Məhkəmə qərarları › İş №2(103)-436/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-436/2022

28.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-436/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-402/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nin (Keçmiş “Leninneft” NPU) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı- Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən istifadə edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Birinci instansiya məhkəməsində icraat: 04 iyun 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin cavabdehin hesabına boşaldılaraq Birliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nin (Keçmiş “Leninneft” NPU) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, bu tələblərə əməl etməmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 4065525:4480409 koordinatlar üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərinə düşüb düşmədiyini müəyyən etmək üçün ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 406525;4480409 koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Cavabdehin vəkili X4 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarına əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinin Cavabdeh daimi istifadəsinə verilməsi qərara alınmış və həmin qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-402/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair iddiaya baxılmış, hazırda qüvvədə olan məhkəmə qərarı və həmin qərar əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsi Cavabdeh daimi istifadəsindədir. Belə olan halda, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən İddiaçı nümayəndəsi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1210/2022 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunması iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı nümayəndəsi apelyasiya şikayətində göstərilmişdir ki, sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR “Azneft" İB-nin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilindədir. Torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1717/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə ilə bağlanan müqaviləyə əsasən cavabdehin 99 il müddətinə istifadəsinə verilmiş, daha sonra məhkəmənin qərarı əsasında onun daimi istifadəsinə verilmiş və həmin qərar icra edilmişdir. Məhkəmə də müəyyən edilmiş halları nəzərə alaraq, hazırki iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3582/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına ümumiyyətlə hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat) Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclası barədə ona məlumat verilsə də, sonrakı məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ekspert X3 izahat verərək onun tərəfindən verilmiş rəyləri təsdiq etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinin tələblərinə görə 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 22-ci maddəsinin tələblərinə görə sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və -əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı müəssisə onun qanuni istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudlarında 34875,5 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək özbaşına tikili inşa edildiyinə istinad edərək, həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair hazırki iddianı irəli sürmüşdür. Müəyyən edilmişdir ki, hazırda cavabdehin istifadəsində olmaqla, onun tərəfindən tikili inşa edilən torpaq sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdır. İşin materiallarından həmçinin görünür ki, Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi haqqında 17 may 2003-cü il tarixli 01/034 №-li müqavilədən görünür ki, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 34875.5 kv.m. torpaq sahəsi 99 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)- 2394/2014 №-li qərarına əsasən iddiaçı Cavabdeh iddiasının təmin edilərək, onun istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 17 may 2003-cü il tarixli 01/034 saylı torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edərək, göstərilən torpaq sahəsinin daimi istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin üzərinə qoyulması, iddiaçı Cavabdeh istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisində şossesində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qərara alınmışdır. X7 kitabında 04 fevral 2015-ci il tarixdə 41441 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçü 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi üzvlərinin ümumi yığıncağının 29 dekabr 2014-cü il tarixli 21 saylı protokolu ilə Cavabdeh daimi istifadəsinə ayrılan 34875.5 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2015-ci il tarixli 2-1(82)- 2394/2014 №-li qərardadından görünür ki, məhkəmənin 17 dekabr 2014- cü il tarixli 2- 1(82)-2394/2014 №-li qərarı üzrə başlanmış icraata xitam verilmişdir. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. Kollegiya tərəfindən mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022ci il tarixli 10/972 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Bİnəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikililər (talvar və gözətçi otağı) tikililəri iddiaçıya məxsus A N9537024 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mülki iş materiallarında “Azneft" İstehsalat Birliyinin “Balaxanıneft” NQÇİ-nə ayrılmış əraziyə aid hər hansısa bir xəritə materialı olmadığından, mübahisəli tikililərin İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən təkrar ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3714 saylı rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikililər və torpaq sahəsi Cavabdeh məxsus A N9537024 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinə dair cavabdehlə bələdiyyə arasında bağlanmış müqaviləyə dəyişiklik edilməklə bələdiyyənin üzərinə torpaq sahəsinin daimi istifadəyə verilməsi vəzifəsinin qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, onun məzmununda müəyyən edilmiş bəzi diqqətəlayiq məqamların nəzərə alınması zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olsa da, sözügedən torpaq sahəsinin eyni zamanda Balaxanı bələdiyyəsinin mülkiyyəti kimi müqaviləyə əsasən cavabdehin 99 il müddətinə istifadəsinə verillmiş, daha sonra həmin sahə qanuni qüvvəsini almış məhkəmənin qərarı əsasında onun daimi istifadəsinə verilmiş və həmin qərar icra edilmişdir. Qüvvədə olan məhkəmə qərarı və həmin qərar əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsi Cavabdeh daimi istifadəsində olması faktı öz təsdiqini tapmışdır. Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdehin tərəfindən inşa edilmiş tikililər və toraq sahəsinin ona məxsus A № 537024 saylı toraq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi iş üzrə təyin edilmiş ekspertizaların xx.xx.2022-ci il tarixli 10/972, xx.xx.2022-ci il tarixli 10/3714 saylı rəyləri ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixli 10/972 saylı rəydə mülki iş materiallarında İddiaçısalat Birliyinin «Balaxanıneft» NQÇİ-nə ayrılmış əraziyə hər hansısa bir xəritə materialının olmadığından mübahisəli tikililərin İddiaçısalat Birliyinin «Balaxanıneft» NQÇİ-nə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün deyildir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, iddiaçının nümayəndəsinin razılığı ilə tərəflərin iştirakı ilə baxış keçirilmiş mübahisəli ərazi ilə bağlı video çəkilişdə də mübahisəli torpaq sahəsinin faktiki cavabdehin istifadəsində olması əks edilmişdir. İddiaçı tərəf tələbində Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, bu tələblərə əməl etməməsinə dair sübutları təqdim etməmişdir. Həmçinin iddiaçı tərəf 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarının mövcudluğu barədə məlumatları olmasını bildirsə də, ondan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verməmələrini də etiraf etmişdir. İddiaçı tərəf daha sonra Cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan bir hissəsinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin olmaqla orada yataqlar olmasını göstərsə də, buna dair heç bir sübut növü təqdim etməmişdir. İddiaçı tərəfin etirafından daha sonra görünür ki, həmin sahədə qaz, neft kəmərləri keçmir, onların yerinə təkindən çıxarılması üçün hər hansı qurğular mövcud deyildir. Cavabdehin tərəfin göstərdikləri təqdim edilmiş video çəkilişdən də görünmür. Videoda əks edilən işıq dirəkləridir ki, onlar da iddiaçıya aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq cavabdehin də iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal, yəni, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı- Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsinin həm İddiaçısalat Birliyinə aid olması onun hazırki iddiasının əsaslı olmasını da təsdiq etmir. Belə ki, həm Balaxanı Bələdiyyəsi tərəfindən 7 may 2003-cü il tarixli 01/034 №-li müqaviləsi, həm də preyudisial əhəmiyyət kəsb etməsə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı qüvvədədir. İddiaçı tərəf müəyyən müddətə icarəyə verilmiş sahənin cavabdeh tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə onun hansı hüquq və mənafeyinə xələl gətirməsinə, neftqaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmadığı üçün və hazırki vəziyyətdə, işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına və orada Balaxanı Bələdiyyəsi tərəfindən 7 may 2003-cü il tarixli 01/034 №-li müqaviləsi, həm də preyudisial əhəmiyyət kəsb etməsə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarına əsasən istifadə edən Cavabdeh tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiası təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Bundan başqa, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən məhkəmə-tikinti texniki ekspertizasının dəyərini təşkil edən 100 (50+50) manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1210/2022 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertizanın dəyərini təşkil edən 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar