Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4320/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(005)-64/2025 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il qeydiyyata alınmışdır.
2. ünvan 1 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il qeydiyyata alınmışdır.
3. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətinə keçirilmişdir. xx.xx.1997-ci ildə qeydiyyata alınmışdır.
4. “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” PHŞ tədqiqat obyektinə dair mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında idiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işiqlanma tələb olunan normadan azdır. Cavabdeh Göyüş oğluna məxsus ünvan 4 ünvanında tərəflərin həyətlərini ayıran ara divarda inşa edilən pəncərənin mövcudluğu iddiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı1 məxsus fərdi yaşayış evinin istismarına hər-hansı maneçilik törədilib-törədilməməsi barədə rəyin verilməsi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi”PHŞ səlahiyyətləri çərçivəsində deyil.
5. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(005)-358/2024 saylı, xx.xx.2023 tarixli mülki iş üzrə 1-ci sual üzrə rəyindən görünür ki, ünvan 4 saylı mənzildən 17 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış otağına tərəf pəncərənin açılmadığı, lakin ümumi sahəsi 15,5 kv.m olan açıq eyvan tikilisinə tərəf isə 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir.
6. “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” PHŞ-nin X2 həkim-laborantı, Abdullayeva Püstəxanım və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanda iddiaçılar Nümayəndə2, İddiaçı2 və İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunan normadan azdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə2 Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsini, pəncərəsinin bağlanması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5918/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Nümayəndə2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, Nümayəndə2, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yaşayan Cavabdeh tərəfindən ortaq divarında inşa edilmiş pəncərənin bağlanılması və tikilinin ilkin vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan ünvan 7 ünvanında yerləşən ev iddiaçıların ata yurdudur. Mərhum atası dünyasını dəyişdikdən qeyd olunan ünvan bərabər paylı tam mülkiyyət hüququ ilə onların mülkiyyətinə keçmişdir.Qeyd edirlər ki, yan qonşuları - hazırki Cavabdeh ortaq divarını tamamilə zəbt edərək üzərində özbaşına tikili inşa etmişdir. Belə ki, ünvan 8 ünvanında yaşayan cavabdeh onların mənzildə olmamağından sui-istifadə edərək, 2018-ci ilin əvvəllərində iki yaşayış evinin həyətini ayıran divara birləşik evinin ikinci mərtəbəsini (hesab edirlər ki, qanunsuz olaraq) inşa etmiş və oradan həmin divara birləşik pəncərə qoymuşdur. Bundan xəbər tutduqdan sonra cavabdehə pəncərəsini bağlamasını, ümumiyyətlə ortaq divarda evin inşasının başa çatdırılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu bildirsələr də, cavabdeh ilk olaraq onlara yalan vədlər verərək pəncərənin yerini dəyişəcəyini bildirmiş, daha sonradan digər qonşular ilə də arasında münaqişələr yaranması səbəbilə pəncərəni tam bərpa etmişdir. Cavabdehin evinin pəncərəsi nəinki həyətinə, hətta hazırda onların evinin (otağının) içinə baxır. Belə ki, evləri iki mərtəbəlidir və hazırda evinin ikinci mərtəbəsində təmir işləri gedir, lakin, cavabdeh qanunvericiliyin tələblərini pozmaqla bərabər onların təmir işlərinə ziyan vurmuş, mənzilini yararsız hala salmış, təbii işığın və təbii hava axınının qarşısını almışdır. Bundan başqa, cavabdeh və ailə üzvləri qərəzli şəkildə bütün gün pəncərədə dayanaraq onların ailə işlərinizə qarışır, qanunsuz evlərinə dair çəkilişlər aparır, təhqiramiz ifadələr işlədir. Qonşularının qanuna zidd hərəkətlər hərəkətləri bütün ailə üzvlərinin psixologiyasına mənfi təsir göstərir, qanunvericliklə qorunan hüquqlarını tapdalayır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(005)- 64/2025 nömrəli qərardadına əsasən iş üzrə icraata iddiaçı Nümayəndə2 aid hissədə xitam verilmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-29/2021 saylı mülki işin materiallarından görünür ki, iddiaçı Nümayəndə2 məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən aparılan qanunsuz tikililərin sökülməsini, o cümlədən iki pəncərəsinin bağlanmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 29/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5918/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hazırki iddia tələbi üzrə də iddiaçılar cavabdehə məxsus evdə olan pəncərənin bağlanmasını xahiş edir, öz izahatlarında cavabdehin ümilikdə 2 pəncərəsinin olduğunu eyd edirlər. Belə olan təqdirdə aydın olur ki iddiaçı Nümayəndə2 cavabdehə qarşı olan pəncərənin bağlanması tələbinə məhkəmədə artıq baxılmış və hüquqi qiymət verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı Nümayəndə2 Cavabdeh qarşı "pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması" tələbi ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə aktı vardır. Məhkəmə hesab edir ki, iddiaçılardan Nümayəndə2 Cavabdeh qarşı “pəncərənin bağlanılması” tələbinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, həmin hissədə işə baxılmasına xitam verilməli, digər iddiaçılara münasibətdə isə baxılmağa davam edilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(005)- 64/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
12. Qətnamə onunla əsaslandırlmışdır ki, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar bacı və qardaşdır, və cavabdeh isə onlarla qonşudur. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ortaq divarda inşa edilən pəncərə onun öz mülkiyyətindən istədiyi kimi sitifadə etməsinə maneə tördəir, hava axınının qarşısını alır və bu əbəbdəb bağlanmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların qardaşı Nümayəndə2 2021-ci ildə oxşar tələblə məhkəməyə müraciət etmiş, tələbi təmin edilməmişdir. Hazırki mülki iş üzrə də ilkin olaraq iddiaçı olan Nümayəndə2 dair tələb üzrə icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar qərardadı xitam verilmiş, həmin qərardaddan şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən təyin edilən 25 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 9 ünvanda yerləşən 16 saylı mənzildən 17 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış otağına tərəf pəncərənin açılmadığı, lakin ümumi sahəsi 15,5 kv.m. olan açıq eyvan tikilisinə tərəf isə 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” PHŞ X3 mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında idiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunn normadan azdır. Əvvəlki mülki proses zamanı keçirilmiş 12 fevral 2021-ci il arixli eksper rəyinə məhkəmə qərardadı ilə qoyulan 2-ci sualın cavabında qeyd edilmişdir ki, mütəxəssis rəyinə əsasən, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərələrin digər qonşunun hüquqlarını pozmadığı, işıqlandırmanın qabağını almadığı antisanitariya şəraiti yaratmadığı müəyyənləşdirilmişdir. Eyni zamanda həmin pəncərələrin 17-ci mənzilin damına baxdığı, orda hərəkət olmadığı qeyd edilmişdir. Aydın olur ki, 2021-ci ildə pəncərə evin damına baxdığı halda, hazırda eyvana baxır. Mülki işin materiallarında olan 28 iyul 2023-cü il tarixli Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məktubundan görünür ki, Nümayəndə2nsa tikintinin dayandırılması və tikilən 2-ci mərtəbənin sökülməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən, yaşayış otağında işıqlandırmanın az olması ilə cavabdehin evinin pəncərəsi arasında hər hansı asılılıq yoxdur. Belə ki, ekspert rəyi ilə müəyyən edilib ki, pəncərə evin eyvan tikilisinə tərəf baxır. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155, 171, 180-ci, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində və “Respublika Gigiyena və Epidemoloqiya Mərkəzi”PHS X3 mütəxəssis rəyində əks olunan iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmadığından iş üzrə qanunsuz nəticəyə gəlinmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Cavabdeh İddiaçı1 apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Apellyasiya şikayətində əsas kimi yalnız o, qeyd olunmuşdur ki, iş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində və “Respublika Gigiyena və Epidemoloqiya Mərkəzi”PHS X3 mütəxəssis rəyində əks olunan iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmadığından iş üzrə qanunsuz nəticəyə gəlinmişdir.
23. Lakin şikayətdə ekspert və mütəxəssis rəylərində iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmadığı qeyd olunmamış, yəni, apellyasiya şikayəti əsaslandırılmamışdır.
24. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə məhz ekspert və mütəxəssis rəylərinin nəticələrinə əsasən gələrək qeyd etmişdir ki, 25 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən 16 saylı mənzildən 17 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış otağına tərəf pəncərənin açılmadığı, lakin ümumi sahəsi 15,5 kv.m. olan açıq eyvan tikilisinə tərəf isə 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir, “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” PHŞ X3 mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında idiaçılar Nümayəndə2, İddiaçı2, İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunan normadan azdır, ekspert rəyində göstərilən, yaşayış otağında işıqlandırmanın az olması ilə cavabdehin evinin pəncərəsi arasında hər hansı asılılıq yoxdur.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(005)- 64/2025 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(005)- 64/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.