Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4366/2025 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh Ağamməd qızına qarşı işi üzrə Açar sözlər: (“kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh Ağamməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən cavabdehə 37000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) cavabdeh Cavabdeh Ağamməd qızına məxsus özbaşına tikili mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021ci il tarixli *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli *** nömrəli Sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və ərazidə yerləşən tikililərin sahiblərinə müraciət edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin tikililər özbaşına tikili olmaqla tam yararsız və qəzalı vəziyyətdədirlər. İddiaçı ASCnin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, İddiaçı ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozmuş və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olmuşdur. Cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq İddiaçı ASC-nin hüquqlarını pozmuş və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaratmışdır. Bu isə İddiaçı ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurmuş və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidmişdir. İddiaçı ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə İddiaçı ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
2. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X1 sahili, 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. ##.##.2023-cü il tarixə cavabdeh Cavabdeh sözügedən ünvanda mənzil toxunulmazlığı və mülkiyyət hüquqularının pozulmasına dair heç bir problem yaşamamışdır. Lakin ##.##.2023-cü il tarixdən başlayaraq İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh yaşadığı həyət evini ona xəbər etmədən, cavabdeh Cavabdeh ilə heç bir rəsmi razılıq olmadan sökmüş, həyətin hasarlarını dağıtmış, həyətyanı sahələrdə olan ağacları qanunsuz olaraq məhv etmişlər (söküntüdən qabaq olan şəkillər və videolar ərizəyə əlavə edilir). Bununla bağlı İddiaçı ASC-nin rəhbərliyinə müraciət etdikdə onlar vurulmuş ziyanı cavabdeh Cavabdeh ödəyəcəklərini söyləmişlər. Bundan başqa ərizəyə əlavə etdiyi videoçəkilişlərdə görünmüşdür ki, İddiaçı MMC tərəfindən tikinti işləri aparılarkən fəhlələr təhlükəsizlik qaydalarına riayət etməmişlər. Həyət evini giriş hissəsi, binanın kommunal xətləri, binanın ətraf hissələri qanunsuz olaraq yerlə yeksan edilmişdir. Sözügedən fərdi yaşayış evinə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən ## ###### 2003-cü il tarixdə fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Hesabatda fərdi yaşayış evi barədə torpaq sahəsinin şərhi, əsas tikinti barədə məlumat, əsas tikintinin texniki təsviri, əsas tikilinin otaqlarının təyinat, təsdiq edilmiş eskiz layihə, torpaq sahəsinin planı, əsas tikilinin, əlavə tikinti və qurğuların qiymətləndirilməsi cədvəli ətraflı olaraq qeyd edilmişdir. İddiaçı ASC fərdi yaşayış evi və həyətyanı ərazini sökərkən cavabdeh Cavabdeh ilə heç bir razılıq olmamış, rəsmi müqavilə bağlamadan addım atmışdır. İddiaçı ASC əməkdaşları tərəfindən təqdim edilən *** saylı aktda nümayəndə X2, nümayəndə, Dostumalıyev İbrahim Cəfər oğlunun və ** saylı MKİSin mühəndisi X3 imzaları olsa da, cavabdehin razılığı olmadığı üçün imza etməmişdir. Şirkət və digər vəzifəli şəxslər razılıq olmadan bu cinayətin törədilməsinə göz yummuşlar. Bu da sözügedən şirkətin əməkdaşlarının vəzifə səlahiyyətlərindən istifadəsi, özbaşınalıq, vəzifə səlahiyyətlərini aşması, səhlənkarlıq, saxtakarlıq etməsi şübhələri yaradır. Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. İddiaçı İddiaçı ASC-nin əməkdaşlarının hərəkətlərində cinayətin əlamətləri aşkar olunduğu üçün xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir; - ##.##.2023-cü il tarixli obyektlərin tikintisinə icazələrə əsasən həmin ünvanda 1, 2, 4, 5, 6, 7, 8, 9, ** saylı yaşayış binasının, 56 və ** saylı həyətyanı dayanacağın tikintisinə icazə verilmişdir. Həmin sahədə Cavabdeh Ağamməd qızına məxsus olan M-113 (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev *) saylı tikinti yerləşmişdir; - Tərəflər arasında bağlanmış *** saylı akta əsasən həmin tikintinin ümumi sahəsi 73,93 kv.m (otaq 1 – 18,75 kv.m., mətbəx – 19,22 kv.m., dəhliz 2,47 kv.m, otaq 2 -16,24 kv.m, hamam-tualet - 4,58 kv.m, köməkçi dam – 12,67 kv.m.) təşkil etmişdir; - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən vətəndaş Cavabdeh Ağamməd qızının müraciəti əsasında (ona məxsus tikintinin İddiaçı ASC tərəfindən sökülməsi ilə bağlı) toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir; - İddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **/* nömrəli qiymətləndirmə rəyinə əsasən hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan tikilinin ümumi dəyəri təxminən 37000 manat təşkil etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh Ağamməd qızına 37000 manat ödənilməklə cavabdeh Cavabdeh Ağamməd qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180, 560-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2020-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, mübahisə predmeti olan tikililərin qanunsuz tikili olması mülki işin mübahisəsiz halıdır. Cavabdehin həmin tikilini 24 ilə yaxın müddətdir qanunsuz əsaslarla istifadə etməsi bundan sonrada sahibliyin qanunsuz əsaslarla davam etdirilməsinə əsas ola bilməz. Tikili qanunsuz tikili olduğundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi gündən tətbiq edilməsinin hüquqiliyi nəzərə alınmaqla hazırkı mübahisəyə Mülki Məcəllənin 178-ci maddəsinin dispozitiv şərtləri tətbiq edilə bilməz. Mübahisə predmeti olan tikililərin qanunsuz tikili olmasına baxmayaraq məhkəmə mülkiyyət hüququna “gözlənti hüququ”, “faktiki dəyəri olan əmlak” kontekstindən yanaşaraq ədalətli balansın qorunmasının təmin edilməsi məqsədilə qanunsuz sahibə müvafiq məbləğdə kompensasiyanın ödənilməsini yolverilən və əsaslı hesab etmişdir. Məhkəmə iş materiallarında olan fotoşəkillərə baxaraq, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ** nömrəli qiymətləndirmə rəyini ədalətli, ağlabatan, mötəbər və əsaslı hesab etmişdir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini əsas götürərək məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etməmiş, əsassız yerə əlavə məhkəmə xərclərinin yaranacağı, mülki iş üzrə araşdırmanın operativliyinə mane olacağı kimi həmin xüsusata hüquqi qiymət vermişdir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürmüşdür. Hüquqdan sui-istifadə yolverilməzdir. Cavabdeh tərəf vəsatət verərək mülki iş üzrə xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Əsas qismində isə iddiaçı tərəfindən cavabdehə məxsus tikilinin qəsdən söküməsi və əmlaka zərər vurulması ilə bağlı cinayət təqibi xüsusatlarının olması qeyd edilmişdir. Müəyyən edilmişdir ki, tərəflər ilkin olaraq tikilinin söküntüsü barədə razılaşmışlar, lakin, sonra cavabdeh tərəfindən razılaşmaya əməl edilməmişdir. Müvafiq tikiliyə zərər vurulması ilə bağlı cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına şikayətlə müraciət edilmiş və Yasamal RPİ İŞ-də bununla bağlı araşdırma aparılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsinə mötəbər hüquqi əsaslar, sübutlar mövcud deyildir. Həmçinin, cavabdeh tərəfin özü istinad etdiyi xüsusatlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini və şikayət üzrə araşdırmanın aparılmasını bildirmişdir. Vətəndaşların baş verməsi iddia (ehtimal) olunan cinayət hadisələri üzrə hüquq mühafizə orqanlarına (prokurorluq) müraciət etməkdə sərbəst olduqlarından hazırda bunun üçün məhkəmə qərarından istifadə edilməsinə hüquqi və faktiki zərurət yoxdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona dəyən zərərin əvəzinin tam ödənilməsi məhkəmə tərəfindən təmin edilməmiş və dəyən zərərin miqdarı düzgün müəyyənləşdirilməmişdir. Həmçinin, mülki hüquqların hüquqa uyğun şəkildə həyata keçirilməməsi nəticəsində ona ziyan vurulmuşdur. Məhkəmə hazırkı məhkəmə təcrübəsinə zidd olaraq xüsusi bilik tələb olunan işin bütün hallarını hərtərəfli araşdırmasına lazımi şərait yaratmamış, ekspertizanın təyin edilməsini zəruri hesab etməmişdir. Bundan başqa, evin sökülməsi iddiaçı tərəfindən iddia ərizəsi verilməzdən əvvəl icra olunmuşdur.
6. Apellyasiya baxışı zamanı iş üzrə mübahisəli tikilinin qiymətləndirməsi aparılmaqla mütəxəssis rəyi alınmış, “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyinə əsasən həmin tikilinin bazar dəyəri 43800 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 250 manat məbləğində müəyyən edilmişdir.
7. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qismən qəbul edərək və bu barədə məhkəməyə ərizə təqdim edərək, kompensasiya məbləği qismində “xxxx” MMCnin ##.##.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 43800 manat məbləğində pulun ödənilməsinə razı olduqlarını bildirmiş və apellyasiya şikayətini bu məbləğ həddində təmin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə # ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh Ağamməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməsi, cavabdeh Cavabdeh Ağamməd qızına məxsus olmuş, ümumi sahəsi 73,93 kv.m olan M-*** nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın 43800 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilməli olan kompensasiyanın məbləğini 43800 manat müəyyənləşdirərkən “xxxx” MMC-nin ## ####### 2024-cü il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir. Həmin rəydə Cavabdeh Ağamməd qızına məxsus özbaşına tikilinin bazar dəyəri xərc yanaşması ilə, yəni tikiliyə çəkilən xərclərə əsasən müəyyənləşdirilmişdir. Əvvəla həmin rəydə çəkilən xərclər -hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərcləri və s. konkret əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi isə bu kimi halları nəzərə almaqla prosessual hüquq normalarının tələbinə uyğun həmin sübuta qiymət verməmişdir. Digər tərəfdən bu kateqoriyadan olan mübahisələrə baxılarkən kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olubolmaması kimi hallar nəzərə alınmalıdır. İddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirir. Digər tərəfdən xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsi inandırıcılığı apellyasiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamışdır. Belə ki, hamıya məlum olan haldır ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq böyük olur. Bir qayda olaraq yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır. Lakin apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparmamış, beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərini pozmuşdur. Bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı). Apellyasiya icraatında müəyyən edilən hallar
10. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, 1-ci sual üzrə mübahisəli fərdi yaşayış evinin bazar dəyəri xərc yanaşması ilə 34264 manat; 2-ci sual üzrə uzun müddət mübahisəsiz yaşayış sahəsi kimi istifadədə olan fərdi yaşayış evinin meyarlarına müvafiq bazar dəyəri isə 52425 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 500 manat məbləğində müəyyən edilmişdir.
11. Cavabdehin nümayəndəsi vəkil vəkil1 Qəhrəman oğlu təqdim edilmiş əmlakın dəyəri, “xxxx“ MMC tərəfindən 176000 manat dəyərində qiymətləndirmişdir. “xxxx” MMC isə 160000 manat dəyərində qiymətləndirmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. Müstəqil Auditorun 11 fevral 2026-cı il tarixli hesabatına (“xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli qiymətləndirmə hesabatına) əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 73.98 kv.m sahədən ibarət özbaşına tikilinin bütün yanaşmalar üzrə hesablanmış yekun dəyəri 62 270.00 AZN təşkil etmiş, yuvarlaqlaşdırılmış yekun qiymət isə 62 000,00 AZN həcmində müəyyən edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil vəkil1 Qəhrəman oğlu apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda xüsusi qərardad çıxarılması barədə ərizə təqdim edərək, ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən tikinti işləri aparılarkən fəhlələr təhlükəsizlik qaydalarına riayət etməmiş ki, həyət evini giriş hissəsi, binanın kommunal xətləri, binanın ətraf hissələri qanunsuz olaraq yerlə yeksan edilmişdir. Sözügedən fərdi yaşayış evinə dair Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsin tərəfindən ## ###### 2003-cü il tarixdə fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat tərtib edilmişdir. Hesabatda fərdi yaşayış evi barədə torpaq sahəsinin şərhi, əsas tikinti barədə məlumat, əsas tikintinin texniki təsviri, əsas tikilinin otaqlarının təyinat, təsdiq edilmiş eskiz layihə, torpaq sahəsinin planı, əsas tikilinin, əlavə tikinti və qurğuların qiymətləndirilməsi cədvəli ətraflı olaraq qeyd edilmişdir. İddiaçı MMC əməkdaşları tərəfindən təqdim edilən *** saylı aktda nümayəndə X2, nümayəndə Dostumalıyev İbrahim Cəfər oğlunun və ** saylı MKİSin mühəndisi X3 imzaları olsa da, onun razılığı olmadığı üçün imza etməmişdir. Şirkət və digər vəzifəli şəxslər razılıq olmadan bu cinayətin törədilməsinə göz yummuşlar. Bu da sözügedən şirkətin əməkdaşlarının vəzifə səlahiyyətlərindən istifadəsi, özbaşınalıq, vəzifə səlahiyyətlərini aşması, səhlənkarlıq, saxtakarlıq etməsi şübhələri yaradır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ərizə təqdim edərək X4 65000 manat ödənilməsinə razı olduğunu qeyd etmişdir. Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 29. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. 71. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 24. III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Fortis Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
23. Məhkəmə kollegiyası, izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın dəyəri hissəsində dəyişdirilməldir.
24. Belə ki, İddiaçı 1998-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X1 sahili 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını bildirir. Digər tərəfdən işin mübahisə olunmayan digər halına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçilər) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə əsasən qarşılıqlı razılıq əsasında İddiaçı ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Tikinti artıq sökülmüşdür, hazırda mövcud deyil. Tərəflər arasında aktın imzalanması cavabdehin razılığı əsasında iddiaçının əməkdaşları tərəfindən tikintidə ölçmə işləri aparılmış, cavabdehin həmin ölçülərlə (73,93 kv.m) razılaşmış, əlavə tikinti işlərinin aparılmaması barədə xəbərdar olunmasını bildirmiş və apardığı təqdirdə onlarla bağlı hər hansı iddiasının olmayacağını bəyan etmişdir. Bu hal cavabdehin şikayəti əsasında Bakı şəhəri Yasamal rayon Polis idarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarla da öz əksini tapmışdır. 25 . Müstəqil Auditorun 11 fevral 2026-cı il tarixli hesabatına (“xxxx” MMC tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli qiymətləndirmə hesabatına) əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 73.98 kv.m sahədən ibarət özbaşına tikilinin bütün yanaşmalar üzrə hesablanmış yuvarlaqlaşdırılmış yekun qiymət isə 62 000,00 AZN həcmində müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək X4 65000 manat ödənilməsinə razı olduğunu qeyd etmişdir.
26. Kassasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərarda kompensasiyanın məbləğini müəyyənləşdirmək üçün kifayət qədər araşdırma və hüquqi əsaslandırma aparılmadığına, Azərbaycan Respublikasının MPM-in 14.1 və 88-ci maddəsinin tələblərini pozulduğunu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli) qərarına istinadən isə qiymətləndirmə rəyində çəkilən xərclərın - hansı tikinti materialından nə qədər istifadə edilməsi və dəyərinin nə qədər olması, işçilik xərclərinin və s. konkret əsaslandırılmamasına, apellyasiya məhkəməsinin isə bu kimi halları nəzərə almaqla prosessual hüquq normalarının tələbinə uyğun həmin sübuta qiymət vermədiyini, kompensasiya məbləğinin müəyyənləşdirilməsi baxımından şəxsin uzun müddət ərzində, özbaşına tikili də olsa, fərdi yaşayış evində yaşaması, orada ailəsi ilə birlikdə yaşamağa səlahiyyətli dövlət orqanlarının etirazının olub - olmaması kimi hallar nəzərə alınaraq, xərc yanaşması əsasında tikilinin bazar dəyərinin müəyyənləşdirilməsi də tikilinin bazar dəyəri baxımından reallığı əks etdirməsinin inandırıcılığının apellyasiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmadığını qeyd etmişdir.
27. Kassasiya instansiya məhkəməsi tərəfindən vurğulanmışdır ki, fərdi yaşayış evinə çəkilən xərclə, yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri arasında fərq, habelə yaşamaq üçün hazır olan fərdi yaşayış evinin bazar dəyəri onun tikilməsi üçün çəkilən xərcdən yüksək olur. Özbaşına tikili də olsa şəxslərin yaşadıqları fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar kompensasiya məbləği hesablanarkən nəzərə alınmalıdır ki, həmin fərdi yaşayış evi orada yaşayan şəxslər (fərdi yaşayış evinin məxsus olduğu şəxslər) üçün “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malikdir. Həmçinin, belə iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edilənlər baxımından hesab edir ki, cavabdeh öz əmlak və əlaqəli hüquqlarının müdafiəsi üçün hər hansı tələb irəli sürməmiş, sonuncu mütəxəssis araşdırmasının nəticəsi üzrə hər hansı təkzibedici sübut təqdim edilmədiyindən cavabdehin əmlak huquqlarının əvəzləşdirilməsi üçün qeyd edilən mütəxəssis rəyləri ilə müəyyən edilən 65000 manat kompensasiyanın verilməsi ağlabatan və ədalətlidir. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq əlavə araşdırılma zamanı ekspert rəyləri arasında ziddiyyətlər nəzərə alınaraq xüsusi biliyə malik olan şəxslər qarşısında müvafiq suallar qoyulmuş və qeyd edilən nəticə əldə edilmişdir.
29. Qeyd edilməlidir ki, cavabdeh mülkiyyət hüququ əsasında eyniləşdirmə aparmaqla kompesasiya məbləğinin verilməli olmasına istinadlar etsə də, kassasiya instansiya məhkəməsi tərəfindən belə göstəriş olmamış, göstərişin mahiyyəti “fərdi yaşayış evi” kimi iqtisadi dəyərə malik, uzun müddət mübahisəsiz yaşadığı evdən məhrum olan şəxslərin yeni yaşayış sahəsi əldə etmək ehtiyacı da nəzərə alınmaqla kompensasiyanın dəyərinin müəyyən edilməsi olmuş, bu dəyərdə son qiymətləndirmə və audit rəyləri müəyyən edilmiş, iddiaçı tərəf isə ondan da üstün məbləğin verilməsinə razılığın olmasını bildirmiş, cavabdeh isə iddiaçının tikinti işlərinin aparılması və digər şəxslərin əmlak (mənzil) hüquqlarının təminatı vəzifələrinə rəğmən hüquqlarından sui-istifadə etmişdir. Cavabdehin xüsusi qərardad çıxarılması ilə bağlı ərizəsinə dair məhkəmə kollegiyası qeyd edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyil. İzah edilməlidir ki, cavabdehin müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ istisna edilmir.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, cavabdehə məxsus olmuş, ümumi sahəsi 73.93 kv.m olan M-*** nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiya 65000 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, qiymətləndirmə (mütəxəssis) xidmətinin dəyərini təşkil edən 250 manat məbləğində pul “xxxx” MMC-yə; məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 500 manat məbləğində pul “xxxx” MMC-yə iddiaçı İddiaçı ASC tərəfindən ödənilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh Ağamməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh Ağamməd qızına məxsus olmuş, ümumi sahəsi 73,93 kv.m olan M-*** nömrəli (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Qanlı-Göl massivi, ev 8) özbaşına tikintinin sökülməsinə görə iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh Ağamməd qızına ödənilməli olan kompensasiya 65000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı ASC-dən tutularaq qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin; 500 (beş yüz) manat məbləğində pul vəsaiti isə ”xxxx” MMC Qiymətləndirmə Şirkətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi(“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.