Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4341/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-970/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına və qeyrilərinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanılmış 24.09.2010-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” ASC-yə borclu olmağı barədə qeydin Cavabdeh3 silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə Cavabdeh3 MMC-dən almış olduğu 01.10.2019-cu il tarixli, SF-23230 nömrəli çıxarışa və “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona göndərmiş olduğu 06 iyul 2017-ci il tarixli, 159 nömrəli bildirşə əsasən onun xxxx ASC-yə 24 sentyabr 2010-cu il tarixli 10685 saylı kredit müqaviləsinə görə 1.116.533 manat (775470 manat əsas+ 341.063 manat faiz borcu) borclu olduğu göstərilmişdir. Bildirir ki, qeyd edilən kredit müqaviləsi bağlanan zaman o, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi işləyirdi və cəmiyyətin rəhbəri İbrahim Hüseynovun göstərişinə əsasən o, xxxx ASC-nin Nəqliyyat filialına gedərək şəxsiyyət vəsiqəni verib bilmədiyi bəzi sənədlərə qol çəkmişdir. Sonradan o, istintaqa çağırılanda bilmişdir ki, qol çəkmiş olduğu sənədlər 940.000 manat məbləğində kredit müqaviləsidir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, xxxx ASC ilə bağlanılmış həmin kredit də daxil olmaqla bir çox kredit müqavilələri üzrə cinayət işi başlanılmış, bağlanılmış həmin kredit müqavilələrinin saxta və qanunsuz olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 nömrəli, 01 iyun 2017-cİ il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Göstərilən hökmə əsasən onunla xxxx ASC-nin Nəqliyyat filialı arşında bağlanılmış 24 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 940.000 manat pulun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İbrahim Hüseynov və Cahangir Hacıyev tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Həmin hökmə əsasən xxxx ASC-nin mülki iddiası qismən təmin edilmiş və onunla formal olaraq bağlanılmış 24 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi də daxil olmaqla X5 və X1 9,696.204,52 manat alınaraq, “xxxx” ASC-yə verilməsi qərara alınmışdır. Yəni onunla “xxxx” ASC arasında bağlanılmış 24.09.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş pulun qaytarılmasına görə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən X5 və X6 öhdəlik daşıyırlar. Həmin məhkəmə hökmündən sonra onun adının kredit reyestrində göstərilən kredit müqaviləsinə görə borclu kimi göstərilməsi hüquqi baxımdan mümkün deyildir. Nəzərinizə çatdırır ki,yuxarı göstərilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 nömrəli, 01 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edildikdən sonra X3 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətindən 07.08.2017-ci il tarixdə almış olduğu 195/6082 nömrəli çıxarışda onun yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcunun olmadığı göstərilmişdir. xxxx ASC ilə Cavabdeh1 QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında 16.09.2016-cı il tarixdə bağlanılmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Proses gedişatında Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əsas borcu üzrə 775.470 (yeddi yüz yetmiş beş min dörd yüz yetmiş) manat, faiz borcu üzrə 341063.33 (üç yüz qırx bir min altımış üç manat, 33 qəpik) manat, cəmi 1116533,33 (bir milyon bir yüz on altı min beş yüz otuz üç manat, 33 qəpik) manat və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub “Aqrarkredir QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “Cavabdeh1" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh2 MMC) vasitəsilə həyata keçirilir. İlkin iddia üzrə İddiaçı tərəfindən cavabdeh “xxxx” QSC-yə və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit müqaviləsinə əsasən hesablanmış əsas və faiz borclarının silinməsi barədə” iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Belə ki, “xxxx” ASC-nin “Nəqliyyat” filialı ilə İddiaçı arasında 24.09.2010-cu il tarixli 10685 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 940.000 (doqquz yüz qırx min) manat məbləğində kredit verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca yerinə yetirməmiş və hazırda banka İddiaçı əsas borcu üzrə 775.470 (yeddi yüz yetmiş beş min dörd yüz yetmiş) manat, faiz borcu üzrə 341.063.33 (üç yüz qırx bir min altımış üç manat, 33 qəpik) manat, cəmi 116533,33 (bir milyon bir yüz on altı min beş yüz otuz üç manat, 33 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə İddiaçı dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-970/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 24.09.2010-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, 24.09.2010-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxx” ASC-yə borclu olmağı barədə qeydin Cavabdeh3 silinməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərəkilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən sözügedən qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. İşin hallarından görünür ki, cavabdehin adı həmin cinayət işi üzrə zərərçəkmiş kimi deyil, şahid qismində iştirak etməsi sübut olunmuş, onun adına yazılmış 24.09.2010-cu il tarixli 10685 saylı kredit müaqaviiəsi üzrə əsas borcu üzrə 775.470 (yeddi yüz yetmiş beş min dörd yüz yetmiş) manat, faiz borcu üzrə 341.063.33 (üç yüz qırx bir min altımış üç manat, 33 qəpik) manat, cəmi 1.116.533.33 (bir milyon bir yüz on altı min beş yüz otuz üç manat, 33 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC- dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-FK-29 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 QSC-yə verilmişdir. Cavabdeh1 QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh2 MMC) vasitəsilə həyata keçirilir. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının səlahiyyətli nümayəndəsi X8 izahatında şikayəti müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı bütövlükdə mübahisələndirməklə, apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-970/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, haqlı olaraq müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli Hökmündən görünür ki, “xxxx” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin göstərişi əsasında İddiaçı adından ödənilməsi rəsmiləşdirilmiş 935300,00 manat məbləğində pul nağd şəklində filialın əməkdaşları və qeyriləri vasitəsilə filialların kassalarından götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, bankla İddiaçı arasında “bağlanmış” kredit müqaviləsinin uydurma əqd olmağı işin mübahisəsiz halını təşkil edir. Mülki qanunvericiliyə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 24.09.2010-cu il tarixli kredit müqaviləsi etibarsız hesab edilməli, 24.09.2010-cu il tarixli kredit müqaviləsi üzrə Hüseynov Rauf Həsənalı oğlunun “xxxx” ASC-yə borclu olmağı barədə qeydi Cavabdeh3 silinməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan hissədə düzgün nəticəyə gəlmiş olsa da, ilkin iddia üzrə cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətini ümumiyyətlə müzakirə etməmiş və ona aid hissədə iddia tələbinə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələbi baxımından cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin iddia tələbinin yönəldiyi şəxs hesab edilə və iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-970/2020 saylı, 05 fevral 2020ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 QSC-nin Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-970/2020 saylı, 05 fevral 2020-ci il tarixli qətnaməsi ilkin iddia üzrə cavabdeh “Bank X2 Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4341/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4341/2020
20.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver