Məhkəmə qərarları › İş №2(103)-4383/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4383/2020

30.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4383/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X4 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı və onun vəkili X13, Cavabdeh və onun vəkili X7, üçüncü şəxs X23 və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət” X22, 52 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, X33 və X31) “mirasda payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət” X22, 52 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası, X33 və X31) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mirasda vərəsələr X5, X6 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsidə payı müəyyən edilməsi, Cavabdeh adına verilmiş xx xxxxxx 2014- cü il tarixli 2V-01- 285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin X8, X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, bunun hüquqi nəticəsi olaraq Cavabdeh adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilinə dair xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışı X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, Cavabdeh ilə X31 arasında xx xxxxxx 2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsini X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, X17 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarışın X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, X31 ilə X33 arasında 52 saylı DNK-da xx xxxxxx 2018-ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və X23 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzili keçmiş arvadı X14 xüsusi mülkiyyətində olmuşdur. Mənzil xüsusi mülkiyyət kimi xx xxxxxx 2000-ci ildə Elmira Babayevanın adına qeydiyyatdan keçmişdir. xx xxxxxx 2000-ci il tarixdə Elmira Babayeva ilə faktiki nikaha daxil olaraq ailə qurublar. 2000-ci ilin aprel ayında, toydan əvvəl 4 otaqlı ata evini sataraq mübahisəli evi alıblar. Qeyd olunan evdə 2000-ci ilin noyabr ayının 5-dən 2009-cu ilin əvvəlinə kimi yaşayıblar. Birgə nikahlarından xx xxxxxxxx 2001-ci il təvəllüdlü X18 və xx xxxx 2003-cü il təvəllüdlü X19 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx xxxxxxxx 2001-ci il təvəllüdlü X18 və xx xxxx 2003-cü il təvəllüdlü X6 onun yanında saxlanılması qət edilmişdir. Mərhum X26 xx xxx 2014- cü il tarixdə vəfat etmişdir. Elmira Babayevanın qanun üzrə vərəsələri oğlanları X18 və X9r. Əbülfəz Ələkbərov və Elsevər Ələkbərov yetkinlik yaşlarına çatmadığı üçün qanuni nümayəndələri kimi mərhum Elmira Babayevaya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat Kontoruna müraciət etmişdir. Məlum olmuşdur ki, xx xxxxxxxx 2014-cü il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində miras açılmışdır. xx xxxxxx 2014-cü il tarixli mərhum X14 anası Cavabdeh vərəsə kimi tanınmış və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən ona təqdim olunmuş sənədlər arasında Cavabdeh ərizəsi də var. O, ərizəsində göstərmişdir ki, "miras əmlakın sahibi mərhum qızı X26 vəfat etmişdir və məndən başqa vərəsə yoxdur". Elmira Babayeva vəfat edəndə, cavabdeh dəfələrlə demişdir ki, qızının vərəsələri onun övladlarıdır, məhz ona görə də, qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzil onun övladlarına məxsusdur. İddiaçı həmçinin qeyd etmişdir ki, o, xx.xx.2007-ci il tarixə qədər mərhum həyat yoldaşı Elmira Babayeva və azyaşlı uşaqları ilə birgə mübahisəli evdə yaşamışdır. 2008-ci ildə Elmira Babayeva ilə aralarında mübahisə yaranmış, nəticədə sonuncu evdən çıxmışdır. Elmira Babayeva evdən getdikdən sonra o, iki uşağı ilə birgə həmin evdə yaşamağa davam etmişdir. Daha sonra məhkəmənin qərarı ilə Elmira Babayeva həmin evə köçürülmüş, bundan sonra isə o, evdən çıxarılmışdır. Elmira Babayeva evə köçürüldükdən sonra 3 gün orada yaşamış, daha sonra evi kirayə verərək, anasının yanına köçmüşdür. 2014-cü ildə həyat yoldaşı Elmira Babayeva vəfat etmiş, lakin sonuncunun ailə üzvləri onun arasında uzun müddət davam edən mübahisə olduğundan, ona mərhumun yas mərasimlərində də iştirak etməyə imkan verməmişlər. Həyat yoldaşı Elmira Babayeva ilə aralarında mübahisə olmuş, lakin bu mübahsənin mövcudluğu uşaqların analarının mirasından pay almaq hüququndan mərhum edilməsinə gətirib çıxarmamalıdır. Mərhumun ölümündən sonra mübahisəli evdə heç kim yaşamamış, Cavabdeh evi kirayəvə vermişdir. Cavabdeh uşaqlara həmişə bildirmişdir ki, analarından miras qalmış mənzil onlarındır, analarının müalicəsi ilə bağlı yığılmış borcları olduğundan, evi müvəqqəti olaraq kirayəyə vermişdir, borcları ödədikdən sonra evi uşaqların adına keçirəcəkdir. Məhkəməyə müraciət etməzdən bir ay əvvəl onun və Elmira Babayevanın övladları olan Əbülfəz Ələkbərov və Elsevər Ələkbərov yetkinlik yaşlarına çatmadığı üçün qanuni nümayəndələri kimi o, mərhum Elmira Babayevaya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat Kontoruna müraciət etmişdir. Burada ona məlum olmuşdur ki, xx xxxxxxxx 2014-cü il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində miras açılmış, xx xxxxxx 2014-cü il tarixli mərhum X14 anası Cavabdeh yeganə vərəsə kimi tanınmış və sonuncuya Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən ona təqdim olunmuş sənədlər arasında Cavabdeh ərizəsi də var. Cavabdeh qız ərizəsində göstərmişdir ki, "miras əmlakın sahibi mərhum qızım X26 vəfat etmişdir və məndən başqa vərəsə yoxdur". Yəni, cavabdeh notariat kontorunu aldadaraq, səhv məlumatlar verərək, yeganə vərəsə kimi tanınmış və bunun nəticəsi olaraq ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra Cavabdeh öz adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilinə dair xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış əldə etmiş, evi kirayəyə vermiş, az bir müddət sonra isə mənzilə münasibətdə birdəfəlik olaraq uşaqların haqlarını itirmək məqsədilə, həmçinin, özünün və oğlu X17 yığılmış borclarının ödənilməsi məqsədilə xx xxxxxx 2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən mübahisəli öz oğlu X24 bağışlamış, sonuncu öz növbəsində, öz adına xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış əldə etmiş və növbəti addım olaraq bu çıxarışa əsasən öz adına rəsmiləşdirmiş evi 52 saylı DNKda xx xxxxxx 2018- ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3, bütün bunların nəticəsi olaraq X23 adına xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış verilmişdir. Bu məlumatları o, məhkəməyə müraciət etməzdən bir ay əvvəl və məhkəmə prosesi gedişində əldə etmişdir. Beləliklə, müəyyən olmuşdur ki, Cavabdeh notariat kontorunu aldadaraq, yanlış məlumatlar verərək yeganə vərəsə kimi tanınmış, notariat orqanı isə digər vərəsələrin mövcudluğunu araşdırmadan, cavabdehə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh tərəfindən edilən sonrakı hərəkətlər və bu hərəkətlərin digər hüquqi nəticələri göstərilən qanunsuzluğun birbaşa hüquqi nəticələridir. Onunla mərhum həyat yoldaşı arasında münaqişə olduğundan, o, sonuncunun vəfatından sonra notariat orqanına müracət etməmiş, hazırki iş üzrə cavabdehə mənzilə dair uşaqların haqları barədə müraciət etdikdə isə, cavabdeh ona bildirmişdir ki, narahatçılığa heç bir əsas yoxdur, ev onsuz da uşaqlarındır, müəyyən borcları olduğundan, evi kirayə vermişdir. Onunla mərhum həyat yoldaşı arasında münaqişənin olması, onun uşaqların qanuni nümayəndəsi olaraq vaxtında notariat orqanına müraciət etməməsi uşaqların öz mərhum analarının əmlakından mirasdan mərhum olmasına gətirib çıxarmamalıdır, uşaların payları tanınmalı və müdafiə olunmalıdır. Eyni zamanda, hesab edir ki, Cavabdeh da, düzdür saxta məlumatlar verməklə, hər halda özü də ərizə ilə notariat kontoruna müraciət etdiyindən, onun da payı tanınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X5, X6 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V- 01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə X8 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş, xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh ilə X31 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsi X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X17 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X31 ilə X33 arasında 52 saylı DNK-da xx xxxxxx 2018- ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X23 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosseual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnamsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş, xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh ilə X31 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinin X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X17 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarış X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X31 ilə X33 arasında 52 saylı DNK-da xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə- 1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X23 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissələrdə yəni, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X5, X6 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi və ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni X18 və X6 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və Cavabdeh tərəfindən ayrı - ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9419/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı Cavabdeh və onun nümayəndəsi və vəkili X25, tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Hazırki apellyasiya baxışı zamanı iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 və onun nümayəndəsi və vəkili X28 tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Hazırki apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X29 apellyasiya şikayətlərinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətlərinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, X24, 4 saylı Bakı “ASAN xidmət” X12 və 52 saylı Dövlət Notariat Kontoruna məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisəli mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli çıxarışın, Cavabdeh ilə X31 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin, X17 adına verilmiş xx xxxx 2018-ci il tarixli çıxarışın X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, X31 ilə X33 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin və X23 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv ləğv edilməsi hissələrində ləğv edilməli, həmin hissədə iddia tələbləri rədd edilməli, qətnamə qalan hissələrdə (X5 və X6 miras əmlakdakı paylarının müəyyən edilməsi və Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhahətnamənin onların paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində) dəyişdirilmədən saxlanılmalı, vərəsələr X8 və X10 və onların qanuni nümayəndəsi (atası) İddiaçı vərəsələrin miras əmlakdakı paylarının dəyərini tələb etmək hüquqlarının olması izah edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhahətnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi və ləğv edilməsi hissələrində işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından və gəldiyi nəticə ziddiyyətli olduğundan qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: -AZ-İİ seriyalı, 070283 saylı və AZ-İİ seriyalı 070182 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X14 birgə nikahlarından xx.xx.2001ci ildə X18, xx.xx.2003-cü ildə X19 anadan olmuşlar. -Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-819/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Məhərrəm oğlunun cavabdeh X20 qarşı “daimi pasport qeydiyyatına alınma”ya dair mülki işə və İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzildən çıxarılması, özünə məxsus bir ədəd qızıl zəncirinin və mənzilin sənədlərinin, çöl qapısının açarları və əşyalarla birlikdə ilkin iddiaçı tərəfindən ona təhvil verilməsi X14 qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı Məhərrəm oğlunun cavabdeh X20 qarşı daimi pasport qeydiyyatına alınmaya dair iddiası təmin edilməmiş, iddiaçı X14 cavabdeh İddiaçı Məhərrəm oğluna qarşı mənzildən çıxarılma və əşyaların tələb edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmiş, İddiaçı Məhərrəm oğlu Bakı şəhəri. Yeni Günəşli qəsəbəsi. «V» yaşayış sahəsi, ev 30- da yerləşən 6 saylı mənzildən çıxarılması, Babayeva Elmiraya məxsus bir ədəd qızıl zəncir, mənzilin sənədləri, çöl qapısının açarları əşyalarla birlikdə İddiaçı Məhərrəm oğlundan alınaraq X20 verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-1388/10 saylı qərarında müəyyən olunur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-819/2008 nömrəli iş üzrə xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X32ma qarşı daimi pasport qeydiyyatına alınmaya dair iddiasının təmin edilməməsi, iddiaçı X14 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və əşyaların tələb edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzildən çıxarılması, Babayeva Elmiraya məxsus bir ədəd qızıl zəncir, mənzilin sənədlərinin, çöl qapısının açarlarının əşyalarla birlikdə İddiaçı alınaraq X20 verilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 2( 103)-1278/09 nömrəli iş üzrə xx xxxxx 2009-cu il tarixli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsinin qismən, İddiaçı Məhərrəm oğlunun cavabdeh X20 qarşı daimi pasport qeydiyyatına alınmaya dair iddiasının təmin edilməməsi və qarşılıqlı iddianın İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30- da yerləşən 6 saylı mənzildən çıxarılması hissələrində ləğv edilmiş, ilk iddianın təmin edilməsi, İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzilə pasport qeydiyyatına alınması, qarşılıqlı iddianın İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 30-da yerləşən 6 saylı mənzildən çıxarılmasına dair hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2(102)- 2309/2009 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarı ilə cavabdeh X1 şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nm xx xxxxx 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)-4901/2009 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2(010)-819/2008 saylı qətnaməsinin bir ədəd qızıl zəncir və ev əşyalarına aid hissədə ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin qərardadla baxılmamış saxlanılması, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-1388/10 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nm 2(103)-4901/2009 nömrəli iş üzrə xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. -Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 70/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.2001-ci ildə anadan olmuş X18 və xx.xx.2003-cü ildə anadan olmuş X19 ilə uşaqların hər biri on səkkiz yaşına çatana qədər hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 16:00-a qədər görüş təyin edilmiş, X20 uşaqların təhsili, tərbiyəsi, səhhəti və qidalanması barədə hər həftə məlumatlar verilməsi barədə İddiaçı vəzifəsi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X14 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. -Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun 2V-285 saylı vərəsəlik işinin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X14 adına, xx.xx.2014-cü il tarixdə V-285 reyestr nömrəli vərəsəlik işi açılmışdır, Cavabdeh ünvan 2 mənzil 6 ünvanında yerləşən mənzilə dair xx.xx.2014-cü il tarixdə, reyestrdə 2V\01- 285 № ilə qeyd alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. -xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili hədiyyə alan X17 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X17 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. -AN-İ seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X31 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili 58500 manat qarşılığında alıcı X23 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil X30 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli vərəqindən xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzil xx.xx.1996- cı il tarixdə X16 adına ilkin qeydiyyatdan keçmişdir, 34 saylı DNK-nın xx.xx.2000-ci il tarixli 3ma-2-273 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X15 adına qeydiyyatdan keçmişdir, 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış 12.11,2014-cü il tarixli 2V01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir, 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir, 52 saylı DNK-nın 27.11,2018-ci il tarixli 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kasssasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi (əvvəlki apellyasiya baxışı) bir tərəfdən mərhumun birinci növbəli vərəsələri olan azyaşlı uşaqların atasının (qanuni nümayəndəsi) bu və ya digər səbəblərdən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsinə dair hər hansı hərəkət etməməsi qənaətinə gəlsə də, bu halın uşaqların analarının mirasından pay almaq hüququndan mərhum edilməsinə gətirib çıxarmamalıdır kimi ziddiyyətli nəticəyə gəlmişdir. Kassasiya məhkəməsinin mövqeyini nəzərə alan Kollegiya qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi xx.xx.2014-cü il tarixdə vəfat etmiş X14 uşaqları olan xx.xx.2001-ci il təvəllüdlü X5 həmin vaxt 13 yaşı tamam olmamış, xx.xx.2003-cü il təvəllüdlü X6 isə 11 yaşı tamam olmamışdır. Mülki Məcəlləsinin 28, 29-cu, Ailə Məcəlləsinin 51-ci maddələrinə əsasən mərhum X14 vəfatından sonra onun birinci növbəli qanun üzrə vərəsələri olan azyaşlı uşaqların bütün hüquqlarının müdafiə edilməsi və onların vəzifələrinin həyata keçirilməsi bütünlüklə ataları İddiaçı üzərinə düşmüşdür. Başqa sözlə, azyaşlar uşaqlar notariat kontoruna gedib analarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olamamışlar. Uşaqların atası isə onların əvəzindən bunu vaxtında etməmişdir. Uşaqların nənəsi, yəni digər vərəsə, iş üzrə cavabdeh olan Cavabdeh isə qızından miras qalmış əmlakı notariat kontorunda qəbul edərkən digər vərəsələr olan azyaşlı uşaqlar barəsində notariat kontoruna məlumat verməmiş və ya səhv məlumat vermişdir, notariat kontoru isə bu halı araşdırmamış, nəticədə Cavabdeh mirası əmlakı bütünlüklə özü qəbul edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bütün bu hallar isə belə nəticəyə gəlməyə əsas verir ki, azyaşlı uşaqların qanuni nümayəndəsinin (atasının) mirasın qəbulu ilə bağlı hərəkətsizliyi uşaqların hüquqlarına münasibətdə onların anasından miras qalmış əmlakdakı paylarından məhrum etməməlidir. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1159.1.1ci maddəsinə əsaslanaraq mərhum X11 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilindən birinci növbəli vərəsələr olan X5 və X6 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi və müvafiq olaraq Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhahətnamənin onların paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində qanuni və əsaslı nəticəyə gəlmişdir. Bununla belə, Kollegiya apellyasiya şikayətlərinin digər dəlilləri, yəni iddia tələbinin, mübahisəli mənzilə dair cavabdehin adına verilmiş çıxarışın, bağışlama müqaviləsinin və X17 adına verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və X23 adına verilmiş çıxarışın isə ləğv edilməsinin əsassız olması ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, mülki işin əvvəlki apellyasiya baxışı zamanı məhkəmə vərəsəlik haqqında şəhadətnamənin qismən etibarsız edilməsinin hüquqi nəticələrinin (cavabdehin adına olan çıxarış, bağışlama müqaviləsi, X17 adına verilmiş çıxarış) etibarsız hesab edilməsi hissəsində iddia tələblərini bütövlükdə rədd etməklə kifayətlənmişdir. Kassasiya kollegiyası iddianın müqavilələrin etibarsızlığı ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin miras əmlaka iddiaçıların mülkiyyət hüquqlarının 1/3 hissədə tanınmasına dair hissəsini qüvvədə saxlamaqla bağlı qənaəti ziddiyyətlidir. İş üzrə Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. Bu baxımdan Kollegiya hesab edir ki, alqı-satqı müqaviləsi üzrə tərəf olmayan İddiaçı müqavilənin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır. Digər tərəfdən işin mübahisəsiz hallarından müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə X33 mübahisəli mənzilin dəyərini ödəməklə əldə etmişdir, yəni vicdanlı alıcı olmuşdur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2004-cü il qərarında qeyd edilir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıdakıları göstərməklə Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” (Gladysheva v. Russia, №7097/10) işi üzrə qəbul etdiyi xx xxxxxx 2011-ci tarixli Qərarında qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Məhkəmə dəfələrlə vurğulamışdır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur. Məhkəmə belə qərara gəlmişdir ki, ərizəçi hətta saxta sənədlər əsasında və dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməli və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Beləliklə, mübahisəli mənzil hazırda vicdanlı alıcı X23 mülkiyyətində olduğundan, həmin mənzilin onun mülkiyyətinə keçməsinə əsas olmuş sənədlərin (bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.) etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsaslar yaranmır. Göründüyü kimi, hazırki işdə də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə qanunun tələblərinə müvafiq olaraq mübahisəli mənzili vicdanla əldə etmiş X23 həmin əmlaka olan mülkiyyət hüququndan məhrum edilməsi həmin qətnamədə hər hansı şəkildə əsaslandırılmamışdır. Kollegiya bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, iddiaçı tərəfə miras əmlakdakı paylarının (hər birinin 1/3 payı) dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdehqanun üzrə vərəsəlik haqqında şəhadətnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi hissələrində maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh adına verilmiş, xx xxxxxx 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın, Cavabdeh ilə X31 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinin və X17 adına verilmiş xx xxxx 2018-ci il tarixli ******* nömrəli çıxarışın X5 və X6 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, həmin mənzilə dair X31 ilə X33 arasında 52 saylı DNK-da xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X23 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbləri rədd edilsin. Qətnamə qalan hissələrdə yəni, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair X5, X6 və Cavabdeh qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin mənzilə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni X5 və X6 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfə miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar