Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4389/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borclunun icranı gecikdirməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi ilə, iddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, # ### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında **** saylı, ##.##.2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki, yaşayış kompleksində yerləşən A.11.* saylı yaşayış mənzili 113000 manata İddiaçı satılmış, bağlanılmış **** nömrəli, ##.##.2017-ci il tarixli “nağd alış” müqaviləsinin predmeti üçün mövcud 113000 manat borc İddiaçı tərəfindən ##.##.2017-ci il tarixdə tam ödənilmişdir.
2. **** saylı, ##.##.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki, yaşayış kompleksində yerləşən A.11.* saylı yaşayış mənzili 113000 manata İddiaçı satılmışdır.
3. ****** saylı kassa mədaxil orderindən və ##.##.2017-ci il tarixli, MA-** saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış **** nömrəli, ##.##.2017-ci il tarixli “nağd alış” müqaviləsinin predmeti üçün mövcud 113000 manat borc ##.##.2017-ci il tarixdə tam ödənilmişdir.
4. Məhkəmə Ekspertizası Mərkəzinin */***** saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, əsas borc 113.000 manat olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankın bank uçot faiz dərəcələrinə əsasən, müqavilədə qeyd olunan öhdəliyin son icra tarixidindən ##.##.2018-ci il tarixdən etibarən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi ##.##.2024-cü il tarixədək hesablanan faiz 26.723,54 manat məbləğində, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, müqavilədə qeyd olunan öhdəliyin son icra tarixindən ##.##.2018ci il tarixdən etibarən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi ##.##.2024-cü il tarixədək hesablanan faiz 17.265,97 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış müqaviləyə əsasən dəymiş zərərin əvəzi olaraq 50.000 manat ödənilməmiş məbləğin və tərəfindən ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, onunla “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında ##.##.2017-ci il tarixində **** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri üçün nəzərdə tutulmuş ödənişi (113.000 manat) tam şəkildə ödəmişdir. Sözügedən müqavilənin 2.2.2-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış kompleksinin müqavilə bağlandığı andan etibarən 15 ay müddətinə təhvil verilməlidir. Həmin müqavilənin 2.2.2-ci bəndini nəzərə almış olsa, mənzil ona ##.##.2018-ci il tarixində təhvil verilməli idi. Lakin müqavilə öhdəliyi icraçı tərəfindən icra edilməmişdir. Daha sonra, icraçıya ödədiyi 113.000 manat məbləğində vəsait ona ##.##.2020-ci il tarixindən başlayaraq, 2023-cü ilin dekabr ayına kimi hissə-hissə ödənildi, lakin öhdəlik götürdükləri kimi, həmin vəsaiti bu günkü tarixədək dəymiş zərərinin əvəzini ödəməmişdir. Şifahi danışıqlara baxmayaraq həmin məbləği ödəməkdən boyun qaçırmışlar. Vəkili tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ****/** saylı vəkil sorğusundan göründüyü kimi, ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə onun tərəfindən edilmiş ödənişlərin (kassa mədaxil orderi və.s.) həmin müqaviləyə xilam verilməsi barədə arayış, əgər sözügedən müqavilə üzrə etdiyi ödənişlər geri qaytarılmışdırsa, həmin məbləğlərin və dəymiş zərərin ödənilməsi üzrə ödənişlər barədə sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi qeyd olunmuşdur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli # ### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2017-ci il tarixli, **** saylı müqavilə üzrə öhdəliyin son icra tarixindən - ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 17.265.97 manat məbləğində pul vəsaitinin və 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də tərəflər müqavilə üzrə bir-biri qarşısında öhdəlik götürdüyündən və onlar öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidirlər. Cavabdeh ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçının ona dəymiş zərəri tələb etmək hüququ mövcuddur və bu hüquq qanunla qorunur.
9. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin 2.2.2-ci bəndinə əsasən, cavabdeh müqavilə predmetini iddiaçıya 15 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Yəni öhdəliyin son icra tarixi ##.##.2018-ci il tarixi olmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən ##.##.2020ci ildən başlayaraq ##.##.2022-ci ilədək müqavilə əsasında ona ödənilmiş 113.000 pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmışdır.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.3, 427.3, 442, 443.1, 443.2, 445.7, 448.1 və 465.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2025-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarlarına; istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin # ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə isə iddiaçı ona dəyən real zərərin həcmi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən heç bir müqavilə şərti də pozulmadığından iddiaçıya heç bir zərər dəyməmişdir. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini aydınlaşdırmadığından yekunda səhv qərar qəbul etmişdir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 25.423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 26.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 27.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 29.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 31.446.1 və 446.2-ci maddələrinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. 32.446.4-cü maddəsinə görə kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 33.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
34.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 35.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 36.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “tutulmalı olan məbləğ” hissəsində dəyişdirilməli, iddia həmin qismən təmin edilməlidir. 38.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC ilə ##.##.2017-ci il tarixli **** nömrəli müqavilə bağlamış və mənzilin dəyəri olan 113.000 manatı tam ödəmişdir. Müqaviləyə əsasən mənzil 15 ay ərzində, yəni ##.##.2018-ci il tarixinədək təhvil verilməli olsa da, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Sonradan ödənilmiş 113.000 manat məbləğində vəsait ##.##.2020-ci ildən 2023-cü ilin dekabr ayınadək hissə-hissə geri qaytarılmış, lakin gecikmə nəticəsində dəymiş zərər ödənilməmişdir. 39.İşdə olan materiallara əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh mənzili 15 ay müddətində, yəni ##.##.2018-ci il tarixinədək iddiaçıya təhvil verməli olduğu halda, bu öhdəliyi icra etməmiş, ödənilmiş 113.000 manat məbləğini isə ##.##.2020-ci il tarixdən ##.##.2022-ci il tarixədək hissə-hissə geri qaytarmışdır. Məhkəmə işin hallarını və ##.##.2025-ci il tarixli */***** nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixədək hesablanmış 17.265,97 manat faiz cavabdehdən tutulmalıdır. 40.Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə hüquqi qiymət verərkən Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi şərtlərinin mövcud olub-olmamasını araşdırmış və tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində müqavilə üzrə ödənilmiş pul məbləğinin gecikdirildiyi müddət üçün illik beş faiz məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ümumilikdə razılaşıe. Lakin, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablamanın aparılmalı olduğu dövrlə bağlı aşağıdakıların qeyd edilməsinin zəruri olduğunu qeyd edir. 42.Qanunverici Mülki Məcəllənin 445.7-ci maddəsində pul öhdəliyinin icrasının gecikdirilməsi halında qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsini nəzərdə tutmuşdur. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınaraq, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. 43.Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. 44.Beləliklə, öhdəliyin əmələ gəlməsinə əsas olan razılaşmanın icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 45.Hazırkı işdə tələbin məhz Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsaslı sayılması mülki qanunvericiliyin həmin maddədə sadanan dispozisiya şərtlərinə uyğundur. Belə ki, yaranma əsasından asılı olmayaraq öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. 46.Beləliklə zərərin əvəzinin ödənilməsi haqqında tələbin təmin edilməsi üçün qeyd olunan bütün hüquqi faktların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. 47.İş materiallarından müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı arasında ##.##.2017ci il tarixli **** nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mənzilin dəyəri olan 113.000 manatı tam ödəmişdir. Lakin mənzil müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilmədiyindən, tərəflər ##.##.2020-ci il tarixdə əldə etdikləri qarşılıqlı razılıq əsasında müqavilə münasibətlərinə xitam vermişlər. Hüquq nəzəriyyəsində müqavilədən imtina institutu, əsasən qarşılıqlı öhdəliklər yaradan (sinallaqmatik) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar kreditorun müqaviləyə onun bağlandığı andan etibarən, yəni geriyə şamil olunan qaydada (ex tunc), xitam verməsini ifadə edir. 48.Belə olan halda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin tətbiq etdiyi və iddiaçının da tətbiq edilməsinə etiraz etmədiyi Mülki Məcəllənin 445.7-ci maddəsinin təsir dairəsinə məhz pul öhdəliyinin icrasının gecikdirilməsi halları aiddir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin iddiaçıya müqavilə üzrə ödənilmiş pul məbləğini qaytarmaq öhdəliyi yalnız ##.##.2020-ci il tarixdən etibarən yaranmışdır. Belə ki, işdə olan sübutlar və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçının tərəf olduğu müqavilə üzrə ödədiyi pul məbləği ##.##.2020-ci il tarixdən etibarən hissə-hissə qaytarılmış, sonuncu 4.000 manat isə ##.##.2025-ci il tarixdə ödənilməklə öhdəlik tam icra edilmişdir. 49.Birinci instansiya məhkəməsi tərəfindən alınmış ##.##.2025-ci il tarixli, */***** nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, əsas borc 113.000 manat qəbul edilməklə, müqavilədə nəzərdə tutulan öhdəliyin son icra tarixi olan ##.##.2018-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcələri əsasında hesablanmış faiz məbləği 26.723,54 manat təşkil etmişdir. Həmin dövr üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış minimal faiz məbləği isə 17.265,97 manat müəyyən edilmişdir. 50.Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş ekspert rəyini qiymətləndirərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan məbləğin hesablanması üçün həmin rəy kifayətdir, əlavə ekspertiza tədqiqatının aparılmasına zərurət yoxdur və hesablamanın rəydə göstərilmiş qrafik əsasında aparılması mümkündür. 51.Beləliklə də, iş materiallarında olan ödəniş qrafiki və məhkəmə-mühasibatlıq ekspertizasının tətbiq etdiyi hesablama metodikası nəzərə alınmaqla müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə ##.##.2020-ci il tarixdə xitam verildiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş zərər həmin tarixdən hesablanmalıdır. Ekspert rəyində ##.##.2018-##.##.2024-cü illər üzrə hesablanmış 17.265,97 manat faiz məbləğindən ##.##.2018-##.##.2020-ci illərə aid 11.645,28 manat çıxıldıqda, ##.##.2020- ##.##.2024-cü illər üçün faiz məbləği 5.620,69 manat təşkil edir. Son 4.000 manat əsas borcun ##.##.2025-ci il tarixdə ödənildiyi nəzərə alınaraq, həmin qalıq məbləğ üzrə ##.##.2024- ##.##.2025-ci illər (368 gün) üçün illik 5 faiz hesablandıqda əlavə 204,44 manat faiz yaranır. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ##.##.2020-ci ildən əsas borcun tam ödənildiyi ##.##.2025-ci il tarixədək hesablanmalı minimal zərər məbləği 5.825,13 manat təşkil edir. 52.Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi “ödənilməsi müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5.825,13 manat tutulmalıdır. 53.MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi “məbləğ” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Dəymiş zərər olaraq 5.825,13 (beş min səkkiz üyz iyirmi beş manat on üç qəpik) manat məbləğində pul cavabdeh Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev