Məhkəmə qərarları › İş №2(103)-4355/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4355/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4355/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyətinin (yenidən təşkil olunmaqla yaradılan İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh7 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(010)- 21/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “İddiaçıbank” ASC) (yenidən təşkil olunmaqla yaradılan İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X5 və Cavabdeh7 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 2015-ci il 10 fevral tarixli 012/15/PBN №-li kredit müqaviləsinə əsasən 100.934,95 ABŞ dolları əsas, 102.729,28 ABŞ dolları hesablanmış faiz, 201.734,47 ABŞ dolları dəbbə pulu, cəmi 405.398,70 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 54.000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binanın Cavabdeh1 mülkiyyətindəki 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binanın Cavabdeh1 mülkiyyətindəki 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzildən orada yaşayan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 çıxarılması, mənzilin boşaldılması, ipoteka predmetinin 62.500 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətindəki 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən Cavabdeh2 mülkiyyətindəki 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzildən orada yaşayan Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X3 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 müqavilə üzrə 100.934,95 ABŞ dolları əsas, 44.662,02 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilə və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzilin ilkin satış qiymətinin 81.600 (səksən bir min altı yüz) manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilin ilkin satış qiymətinin isə 82.000 (səksən iki min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş mənzillərin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 145696,97 (bir yüz qırx beş min altı yüz doxsan altı dollar doxsan yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması, mənzillər satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və X3 həmin evi tərk etmədiyi halda onların həmin evdən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzilin onların yeganə yaşayış yeri olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdiyini, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 10 fevral 2015-ci il tarixli, 012/15/PBN №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “İddiaçıbank” ASC-nin “Nərimanov” filialından illik 20 faizlə 36 ay müddətinə evin təmiri məqsədilə 125.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 12.02.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, “İddiaçıbank” ASC tərəfindən Cavabdeh1 125.000 ABŞ dolları məbləğində vəsait verilmişdir. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin 12.02.2015-ci il tarixdən 12.01.2018-ci il tarixədək faiz ödənişi cəmi 42.228 ABŞ dolları, əsas məbləğ ödənişi 125.000 ABŞ dolları olmaqla, cəmi 167.228 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 30.07.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 781 nömrəli reyestr kitabının 72899 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 17.05.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1892 nömrəli reyestr kitabının 174431 nömrəli vərəqində qeydiyyata alınmışdır. 23.07.2013-cü il tarixli, 254/13/PBN №-li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 23.07.2017-cü il tarixli 254/13/PBN №-li kredit müqaviləsi üzrə borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetlərinin dəyəri müvafiq olaraq 47.000 manat məbləğində müəyyən edilmişdir (bənd 3.1). 23.07.2013-cü il tarixli, 254/13/PBN №-li ipoteka müqaviləsinə 10.02.2015-ci il tarixli 03 №-li əlavədən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil və Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetlərinin dəyəri müvafiq olaraq 54.000 və 62.500 manat məbləğində müəyyən edilmişdir (bənd 2.2). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində istifadədə olan 0.1347 ha torpaq sahəsində yerləşən 8 №-li binada, 38.6 kv.m yaşayış, 67.5 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 117 №-li mənzil “İddiaçıbank” ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 90 №-li binanın 6-cı mərtəbəsində yerləşən 46.74 kv.m yaşayış, 18.1 kv.m yardımçı, 64.84 kv.m ümumi sahədən ibarət 3 otaqlı 10 №-li mənzil “İddiaçıbank” ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yüklülüyün müddəti 36 ay müddətinədək müəyyən edilmişdir. 21.03.2016-cı il tarixli, 612/16 nömrəli bankın xəbərdarlıq məktublarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 09.03.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 100.934,95 ABŞ dolları əsas, 102.729,28 ABŞ dolları hesablanmış faiz, 201.734,47 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 405.398,70 ABŞ dolları borcu məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2019-cu il tarixli, 23394 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “borcalan” Cavabdeh1 tərəfindən “İddiaçıbank” ASCdən alınmış kredit vəsaiti üzrə Banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir. 10.02.2018-ci il tarixə əsas kredit borcu üzrə 100.994,52 ABŞ dolları, faiz borcu üzrə 44.662,02 ABŞ dolları, 09.03.2018-ci il tarixə əsas kredit borcu üzrə 100.994,52 ABŞ dolları, faiz borcu üzrə 46.289,15 ABŞ dolları. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının (köhnə adı - “X7 və Hüquq Şirkəti” MMC) 18 noyabr 2020-ci il tarixli, 246 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, “AB” y/s, Yeni Günəşli qəsəbəsində 8 №-li binanın 117 №-li mənzili, 9 mərtəbəli Leninqrad tipli panel konstruksiyadan inşa edilmiş binanın 5-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi, 74,32 m2 olan üç yaşayış otağından və yardımçı sahələrdən ibarət olan orta təmirli mənzilin hazırkı və 10 fevral 2015-ci il tarixə orta bazar qiyməti 81.600 manat müəyyən edilir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 90 №-li binanın 10 №-li mənzilin, 9 mərtəbəli Leninqrad tipli xarici və daxili divarları paneldən inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşməklə, ümumi sahəsi 80,4 m2 olan üç yaşayış otağından və yardımçı sahələrdən ibarət olan zəif təmirli mənzilin hazırkı və 10 fevral 2015-ci tarixə orta bazar qiyməti 82.000 manat müəyyən edilir. Qeyd: Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən binalarda mənzilin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. 09.03.2016-cı il tarixli, 575/16 №-li bildirişdən görünür ki, “İddiaçıbank” ASC tərəfindən Cavabdeh1 borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün 11.03.2016 və 14.03.2016-cı il tarixli ərizələr ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və 15.03.2016-cı il tarixdə bildirişlər qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Bundan sonra Qanunun) 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində cərimə və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”-nın 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir. Siyahının qeyd hissəsinə əsasən bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, qanunun borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə tələbin yönəldilməsinə yol verilməməsi barədə göstərişi, ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir və ipoteka saxlayanın ipoteka ilə yüklü edilmiş mənzilin satılmasını tələb hüququnun əmələ gəlməsi onun yeganə yaşayış yeri olmamasına bağlı deyil. İpoteka saxlayanın, borclunun təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, yeganə yaşayış yeri olub olmasından asılı olmayaraq ipoteka ilə yüklü edilmiş mənzilin satılmasını tələb etmək hüququ əmələ gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(010)-21/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar