Məhkəmə qərarları › İş №2(103)-4356/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4356/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4356/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(010)-431/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1109.16 manat borcun № **********010 abonent koduna və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin ’’İddiaçı” ASC-nin hesabina ödənilməsinə, ümumilikdə 1139.16 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə №-20842242, abonent kodu-**********010) əsasən cavabdehə iddiaçi tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su və kanalizasiya xidmətlərinə görə ödəniş etməmişdir və nəticədə 11.09.2020-ci il tarixinə abonentin 1109.16 manat borcu yaranmışdir. Ötən illər ərzində İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 22.07.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Abonent Cavabdeh yaşadığı mənzildə ailə tərkibinin 6 nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətinə görə hesablama aşağıdakı qaydada aparılmışdır: 1 kub.m x 0.50 manat x 5 kub.m = 2.50 manat, 2.50 manat x 6 nəfər = 15 manat, 15 manat x 74 ay = 1109.16 manat. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(010)-431/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(010)-431/2021 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin məhkəməyə müraciət etməsinə səbəb cavabdeh 6 nəfər ailə tərkibi ilə su və kanalizasiya xidmətindən istifadə etməsinə baxmayaraq, illər ərzində ödənişlər etməmisidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı ASC nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış olan 22.07.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh su və tullantı su xidmətlərindən istifadəyə görə “İddiaçı" ASC-yə 22.07.2020 tarixə 1.109,16 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və "X2" 2.1.9.2 yarımbəndinə əsasən “Su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir Əks halda, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətim dayandırmaq hüququna malikdir”. Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulmasının təmin edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli, 1363 №-li arayışdan görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanda qeydiyyatdadır və aşağıdakı ailə tərkibi ilə birlikdə yaşayır. Ailə tərkibi: 1.Həyat yoldaşı - X4 - 08.07.1989-cu il – qeydiyyatsız, 2.Qızı - X5-01.02.2014-cü il, 3.Oğlu - X6- 20.10.2019-cu il. Abonent kartından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01.04.2007-ci il tarixdə 20842242 nömrəli müqavilə bağlanmış və **********010 №-li abonent kodu verilmişdir. Borc məbləği 1109,16 manat təşkil edir. İş materiallarına əlavə edilmiş abonent kartından görünür ki, İddiaçı ASC ilə X3 arasında 01.10.2015-ci il tarixdə 21414033 nömrəli yeni müqavilə bağlanmış, **********003 №-li yeni abonent kodu verilmiş və X3 **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Həmin sənəddə abonentin ünvanı kimi “Y.ünvan 2avab olaraq İddiaçı ASC Suraxanı rayon Sukanal idarəsi tərəfindən göndərilmiş olan 16.02.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadə etmək üçün 01.04.2007-ci ildə müqavilənin (********) bağlanmasına lazım olan sənədlər həmin ildə arxiv olmadığına görə uzun müddət saxlanılmamışdır. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X3 arasında 01.10.2015-ci il tarixdə 21414033 nömrəli yeni müqavilə bağlanmış, **********003 №-li yeni abonent kodu verilmiş və X3 **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər etmişdir. İşin araşdırılan halları ilə müəyən edilir ki, iddiaçının qeydiyyatda olduğu ünvan 3 ünvanla bağlı həmin ünvanın sahibi olan idiaçının anası X3 ilə abonent müqaviləsi bağlanılmış, onın adına 2015-ci il tarixdən abonent kartı açılmış və sonuncu tərəfindən həmin müqavilə üzrə sudan istifadəyə görə mütəmadi ödənişlər edilmişdir. Buna baxmayaraq, eyni ünvanda qeydiyyatda olan iddiaçı Cavabdeh adına da abonent kodu verilərək təkrarən 1139,16 manat borc məbləği hesablanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, iddiaçı tərəfindən ünvan 1 ünvanı üzrə **********010 saylı abonent koduna dair cavabdeh tərəfindən üzərinə öhdəlik götürülməsinə dair müqavilə bağlansa da, həmin ünvan üzrə **********003 saylı abonent kodu üzrə mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi (anası) X3 tərəfindən faktiki istifadə etdiyi suya görə **********003 saylı abonent kodu üzrə ödəniş aparıldığına iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə eyni ünvan üzrə **********010 saylı abonent koduna görə pulun hesablanması əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, iddiaçı iddia tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş 2000 manat məbləğindən aşağı olduğundan, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(010)-431/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar