Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4366/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Qanuni nümayəndə iştirakı ilə, iddiaçı Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3441/2024 nömrəli 07 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 onun anası, digər cavabdehlər Cavabdeh2 və X17 onun övladlarıdır, həmçinin İddiaçı da onun övladıdır, anası isə Qanuni nümayəndə olmaqla, onların aralarında rəsmi nikah bağlanmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4544/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “ünvan 8, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilmiş, ünvan 8, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmiş, qətnamə qalan hissədə, yəni “vərəsəlik şəhadətnamələri əsasında aparılmış qeydiyyatların ləğv olunması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4544/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88 və ünvan 4, 2 saylı mənzilə (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 Ml, m.2) dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, Cavabdeh4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payının müəyyən edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının həmin iddia tələbləri baxılmamış saxlanılmışdır.
4. X11 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 4, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X17 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X8 bağışlamışdır
5. xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 6, mənzil 2 (AZ1025 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan mənzilin ona məxsus 1/3 hissəsini alıcı Cavabdeh1 Həsənağa oğluna 20 000 manat müqabilində satmışdır.
6. xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 6, mənzil 2 (AZ1025 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan mənzilin ona məxsus 2/3 hissəsini alıcı Cavabdeh1 Həsənağa oğluna 60 000 manat müqabilində satmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 4, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərə dair X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinin, ünvan 8 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 8 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, Qanuni nümayəndə X12 ilə faktiki nikaha daxil olmuş, nikahlarını rəsmiləşdirməsələr də, birlikdə yaşamış, xx xxxxxxx 2009-cu il tarixdə Zəhra adlı qızları dünyaya gəlmişdir. X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh2 və X17 da X4 övladlarıdır, lakin həmin uşaqların anaları X13 ilə də X16 arasında rəsmi nikah bağlanmamışdır. Cavabdehlərdən Cavabdeh3 X6 anasıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx xxxxxxx 2009-cu il təvəllüdlü X5 atasının X12 olması faktı müəyyən edilmiş, doğum haqqında akt qeydlərində dəyişiklik edilərək ata qrafasında X12 (milliyyəti azərbaycanlı), ana qrafasında Qanuni nümayəndə (milliyyəti azərbaycanlı) kimi məlumatların göstərilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Xətai Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(011)-71/2022 saylı qətnaməsi ilə Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının xx.xx.2018-ci il tarixində vəfat etmiş X4 miras əmlakına vərəsəlik hüququnun tanınması, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, 128 saylı mənzilə olan 100% paya dair xx.xx.2020-ci il tarixli və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 90 saylı mənzilin ½ hissəsinə dair xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatların ləğv olunması, xx.xx.2018-ci il tarixində vəfat etmiş X1 miras qalmış - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 90 saylı mənzilin ½ hissəsinə və Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 2538, 128 mənzilə olan 100% payına dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, Cavabdeh4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payı müəyyən edilmiş, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4544/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “ünvan 8, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilmişdir. ünvan 8, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4544/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-71/2022 saylı iş üzrə 16 dekabr 2022-cü il tarixli qətnaməsi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88 və ünvan 4, 2 saylı mənzilə (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 Ml, m.2) dair Cavabdeh3 ¼, Cavabdeh2 ¼, Cavabdeh4 ¼ və Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının ¼ payının müəyyən edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmuş, Vahabova (Məhərrəmli) Zəhra Fariz qızının həmin iddia tələbləri baxılmamış saxlanılmış, bağışlanan və alqı-satqı müqavilələrinin etibarsızlığına dair iddia qaldırmaq hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı (Məhərrəmlinin) Fariz Vahabovun qanun üzrə birinci növbəli vərəsəsi, Fariz Vahabovun miras əmlakının isə ünvan 8 ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzildən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzildən, ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,43 kv/m olan 2 saylı mənzildən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62.2 kv/m olan mənzilin 1/2 hissəsindən, "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa etdiyi binada yerləşən 128 saylı mənzilə olan 100% paydan ibarət olduğu işin mübahisələndirilməyən halıdır. İddiaçı (Məhərrəmlinin) mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ məhkəmə qətnamələrinə əsasən tanınmışdır. Miras əmlakdan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62.2 kv/m olan mənzilin 1/2 hissəsi və "xxxx" MMC-nin ünvan 6 ünvanda inşa etdiyi binada yerləşən 128 saylı mənzillə bağlı mübahisə bitmiş, öz qanuni həllini tapmışdır. Hazırkı iddia digər üç miras əmlakla bağlıdır. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X7 vərəsələri - anası Cavabdeh3dır və miras əmlakdan 1/3 hissədə, xx.xx.2007-ci il təvəllüdlü qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, X9r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X10 verilmiş **********26-05101-093055 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X6 vərəsələri - anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X9r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Əraziİdarəsi tərəfindən xx.xx.2016 tarixdə X10 verilmiş **********26-05101-093049 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzildən ibarətdir. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqındaşəhadətnamə”də göstərilmişdir ki, xx.xx.2018 tarixdə vəfat etmiş X6 vərəsələri – anası Cavabdeh3dır və o, miras əmlakdan 1/3 hissədə, qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə, qızı X9r və o miras əmlakdan 1/3 hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Əraziİdarəsi tərəfindən xx/xx/2016 tarixdə X10 verilmiş **********68-05101-093014 reyestr, U16083811 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzildən ibarətdir. X11 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və Bakı şəhəri,Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 6, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) mənzillərdə olan payını X17 ilə bağladığı xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinə əsasən X8 bağışlamışdır. ünvan 8 88 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 8 89 saylı mənzilin 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi üzərində xx.xx.2020-ci il tarixdə Vahabzadə (Vahabova) Fatimə Fariz qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 8 88 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 8 89 saylı mənzilin 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi üzərində xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. ünvan 8 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ciil tarixli alqı-satqı müqaviləsinə əsasən 30 000 manata; ünvan 7 ünvanında yerləşən 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60 000 manata; ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 000 manata Cavabdeh1 satılmışdır. ünvan 8 88 saylı, ünvan 8 89 saylı mənzil və ünvan 4 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə ailəvi yaxınlığı olan şəxs olmuş, hətta Fariz Vahabov qətlə yetirilən gündən bir gün əvvəl onlar bir yerdə olmuş, bu səbəblə də cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmişdir. Cavabdeh1 mərhum Fariz Vahabovun ailəsinə yaxınlığı fotoşəkillər və toy mərasimlərində çəkilmiş videogörüntülərlə də təsdiq olunur. Bütün bunlar onu deməyə əsas ver ki, Cavabdeh1 vicdanlı alıcı hesab oluna bilməz, miras əmlakdan Zəhraya pay düşməsin deyə mübahisəsi gedən əmlaklar formal alqı-satqılar əsasında Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh1 ailənin yaxın adamıdır və Farizin Zəhra adlı nikahdankənar övladının olması və ona mirasdan pay düşməsin deyə bu əməliyyatların formal aparılmasından əvvəldən xəbərdar idi.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 may 2024-cü il tarixli 2(011)-3441/2024 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə alqısatqı müqavilələrinin bağlanması zamanı onun iddiası üzrə əqdin etibarsızlığına əsas ola biləcək hallar barədə Cavabdeh1 məlumatlı olmasına dair sübutları nə hazırkı məhkəmə araşdırması zamanı, nə də əvvəlki məhkəmə araşdırması zamanı təqdim etməmiş, eyni zamanda müəyyən olunmuşdur ki, alıcı Cavabdeh1 mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etmişdir.
11. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş disk və fotoşəkillərə münasibət olaraq bildirmişdir ki, mərhum Fariz Vahabovun sağlığında Cavabdeh1 tanıması, habelə birlikdə toy məclisində iştirak etməsi, cavabdehin vicdanlı alıcı olmasını istisna edən hal deyildir. Məhkəmə həmçinin iddiaçı tərəfindən mənzillərin aşağı qiymətə satılmasına dair tələbinə münasibət olaraq bildirmişdir ki, müqavilələrin azadlığı prinsipinə əsasən alqı-satqı müqaviləsi predmetinin dəyəri tərəflər arasında razılaşdırıldığından mənzilin aşağı qiymətə satılması həmin əqdin etibarsızlığı üçün əsas deyildir. Cavabdeh1 iddiaçı tərəfindən mübahisələndirilən ünvan 9 ünvanında yerləşən mənzil, ünvan 10şən 89 saylı mənzil və ünvan 10şən 88 saylı mənzilin vicdanlı alıcısı olduğundan onunla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə bilməz.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bundan əvvəl məhkəməyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında aparılmış qeydiyyatların ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmiş, həmin məhkəmə prosesinin gedişatında xx.xx.2020-ci il tarixli bağışlama və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən məlumatlı olmuş, bağışlama müqavilələrin etibarsızlığı və alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı isə Cavabdeh1 cavabdeh qismində cəlb etməklə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı 1 illik kəsici müddəti ötürmüşdür.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.1.5, 324.4, 337.1, 337.4, 339.1, 339.2, 354.1, 567, 666.1, 668.1.1, 354, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).
20. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).
21. Maddə 324.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
22. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
23. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
25. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
33. Hazırda mübahisə predmetini miras əmlak olan - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 4, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) təşkil edir.
34. Göründüyü kimi əvvəlcə Cavabdeh3, X17 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə qeyd edilən üç əmlaka münasibətdə hər biri 1/3 hissədə pay almışdır. Daha sonra Cavabdeh3 mənzillərdə olan payını bağışlama müqaviləsinə əsasən X8 bağışlamışdır.
35. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ünvan 8, ümumi sahəsi 28.63 kv/m olan 88 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, F.V 5 ünvanında yerləşən, ümumi sahəsi 43.8 kv/m olan 89 saylı mənzilə və ünvan 4, mənzil 2 (Yeni qaydalarla Az1025. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 42.43 kv/m olan 2 saylı mənzilə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər və həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatlar qanuni hesab edilə bilməz.
36. Cavabdeh3 sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlaklardan aldığı payını xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 bağışlamışdır.
37. Yuxarıda qeyd edildiyi kimi həmin şəhadətnamələr artıq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir, həmçinin müəyyən edilmişdir ki, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatlar qanuni hesab edilə bilməz. Belə olan halda həmin bağışlama müqaviləsi də etibarsız olmuşdur, Cavabdeh3 sərəncam vermək hüququ olmamışdır, bağışlama buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilmişdir.
38. Bundan başqa ünvan 8 88 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 manata sonuncuya satılmışdır.
39. ünvan 8 89 saylı mənzil Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60000 manata sonuncuya satılmışdır.
40. ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 60000 manata və mənzilin 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20000 manata Cavabdeh1 satılmışdır.
41. İddiaçı alqı-satqı müqavilələrini də mübahisələndirmiş, birinci instansiya məhkəməsi isə alıcı Cavabdeh1 vicdanlı alıcı hesab etməklə iddia tələbini rədd etmişdir.
42. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir.
43. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004cü il tarixli Plenum Qərarı).
44. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı (“K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il taraixli Qərarı).
45. Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Hazırki işin hallarından isə göstərilənlər müəyyən olunmur.
46. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il taraixli Qərarı).
47. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə aşağıdakı üç zəruri şərtin mövcudluğu halında şəxs vicdanlı əldə edən sayıla bilməz: əvəzli əqdin bağlındığı vaxt mübahisəli əmlak barəsində üçüncü şəxslərin iddiası olduqda; alıcı bu iddiadan məlumatlı olduqda və bu iddia sonradan qanunla müəyyən olunmuş qaydada hüquqauyğun hesab edildikdə.
48. İddiaçı tərəfindən təqdim edilmiş CD-dəki görüntülərə, həmçinin fotoşəkillərə baxış keçirilərkən müəyyən edilir ki, Cavabdeh1 mərhum Fariz Vahabovun təxminən 2000ci illərin sonlarında təşkil etdiyi bacısının toy məclisində iştirak edir və onların yaxın münasibətdə olduqları, Cavabdeh1 onlara, ailəsinə yaxın biri olduğu aşkar görünür.
49. Belə olan halda alıcı Cavabdeh1 yalnız mülkiyyət hüququna dair reyestrdəki yazının mövcudluğu faktına əsasən əmlakı əldə etməsinə əsaslanaraq, onun vicdanlı alıcı olması qənaətinə gəlmək yolverilməzdir.
50. Hazırki işin hallarından da görünür ki, mübahisəli mənzillərə dair Cavabdeh1 alqısatqı müqaviləsi bağlayarkən həmin mənzillərə iddiaçı iddialı olmuş və bu iddiadan Cavabdeh1 məlumatı olmuşdur.
51. Beləliklə Kollegiya hesab edir ki, 88, 89 və 2 saylı mənzilərə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız (əhəmiyyətsiz) əqdlərdir, çünki hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə satıcılar qismində çıxış edən cavabdeh Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 səlahiyyətli subyekt olmamış, Cavabdeh1 isə əmlakı vicdanlı əldə etməmişdir. Alqı-satqı müqavilələri etibarsız olduğundan, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeyd də ləğv edilməlidir.
52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, ünvan 8 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 8 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsi Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsi Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
53. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq, etibarsızlığın nəticələri tətbiq olunmaqla etibarsız hesab edilən alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, 88 saylı mənzilə görə ödənilmiş 30000 manat; 89 saylı mənzilə görə ödənilmiş 60000 manat; 2 saylı mənzilin 2/3 hissəsinə görə ödənilmiş 60000 manat və 1/3 hissəsinə görə ödənilmiş 20000 manat Cavabdeh1 geri qaytarılmalıdır.
54. Birinci instansiya məhkəməsi həmçinin, Mülki Məcəllənin 354-cü maddəsinə əsaslanaraq, iddianı 1 illik kəsici müddətin keçməsinə görə rədd etmiş, lakin bu zaman maddi hüquq normasını səhv təfsir etmişdir.
55. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.
56. Kollegiya qeyd edir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
57. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllənin 337.3-cü maddəsi). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
58. Mübahisələndirilən əqdlər, onu bağlayan şəxsin iradəsinin zədələnməsi halında baş verir. Yəni, əqdi bağlayan şəxsin iradəsi zədələndikdə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur.
59. Etibarsızlığın növündən asılı olaraq, bəzi tələblərə müxtəlif müddətlər (iddia və ya kəsici) tətbiq olunur, bəzi tələblərə isə ümumiyyətlə hər hansı müddət şamil olunmur.
60. Əhəmiyyətsiz əqd hər hansı məhkəmə qərarı tələb olunmadan, öz-özlüyündə puç əqd olduğundan, onun etibarsız hesab olunması üçün iddia qaldırmağa da zərurət yoxdur. Düzdür, belə iddialar verilir və məhkəmələr də onlara baxaraq əqdin etibarsız hesab olunması barədə qərar qəbul edirlər. Əslində, həmin məhkəmə qərarı əhəmiyyətsiz əqdin etibarsız hala gətirilməsinə yox, əqdin əhəmiyyətsiz olması halının məhkəmə qaydasında təsbit olunmasına xidmət edir.
61. Mülki Məcəllənin 354.1-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
62. Əhəmiyyətsiz əqdin bu xüsusiyyətinə görə, qanunverici yalnız onun nəticələrinin tətbiqi barədə iddianın qaldırılmasını nəzərdə tutmuşdur. Əhəmiyyətsiz əqdin etibarsız hesab olunması barədə iddialarda əqdin əhəmiyyətsiz olması iddianın faktiki əsasını təşkil edir, iddiaçının tələbi isə qarşı tərəfdən bu əsasla (əhəmiyyətsiz əqd əsasında) əldə olunmaşların geri qaytarılmasına yönəlir.
63. Xüsusi olaraq nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara tətbiq olunan müddət iddia müddətidir və bu müddət yalnız əhəmiyyətsiz əqdin predmetini əvəz edilən əşyalar (mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalar) təşkil etdikdə keçərlidir. Yəni, əhəmiyyətsiz əqdin predmetini əvəz edilə bilməyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) təşkil etdikdə, bu tələblərə iddia müddəti tətbiq oluna bilməz, çünki bu əşyalar əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır.
64. Beləliklə, Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti yalnız əvəz edilən əşyalara münasibətdə və əhəmiyyətsiz əqdin icra olunduğu gündən 1 il keçdikdə tətbiq oluna bilər.
65. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan 1 ay ərzində mübahisə edilə bilər.
66. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
67. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
68. Göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər kəsici müddət olmaqla əqdin məhkəmədənkənar qaydada və ya məhkəmədə iddia qaldırmaqla mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
69. Göstərilənləri ümumiləşdirərək Kollegiya qeyd edir ki, istər bağışlama, istəsə alğısatqı müqavilələri əhəmiyyətsiz əqd olmuşdur və bütün hallarda əqdin predmeti daşınmaz əmlak olduğundan, iddiaçının tələblərinə iddia müddəti tətbiq olunmur.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3441/2024 nömrəli iş üzrə 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh3 ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 88, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, mənzil 89 və ünvan 4, mənzil 2 (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) ünvanında yerləşən mənzillərə dair X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri etibarsız hesab edilsin. ünvan 8 88 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-139 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 8 89 saylı mənzilə dair Vahabzadə (Vahabova) Fatimə Fariz qızının və Cavabdeh2 anaları X3 razılıq ərizəsi əsasında onlarla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-140 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsinə dair Cavabdeh4 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-141 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsinə dair Cavabdeh2 anası X3 razılıq ərizəsi əsasında onunla Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunaraq reyestrdə 4Ə-142 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 8 88 saylı mənzilə görə ödənilmiş 30000 manat Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılsın. ünvan 8 89 saylı mənzilə görə ödənilmiş 60000 manat Vahabzadə (Vahabova) Fatimə Fariz qızı və Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılsın. ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 2/3 hissəsinə dair ödənilmiş 60000 manat Cavabdeh4 alınaraq Cavabdeh1 qaytarılsın. ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin (yeni qaydalarla Afiyəddin Cəlilov küçəsi 24 M1, m.2) 1/3 hissəsinə dair ödənilmiş 20000 manat Cavabdeh2 alınaraq Cavabdeh1 qaytarılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.