri notariusda bağlanarkən əmlakların ipoteka ilə yüklü edilməməsi ilə bağlı məlumatın elektron sistemdə olmaması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, müqavilənin 2005-ci ildə bağlandığını, məhkəmə qətnaməsinin isə 2012-ci ildə icraya yönəldiyi və həmin dövrlərdə elektron sistemin hələ tam təşəkkül tapmadığı nəzərə alınsa, notariusda bağışlama həyata keçirilərkən həmin əmlakların yüklü edilməsi barədə məlumatların elektron sistemə köçürülməməsi mümkündür .

21. Beləliklə, işin hallarından görünür ki, miras qoyanın kreditorunun hüquqlarının təminatı olan əmlaklar barədə kombinasiya qurulmaqla mülki məsuliyyətdən yayınma tam sübuta yetirilir və bunun məntiqi əksini müəyyən edən hallar barədə ağlabatan və əsaslı dəlillər təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməklə, ipoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 4 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli, 4Ə-204 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməli və onun əsasında verilmiş hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. 22.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 23.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-432/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı Yevlax Ərazi İdarəsi, Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. İpoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti 103A saylı qeyri-yaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (ünvan 4 əmlak kompleksi) Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli, 4Ə- 204 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 4Ə-205 reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilsin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar