Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-437/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-437/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı - Cavabdeh İB-yi tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 8970,62 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ünvanında yerləşən 13D saylı evdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi ünvanında yerləşən 13D saylı evə dair Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı bildirir ki, evdə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirmişlər ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfıyyatına görə 8970,62 manat borc yazılıb və bu pulu ödənilməlidir. İddiaçı qeyd edir ki, evdə quraşdırılan qaz sayğacına tərəflərindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı həmçinin bildirir ki, kart vasitəsi ilə həmişə ödəniş etmiş və heçbir çətinlik olmamışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********50000 olan) hesablanmış 8970,62 manat məbləğində borcun silinməsi, Cavabdeh İB-dən 109.71 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 100 manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin Cavabdeh İB-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə, “X3”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında AzərbaycanRespublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 8970,62 manat məbləğində Cavabdeh İByə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
10. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»
11. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
12. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
13. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
17. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
18. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********50000 olan) hesablanmış 1284,20 (min iki yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi” hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-437/2024 saylı qərardadı ilə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verildiyindən, qətnamə qalan hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən (baxılan) hissədə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını düzgün araşdırmamış, qətnamənin əsaslandırılmasına diqqət yetirməmiş, silinəcək məbləğin miqdarını və onun hesablanma mexanizmini düzgün müəyyənləşdirməmişdir.
29. Kollegiya əvvəlcə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hazırki iş üzrə iddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən tam təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-437/2024 saylı qərardadı ilə sözügedən qətnamə iddianın “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********50000 olan) hesablanmış 1284,20 (min iki yüz səksən dörd manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Ona görə də kollegiya iddia tələbinin qalan 7686,42 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
30. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbi iddiaçının adına hesablanmış 7686,42 manat məbləğində borcun müəyyən bir hissəsində, daha dəqiq desək, öncəki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və tərtib olunmuş aktlara əsasən silinməsində haqlıdır.
31. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1050/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 1284,20 manat borc və 15 manat məbləğində dövlət rüsumu, cəmi 1299,20 manat tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsi tərəfindən ünvanlanmış məktubda sözügedən qətnamənin qanuni qüvvəsini aldığı bildirilmişdir.
32. Həmin qətnamədə müəyyən edilmişdir ki, “Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən aktlar istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz... Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz .”
33. Hazırki iş üzrə abonent saldosundan məlum olur ki, iddiaçının təbii qazdan qanunsuz istifadəsinə görə tərtib edilmiş aktlar əsasında hesablanan borcun 1849,80 manat olan hissəsi yuxarıda adı çəkilən məhkəmə qətnaməsi ilə müəyyən edilən və doğruluğu sübuta yetirilmədiyindən Cavabdeh İB-nin xeyrinə tutulmalı olmayan məbləği ehtiva edir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
35. Bu da onu deməyə əsas verir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilən halın, yəni tərtib edilmiş aktlar üzrə hesablanmış borcun aktların etibarsızlığı səbəbindən tutulmasının mümkün olmamasının hazırki məhkəmə işi ilə yenidən araşdırılaraq sübut olunmasına hər hansı zərurət yoxdur. Buna görə də kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi 1849,80 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır.
36. Daha sonra məhkəmə tərəfindən abonent saldosuna baxış keçirilən zaman müəyyən edilmişdir ki, mövcud borcun 3021 manat məbləğində olan hissəsi yuxarıda adı çəkilən qətnamənin qəbulundan sonrakı dövrdə tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləğini təşkil edir. Həmin borcun silinməsi ilə bağlı tələbə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
37. Apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.
38. Həmin rəydə qeyd edilmişdir ki, 1) ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən ünvan 4 ünvanında yerləşən evdə 40011681 nömrəli G-4T markalı mexaniki tipli qaz sayğacı xx.xx.2020-ci il tarixində quraşdırılmışdır; 2) İddiaçı oğlu ilə Cavabdeh İB arasında “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 03-1265 nömrəli müqavilə bağlanmış, eyni tarixdə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən 40011681 nömrəli G-4 mexaniki tipli qaz sayğaclarının texniki pasportuna istinadən sayğacın istismar müddəti 10 il müəyyən edilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tələblərinə uyğun olaraq məişət qaz sayğalcları üçün dövrü yoxlama (növbəti yoxlama) müddəti 5 il müəyyən edilmişdir; 3) Abonentin qaz sərfinə dair saldosundan görünür ki, 2011-ci ilin noyabr ayında istehlakçının yaşadığı ünvan 5 ünvanında yerləşən evin qaz xətti üzərinə “İtron” markalı G-4 smart tipli qaz sayğacı quraşdırılmış və qeyd olunan sayğac əvəz edilənə qədər (xx.xx.2020) istehlakçı tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də 2018, 2019 və 2020-ci ilin ilk 4 ayı üzrə orta aylıq qaz sərfini müəyyən etmək mümkün deyil. 2020-ci ilin son səkkiz ayı üzrə sayğac göstərilərinə əsasən istehlakçının orta aylıq qaz sərfi 83 kub metr, 2021-ci il üzrə isə orta aylıq qaz sərfi 130 kub metr təşkil edir. İstehlak olunan təbii qaza görə istehlakçı tərəfindən 2020-ci il ərzində 40 manat, 2021-ci il ərzində isə 160 manat ödəniş edilmişdir.
39. Kollegiya apellyasiya şikayətinin dəlilləri və aktlar üzrə hesablanmış qeyd edilən 3021 manat məbləğində borcun silinməsi ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamış, aktların böyük bir hissəsi heç məhkəməyə təqdim edilməmişdir. İş mateiallarında olan aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.
40. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
41. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
42. O cümlədən məhkəmə bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1777 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində qeyd edilən ekspert rəyinin onların nümayəndəsinin iştirakı olmadan alındığını bildirirərək təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı qeyd edilən təkrar ekspertizanın keçirilməsi təmin edilsə və tərəflərin hər biri, cavabdeh də daxil olmaqla bu barədə məlumatlı olsalar da, yenə də öz nümayəndələrinin iştirakını təmin etməmiş və buna görə də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə mövcud olan sübutlarla işə mahiyyəti üzrə baxılmasını haqlı hesab edərək iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinin hansısa mötəbər sübutla təsdiqlənmədiyi qənaətinə gəlir.
43. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının özü daşıyır. İş materiallarına nəzər salındıqda görünür ki, tərtib edilən bütün aktlar 2020-ci ilin aprel ayına, yəni sayğacın dəyişilərək yenisi ilə əvəz edildiyi tarixə qədər tərtib edilmişdir. Bu da o deməkdir ki, əgər qazpaylayıcı olaraq cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halı aşkar etdiyi zaman qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırsa idi və yeni qaz sayğacı quraşdırılsa idi, həmin tarixdən etibarən heç bir akt tərtib edilməsinə ehtiyac qalmaz və qanunsuz qoşulma hallarına sui-istifadə yaradılmazdı.
44. Digər tərəfdən, istehlakçının qazpaylayıcısına zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, ard-arda, demək olar ki, hər ay tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.
45. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbi məhkəmə aktının qəbul edilməsindən sonrakı dövrdə tərtib edilmiş aktlara əsasən hesablanan 3021 manat məbləğində borcun silinməsi hissəsində də əsaslı olmaqla təmin edilməlidir.
46. Kollegiya iddia tələbinin qalan 2815,62 manat borcun silinməsi hissəsi ilə bağlı isə qeyd edir ki, abonent saldosundan da göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə 2020-ci ilin aprel ayında qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuş, həmin tarixdən sonra hesablanmış borc məbləğləri isə cari sayğac sərfiyyatına və sayğacın mənfiyə işləməsinə görə hesablanmışdır. Həm hazırki işin, həm də Xəzər rayon məhkəməsində baş tutan məhkəmə icraatının hallarına əsasən isə iddiaçının yalnız tərtib edilmiş aktlara əsasən borcun tutulmasının qanunsuz olması öz təsbitini tapmışdır. Lakin qeyd edildiyi kimi, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuş, həmin tarixdən sonra hesablanmış borc məbləğləri isə cari sayğac sərfiyyatı və sayğacın mənfiyə işləməsinə görə hesablanmışdır. Cari qaz sərfiyyatı və sayğacın mənfiyə işləməsi ilə bağlı isə həmin borcun əsassızlığına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işin halları ilə müəyyən edilməmişdir.
47. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən silinməli olan borc məbləği kimi təsbit edilən 2815,62 manat məbləğin silinməsi üçün hər hansı əsasın olmamasını qeyd edərək bu hissədə apellyasiya şikayətinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.
48. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 1849,80 manat məbləğində borcun və həmin qətnamənin qəbulundan sonra tərtib edilən aktlarla müəyyən edilən 3021 manat, cəmi 4870,80 manat məbləğində borc silinməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
55. Hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulması qət edilən 109.71 manat məbləğində dövlət rüsumunun məbləği iddianın təmin edilən hissəsinə mütənasib olaraq azaldılaraq 54.85 manat məbləğində müəyyən edilməlidir.
56. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
57. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğ həm iddiaçı, həm də cavabdehə münasibətdə beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən (baxılan) hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********50000 olan) hesablanmış 4870,80 (dörd min səkkiz yüz yetmiş manat, səksən qəpik) AZN məbləğində borc silinsin. Cavabdehndən 54.85 (əlli dörd manat səksən beş qəpik) AZN dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova