Məhkəmə qərarları › İş №2(103)-433/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-433/2023

06.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-433/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X28 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, X21 və İddiaçı3 qızının cavabdehlər Cavabdeh3 qızı, Bakı Şəhəri 28 saylı Notariat Ofisi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “əqdlərin etibarsız hesab edilməsi, vərəsəlik hüquqlarının tanınması, payların müəyyən edilməsi tələbi barədə” iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı1, İddiaçı3 qızının, hər üç iddiaçının vəkili (nümayəndəsi) X17, Cavabdeh3 qızının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçılar cavabdehlər X45, Cavabdeh3 qızı, Bakı Şəhəri 28 saylı Notariat Ofisi və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 21 saylı evə vərəsəlik hüquqlarına dair İddiaçı1 tərəfindən yazılmış və 28 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək 8İ-1760, 8İ-1762, 8İ-1763, 8İ-1764, 8İ-1765, 8İ- 1766 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin, İddiaçı3 tərəfindən yazılmış və həmin Notariat Ofisində rəsmiləşdirilərək 8İ-1735, 8İ-1736, 8İ-1737, 8İ-1738, 8İ-1739, 8İ-1740 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin, iddiaçı X.Mehdiyeva tərəfindən yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində rəsmiləşdirilərək 8İ-14428, 8İ- 14429, 8İ-1737, 8İ-14430, 8İ-14431, 8İ-14432, 8İ14433 reyestr nömrələri ilə qeydə alınmış ərizələrin etibarsız hesab edilməsi, iddiaçıların yuxarıda qeyd edilən fərdi yaşayış evinə vərəsəlik hüquqlarının tanınması, miras əmlak olan həmin ev üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən fərdi yaşayış evi iddiaçıların anası X7 mülkiyyətində olmuşdur. Bu hal xx.xx.1979-cu il tarixdə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Bakı şəhər X4 Bürosu tərəfindən verilmiş 5337 saylı “Daşınmaz əmlaka dair çıxarışda” öz əksini tapır. Həmin “Çıxarışda” iddiaçıların, onların mərhum qardaşları X22 və qardaşları olan cavabdeh X45 və hər birinin ailə üzvlərinin adları qeyd edilmişdir. Onların hər biri doğulan vaxtdan həmin evində yaşamışlar. Onların nənəsi (atanın anası) X23 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Onun iki oğlu və bir qızı var idi: iddiaçıların atası X13, iddiaçıların əmisi X19 və bibiləri Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızı olmuşdur. Onların əmisi X19 1943-cü ildə Vorkuta şəhərində ölmüşdür. O evlənməmişdir və onun uşaqları olmamışdır. İddiaçıların atası X13 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Onların bibisi Minəxanım Nəcəf qızı 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. O, cavan yaşında ölmüşdür, evlənməmişdir və onun uşaqları olmamışdır. Bibiləri Əliyeva (Nəcəfova) X52 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Onun övladları olmamışdır. İddiaçıların qardaşı X24 xx.xx.2016-cı il tarixdə ölmüşdür. O, evlənməmişdir və onun uşaqları olmamışdır. ünvan 1 ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, X19, X16, X24, X23, X46 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə notarius tərəfindən baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyü məlum olmuş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçılar əlavə olaraq qeyd edirlər ki, bundan sonra cavabdeh Asif Nəcəfli evə dair vərəsəlik hüquqlarının qeydə alınmasını həyata keçirmək üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olan zaman Asif Nəcəfli onların da qeyd edilən əmlak üzərində vərəsəlik hüquqlarının olduğunu bilmişdir. Asif Nəcəflinin miras əmlakı uzun illərdən sonra rəsmiləşdirməsinin əsas məqsədi, həmin əmlaka alıcının olması və əmlakı satmaq niyyətinin olması olmuşdur. Bu səbəbdən də rəsmiləşdirmə işlərini apararkən onlara müraciət edib, vərəsəlik hüquqlarından imtina etmələrini xahiş etmiş və bildirmişdir ki, əmlakın bir neçə şəxsin mülkiyyətinə verilməsi sonradan alğı-satqının rəsmiləşdirilməsində əlavə problem və xərc yaradır. X34rı inandırmışdır ki, onlar formal olaraq vərəsəlik hüquqlarından imtina etsələr də, faktiki heç bir hüquqlarından imtina etmirlər və əmlak satılandan sonra öz paylarına uyğun vəsaiti alacaqlar. Bundan sonra onlar hazırki iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı Notariat Ofisinə yollanaraq mübahisə predmetini təşkil edən notarial ərizə vermişlər. Asif Nəcəfli isə bilərəkdən evə dair heç bir rəsmiləşdirmə aparmamaqla onların hazırki iddiasına maneə olmağa çalışır.

3. Daha sonra iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişlər ki, qardaşları olan cavabdeh Asif Nəcəfli xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun yeganə varisi hazırki iş üzrə digər cavabdeh olan Cavabdeh3dir. Cavabdeh3 mərhum əri Asif Nəcəflinin miras əmlakını faktiki idarə etdiyindən sonuncunun öhdəlikləri üçün də iddiaçılar qarşısında məsuliyyət daşıyır. İndi isə Cavabdeh3 bilərəkdən mərhum əri Asif Nəcəfli tərəfindən verilən vədlərdən yayınaraq, onların miras hüquqlarını pozmaq niyyətindədir. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, Asif Nəcəfli tərəfindən verilən vədlər yerinə yetirilmədiyi üçün onların razılıq ərizələri məhkəmə qaydasında etibarsız hesab edilməli və iddiaçıların vərəsəlik hüquqları tanınmalıdır. Miras əmlak olan ev üzərində hər vərəsənin payları müəyyən edilərkən həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların daha bir qardaşları, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X22 vərəsəsi (övladı) mövcuddur – X51. Buna görə də, miras ev üzərində hər vərəsənin 1/5 nisbətdə paylarının müəyyən edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların qohumlarından qalan miras əmlakın qəbulundan digər vərəsə olan mərhum qardaşları Asif Nəcəflinin xeyrinə imtina etməsi ilə bağlı notariat qaydada ərizə tərtib etməsi və imzalanmasında onların həqiqi iradə ifadəsi olmuşdur. Həmin ərizələr hər hansı təzyiq və ya aldatma yolu ilə yazılmamışdır. Buna görə də həmin ərizələrin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas mövcud deyil. Bundan başqa, iddiaçıların birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələrinin 2020-ci ilin iyun ayında tərtib edilməsinə baxmayaraq, hazırki tələblə məhkəməyə Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir il müddət keçdikdən sonra müraciət etmişlər. Bununla da onlar kəsici müddəti ötürmüşlər. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və onların izahatları barədə məlumat

8. Hər üç iddiaçının vəkili (nümayəndəsi) F.Ələkbərzadə, İddiaçı1 və İddiaçı3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Vəkil (nümayəndə) F.Ələkbərzadə əlavə olaraq bildirdi ki, iddiaçılar ilə mərhum qardaşı A.Nəcəfli ilə mübahisəli əmlakın aralarında bölünməsi ilə bağlı razılaşmışlar. Lakin sonradan bu razılıq pozulmuşdur. Bu isə iddiaçılar tərəfindən verilmiş ərizələrin etibarsız hesab edilməsi üçün əsasdır.

9. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, onun mərhum əri A.Nəcəfli bildirmişdir ki, evin qiyməti 300.000 manatdır və o, evi satdıqdan sonra 170.000 manatı özündə saxlayacaq, 130.000 manatı isə iddiaçılara verəcək. O, ərinin ölümündən sonra qərara gəlmişdir ki, həmin qaydaya əməl etməlidir.

10. İddiaçı X.Mehdiyeva və cavabdeh olan Notariat Ofislərinin nümayəndələri apellyasiya baxışı iclasına gəlməmişlər, baxmayaraq ki Məhkəmə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə onlara məlumat vermişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat

11. Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Bakı şəhər X4 Bürosu tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 21 nömrəli ev paylı mülkiyyət hüququ üzrə X6, X29, X25 və X14 - bərabər paylarda 1/5 hissəsi, X15 1/5 hissəsi, X9 1/5 hissəsi, X35 1/5 hissəsi, X46 1/5 hissəsi mülkiyyətindədir.

12. Bakı Şəhəri 8 saylı Notariat Ofisi tərəfindən X36 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 294 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X14 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və bununla bağlı olaraq 25/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrarən Notariat Ofisinə müraciət edilməsi tövsiyə edilmişdir.

13. 8 saylı Notariat Ofisi tərəfindən X36 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 297 nömrəli məktubdan görünür ki, 1943-cü ildə ölmüş X10 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və bununla bağlı olaraq 27/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrarən Notariat Ofisinə müraciət edilməsi tövsiyə edilmişdir.

14. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 qızı tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və Bakı Şəhəri 28 saylı Notariat Ofisində 1735 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3 anası X18 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. O, anasının vəfatından sonra miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

15. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 28 saylı Notariat Ofisində 1736 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3 qardaşı X24 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. O, qardaşının vəfatından sonra miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

16. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 28 saylı Notariat Ofisində 1737 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3, 1946-cı il tarixdə vəfat etmiş bibisi X40 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

17. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 28 saylı Notariat Ofisində 1738 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3, 1943-cü ildə vəfat etmiş əmisi X8 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

18. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 28 saylı Notariat Ofisində 1739 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3, xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X11 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

19. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 28 saylı Notariat Ofisində 1740 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı3, xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

20. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1760 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

21. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1762 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X12 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

22. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1763 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, 1946-cı il tarixdə vəfat etmiş bibisi X40 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

23. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1764 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, 1943-cü il tarixdə vəfat etmiş əmisi X8 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

24. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1765 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X11 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

25. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 8 saylı Notariat Ofisində 1766 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı1, xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

26. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı X21 (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14428 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, 1943-cü il tarixdə vəfat etmiş əmisi X8 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

27. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı Xatirə Mehdiyeva (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14429 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, xx.xx.1999-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

28. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı Xatirə Mehdiyeva (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14430 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X12 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

29. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı Xatirə Mehdiyeva (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14431 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, xx.xx.1956-cı il tarixdə vəfat etmiş bibisi X2 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

30. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı Xatirə Mehdiyeva (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14432 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, 1946-cı il tarixdə vəfat etmiş bibisi X40 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

31. “Elektron notariat” X1 edilmiş çıxarışdan görünür ki, iddiaçı Xatirə Mehdiyeva (onun əvəzinə Nümayəndə imza etmişdir) tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 14433 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, Xatirə Mehdiyeva, xx.xx.1955-ci il tarixdə vəfat etmiş nənəsi X11 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X25 1/20 hissəsi (xx.xx.1979-cu il tarixdən), X31 19/20 hissəsi (xx.xx.2021-ci il tarixdən) mülkiyyətindədir.

33. Bakı şəhəri Səbail Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamədən” görünür ki, X47 ilə X20 (Cavabdeh3 qızı) arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmışdır.

34. 3 saylı Bakı “ASAN Xidmət” X26 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Asif Nəcəfli xx.xx.2021-ci il tarixdə ölmüşdür.

35. ünvan 3 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X5, xx.xx.2016-cı il tarixdə ölmüş X12, 1946-cı il tarixdə ölmüş X40, 1943-cü il tarixdə ölmüş X8, xx.xx.1955-ci ildə ölmüş X11, xx.xx.1956-cı il tarixdə ölmüş X3 miras qalmış əmlakdan xx.xx.2020-ci il tarixdə 8 saylı Notariat Ofisində, xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində, xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 28 saylı Notariat Ofisində mirasdan imtina barədə ərizə rəsmiləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən mirasdan imtina barədə ərizə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Bununla bağlı iddiaçılara müvafiq məhkəməyə müraciət etmələri tövsiyə edilir. Həmçinin bildirilir ki, Notariat Ofisi tərəfindən verilmiş “Vərəsəlik hüququ haqqında şəhadətnamə” məhkəmə qətnaməsi əsasında verilmişdir.

36. ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizələri geri götürə bilməz. Bu səbəbdən mirasdan imtina ərizələri ləğv edilə bilməz.

37. Belarus Respublikası Minsk Şəhəri Baş Ədliyyə İdarəsinin VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İ-BH seriyalı, ******* saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, iddiaçıların qardaşı X41 xx.xx.2020-ci il tarixdə 63 yaşında vəfat etmişdir.

38. Belarus Respublikası Notariat Palatasının Minsk Şəhər Notariat Dairəsi Minsk Şəhərinin Frunze rayonunun 1 saylı Notariat Kontoru tərəfindən mərhum X25 övladı X44 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Eldar Nəcəfov vəfat etdikdən sonra 68/2020/718 saylı vərəsəlik işi açılmışdır. Qanun üzrə vərəsə - miras qoyanın övladı, Minsk şəhəri, Danil Serdiç küçəsi, ev 40, mənzil 21 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Rüfət Nəcəfovdur. Miras əmlak Minsk şəhəri, Danil Serdiç küçəsi, ev 40 ünvanında yerləşən 21 saylı mənzilə mülkiyyət hüququnda 1/2 paydan ibarətdir. Miras qoyanın arvadı X27 ərizə yazaraq miras payından Rüfət Nəcəfovun xeyrinə imtina etmişdir. Qeyd edilən mənzil İrina Nəcəfova ilə Eldar Nəcəfovun birgə nikahları dövründə, yəni xx.xx.2021-ci il tarixdə əldə olunmuşdur. Bu səbəbdən də, mənzil, onların birgə mülkiyyəti sayılır. Başqa miras əmlak barədə məlumat bildirilməmişdir. Mirası qəbul etmiş digər vərəsələr yoxdur.

39. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə ərizəçi X31 “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə” ərizənin təmin edilməsi, ərizəçi Asif Nəcəflinin xx.xx.2016-cı il tarixdə ölmüş doğma qardaşı X24 ilə, xx.xx.1956-cı il tarixdə ölmüş bibisi X16 ilə, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi X23 ilə, 1943-cü il tarixdə ölmüş X8, 1943-cü il tarixdə ölmüş əmisi X19 ilə və atasının bibisi olan, 1946-cı il tarixdə ölmüş X57 ilə qohumluq əlaqəsində olması faktının, Bakı şəhəri, Səbail rayonu, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 saylı ev üzərində X12 miras qalmış 1/5 hissədə payın, X11 miras qalmış 1/5 hissədə payın, X8 miras qalmış 1/5 hissədə payın, X3 miras qalmış 1/5 hissədə payın, X40 miras qalmış 1/5 hissədə payın ərizəçi Asif Nəcəfli tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsini, həmin qətnamənin ərizəçi Asif Nəcəfliyə qeyd edilən miras paylara dair “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi üçün əsas olmasını qət etmişdir.

40. Həmin qətnamədən görünür ki, hazırki iş üzrə iddiaçıların həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edərək mübahisə predmeti olan miras əmlakdan Asif Nəcəflinin xeyrinə imtina etdiklərini bildirmişlər.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından (İş № 2(103)-2102/2022) görünür ki, həmin qərardadla İddiaçı1, X21 və İddiaçı3 qızının verdikləri apellyasiya şikayətinin təmin edilməsi, Səbail Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ərizəçi X31 “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə” ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

42. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, yuxarıda göstərilənlərə, iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlara əsasən apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar, mübahisəli fərdi yaşayış evinin qohumları olan mülkiyyətçilərinin vəfatı ilə əlaqədar həmin əmlakdan onlara düşən vərəsəlik payının qəbul edilməsindən imtina etmiş və onların imtina ərizələri notariat orqanları tərəfindən rəsmiləşdirilərək qeydə alınmışdır. Hazırda iddiaçılar həmin ərizələrin etibarsız hesab edilməsini və mübahisəli əmlaka paylarının müəyyən edilməsini xahiş edirlər.

44. Bundan başqa, o da müəyyən olunur ki, iddiaçıların qardaşı mərhum Asif Nəcəfli yuxarıda qeyd edilən miras əmlakın onun tərəfindən qəbul edilməsi və qohumluq faktlarının müəyyən edilməsi ilə bağlı ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, hazırki iş üzrə iddiaçılar həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edərək mübahisə predmeti olan miras əmlakdan Asif Nəcəflinin xeyrinə imtina etdiklərini bildirmişlər.

45. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (maddə 339.4.). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.).

46. “B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

47. Sonuncu qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirdikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

48. Mülki Məcəllənin 1268-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (maddə 1268.1.). Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir (maddə 1268.2.).

49. Məhkəmə, iddiaçıların istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd edir ki, onların göstərdiyi əsaslarla razılıq ərizələrinin etibarsız hesab edilməsi üçün iddiaçılar sübut etməlidirlər ki, onlar Asif Nəcəflinin onları aldatması və onlara təsir etməsi nəticəsində ərizələri vermişlər. Çünki MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2 və 77.1). Lakin sübut etmə yükü üzərinə düşən iddiaçılar bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər.

50. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi mübahisələndirilən əqdlər üzrə iddiaçılar tərəfindən bir illik müddətin ötürülməsi nəticəsinə gəlməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçılar birtərəfli əqd olan miras əmlakdan imtinaya dair ərizələri 2020ci ilin iyun ayında tərtib etmələrinə baxmayaraq hazırki tələblə məhkəməyə bir illik müddəti ötürməklə, yəni xx.xx.202022-ci il tarixdə müraciət etmişlər. g) apellyasiya baxışının nəticəsi

51. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir.

55. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, X21 və İddiaçı3 qızının birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar